“Polisə Dəstək” İB-nin sədri
Adətən cinayətkarlıqla mübarizə fəaliyyətində yeniyetmələr və gənclər yüksək təhlükəlilik dərəcəsi ilə xarakterizə olunurlar. Bütün ölkələrin və cəmiyyətlərin taleyində onların həyat tərzi, vərdiş halına keçmiş davranışları, şəxsi keyfiyyətləri narahatlıq doğurur. Ona görə də yeniyetmə - gənclərin cinayətkarlığına daha çox diqqətin ayrılması təəccüblü deyil. Ölkənin gələcəyi üçün yeniyetmə və gənclərin rolunu danmaq, onların həyatlarına seyrçi mövqedə durmaq arzuolunmazdır.
Tarixən böyüklər kiçiklərin davranışlarını neqativ qiymətləndirirlər. Nəsldən- nəslə keçən bir hal, necə deyərlər “nəslin münaqişəsi” kimi bəşəriyyətin həm keçmiş, həm də yeni tarixinə xas bir cəhətidir. Yaşlı nəsil, kiçik nəslin hərəkətlərindən həmişə narazı olduğundan, onlar da qarşılığında cavabsız qalmırlar.
Gənc nəslə yüksək aktivliyin xas olması qanunauyğun haldır. Bu nəslin müəyyən qismi kriminal səmtə, narkotik maddələrin qəbuluna, digərləri mənəviyyata zidd əməllərə meyilli olsalar da , müəyyən qismi də, bədii, texniki, yaradıcı məşğuliyyətə üstünlük verirlər. Uşaqlar, yeniyetmələr, gənclər həm də yüksək enerjiyə malik olduğundan, qeyri-adi bir şeyi nümayiş etdirmək, olmayan bir nailiyyəti, innovativ bir fəaliyyəti göstərməklə özlərini cəmiyyətdə təsdiqləmək istəyirlər. Neqativ əməllərin qurbanlarına çevrilənlər də az olmur.
Vəziyyətin dramatikləşməsində yaşlı nəslin də suçu az deyil. Əgər yeniyetmə və gəncləri ağır cinayətlər törətdiklərinə görə qınayırıqsa, valideynlərin, təhsil işçilərinin onlara qarşı zorakılıqlarını, həyat tərzlərinə, davranışlarına nəzarətin olmamasını da unutmamalıyıq. Yeniyetmə və gənclərə qarşı nə qədər amansız davransaq və kinli olsaq, əməllərini lənətləsək də, anticəmiyyət hərəkətlərinin qarşısını ala bilmərik. Münasibət humanist, doğmalıqla əhatə olunan həddə olmalı, onlara qarşı isti və nəzakətli yanaşma olmalıdır. Necə deyərlər “Çətin uşaqlar yox, çətin böyüklər və cəmiyyət var”.
“Yeniyetmə” termini işlətdikdə 14-17 yaş arasında olanlar başa düşülür.
Ona görə də, cinayət qanunvericiliyi cinayətlərin subyekti üçün aşağı yaş həddini 14 yaş müəyyən edir. 18 yaşdan artıq həddi-buluğa çatmışlar hesab olunur.
Yaş göstəricilərinə və sosioloji təsəvvürlərə görə 18-29 yaş qrupunda olanlar gənclər adlanır.
Cinayətkarlığın gənclərə və yeniyetmələrə şamil olunan xüsusi, spesifik səbəbləri yoxdur. Doğuran səbəblər sırasında ümumi qanunauyğun sosial hallar, determinizm, sosial, iqtisadi və imkan baxımdan bərabərsizliklər və s. qeyd olunur.
Bütün cəmiyyətlərdə “böyük”, “kiçik” ifadələri yalnız yaşla bağlanmır, həm də statusun müxtəlifliyi ilə ölçülür. “Böyük” anlayışı sosial-status baxımından əhəmiyyətli və dəyərlidir.
Ümumdünya Beynəlxalq Səhiyyənin statistik məlumatına görə hər il dünyada 31.000 nəfər – 15 yaşa qədər olan yeniyetmələr zorakılıqlar nəticəsində həlak olurlar. Təkcə RF-da bir il ərzində 103.360yetkinlik yaşına çatmayanlara qarşı qəsdlər törədilib, müxtəlif cinayətlərin qurbanlarına çevriliblər. Nəticədə 3670 yeniyetmə həlak olmuş, 6626 nəfərin sağlamlıqlarına ağır xəsarətlər yetirilmiş, 19.586 yeniyetmə “böyüklər” tərəfindən müxtəlif növ cinayətlərin törədilməsinə cəlb olunmuş, 44.164 yeniyetmə alkoqollu içkilərə təhrik olunmuş və sərxoşluq həddinə çatdırılmışlar. 1653 nəfər əxlaqsız hərəkətlərdə iştirak etmişlər və s. “İndiki gənc nəslin sanki gələcəyi yoxdur, sabahına ümidlə baxmırlar, nikbin deyillər. Bu nəslin davamı olaraq gələn uşaqların da həyat perspektivləri , nə isə əldə etmək imkanları yoxdur, güclərini hara, nəyə və niyə sərf etməlidirlər?” düşünənlər də var. Bu, çox qorxulu haldır. Hərəkətləri və “böyüklüyü” anlaşılmaz yaşlıların yaşadığı ətrafda olan yeniyetmə və gənclər müxtəlif qruplarda birləşə, düşüncələrinə uyğun submədəniyyət normalarını, cəmiyyət üçün arzuolunmaz maraqlarını, yeni ifadələri (slenq) yarada bilirlər. Belə qruplar həmişə “qanuna qulaq asan” olmurlar.
Azərbaycan Respublikası bir sıra ölkələr üçün örnək ola biləcək davamlı sabitliyin hökm sürməsi, əməliyyat-axtarış fəaliyyətinin və ictimai təhlükəsizliyin , vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nəticəsində hər 100 min əhaliyə düşən cinayətlərin sayına (257) görə öndədir. Vəziyyətin operativ nəzarətdə saxlanılması ölkə hüdüdlarından kənarda qısqanclıqla qarşılansa da sabitlik daxildə və dost ölkələrdə qürur doğuran bir ovqat yaradır. Əcnəbi vətəndaşlarının təhlükəsizliklərinə zəmanət verməyən doğma vətənlərindən qaçıb Azərbaycana gəlməsinin də əsas səbəblərindən biri, mən deyərdim ki, ən mühümü ölkəmizdə davamlı sabitliyin olmasındadır. Bunun üçün təhlükəsiz məmləkətdə yaşamağı bizə bəxş edənlərə “Allah sizi qorusun” deməliyik. Məhz bunun nəticəsidir ki, 2014-cü il ərzində qeydə alınmış, 22.297 cinayət faktlarının 3%-i yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmişdir. Bu, 22.297 cinayətin kiçik bir zərrəsidir.
Yeniyetmələrin və gənclərin cəmiyyətə zidd əməllərə meyli problemli məsələlərdən olduğuna görə, etik baxımdan fövqəladə dərəcədə mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda cinayətkarlıqla mübarizə statistikasında yeniyetmələrin və gənclərin cinayət əməllərinin azlığı, cəmiyyətin inkişaf səviyyəsi ilə, ölçülüb biçilmiş cinayətkarlıqla mübarizə siyasətinin, sosial-iqtisadi və daxili siyasətin vəziyyəti ilə xarakterizə olunur. Cinayətkarlıqla mübarizə siyasətinin bəhrəsidir ki, qəsdən törədilən cinayətlərdə azyaşlıların – koeffisiyenti azlıqla müşahidə olunur.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM