Mütləqə İnam Ocağının Yükümlüsü
Millət, dövlət kimi əbədi var olmaq istəyiriksə, istəyimizə
bərabər də xəlqi əməlimiz olmalıdır. Var olmaq – xəlqi, dövləti özümlüyə yetməklə bağlıdır.
28 Aprel faciəsi baş verməyə bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan nədənləri niyə vaxtında görə və qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti sözün əsl mənasında müdafiə etmək qüdrətində olmadı? Qərb bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, başqa yandan da Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. 23 ayda Cümhuriyyətin içində müxtəlif güclər tərəfindən çoxlu iğtişaşlar törədildi. Bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Müsavatçılar müxtəlif siyasi qüvvələrlə əməkdaşlığa getdilər. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir durumda ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ehtişamlı ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə" şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq güc halına gəlirdi. Azərbaycanın daxilindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər. Ölkəmiz Sovet imperiyası dövründə saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldı. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı. *** Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir nədəni də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında mövcud olan ciddi fikir ayrılıqları idi. 94 il qabaq Azərbaycanda hakimiyyətin bolşeviklərə təslim edilib-edilməməsilə bağlı parlamentdəki gərgin dartışmalar zamanı Səmədağa Ağamalıoğlu heç nə olmayıbmış kimi "O olmasın, bu olsun" demişdi. Moskva o zaman içimizdəki qüvvələri bir-birinə qarşı qoymaqla məqsədinə çatdı. Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illərdə tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dönəmin inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 1930-cu illərdə bu şəxslərin demək olar, hamısını sovet ideologiyası məhv etdi. Fəlakət yeni faciəli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən yırtıcı üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız 28 Aprel fəlakətinin yaratdığı fəsadları, Demokratik Cümhuriyyətin çöküşünü tam anlamayıblar. *** 28 Aprel fəlakətimiz birdən-birə yaranmadı. Bu fəlakət hələ çoxdan əslində türkü sevməyənlərin xəbis niyyətlərində yaşayırdı. Belə bir gərgin zamanda cümhuriyyəti 23 ay yaşatmaq hünər idi. Ancaq Müsavat hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini kütlələrə istənilən səviyyədə anlada bilmədi. Bu gün ideoloji mübarizə yönü hələ də tərəddüdlə qavranılan Nəriman Nərimanovun milli dövlətçilik məsələsində tutduğu qaranlıq mövqeyi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvaya aparılaraq yüksək dövlət postunda
yerləşdirilməsi, çox keçməmiş zəhərlənərək öldürülməsi türkün öz faciələrini qabaqcadan görə bilməməsi düşüncəsini yaradır. Nərimanov artıq düşdüyü durumun çıxılmazlığını gözəl anlayırdı. Bütün hallarda gedişatdan üstün ola bilməmək, lap yaxını belə görə bilməmək Nərimanovun faciəsini yaratdı. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəlirdi. Gerçəkdən milli dövlətimizin belə hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi. *** Xalq onda var olur ki, o, fəlakətindən güc almağı bacarır, sarsılmır. Fəlakətindən güc almayan xalq isə özünün yeni-yeni fəlakətlərini yaradır. 28 Aprel fəlakəti bir dərs olaraq bizdən qarşıda gözlənilən yeni-yeni təhlükələri qabaqcadan görməyi, ona qarşı durmağı tələb edir. Müəyyən bir dönəmdə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağında 28 Aprellə bağlı olaraq «Yas Günü» Mərasimi keçirilib. İnam Ata «Azərbaycanımız-Azərbaycanlığımız» içsəsində 7 böyük milli faciəmiz içərisində Xalq Cümhuriyyətinin – Milli Hökumətin devrilməsini beşinci yerdə sıralayır. Bu gün də ara-sıra 28 Aprelə-SSRİ-çiliyə şirnikənlər, şırnikdirənlər tapılır. Təməldən imperiya kimi düşünülən Rusiya artmayacağı halda azalacağını bilir. Buna görə də dünyanın indiki gərgin geosiyasi durumundan yararlanmağa çalışır. Ancaq bütün hallarda insanlarımız heç bir nostaljiyə qapılmamalı, müstəqilliyin qorunması, inkişafı üçün çaba göstərməlidirlər. Tarixi təkrarlayan adam halıdır-tərəddüdlü, qarışıq əhvallı, zamanın şirnisinə şirniklənən, yerində sayan... Geriyə yolumuz yoxdur, olmamalıdır. Tarixi taleyimizdəki böyük itkilərimizin səbəblərinin
dirilməyində qatqımız olmamalıdır. O zaman faciədən ötə olar, varlığımızı qorumuş olarıq. 28 Aprel qayıtmamalıdır. Xalqın ruhani (milli-mənəvi) müqaviməti yaranmalıdır ki, onu gözləyən və içində olduğu təhlükələrdən qurtula bilsin. Bu isə fərdlərdən daxili yetkinliyə çatmaq, vicdançılıq, təmənnasızlıq, fədakarlıq tələb edir.
Strategiya.az
28 May – Azərbaycan dövlətçiliyi tarixində bənzərsiz hadisədir
Faciədən çıxmaq – fərdin və millətin özünə məsul olmasından başlayır
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM