Mütləqə İnam Ocağının Yükümlüsü
Atatürk bütün türklərin sevgisinə layiqdir
Tarixdə böyük mərhələlər yaşanır, ötür, ancaq onun içərisindəki ciddi hadisələrin mənası ölmür, itmir, ulusun ruh yaddaşına yazılır, yüzillər boyunca ona mənəvi güc verir. 19 May bu anlamda türklüyün tarixində ciddi olaylardan biridir. Atatürkün qəhrəmanlığı – türklük ruhunu bənzərsiz şəkildə gerçəkləşdirməsi oldu.
Mustafa Kamal Atatürk 1919-cu il mayın 19-da Samsuna gəldi: bu, Türkiyənin tarixində ciddi bir dönüş, xalqın, dövlətçiliyin təsdiqinin başlandığı gündür.
Bu günü yaradan Atatürk idi.
Türkiyəni Atatürkün varlığı, yenilməz cəsarəti xilas etdi.
*** Milli kimliyimizi, xarakterimizi, bəşəri siqlətimizi, insansevərliyimizi çağdaş dünya gözəl tanıyır, bilir, tanıdığı dərəcədə də görmək, etiraf etmək istəmir. Dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir çağda Atatürkü hər an yaşatmaq gərəkliyi yaranır. Bu, o deməkdir ki, hər birimiz müstəqil, yenilməz varlığımızı yaratmalıyıq.
Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Atatürk az qala yox yerdən Türkiyəni yaratdı, onu var elədi. İndi Türk xalqı o dərəcədə ulusal ölçüyə əsaslanmalı və özgəliklərdən əl çəkməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün deyil, Türk xalqının sabahı üçün gərəkdir.
***
Atatürkün min bir əzabla qurduğu Türkiyə Cümhuriyyəti ideoloji baxımdan mahiyyətcə çıxış yolu tapa bilmədi. Atatürk sözün böyük anlamında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə türkçülük, batıçılıq və islamçılığın birliyi idi. Atatürk ölkədə dinin hegemonluğuna son qoydu, daha çox Qərbə meyilləndi. Baxmayaraq ki, Türkiyə yırtıcı Qərbin caynağından qurtulmuşdu, bir yandan da SSRİ ilə ilişkilərdə son dərəcə ayıq olmalı idi. Atatürkdən sonra onun yaratdığı yol inkişaf etmək yerinə yavaşıdı, indi lap yoxa çıxmaqdadır.
*** Çanaqqala savaşı türkün varlığını sübut etməsi baxımından böyük önəm daşıyırdı. Bu savaş türkün Vətənində onu yox etmək istəyənlərə qarşı hünərin və ləyaqətin dirənişi idi. İnsani xislətə malik türklərin mövcudluğu zaman-zaman onu sevməyənlərin kinlərini, amansızlıqlarını qabardıb. Onlar heç bir halda türkün varlığını sinirə bilməyiblər. Yalnız 1915-1916-cı illərdə Çanaqqala uğrunda savaşlar zamanı türkün düşmənlərinin istəyi çökməkdə olan Osmanlı imperiyasınının örnəyində türklük duyğusunu silmək, türkləri bütünlüklə dövlətsizləşdirmək idi. Bu savaşda türklərin dünyanı heyrətə gətirən döyüşkənliyi artıq 100 ilə yaxındır ki, söz konusudur. Bir xalqın özünü ən qorxulu, ölümcül məqamda belə ayaqda saxlaması, ümidsizləşməməsi, gücə qarşı durması, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan üstün olan, yenilməyi ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb və çox hallarda buna nail olub. Çünki türk ruhu bütünlüklə xeyirlə yoğrulub. ***
Atatürk doğrudan da, bütün türklərin sevgisinə layiqdir. O, elə bir gərgin, çətin, təhlükəli dönəmdə meydana atıldı ki,
bütövlükdə Türkiyə yox olmaq gerçəyilə üz-üzə idi. Yalnız onun böyük sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti quruldu. Az bir çağda Türkiyə dövlətini qurmaq, dövləti daim ayaqda saxlamaq üçün ideyalar düşünmək Atatürkün güclü iradə yiyəsi olduğunu göstərdi.
Bu gün Türkiyədə Atatürkə olan hücumların artması müşahidə edilir. Onun həyatının, fəaliyyətinin müxtəlif məqamları bilərəkdən müzakirə edilir. Atatürkün həyatını təftiş etmək əslində Türkiyə dövlətçiliyini ondan məhrum etmək istəyi daşıyır. Atatürksüz Türkiyə ola bilməz. O, türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq.
Asif Ata deyir: “Azərbaycan – Türk dünyasının beyni və ürəyi, Türkiyə – Türk dünyasının qolu və kürəyi”. Asif Ata Türkçülüyün ruhani, tarixi, ideoloji kimi üç yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri var: “İdeoloji türkçülük türkün xilasını Türk dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji türkçülüyün fəlakəti pantürkizmin dinçilik və qərbçiliklə birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk dünyası birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı.”
Çıxış yolu Asif Atanın Mütləqə İnamı əsasında birliyimızi yaratmaqdadır. Türk ruhuna, Türk dünyasına Mütləqə İnam dünyabaxışının gəlişi Atatürkün də ölməz, müqəddəs Türk sevgisinin, Türk dövlətçiliyının yaşaması deməkdir.
Strategiya.az
28 May – Azərbaycan dövlətçiliyi tarixində bənzərsiz hadisədir
Faciədən çıxmaq – fərdin və millətin özünə məsul olmasından başlayır
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM