“Polisə Dəstək” İB-nin sədri
“İctimai Polis”in yaradılmasına zərurət var.
Polis orqanları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı ölkədə təhlükəsizliyin təminatı və cinayətkarlıqla mübarizə sahəsində müvəffəqiyyətin həmişə ən mühüm səbəblərindən biri olmuşdur.
Qanunların icrası və yerinə yetirilməsində fəal vətəndaş mövqeyi olmadan hüquqi və demokratik dövlətin qorunması çətindir. Daxili İşlər Nazirliyi cəmiyyətdə mütəmadi olaraq hüquqi nihilizmin aradan qaldırılması istiqamətində geniş maarifləndirmə işi aparır. Bəzən vətəndaşlar “hüququmdur”- deyə özünü necə istəsə, eləcə də aparır. Neqativ, cəmiyyət üçün arzu olunmaz halların qarşısını almaq məqsədilə polisin kənar - vətəndaş-ictimaiyyətin dəstəyinə ehtiyacı var. Cinayətkarlıqla mübarizədə vətəndaşların dəstəyi olmazsa, polis bu çətin xidmətin uğurla davam etdirilməsində çətinlik çəkəcək. Elə bir cinayət yoxdur ki, onun şahidi (şahidləri) olmasın. Şahidlərlə, vətəndaş cəmiyyətinin üzvləri kimi əməkdaşlıq etmək üçün hüquq mühafizə orqanlarına (polisə) etibar etmək lazımdır. Etibar və etimad cəmiyyətin polisi dəstəkləməsi üçün ayrılmaz tərkib hissələrdir. Polisin fəaliyyəti qanuna əsaslanmalı və vətəndaşlar üçün aydın olmalıdır.
Hər bir hüquqi demokratik dövlət cəmiyyətin marağını ifadə etdiyindən, ictimaiyyətə də öz növbəsində qanunauyğun formada dövlətə nəzarət etmək imkanı verilir. Lakin ictimai nəzarət dövlət hakimiyyətinin kompetensiyasına, orqanların və vəzifəli şəxslərin səlahiyyətlərinə müdaxilə etməklə müşayət edilə bilməz, nəzarət yalnız ictimai-ümumi maraqların təmini istiqamətində həyata keçirilə bilər.
İcra hakimiyyəti hakimiyyətin icra qolu, məcburetmə aparatının ayrılmaz tərkib hissəsidir. Burada polis dövlət məcburetmənin tətbiqini icra edən orqan kimi spesifikasından irəli gələn, fəaliyyətini müstəqil həyata keçirir. Polis icra hakimiyyətinin sutka ərzində hərəkətdə olan, daxil olan məlumatlara çevik reaksiya verən xidmət orqanıdır.
Fəaliyyət istiqamətlərini həyata keçirərkən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması halları da onun özünə xas cəhətlərindəndir. Təbii ki, belə hallar ictimai rəydə müsbət qarşılanmır və polisin gündəlik fəaliyyətində belə hallara yol verməsi insan hüquq və azadlıqlarına potensial təhlükə kimi qəbul edənlər də tapılar. Amma belə yanaşma polisin xidmətinə kölgə sala bilər.
Zahirən polisə ictimai dəstəyin həyata keçirilməsi ölkədə vətəndaş cəmiyyəti strukturlarının inkişafının təzahürüdür. Əslində ictimai həyatı əhatə edən müstəqil KİV- -in, həmkarlar təşkilatlarının və ictimai birliklərin sabitliyin qorunması sahəsində konsolidasiyası vətəndaş borcu kimi də qəbul edilə bilər. Zənnimcə vətəndaş cəmiyyətinin mərkəzi fiquru və favoriti vətəndaşın özüdür. O, dövlətə mənsub olan şəxs
kimi hüquqlarını bildiyindən inamla hərəkət edir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Hər bir kəs cəmiyyətdəki hüquqa zidd halların qarşısında susmamalıdır.”
Qeyd etmək yerinə düşərdi ki, hər bir vətəndaşın hüquqa zidd hallara qarşı mübarizə ideyası təfəkkürünə uyğun formalaşır və bu ideya hər bir kəsin konstitusion vəzifəsinə çevrilməlidir. XIX əsrin (1818-1892) alman hüquqşünası Rudolf İyerinq də həmin vaxtlarda öz həmvətənlərinə belə tövsiyə etmişdi: “Cəmiyyətdəki hər cürə hüquqpozmalara qarşı müqavimət göstərmək fərdin özünə qarşı vəzifəsi, hüquq uğrunda mübarizə vəzifədir”. Bu baxımdan da vətəndaş cəmiyyəti - əsl, həqiqi vətəndaşlardan ibarətdir - desəm yanılmaram. Şüurlu, məsuliyyətli, real bacarıq və qabiliyyətə malik, ümumi maraq üçün çalışan alturist vətəndaşlar burada diqqət mərkəzində olur. Ciddi düşünsək qeyd etdiyim erudiyalı insanların olmadığı cəmiyyət sağlam cəmiyyət deyil, olsa-olsa onun sönük kölgəsidir. Deməli, təhlükəsiz cəmiyyətin də mövcudluğu mümkün deyil. Belə bir cəmiyyətdə polisin hüquq və vəzifələrini xarakterizə etsək deyə bilərik ki, polis faktiki və de yure dövlətlə ona mənsub olan vətəndaşları arasında doğma, yaxın münasibətləri tənzimləyir, daha çox ictimai əhəmiyyət kəsb edən yerlərdə “xalqın hüququndan” çıxış edərək daha fəal və sərbəst mövqe tutur.
Aşkar görünür ki, daha çox ekstremal situasiyalarda polisin fəaliyyətinə, asayişi mühafizə etmək üçün cəmiyyətin dəstəyi qaçılmaz olur. “İctimai dəstək” bir növ polisə ictimai – könüllü nəzarətin və könüllü dəstəyin təcəssümü kimi ortaya çıxır. Zamanın bu çağında belə təkliflə çıxış etmək, bəlkə də ictimaiyyət tərəfindən birmənalı qarşılanmasın. Amma zaman dəyişdikcə ictimai marağa və təhlükəsizliyə mane olan, yeni növ hüquqa zidd hallar dinamikada özünə yer alır. Mahiyyətinə görə vətəndaş cəmiyyəti ilə polis arasında olan əlaqə, cəmiyyətin polisə dəstəyi aşağıdakı tərkib hissələrlə bağlı ola bilər:
* İlk növbədə birbaşa polisə dəstək olmaqla baş verəcək “təsadüflərin” – hərəkət və hərəkətsizliklərin - ekstesslərin qarşısını almaq haqda fikir formalaşacaq;
* Konkret şəxslərin özəl maraqları ilə cəmiyyətin ümumi maraqları arasında harmoniya təmin ediləcək.
Yenə alman filosofu Hegelin fikrincə ifadə etsəm – vətəndaş cəmiyyəti üçün polisin əvəzsiz dəyərini qeyd etsək cəmiyyət onsuz inkişaf edə və mövcud ola bilməz. Bu qanunauyğunluq, cəmiyyətin ictimai asayişin mühafizəsi məqsədilə polisə dəstək olmaq ideyası zamanın və müstəqilliyimizin özəl diqtəsidir – deyə reallaşmalıdır.
“Polis haqqında” Azərbaycan Respublikası qanunun dili ilə ifadə etsək polis, fəaliyyət istiqamətlərini həyata keçirərkən özünə qarşı ictimai etimadın və vətəndaşların dəstəyinin təminatına çalışır (çalışmalıdır). Mübaliğəsiz deyə bilərəm ki, bu bəzən, hər bir cəmiyyətin bütövlükdə polisə nə dərəcədə etibarından və onun fəaliyyətinə inamından asılı olur. Bu kriteriya həm də, polisin vəzifəsinin icrası zamanı vətəndaş cəmiyyətinin hansı səviyyədə onlara dəstək olmasından irəli gəlir və daha çox cinayətkarlıqla mübarizədə habelə ictimai asayişin və sabitliyin təmin olunmasında təsdiqini tapa bilər.
2015-ci ilin yay aylarında Bakı şəhərində keçirilən Avropa oyunları zamanı könüllülərdən ibarət çoxlu sayda gənclərin şərəf duyulan idman kompaniyasına dəstəyi hər birimizin, hətta beynəlxalq ictimaiyyətin də yaddaşında yəqin ki, xoş ovqatla hələ çox xatırlanacaq. Düşünürəm ki, cəmiyyətdə daxili sabitliyin davamlı təminatı ictimaiyyətin dəstəyi ilə həyata keçirilsə daha çox səmərə verə bilər. Sözün həqiqi mənasında “təhlükəsiz şəhər”dən sonra, bütövlükdə “Təhlükəsiz Azərbaycan”a imza ata bilərik. Bu hər birimizin, daha çox sağlam gənclərdən ibarət, hərbi xidmətdən tərxis olunmuş 25 yaşına qədər olan hündür boylu, həddi-buluğa çatmışların tərəddüdsüz vətəndaşlıq borcuna çevrilə bilər.
Yenə “Polis haqqında” qanunun qəlibi daxilində çıxış etsək polisin fəaliyyətinin rəsmi qiymətləndirilməsinin əsas kriteriyalarından biri ictimai rəydən ibarətdir. Cəmiyyətin müəyyən qrup və təbəqəsindən polisə dəstək olarsa, polis haqqında, onun fəaliyyəti ilə bir araya sığmayan dedi-qodulara da imkan verilməz. Ən azı, hakimiyyətin səlahiyyətli nümayəndələri onunla yanaşı xidmət edən, cəmiyyətin könüllü dəstəkliləri yanında həddini aşmaz, insan və vətəndaş hüquq və azadlıqlarına daha həssas və humanistcəsinə yanaşar. Bir sözlə polisin nüfuzu artar.
Qeyd etmək lazımdır ki, ictimai asayişin mühafizəsi məqsədilə cəmiyyətin polisi dəstəklədiyi təqdirdə, polisin fəaliyyətinə ictimai nəzarətlə yanaşı korrupsiyaya qarşı mübarizə mexanizminin rolu arta bilər. Digər sezilməyən faktor onunla əlaqədar ola bilər ki, polisin fəliyyətində könüllü iştirak edən və ona dəstək verən belə sınanmış gənclər polis orqanlarının kadro potensialının təminatında “layiq ehtiyat kadr” siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynaya bilər. Beləliklə tədricən polis orqanlarında Prezident İlham Əliyevin cinayətkarlıqla mübarizə siyasətinin uğurla formalaşdırımasında yəqin ki, səmərə verə biləcək.
Polisin fəaliyyətində cəmiyyətin dəstək verərək iştirakı xüsusi prinsip kimi normativ hüquqi aktlarla nizamlanmasa da, “Polis haqqında” qanunda polisin fəaliyyətinin ümumi (sahəvi) prinsiplərində ictimaiyyətin dəstəyinin müxtəlif formada realizə olunması üçün hüquqi baza və əsas var.
Qeyd etmək istərdim ki, polisin vətəndaş cəmiyyəti ilə qarşıllıqlı prinsipləri məntiqi olaraq vətəndaş cəmiyyətinin, eyni zamanda polisin fəaliyyətinin təşkili prinsipləri ilə tam olmasa da, qismən üst-üstə düşür. Nəzərə almaq lazımdır ki, dövlətə münasibətdə vətəndaş cəmiyyəti özünü idarə sistemidir. Bu sistem bilavasitə vətəndaşlardan təşkil olunmaqla hüquq və azadlıqları özgəninkiləşdirilməyən və dövlətin pozitiv hüquqları ilə yüksək dəyərləndirilən vətəndaş durur.
Polis cəmiyyətin üzərində hökm etmək yox, vətəndaş cəmiyyəti və vətəndaşlarla sıx əlaqədə xalqa xidmətdə hakimiyyətin səlahiyyətli nümayəndəsinə çevrilir. Belə model polis əməkdaşlarının fəaliyyətləri zamanı vətəndaşlara, onların hüquq və azadlıqlarına nəzakətli və diqqətli münasibətində, müraciətlərinə qarşı qayğısında, xarici görünüşünün səliqəsində və anticəmiyyət hallarına qarşı vətəndaşların cəlb edilməsi ilə tamamlanır.
Azərbaycan Daxili İşlər Nazirliyinin nəzdində hüquq qaydalarının təmini və hüquqpozmaların xəbərdarlığı məqsədilə vətəndaş cəmiyyətinin fəal üzvləri sırasında “Təhlükəsizliyə Dəstək” və yaxud “Cəmiyyət Dəstəkli Polis” strukturun yaradılması cinayətkarlıqla mübarizə sahəsində praktikanı ehtiva edən vətəndaş təşəbbüsləri inkişaf edəcək, nəticədə vətəndaş cəmiyyətinin dövlət və onun orqanları ilə qarşılıqlı əlaqəsi güclənəcək.
Dünyanın əksər ölkələrində polislə ictimaiyyət arasında ictimai inamın və etimadın, anlaşılan əlaqələrin yaradılması polis orqanlarının nüfuzunun artmasına təsir edir, cinayətkarlığa qarşı mübarizədə, hüquqpozmaların qarşısının alınmasında gözlənilən göstəricilər əldə edilir.
Yəhudi dövlətində polislə bir cərgədə xidmət edən “Təhlükəsizliyə Dəstək”in əməkdaşlarının sayı polisin şəxsi heyətinin sayından 2 dəfə çoxdur. Bir növ vətəndaş cəmiyyəti polisin cinayətkarlıqla mübarizə yükünü tən daşımağa mükəlləf olsa da haqq almırlar. Lakin onlar DİN rəhbərliyi tərəfindən müntəzəm olaraq rəğbətləndirilir, dövlət və xalqa xidmət etməklə sırf vətəndaş mövqeyindən çıxış etməkdə şərəf duyurlar.
Qardaş Türkiyədə də “İctimai Polis” bu funksiyanı həyata keçirir. Onlar xüsusi geyim forması və s. təchiz edilir, polis arkadaşları ilə birgə xidmətdən zövq alırlar.
Avropanın inkişaf etmiş ölkəsi olan Böyük Britaniyada “cəmiyyət və yaxud ictimai dəstəkli polis” DİN-nin nəzdində, lakin kənarda olan mənzil qərargahda funksiyalarını həyata keçirirlər. Polis haqqında daxil olan vətəndaş şikayətlər birbaşa bu quruma daxil olur. Şikayətlər mahiyyətinə görə tədqiq edildikdən sonra aidiyyəti üzrə bölüşdürülür.
Azərbaycan dövləti bu təklifin reallaşmasına “Hə” deyərsə zənnimcə işsiz qalan gənclərin sağlam dəstəsinin potensialından faydalanmaqla, ümumi maraqlara xidmət ediləcək, gənclər arasında hüquqi nihilizmin rüşeymləri məhdudlaşacaq, cinayət törədənlərin sırasında gənclərin dəhlizi daralacaq.
“İctimai polis”in yaradılması keçmiş sovet dövründə olan “xalq drujinaçıları”nı təkrarlamaq deyil. Heç oxşarlıq, hətta zahiri yamsılamalar da yoxdur. ATƏT-in və beynəlxalq təcrübənin mütərəqqi, modern modeli kimi Azərbaycan polisinin ictimaiyyətlə sağlam və işgüzar əlaqələrin inkişaf etdirilməsidir. Bu polisdə aparılan demokratik islahatların məqsədli davamıdır.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM