“Polisə Dəstək” İB-nin sədri
(Bir daha Nardaran hadisələri barədə)
Cəmiyyəti vahid bir sistemə və yaxud orqanizmə bənzətsək bazis – iqtisadiyyat üstqurumun – siyasi hakimiyyətin fövqündə necədirsə, üstqurum da öz növbəsində bazisə o dərəcədə əks təsir edir. Bu mənada cəmiyyətdə baş verən hər cürə ictimai münasibətlərə zidd əməllər Azərbaycan deyilən vahid bir orqanizmin əzalarına ziyan vurur və onu incidir. Mövcud qanunları pozmaq, onlara itaətsizlik etmək, qanunların tələbləri daxilində asayişi qoruyan hakimiyyətin səlahiyyətləri nümayəndələrinə tabe olmamaq qanunların təbiətindən və yaxud boşluqlarından yaranmır. Qanunların sərtliyi də bu boşluqları aradan qaldırmağa acizdir.
Gəlin geriyə-müstəqil Azərbaycan dövlətinin 20 ildən çox müstəqil tarixinə baxaq; Qəbul edilən normativ hüquqi aktlara, hətta ölkə konstitutsiyasına kifayət qədər əlavə və dəyişiklər edilsə də, düşündüyünü beynindən çıxarmayanların cəmiyyət üçün arzuolunmaz hərəkətlərinin qarşısını almaq mümkün olmamışdır.
Bəzən insanların fərdi cəhətləri, sosial baxımdan mövcud həyata uyğunlaşa və cəza tətbiq etmədən islah oluna bilməyən,davranışları suallar doğuran belə şəxslərə əməllərinə görə adekvat cavabın verilməsi qaçılmaz olur. Bir az da obrazlı ifadə etsəm;dövlətin bir valideyn kimi həddini aşmış övladına əxlaq silləsini tətbiq etməklə ona “ağıllı ol” deyir.
Mən, bunları 2015-ci ilin noyabr ayının son günlərində baş verən, məqsəd ölkədə davamlı sabitliyin pozulmasına yönələn, konstitusion quruluşun devrilməsinə tuşlanan, xaotik şərait, çadralı, əmmaməli, saqqallı bir həyat üçün səmtlənən Nardaran hadisələrinin fövqündə bir daha qeyd etməyi özümə borc bildim. Çox qədim bir atalar sözünü xatırladım: Hər birinizdən üzr istəyirəm, deyirlər “Gəzəyən qadının paxırı, əri öləndən sonra açılar.” Və yaxud, evdəki oğurluğa görə ailə üzvlərinin, qohum qonşuların; bəlkə qapını bağlamamışdın, bəlkə açarı qapının üstündə qoymuşdun yersiz iradlarına ailə başçısı belə cavab verir: Məgər bu oğrunun heç bir günahı yoxdur? Bu gün həbs edilən şəxslərin müdafiəsinə qalxan və yaxud qalxacaq şəxslərdən soruşmaq istəyirəm: “bu oğruların heç bir günahı yoxdur?” Var və ağırdır!
Nardaran hadisələrində təbii ki, həddini aşan hər bir subyektin, qəsdən ağır cinayət etməkdə, qəsdən birgə iştirak edən bəd niyyətli şəxslərin hər birinin əməlinə prinsipal qiymət veriləcək. Amma, bu hadisədə sadə, ağsaqqal nardaranlıların da günahı az deyil.
Hadisələrdən sonra məlum oldu ki, uzun illər Azərbaycan dövləti nardaranlılardan enerji təchizatından istifadəyə görə haqq almırmış. Bu məbləğ ağlasığmaz həddə - milyon manatlar qədər imiş. Amma yenə də bakılıların bir sualı meydana çıxır: Ya Rəbb! Bizim aramızdan seçilən məmurlara, onların idarəçiliyinə, ən başlıcası ölkə Prezidentinin idarəçilik üsullarına qarşı çıxan, onu devirmək istəyənlərə bu qədər “jest” etməyə dəyərdimi? Əslində, bu “jest”dövlətin öz vətəndaşlarının rifah halının yaxşılaşdırılması məqsədilə ali məqsədinin müəyyən
qisminin həyata keçirilməsinin bariz nümunəsi idi. Digər vətəndaşlarla müqayisədə “bərabərlik hüququ”nun pozulması kimi səslənsə də qanuna zidd sayıla bilməzdi.
Nardaranlıların “Müsəlman birliyi” ölkəmizin hüdudlarından kənarda, yenə müsəlman ölkələrində ekstremist, radikal notlarla köklənən və həmin təşkilatların beşikdə böyüyən körpələridir – desəm vallah yanılmaram. “Müsəlman birliyi”. Bu ifadənin özündə dinimizə və imanımıza zidd niyyətlər var. Niyə məhz həmin qaraguruhlu bir qrup şəxslər özlərini bu dinin “birliyi”ndə görürlər? Məgər, Nardaranın sağlam, Allahdan, onun kitabından qorxan imanlı qardaş və bacılarımızın bu bəd xislətli insanların bəd əməllərindən heç bir xəbərləri olmayıb? Olmayıbsa çox pis. Yenə niyə olmayıb sualı yaranır. Yox əgər məlumatları ola-ola niyə bu barədə müvafiq orqanlara heç olmazsa “anonim” zənglərlə məlumat verməmişlər?! Bu artıq” cinayətlər barədə xəbər verməmə, onu gizlətmə” tərkibini yaradır.
Məni narahat edən başqa məqamlar da var. Nardaranda baş verən xüsusilə ictimai təhlükəli əməlin ərsəyə gəlməsi qəsəbənin - inzibati ərazinin icra nümayəndələrinin, bələdiyyə üzvlərinin,məsul orqanlarının da əməliyyat marağından və nəzarətlərindən kənarda qalması hadisənin cücərməsinə stimul yaratmışdır. Şübhəm yoxdur ki, bütün bunlar prinsipal müzakirələrin predmetinə çevriləcək və səhlənkarlığa yol verənlər tənbeh olunacaqlar.
Nardaranlıların hər birinin Allaha inanmaqlarına şübhəm yoxdur. Allaha inanmaq bəxş edilən mühitdə, şəraitdə Allah həqiqətlərini axtarıb tapmağa çalışmaq deməkdir. Bu yoxdursa, Allaha həqiqi mənada tanımaq da yoxdur və bunu dərk etməyə-etməyə cihad etmək, guya haqsızlığa qarşı vuruşmaq küfrlükdən başqa bir şey deyil. Quranda buyurulur: “Ən böyük cihad insanın şeytani əməlləri ilə mübarizəsindən keçir”. Təkrar etmək yerinə düşərdi ki, hazırki ağır hadisələri doğuran motivlərin ən əsası şeytani nəfsdir.
“Müsəlman birliyi “ öz bəd əməllərinə qarşı cihad etsəydilər yəqin ki, acı nəticələr, faciələr baş verməzdi. Ölənlərin hər biri dini və imanı bir qardaşlarımızdır.Hər birinin ruhu şad olsun və doğmalarına səbr diləyirəm. Amin! Digər zərərçəkənlər də həmçinin. Amma, unutmayaq! Qanunları bilməmək, əməlinin nəticəsini arzulamaq və onun baş verməsinə çalışmaq qəsdən törədilən cinayət olduğuna görə heç kimi məsuliyyətdən azad etmir.
Çox istərdim ki, dəyən ziyan “müsəlman birliyin”nin havadarlarından tutulsun!
Tam məsuliyyətlə demək olar ki, “Müsəlman birliyinin” islama heç bir aidiyyəti yoxdur. Həqiqi islam xudpəsənliyi, həsədi, pis əxlaqı, niyyəti, öz dövlətinə və həmvətəninə qarşı çıxmağı qəbul etmir.
Dahi rus klassiklərindən L.N. Tolstoy baxın nə yazıb: “Məhəmmədin şəriəti ağıl və hikmətlə vəhdət təşkil etdiyindən, gələcəkdə bütün dünyada hökmranlıq edəcək.”
Bernard Şou: “Məhəmmədin dinində qəribə bir təravət və həyatsevərlik var. Mən həmişə Ona, Onun dininə ehtiramla yanaşmışam”- deyir.
Böyük alim, filosof və mütəfəkkir Volter isə islam dini haqqında yazır: “Məhəmmədin gətirdiyi din şübhəsiz xristianlıqdan üstündür. İslamda heç vaxt məsihilikdə olduğu kimi dəlilik və sərsəmlik dərəcəsinə çatan küfr olmamışdır.” Əziz həmvətənlər!Bu birliyin əməlləri sərsəmlik və küfr deyilsə,onda kafirlik necə olur?
Qırıq əxlaq, natamam bilik, qəbul etdiyi dinin mahiyyətini və üstünlüyünü, nəyin qadağan, nəyin fərz qılındığını bilməyənlər qışqırıb-bağırmaqla “islam dininə mənsubam” desələr də, islam ola bilməzlər.
Uca Rəbbimiz hər birimizin əməlinə görə müvafiq cəzanı sanki boynumuzdan asmış,yaxşı və pis davranışlarımızın yazıldığı dəftər isə qoltuğmuzdadır.
Qənaətim belədir: Nardaran hadisələri bir, iki günün hadisəsi kimi yaranmamışdır. O vaxtında söndürülməyən ocaq qədər təhlükəli olduğunu sübut etdi. Göstərilən humanist münasibətlər, sosial qayğılar, bəzi insani yanaşma halları, “göz yummalar” “Müsəlman birliyi”ni şirnikləndirərək, hakimiyyət sevdasına doğru getməyə imkan vermişdir.
Lakin hadisələrin konteksində məlumatların realizə olunmasına həmişə olduğu kimi çevik reaksiya verən DİN, MTN və Baş Prokurorluq tərəfindən gözlənilən təhlükənin qarşısı alındı. Ekstremist və radikal əxlaqlı bir qrup subyektlər cəmiyyətdən təcrid olundular. Hadisələr şəxsən ölkə Prezidentinin nəzarəti altında izlənilir, heç nə yaddan çıxmır, diqqətdən yayınmır.
Daha diqqət çəkən məqam ondan ibarətdir ki, DİN-nin kollegiya sədri Ramil Usubov, müavini Vilayət Eyvazov və digər ali rütbəli dövlət rəsmiləri Nardaranda dəfələrlə oldular, onlara bir neçə dəfə silahların təhvil verilməsi ilə bağlı xitablar edildi. Müsbət reaksiya hələ ki, yoxdur. Əslində Daxili İşlər naziri hörmətli Ramil müəllimin “Silahları könüllü şəkildə yerli hüquq mühafizə orqanlarına təhvil verin” müraciətində dövlətin vətəndaşlarının əməllərinə qarşı bir unutqanlığı-amnistiya elan olunması eyhamı var. Bu ondan ibarətdir ki, odlu silahları könüllü təhvil verənlər məsuliyyətə cəlb olunmayacaqlar. Vətəndaşlar bu müraciətin mahiyyətinə hələ ki, varmırlar. Əgər DİN-nin rəhbərliyində nardaranlılarda əlavə silahlarla bağlı məlumatlar olmasaydı, nazir heç vaxt belə müraciətə imza atmaz və “məsuliyyətə cəlb olunmayacaqlar” ifadəsini işlətməzdi.
Amma çox təəssüf ki, hələ də müsbət reaksiyanın olmaması əvvəl dediyimi təsdiqləmiş olur. Deməli, “ocaq hələ söndürülməyib, təhlükə sovuşmayıb”.
Sonda: Mən, çox istərdim ki, dini, imanı, kitabı bir olan qardaş və bacılarımız Daxili İşlər naziri general-polkovnik cənab Ramil Usubovun müraciətinə hörmətlə yanaşsınlar. Bu, hər birimizin təhlükəsizliyinə zəmanət verən çağırışdır. Allah xalqımızı və dövlətimizi xətalardan və hər cür bəlalardan hifz etsin. Amin!
Şəmsəddin Əliyev
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM