İnsanilik və korrupsiya

09:49 / 28.03.2014

İşıqlı ATALI

Mütləqə İnam Ocağının Yükümlüsü

  Cəmiyyəti, münasibətləri, şəraiti yaradan insandır. Bütün quruluşların ideyası əvvəlcə insanın ağlında yaranıb, sonra gerçəkliyini tapıb. Sözügedən mövzunun qəlizliyi ortadadır. Korrupsiya sonucdur (nəticədir), onu doğuran səbəblərin kökü isə insansızlıqla, inamsızlıqla bağlıdır. Nə qədər ki, insanilik əsasında yaşam qaydası olmayacaq, nə qədər ki, insanilik ölçüsüylə hadisələr dəyərləndirilməyəcək, nə qədər ki, insan dediyini ömründə yaşamayacaq, sözlə əməl arasında birlik olmayacaq, deməli, belə qayğıların nəinki azalacağı,əksinə, artacağı gözləniləndir.

Cəmiyyətdəki münasibətlərin qaynağı insanlararası səviyyədir, İnamdır. İnsani səviyyə yüksək olarsa, münasibətlər də insaniliyin ifadəsi kimi meydana çıxar. Yüksək insani ideallar uğrunda yaşayan insanın əməli də sözünə uyğun olur. Əgər insan antiinsani, şər yönündə duyğulanır, düşünürsə, əməli də o cür olur, olacaq. Sual olunur: necə olur, cəmiyətdə daha çox antiinsani hallara meyil var və bunun kökünü kəsmək hamıya çox çətin gəlir? Ona görə ki, cəmiyyətdə yazılmamış qanunlarla təsbit olunan əməllərin yaşaması ağıllarda, altşüurda normalaşır, insaniliyə, rəsmi qanunlara uyğun olmasa da, onların yaşadılması, ona uyğun yaşamaq qaçılmaz təbii sayılır. Kimi az, kimi də çox bu cür yaşamağı az qala açıq şəkildə hünər sayır. Adamlar asanlığı seçirlər, halal yaşamaq kimi çətinliyi çox zaman seçə bilmirlər, istəmirlər. Ona görə də insanı köklü, dərin tərbiyə tələb olunur. Kitablarda doğrular sevilir, öyülür, ancaq gerçək yaşamda çox zaman lağ obyektinə çevrilir.

Ona görə də çətin olsa belə, həmişə insanilik əsasında yaşayan örnək insanlar olmalıdır. Sözə uyğun yaşamağı adamlar bir-birindən ummalı və istəməlidirlər. Bu məsələnin bir tərəfi. Asif Ata Ocağı olaraq təklifimiz odur ki, ilk növbədə orta məktəblərdə «İnsanilik» dərsi keçilsin. İnsanın pulçuluğa meyli durmadan artır. Məgər korrupsiyanın kökündə daha böyük pullaşmaq ehtirası durmurmu?

Korrupsiyaçı maddi zənginliyi hər şey sayır və bu məqsədinə çatmaqdan ötrü hər cür yola gedir. Necə olur ki, təhsil prosesində çoxsaylı fənlər, eləcə də insan anatomiyası öyrədilir, ancaq insan mənəvi yöndən öyrədilmir? Cəmiyyətdəki bəlaların səbəbinin insansızlıq olduğu bilinməli və buna qarşı dediyimiz yöndə mənəvi özül yaradılmalıdır. Təhsilin məncə, əsas işi bu yöndə olmalıdır. İnsanilik əsasında yaşayan, fədakar, vicdançı, təmənnasız şəxs korrupsiyaya gedərmi? Cəmiyyətdə belə hesab edirlər ki, konkret hadisəyə qarşı konkret əməl problemin kökünü kəsəcək. Minilərdir ki, bu cür qayda var: cinayətkarı həbs etmək cinayətin kökünü kəsmir, əksinə, yeni-yeni cinayət imkanları yaradır. Asif Ata deyir ki, cinayətin ən böyük cəzası – insanlaşmadır. Ən çətin iş də budur. Üzdə olan işlər insani qayğıların həllinə tam kömək ola bilmir, qayğılar daha da artır və düyünlənir.

İnsanın daxildən yaranması, özünü yaratması gərəkdir. Buna inanmaq gərəkdir. İnsanlığa uyğun yaşamayanın nəyə desən, getməsi mümkündür. Pulçuluq əsasında yaşamaq adamları pis mənada bir-birindən asılı edir, dairəyə salır, çeşidli əzablar gətirir. İnsanlıq əsasında yaşamaq isə insana yenilməz fərəh gətirir. Bunu anlayanda, buna uyğun yaşayanda insanlar xoşbəxt olacaqlar. İnsana sevgisi olan fərd istismarçı olmayacaq, başqasının haqqını yeməyəcək. Cəmiyyət qanunları əsasında yaşamaq insanları xoşbəxt eləmir. Şübhəsiz, bütün qanunları yaradan insandır. Ancaq mənəviyyata, insanlığa əsaslanan qanunlar öndə olması gərəkdir. Ocaq istəyir ki, mənəviyyatın birinciliyi, maddiyyatın ikinciliyi ideyası ömürləşsin. İnsanlar İnam qanunu, İdrak qanunu, Mənəviyyat qanunu, İradə qanunu əsasında yaşamalıdırlar. Məqsəd odur ki, gözəl istəklər sözdə qalmasın, ciddi bir yönə çevrilsin. Dediyimiz ideyaların gerçəkləşməsi isə fədakar ömürlər tələb edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM