Efir, aparıcının özəl mülkiyyəti deyil

14:42 / 15.10.2015

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

İllərdir ölkədə yayımlanan televiziya kanallarında milli ideologiya və milli dəyərlərlə uzlaşmayan layihələr, çoxmilyonlu tamaşaçıların özəl müzakirələrinin predmetinə çevrilib. Doğrusu, layihələrin adları ikrah  hissi yaradır. Məsələn: “Adam içində” layihəsi ilə bağlı belə fikir formalaşıb: Balam, adam, adam içində olar da?  Anlamaq olmur, bu verlişin məqsədi nədən ibarətdir. İştirakçı “qonaqlar” bəzən hakimin, bəzən dövlət ittihamçısının vəzifələrini “icra edir”, bəzən də, müdrik filosoflar sayağı millətə əxlaq dərsi keçirlər. Ailə həyatının nə olduğunu bilməyən ailədən danışır, nigaha xitam verirlər, atanı (ananı) valideynlik hüququndan məhrum edirlər, uşağı anaya verirlər  və s.

Televiziya kanallarında adları qırmızı hərflə yazılmalı jurnalistlərimiz, bəlağətli danışığı, düşündürücü mülahizələri, bacarıq və qabiliyyətləri ilə seçilən peşəkar ədəbi işçilərimiz çoxdur.  

Şou ilə bağlı verlişlər ümumiyyətlə heç bir çərçivəyə sığmır. “Ay Zaur” da dəvət olunmuş müğənnilər oturduqları divanda dodaq-dodağa öpüşür və operator bu mənzərəni dəfələrlə obyektivə çıxarır, millətin gözünə dikir və yaxud zərif məxluqların qısa geyimdəki çarpaz qoyulan ayaqlarını nümayiş etdirir. Keçmişi bulanıq, dar nüfuza malik bəzi şou əhlini reklam xarakterli verlişlərdə hörmət sahibinə çevrir, evində, bağında verlişlər yayımlanır. Şit, mənasız sözlərin bəstəkarı bilinməyən mahnılar ət tökür. “Məsələn: Sən məni xoşbəxt eləsən mələyim olarsan, səni elə möhkəm sevərəm ürəyim olarsan,gərəyim olarsan!..”  Ayıbdır, vallah ayıbdır! Belə bayağı mahnıları efirə buraxanların səviyyələri də bəlli olur. Təbliğat, təşviqat o qədər məqsədli şəkildə aparılır və cəmiyyətdə şou-biznesə maraq o qədər artır ki, müasir gənclərin əksəriyyəti başqa sənət dalınca yox, məhz elə müğənni olmaq istəyirlər. Bir neçə mahnı oxumaqla televiziyada reklam olunması üçün imkan yaranır. Siyasətçilər, İqtisadçılar, peşəkar həkimlər, müəllimlər, peşəkar hüquqşünaslar (hakimlər, dövlət ittihamçıları, peşəkar vəkillər) 24 saat ara vermədən vətəndaşların təhlükəsizliyini təmin edən polis əməkdaşları unudulur. Niyə bir kitabxanaçının, müəllimin, kənd təsərrüfatının və yaxud sənayenin inkişafı ilə bağlı xidməti olanların, həqiqi akademiklərin həyat tərzi ilə bağlı canlı verlişlər verilmir? Mənim yanaşmam belədir: Maraq yoxdur. Kütləni başqa səmtə yönəldirlər. “Qarın ac olsa da, təki mahnı olsun”, “Mahnı olan yerdə, çörək də olar” fəlsəfəsini fəlsəfəsiz aparıcılar millətə sırımaq istəyirlər. Bu verlişlər tamaşaçıda elə təəssürat yaradır ki, sanki “rajokla” geyindikləri, diz nahiyəsindən 2-3 yerdən kəsilmiş “cins” şalvarlarını, almanlara xas saç düzümünü nümayiş etdirmək istəyirlər. Səliqəsiz xarici görünüş, saqqallı sifət və idman stilli qiyafə ilə tamaşaçılara “zövq” verirlər. Təəssüf hissi keçirməkdən başqa çarə qalmır. Aparıcı sual edir. Yoldaşınızdan nə vaxt, niyə ayrıldınız... və yaxud cavab verilir: Ayrılsaq da, biz onunla dostuq və s. və i.a.  (Axı ayrılandan sonra dost kimi qalmaq necə olur?) Heç hənanın yeridir? Şəxsi məsələlər niyə ictimailəşməlidir. Xalqın,  iki gündən bir ərə gedib boşanan, şəxslərin şəxsi məsələlərinə ehtiyacı varmı? Yoxdur. Niyə sovet dönəmindəki ciddi və səliqəli, klassik geyimli aparıcılar indi yoxdur? (Az tv. Istisna olmaqla) Xanım aparıcılar geyimləri ilə cəmiyyətə nümunə olmalıdırlar. “Gör kim gəldi?” və digər verlişlər boş nağaraya bənzəyir, guruldasa da, məna kəsb etmir, “Çərpələngim uçdu hara, həmişə bəxtim olub qara, təkcə qarpızım ağ çıxıb” -mahnının sözlərinə fikir verin, dəyərli oxucular! Nə anladınız? Belələrinin yəqin müəllimləri yoxdur. “Ay ev yiyəsi”, “Zəhmətkeş ulduzlar”, və s. Baş qatan verlişlərdəndir. İdeologiyası və səmti bəlli deyil. Bu, jurnalist  avantürasıdır, ədəbi-publisistik fəaliyyət deyil.

Səhər verlişləri də axşam verlişlərinin təkrarıdır. Yenə şou əhlilər, ürəklərə yol tapa bilməyən, lakin televiziya və radio dalğalarına rahat daxil olan müğənnilər... Sual yaranır:  Nə etmək!

Rəvayət edilir ki, Həzrəti İbrahim (ə.s) uzun müddət görmədiyi oğlu Həzrəti İsmayıla (ə.s) baş çəkmək üçün Məkkəyə gəlir. Həzrəti İsmayıl (ə.s) Məkkə əhli tərəfindən çox sevilərdi. Məkkədə rastına çıxan ilk adamdan Həzrəti İbrahim peyğəmbər (ə.s) oğlu İsmayılın  (ə.s) evini soruşur və həmin adamın göstərdiyi evin qapısını döyür. Qaşqabaqlı bir xanım qapını açır. O, Həzrəti İsmayılın (ə.s) həyat yoldaşı idi. Peyğəmbər qadına:

-İsmayıl evdə yoxdur? –Qadın sərt səslə:

-Evdə yoxdur. Ruzi dalınca gedib. Həzrəti İbrahim:

Vəziyyətiniz necədir? –deyə təkrar sual edir.

–Çox ağırdır, çətin dolanırıq. Bundan sonra Həzrəti İbrahim (ə.s):

–İsmayıl gələndə ona salamımı söylə. Həm də ona xatırlat ki, qapısının eşiyini dəyişdirsin  –deyib Məkkəni tərk edir. Həzrəti İsmayıl (ə.s) evə gələndə evdəki gözəl qoxudan atasının gəldiyini hiss edir və çox həyəcanlanır. Amma evdə həyat yoldaşından başqa heç kimi görməyəndə xanımından soruşur:

 -Bu gün evə kim gəlmişdi?

 –Yaşlı bir kişi gəlmişdi. Səni soruşdu, mən də ruzi dalınca getdiyini dedim. Sonra necə yaşadığımızı soruşdu, çətin vəziyyətdə olduğumuzu söylədim. Hə, bir də ayrılıb  gedərkən “Həyat yoldaşına de ki, qapısının eşiyini dəyişdirsin”- dedi.

Həzrəti İsmayıl (ə.s) atası, İbrahim (ə.s) peyğəmbərin ona verdiyi ismarıcını anladı. Onsuz da xanımı ilə arasındakı problemlər dözülməz həddə çatmışdı. Bu işi artıq uzatmağın mənası yox idi...

Düşünürəm ki, televiziya kanallarındakı həm heyətin tərkibində, həm də layihələrin aktuallığı  ilə  bağlı  ciddi dəyişikliklər edilməsinin zamanı çatıb. Efir heç bir aparıcının özəl mülkiyyəti deyil ki, istədiyi kimi sərhədsiz danışsın, davransın. O, xalq qarşısındakı məsuliyyətini anlamalı, televiziyanın dövlətin nəzarətində  olmasını başa düşməlidir.  


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM