Mütləqə İnam Ocağının Yükümlüsü
Güney Azərbaycandakı 2006-cı il 22 may hadisələrindən 8 il ötür. Ötən illərdə durumun daha da gərginləşdiyi göz qabağındadır. Soydaşlarımızın milli azadlıq yönündəki çabaları çox hallarda istəkdən o yana getmir. Durumun təhlili onu deyir ki, bütün hallarda Güney Azərbaycanda nə qədər çətin olsa da, milli kimlik yönündə maariflənməyə, maarifləndirməyə gərək var. İndi İran kimi qapalı bir ölkədə belə elmi-texniki gəlişmənin qarşısını kəsmək qətiyyən mümkün deyil. Bu ölkədə informasiya texnologiyalarının inkişafı insanların internetdən istifadəsini getdikcə daha da qaçılmaz edir. Təbiidir ki, internetdən istifadə soydaşlarımızın dünya ilə əlaqəsini daha da operativləşdirir. Deməli, soydaşlarımızın Azərbaycan-Türk ruhu – mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı bilgilər almaq imkanları da getdikcə atrır. Burada arzuolunan odur ki, soydaşlarımız dünyaya çıxmaq imkanı tapdıqda onu daha ciddi dəyərləndirə bilsinlər, parçalanmış millətimizin mənəvi birliyi yönündə hər bir kəs bacardığı insani çabanı göstərsin.
***
Yolun çətinliyi heç kəsi ruhdan salmamalıdır. Bilmək gərəkdir ki, Türk ulusunun varolma mübarizəsi heç zaman asanlıqla başa gəlməyəcək. Millət olaraq insani haqqımızı tələb etməyimiz borcumuzdur. Ancaq bu, hər birimizdən yetkinlik tələb edir. Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar. Bu, ötən onillərdəki səhvlərdən qurtulmaq üçün də gözəl imkanlar yaradar. Yetkin insanların azadlıq mübarizəsi yetkin sonucla başa çatar. Bütün hallarda isə azadlıq mübarizəsini hər bir fərdin azadlıq hadisəsi səviyyəsində dərk etmək, bu duyğuyla canlı şəkildə yaşamaq gərəkdir.
***
Mümkün qədər dünyanın halıyla yaşamamaq, dünyanın halından üstün olmaq gərək! Bilmək ki, dünyanın Azərbaycan dərdi yoxdur. Ona görə də Bütöv Azərbaycan eşqi ilə yaşayan hər bir kəs Vətəni təmsil edəcək mənəvi gücə yetməlidir. Bu imkan isə hər bir soydaşımızın aqibətində var. Ruhu bütöv Azərbaycanımız ikiyəbölünmüşlük taleyini yaşamaqdadır. Dünyanın gerçək səviyyəsi halımızı, aqibətimizi anlamaq qüdrətində deyil. Bizi sevməyənlər güclü və zəif məqamlarımızı durmadan öyrənirlər. Dünya hələ də Güney Azərbaycan dərdimizə saymazlıq göstərməkdədir.
***
Ötən yüzildə və bu yüzilin əvvəllərində Güney Azərbaycanda baş verən hadisələr onu göstərdi ki, Azərbaycan türkləri bu və ya digər taleyüklü məsələlərdə həmişə özünün fitri imkanlarına, bir millət olaraq ruhuna daha çox əsaslanmalıdır. Bu yöndə Türk Dünyasının gələcəkdə, haçansa köməyi məsələsinə gəldikdə isə təəssüf ki, hələ türklərin birliyi mahiyyətcə əməldə reallaşmayıb. Azərbaycan aydınları özgələrdən kömək ummaq adətindən əl çəkməlidirlər.
IX yüzildə həşəmətli ərəb imperiyasına qarşı mübarizədə xəyanət nəticəsində məğlub olaraq tikə-parça edilən Babəkin başçılıq etdiyi hərəkatın süqutundan sonra Azərbaycanın taleyində yenidən silsiləvi fəlakətlərə yol açıldı. Şah İsmayıl Xətayinin qurduğu dövlətin türkçülük yönü təəssüf ki, çox çəkmədi.
Şah Abbas Xətayinin bütün zəhmətini farsçılığın ayağına bada verdi. 1721-ci ildə imperiya kimi qurulan Rusiya Azərbaycanın işğal olunması ilə bağlı qəddar istəklərini bir əsr ərzində gerçəkləşdirdi. Digər tərəfdən də İran Azərbaycanın tarixən düşdüyü böhranlı vəziyyətdən istifadə edərək zaman-zaman torpaqlarımızı işğal etdi.
***
XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlardan ibarət idi. Təəssüf ki, tarixən türkün biri-birini sevməməsi, vahid dövlətçiliyinin belə bir gərəkli məqamda təsdiq olunmaması ilə acı bir gerçək durum yaratmışdı. Bir-birini sevməyən Azərbaycan xanları nə qədər ürəkağrıdıcı səslənsə də, məhz bir-birlərindən müdafiə olunmaq üçün çoxu qıraqdan özünə qəyyum axtarmağa başladı. İranla Rusiya hər biri ayrı-ayrılıqda mövcud fəlakətli vəziyyətimizdən məharətlə istifadə etdilər. Yurdumuz iki böyük yağı dövlətin müharibə meydanına çevrildi.
Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin amansız bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. Azərbaycan türklərinin parçalanmış xalq olduğunu dünya etiraf etməlidir. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsinin İranın əsarəti altında olduğu ilk növbədə soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır. Babəkin xəlqi əməli azadlıq uğrunda apardığı uzunmüddətli döyüşləri hələ də soydaşlarımız tərəfindən ömürləşməyib. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir.
***
Güney Azərbaycan İran əsarətində olduğu 200 illik müddətdə özünün milli ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bilib. Bu gün fars şovinizminin bütün qadağalarına baxmayaraq, sazın soydaşlarımızın əlindən alınması mümkün deyil. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü, ciddi müqavimətinin nəticəsi kimi meydana çıxır. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu ifadədə zəifliyə və zəlilliyə yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar daha güclü olmuş məqamlarını rəmzi şəkildə bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən soydaşlarımızın, bütövlükdə millətimizin ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycanda saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danışsa da, onun bu harayında zəlillik və zəiflik olmadığından kədərimiz bizə yenilməz güc verir.
***
Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. İranda ana dilimizdə məktəblər yoxdur, faktiki olaraq bu, Azərbaycan Türkcəsini elmi, kütləvi yöndə soydaşlarımız arasında daha geniş şəkildə bərqərar olmasına ciddi maneə yaranır. Əksinə, Güney Azərbaycanın çoxsaylı bölgələrində, ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayı artırılıır ki, Azərbaycan Türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın.
İçındə olduğumuz təhlükələrdən çıxış yolu – Asif Atanın Mütləqə İnam dünyabaxışıdır. Bu Yol “İnsanlaşın, İnsanlaşdırın!” harayına əsaslanır, bizi gerçəkdən ulus olaraq var etməyə qadirdir, bəşərin də xilas yoludur.
Strategiya.az
28 May – Azərbaycan dövlətçiliyi tarixində bənzərsiz hadisədir
Faciədən çıxmaq – fərdin və millətin özünə məsul olmasından başlayır
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM