“Polisə Dəstək” İB-nin sədri
2015-ci il arxada qaldı. Yeni ilin ilk ayında ötən ildə nəyi edə bildik, nəyi unutduq, 2015-ci il hansı rezonans doğuran olaylarla yadda qaldı və yaxud, digər ölkələrdən fərqli ölkəmizdə ictimai qaydanın, vətəndaşların təhlükəsizliyinin, şəxsiyyətin toxunulmazlığının, insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsiplərinin - toxunulmazlıq, pozulmazlıq və ayrılmazlıq dəyərlərinin necə mühafizə olunmasını bir vətəndaş, vətəndaş cəmiyyətinin üzvü kimi özümüzdən soruşa bilərik. Mənim, bir QHT rəhbəri olaraq ötən illə bağlı təəssüratlarım heç nəyə məhəl qoymadan deyə bilərəm ki, yaxşıdır.
Daxili sabitliyin qorunub saxlanılmasında əgər Daxili İşlər Orqanları strukturlarının qulluq funksiyalarının icraya yönəlməsi zamanı hərəkətləri fəaliyyətləri ilə bir araya sığmışsa, deməli qəbul edilən qərar düzgündür. Düşünürəm ki, biz vətəndaşların da, burada xidməti olmalı, hadisələrə reaksiyamız konstitusion vəzifələrimizlə uzlaşdığından kənarda dayanıb qarşıdurmanı seyr etmək ən azı vicdanımıza xələl gətirə bilər.
Azərbaycan dünyanın siyasi xəritəsində kiçik bir dövlət olsa da, qədim tarixi, səxavətli və ləyaqətli xalqı var. Amma nə edək ki, dünyada baş verən məqsədli dominantlıq siyasəti bizə və dövlətçiliyimizə ögeydir. Təki, zaman bizə ögey olmasın. Ölkə prezidentinin dediyi kimi, Azərbaycan düz yoldadır və imkan vermərik ki, kimsə bizi bu yoldan kənara çəksin, daxili siyasətimizə müdaxilə etsin.
Dövlət həm daxili, həm də xarici siyasətini ölkənin qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar, hamının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və benəlxalq hüququn prinsipləri ilə dövlətlər arası münasibətləri tənzimləyir. Bu baxımdan Azərbaycan xalqı seçdiyi Prezidentə onun adından danışmaq hüququnu verib. Bunları ona görə qeyd etdim ki, etibar etdiyimiz dövlət başçısının siyasətinə zidd, kiçik qruplu insanların bəzi bölgələrdə daxili siyasətin ahəngini pozmağa, başqa səmtə yönəltməyə, bəzən də ətrafını böyütmək xülyası ilə gücü çatmadığı yükü çiyninə qoymağa çalışır. Amma, bu yükün nə qədər ağır və məsuliyyətli yük olduğunun fərqinə varmırlar. Arxaya boylanıb müstəqil tariximizin ilk dövrlərini gözlərinin önünə gətirsələr hər şey aydın olar.
Ölkənin konstitusiyası hər bir Azərbaycan vətəndaşına ölkə ərazisində sərbəst hərəkət etmək hüququnu, başqaları ilə birləşib sərbəst toplaşmaq azadlığını verir. Lakin bu hüquq və azadlıqlarından istifadə zamanı yenə ölkə konstitusiyasına, qanunlara, habelə başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəslənməli, qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməlidirlər.
Ümumilikdə cəmiyyətin formal əlaməti şüura və iradəvi xüsusiyyətlərə malik olan fərdlərin məcmusundan ibarət olur.
Əslində, fərdlərin cəmiyyətdə birləşməsi yalnız ümumi maraqlar xətrinə həyata keçirilməlidir. Lakin son zamanlar Siyəzən, Lənkəran və Quba rayonlarındakı aksiya təşkilatçılarının maraqları ümumilikdən kənar, şəxsi maraqlardan irəli gəlir. Yaranan çətinliklərin müvəqqəti olacağına səbr etmirlər. Cəmiyyətin mütəşəkkil maraqları fərdi maraqları ilə uzlaşmadıqda, cəmiyyətdə hökm sürən sabitliyin məhvərinə təhlükə yaranır. Təbii, belə olan halda Azərbaycan polisinin ictimai təhlükəsizliyin pozulduğu yerlərdə qərar tutması heç kimi, heç bir qrupu qıcıqlandırmamalıdır. Nə yaxşı ki, polis var! Yoxsa cəmiyyətlərdə xaosun qarşısını almaq çox çətin olardı. Qeyd etdiklərim ictimaiyyətin qənaətidir.
İnsan bir fərd olaraq deviant davranışlarını qayçılamağı bacarmalıdır. Bu mümkün olmayanda polisin müdaxiləsi mütləqdir. Hətta güc tətbiq etmək zərurəti yaranır. Bütün dünyada belədir. Polissiz cəmiyyəti təsəvvür etmək, hər kəsin qapıları arxadan bağlayıb evi tərk etməməyə bərabərdir. Əks təqdirdə cəmiyyətdə davaya bənzər hadisələrə imkan yaranacaq – xaos.
Respublika Daxili İşlər Nazirliyi 2015-ci ilin yekunu ilə bağlı strukturlarında geniş əməliyyat müşavirələri keçirir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Baş Dövlət Yol Polisi İdarəsində və yəqin ki, yanvar ayının sonlarında ötən ilin yekunu ilə bağlı geniş kollegiya iclası keçiriləcək. Daxili İşlər Nazirinin və Kollegiya üzvlərinin iştirakı ilə keçirilən əməliyyat müşavirələrində general-polkovnik Ramil Usubov ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, ictimai asayişin mühafizəsi, cinayətkarlıqla mübarizədə dövlət siyasətinin formalaşdırılmasında polisin fəaliyyətindən danışmış, Prezidentin bu istiqamətdəki tapşırıqlarını və siyasi kursunu önə çəkərək qeyd etmişdir ki, heç bir halda, heç bir kəsə qüvvədə olan qanunvericiliyinin tələblərinə zidd davranmağa imkan verilməyəcəkdir!
Əslində bu, hər bir Azərbaycan vətəndaşına bir tövsiyədir, neqativ niyyətli və düşüncəli şəxslərlə isə qanunun dili ilə danışmaq deməkdir.
Cənab Nazirin qeyd etdikləri həm də, bizi istəməyənlərin, dövlətimizin müasir siyasəti ilə razılaşmayan, qısqanclıq hissi ilə bizə yanaşan xudpəsənd rəqiblərimizin dəyirmanına su tökmək kimi dəyərləndirilməlidir.
Mən də, ölkənin mövcud durumunun devalvasiyadan və neftin qiymətinin gözlənilməz dərəcədə aşağı düşməsindən sonra sosial çətinliklərin hələ davam edəcəyindən narahatam. Amma, cılız hisslər xalqın müəyyən təbəqəsinə, xalqın iradəsini ifadə edən konstitusiyamıza asi olmaqla davam etməməlidir. Bu çətinlikdə hər birimizin günahı var, daha çox iqtisadçıların. İqtisadçıların zamanla ayaqlaşmayan proqnozları – “öncəgörmələri” yanmış ocağa yağ tökməyə bərabərdir. Bəziləri “devalvasiyanın 3-cü mərhələsi gözləniləndir”, bəzilərinin “dolların qiyməti yenə qalxacaq” və s. həqiqətə uyğun olmayan “rəyləri” də sabitliyin pozulmasına çağırışdır. “Nə etmək lazımdır” – üçün təklif verməyə qabiliyyət və bacarıqları yoxdursa, barı çaşqınlıq da yaratmasınlar.
Rəvayət olunur ki, islam ölkələrinin şahlarından biri oğlunu elmihal olmaq üçün nüfuzlu şərq alimlərinin yanına göndərir. Müəyyən müddətdən sonra şagird oğulu ata şahın hüzuruna gətirirlər: - Qibleyi aləm, tam hazırlıqlıdır. Buyurun “süzgəcinizdən” sınayın-deyə danışməndlər şaha xitab edirlər.
Şah oğlu ilə bir az söhbət etdikdən sonra “Afərin” - deyə oğlunu bağrına basaraq əlindəki üzüyü ovcuna sıxıb sonuncu sualını verir:
- De görüm ovcumdakı nədir? ;Oğlu cavab verir: Ovucunuzdakı girdə, ortası deşilmiş, dairəvi və mədəndə çıxarılır.
Şah sevincdən özünü saxlaya bilməyib, afərin oğlum, afərin! Artıq bir şey qalmadı. İndi, de görüm, ovucumdakı nə ola bilər?- deyə sol ovcunu irəli uzadır.
Oğul: Ata bu dəyirman daşıdır.
Şah əsəbi halda: Ay oğul bir məntiqin olsun, dəyirman daşı da heç atanın ovucuna sığışa bilərmi?
Bir vətəndaş kimi Azərbaycan dövləti ilə siyasi və hüquqi bağlılığımız olduğundan ona mənsubuq. Bu konstitusion müddəanın (52-ci maddə) mahiyyətinə görə biz dövlətimizin övladlarıyıq – desəm Allah xatirinə məni qınamayın, biz o şahın övladına bənzəyirik. Yaxşıyıq, amma bizə hələ məntiqdən dərs deməyə ehtiyac var. Axı, dünyada baş verən böhran təbii fəlakət kimi hər yeri bürüyürsə, Azərbaycan dövləti bu təhlükədən necə qaça bilərdi? Zaman lazımdır ki, səbrlə bu çətinliyin öhdəsindən gələk.
Azərbaycanın bundan betər, ağır günləri olub. Səbr etmişik, səbr edək. Səbr Allahın müqəddəs adlarından biridir. “Bir meyvə ki, səbrlə yetişər, şəkər olar” – demiş dahi Sədi Şirazi.
Mənim də, sənin də, onun da o aksiyalarda iştirak edənlərin sırasında tanışımız, qardaşımız və qohumumuz var. Hər birimiz doğma və tanışlarımızı kənara çəkib başa salmalıyıq: “ Bu çətinliklərdən qurtulmaq üçün təklifin yoxsa yan keç. Səbr eylə. Qışqırıqlar, itaətsizliklər, asayiş keşikçiləri ilə yersiz qarşıdurmalar axı, çıxış yolu deyil və bu minvalla problemlər həll olunmayacaq...” Bunu da bacarmırıqsa, onda çətinliklərin həllinə mane olacağıq və onun girovuna çevriləcəyik. Övladlarımızın, nəvələrimizin gələcəyi məqsədimizdən silinəcək.
Tərəfimizdən qanunların pozulması, hüquqlardan sui-istifadə və ya üzərimizə düşən vəzifələrin yerinə yetirilməməsi qanunla məsuliyyətə səbəb olur. Bu, çoxcəhətli anlayışdır, hər bir şəxsin, məmurun da, dövlət qulluqçusunun da, bir sözlə hər birimizin cəmiyyət qarşısında mənəvi borcu, hüquq normalarına əməl olunması ilə bağlı olan əxlaqi və hüquqi kateqoriyadır. Ona görə, hər birimizin üzərinə öhdəlik qoyulur. Öhdəliyi icra etməmək məsuliyyət yaradır – pozitiv məsuliyyət. Yəni, dövlət və cəmiyyət qarşısında cəmiyyət üzvlərinin vətəndaşlıq borcu ilə əlaqədar olan faydalı hərəkətlərin həyata keçirilməsidir. Əks təqdirdə dövlət məcburiyyətinin tətbiqinə məruz qala bilərik. Gəlin, faydalı hərəkətlərlə yadda qalaq. Hüquq pozuntusuna görə retrospektiv məsuliyyətdən uzaq olaq. Doğma Azərbaycanın gələciyini anlayaq.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM