Tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələrində mövqeyini ortaya qoymaq, orientasiyasını bəyan etmək ehtiyacı ilə üzləşdi. Yaradılan dövlətin siyasi, iqtisadi, sosial, mədəni, regional orientasiyası, məxsusi dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyət şəraitində müstəqil dövlət quruculuğuna başlayan Azərbaycan üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir vaxtda vacib məsələlərdən biri də Azərbaycan dövlətinin din məsələlərinə münasibəti, ölkədə mövcud olan fərqli dini icmalara və konfessiyalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi, müxtəlif dinlərə, millətlərə, azsaylı xalqlara və dini icmalara münasibətin əsaslarının işlənib hazırlanması və təsdiqi idi.
Azərbaycan Respublikası milli, dini, irqi, dil, mədəniyyət cəhətdən son dərəcə mürəkkəb struktura və həmin məsələlərə münasibətdə özünəməxsus ideoloji platformaya malik olan Sovetlər İttifaqından qopub ayrılmışdı. Onun mövcudluğunun son dövrlərindən etibarən hakim kommunist ideologiyasının təlqin etdiyi proletar internasionalizmi tədricən öz təsirini itirirdi. Lakin uzun illər bir ictimai-iqtisadi, sosial-siyasi və mədəni mühitdə yaşamış sovet cəmiyyətində yaşayan millətlərin və xalqların rejimin iradəsindən asılı olmayan yaxınlaşması baş vermişdi. Ümumi dəyərlər sistemi insanları vahid humanitar məkanda birləşdirmiş və yaxşnlaşdırmışdı. Lakin SSRİ-nin dağılma anında həmin birlik ideoloji, sosial-iqtisadi və siyasi zəminini itirdiyindən ideologiyanın təsiri altında formalaşdırılmış birlik öz dayaqlarından məhrum olur. Əvvəllər qovuşduğu iddia edilən sovet millətləri və xalqlarının vahid, tarixi birliyi kimi təqdim edilən “sovet xalqı” ilə yanaşı onun idealları da, münasibətlər sistemi də aradan çıxır. Bu illərdə ittifaqın müxtəlif yerlərində, o cümlədən Cənubi Qafqazda, alovlandırılan milli münaqişə ocaqları əvvəlki ideoloji durumları qəti olaraq məhv edirdi.
Sovet ideologiyasında dinə münasibət neqativ idi. Hakim partiya və siyasi hakimiyyət ateizmi təlqin edir, dini, milli və etnik müxtəlifliyin aradan qaldırılması yolu ilə eyni düşüncəyə, eyni əqidəyə malik insan cəmiyyəti formalaşdırmaq istiqamətində siyasət yeridilirdi. Lakin bu avantürist ideyanı nəinki reallaşdırmaq mümkün olmadı, hətta bu yanlış xətt gələcəkdə baş verəcən münaqişələri üçün özündə zəmin qoruyub saxlayırdı. Sovet hakimiyyətinin ən güclü dövrlərində də insanların şüurundan dini inancı çıxarmaq mümkün olmamışdı. Buna görə də zaman-zaman hakimiyyət bu sahədə reallıqlarla barışmalı olmuş, müəyyən mərhələlərdə dinə münasibətdə öz sərt siyasətini yumşaltmalı olmuşdu.
Kommunist partiyasının ilk proqram sənədlərində millətlərin bərabərliyi elan edilir, onların tam inkişafı üçün şəraitin yaradılması başlıca vəzifə hesab edilirdi. Sonrakı proqramlarda sovet cəmiyyətində milli məsələnin həll olunmasından söhbət gedir, millətlərin “çiçəklənməsi” və “qovuşmasından” danışılırdı. Lakin reallıqda vəziyyətin heç də partiya proqramlarında yazıldığı kimi olmadığını, milli, dini, irqi əlamətlərə münasibətdə, onların daşıyıcıları olan insanlara münasibətdə yazılmamış reallıqların olması heç də sirr deyildi. Sovet hakimiyyətinin son onilliklərində isə həmin müddəalara söykənən şüarlar öz təsirini tamamilə itirmişdi. Reallıqda qalan isə xalqların birgəyaşayış şəraitində formalaşmış isti münasibət idi ki, o da öz təsirini yeni şəraitdə bu günə qədər saxlayır.
Hər bir xalqın mənəvi-əxlaqi siması tarix boyu malik olduğu və inkişaf etdirdiyi dəyərlər sistemi üzərində təşəkkül tapır. Bu keyfiyyət irsi xarakter daşıyır və daim zənginləşə və mükəmməlləşə bilir. SSRİ-nin iflası nəticəsində müstəqilliyini bərpa etmiş Azərbaycan bütün imkanları, maddi və mənəvi potensialı ilə dünya miqyasına çıxır. Müstəqilliyini bərpa etdiyi gündən Azərbaycan Respublikası dünya xalqları üçün açılır. Qapalı sovet mühitində olduğundan onun müasir dünyaya məlum olmayan keyfiyyətləri yalnız bu dövlətin dağılması və burada siyasi müstqilliyin bərpasından sonra aşkar olur. Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın mahiyyətində toplanmış cəhətləri onun dünya miqysında imicinin formalaşmasında iştirak edir. Hər şeydən əvvəl isə xalqın mənəviyyatında əsrlər boyu kök salmış humanist keyfiyyətləri həyatın bütün sahələrində reallaşdırılan işlərində və münasibət sistemində özünü büruzə verir.Təsadüfi deyildir ki, müstəqilliyinin başlanğıcında Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlardan birincisi İslam Konfransı Təşkilatı (İKT) olmuşdur. Elə bu faktın özü Azərbaycan Respublikasının din sahəsində olan niyyətlərindən xəbər verirdi. Azərbaycan başqa cür ola da bilməzdi. Onun qanunvericiliyində addım-addım əks olunmuş prinsip və münasibətləri xalqın tarixi kökləri ilə sıx bağlı idi. Lakin bu məsələ özü özlüyündə baş vermirdi. Bu keyfiyyətləri sistemləşdirmək, analiz etmək, hüquqi sənədlərdə öz yerinə qoymaq, onların düzgün dərk olunmasına nail olmaq, bu sahəni istiqamətləndirmək dövlətin və cəmiyyətin qarşısında duran mürəkkəb məsələlərdən idi. Nəzərə almaq lazımdır ki, uzun illər dünyadan təcrid olunmuş, birdən birə açılmış Azərbaycan cəmiyyətinə can atan, orada kök salmağa çalışan müxtəlif məramlı çoxsaylı qüvvələr yaranmış boşluqlardan istifadə etməyə çalışır, əhalinin müxtəlif təbəqələrini öz təsirləri altına almağa, gələcəkdə isə ondan öz məkrli niyyətlərinə istifadə etməyə çalışırdılar.
Buna görə də müstəqilliyin ilk illərində kommunist ateizminin buxovlarından azad olmuş gənc, demokratik ruhlu və niyyətli bir ölkədə dini mənsubiyyət məsələlərinin araşdırılmasına, dini dəyərlər sistemində bir sıra məsələlərə prinsipial aydınlıq gətirilməsinə, cəmiyyətin yad təsirlərdən və qərəzli ideoloji və dini təcavüzdən qorunmasına, ölkədə mövcud olan dini və milli azlıqlarla münasibət məsələlərinin prinsiplərinin dəqiqləşdirilməsinə, dövlətin din sahəsində yeritdiyi xəttin qəti olaraq müəyyənləşdirilməsinə son dərəcə böyük ehtiyac var idi.
Müstəqilliyin ilk illərində ictimai həyatın bütün sahələrində ölkənin başlıca siyasi xətti əvvəlki ictimai-siyasi quruluşun davamı kimi aparılırdı. Lakin həmin məsələlərin quruculuq məcrasına yönəldilməsinə və hüquqi səndlərlə möhkəmləndirilməsinə ehtiyac var idi. Əvvəlki cəmiyyətdə dinə münasibətdə mövcud olan normalar cüzi dəyişikliklərlə fəaliyyət göstərməkdə davam edirdi. Dinin dövlətdən ayrı olması, məktəbin dindən ayrılığı prinsipləri qalırdı. Sovet qanunlarında dinə münasibətdə müəyyənləşdirilmiş norma və prinsiplər kommunist ideologiyasından ayrılandan sonra yeni mühitdə öz təsirini saxlaya bilirdi və onların bazasında yeni cəmiyyətin din siyasətini qurmaq mümkün idi. Düzdür, postsovet məkanında dini və milli zəmində törədilmiş münaqişələr təhlükəli tendensiyalardan xəbər verirdi. Bütün bunlara baxmayaraq, əvvəlki cəmiyyətdə də azərbaycan xalqının mövcud qanunlarla çulğaşmış humanist ənənələri müstəqillik dövründə dini və milli azlıqlara, qonşu xalqlara və dövlətlərə münasibətdə öz fundamental rolunu oynayırdı.
Azərbaycan Respublikasının tutmuş olduğu din siyasəti xəttinin formalaşdırılması, onun hüquqi bazasının təmin edilməsi və təkmilləşdirilməsi istiqamətində müstəqilliyin bərpa olduğu gündən xalqın tarixi demokratik humanist ruhuna uyğun ardıcıl addımlar atılmışdır. Bir sözlə, hazırda Azərbaycan Respublikasının yeritdiyi dini siyasət xəttinin əsasında xalqın tarix boyu formalaşmış ənənəsi dayanırdı. Müstəqillik dövründə qəbul edilmiş qanunlar, reallaşdırılan proqramlar da həmin ənənələrə söykənir.
Konstitusiya qəbul olunana qədər Azərbaycan Respublikasının din siyasətini tənzimləyən hüquqi sənəd 1992-ci ilin 30 avqustunda qəbul edilmiş “Dini etiqat haqqında” Qanun idi. Bu qanun vətəndaşların dinə münasibətdə olan hüquq normaları və onların işləmə mexanizmləri öz əksini tapmışdır. (1, s.62-76)(Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər. Bakı, “Elm və təhsil”, 2015,s. 62-76)
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilir. 1993-cü ildə Heydər Əliyevin ölkənin ali hakimiyyətinə qayıdışı ilə hərc-mərcliyin aradan qaldırılması, daxildən və xaricdən olan təzyiqlərin və təcavüzün qarşısının alınması, normal dövlət quruculuğu prosesinin əsasının qoyulmasının məntiqi nəticələrindən biri olan bu konstitusiyanın qəbulu bütün məsələlərdə olduğu kimi dövlət-din münasibətlərində də dövlətin qəti mövqeyini və başlıca prinsiplərini ortaya qoydu. Bu sənəd Azərbaycan xalqının demokratik, hüquqi dövlət qurmaq əzmini və bu dövlətin dindən ayrı – dünyəvi bir dövlət olması iradəsini ifadə edirdi.(2,s.5) (Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, Qanun nəşriyyatı, 2009. S. 5).
Vətəndaşların hər birinin irqindən, milliyyətindən, dinindən, dilindən və digər əlamətlərindən asılı olmayaraq bərabərhüquqluğuna söykənən yanaşma bu münasibətlər sisteminin əsasını təşkil etdi. Konstitusiyanın 48-ci maddəsində isə insanların vicdan azadlığı təsbit olunur: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır” (2, s.17). (Azərbaycan Respublikasının Konstitusiyası,Bakı, Qanun nəşriyyatı, 2009. S. 17).
Konstitusiyada ölkə vətəndaşlarının dini etiqad azadlığı geniş və birmənalı şəkildə ifadə edilmişdir. Bu qanunda Azərbaycanın hər bir vətəndaşı öz din etiqadını müəyyənləşdirmək, dini ayinləri sərbəst icra etmək, bu məsələ ilə bağlı heç bir təsirə məruz qalmadan qərar vermək hüququ təsbit edilir. Konstitusiyaya görə, ölkənin əsas dini olan İslamla yanaşı bütün başqa dinlərə bərabər şərait yaradılır, onların sərbəst fəaliyyəti üçün hər cür imkan təmin olunur.
Bütövlükdə, ölkədə din siyasətinin hüquqi bazasına daxil olan sənədlərin sırasına ölkə Konstitusiyası, onun bazasında qəbul edilmiş “Dini etiqat azadlığı haqqında” Qanun, ölkənin qoşulmuş olduğu beynəlxalq konvensiyalar, habelə din məsələlərinə bu və ya digər dərəcədə aidiyyəti olan qanunların müvafiq müddəaları təşki edir. Azərbaycanda həmin qanunların əməl olunmasına ciddi diqqət yetirilir. (1) (Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər. Bakı, “Elm və təhsil”, 2015)
1992-ci ildə qəbul edilmiş “Dini etiqat azadlığı haqqında” qanun dövlət-din münasibətləri sistemində başlıca işlək sənəd olmuşdur. Azərbaycan Respublikasının müddəalarına uyğun olan bu sənəd faktik olaraq Azərbaycan cəmiyyətinin din məsələlərinin bütün cəhətlərini əhatə edir, norma və prinsipləri özündə birləşdirir. Lakin onun mövcud olduğu dövrə diqqət yetirdikdə onun tez-tez müzakirələr obyekti olduğunu, dəfələrlə əlavə və düzəlişlərlə təkmilləşdirilməsini müşahidə edə bilərik. Bu da təsadüfi deyildir. Yuxarıda qeyd olunduğu kimi, müstəqillik illərində ictimai həyatın ən mürəkkəb məsələlərindən biri olan dinlər və konfessiyalararası münasibətlər, insanların milli və dini hissləri daha çox qərəzli təsirlərə məruz qalan məsələlər olmuşdur.
Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin daim təkmilləşdirilməsi, vətəndaşların dini etiqad və vicdan azadlıqlarını mükəmməl şəkildə təmin edilməsi üçün onun həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də idarəedilməsində ardıcıl addımlar atılmışdır. 2001-ci ildə iyunun 21-də Prezidentin fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılır.(3) (http://scwra.gov.az/pages/125/). Bu hakimiyyət strukturunun vəzifələri sırasına vətəndaşların vicdan azadlıqlarının təmin edilməsinə dəstək vermək, müxtəlif dini icmalar, konfessiyalarla dövlət arasında münasibətləri nizamlı şəkildə həyata keçirmək, qəbul edilmiş qanunların, hüquqi aktların riayət olunmasına nəzarət etmək, dini qurumları qeydiyyata alaraq onlarların konstitusiya hüquqlarının təmin edilməsinə şərait yaratmaq olmuşdur. (1, s.31-42) (Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər. Bakı, “Elm və təhsil”, 2015,s. 31-42).
Müstəqil Azərbaycanın bütün tarixi dövründə dövlətin vətəndaşların dini hisslərinə, onların bu sahədə hüquq və ehtiyaclarına qayğısı həmişə hiss olunmuşdur. Ölkədə mövcud olan dinlərin, konfessiyaların bərabər hüququ təkcə kağız üzərində deyil, həm də real həyatda konkret məsələlərdə təmin edilmişdir.
Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 615 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 594-ü İslam, 21-i isə qeyri-islam təmayüllüdür. Onlardan 12-si xristian, 6-sı yəhudi, 1-i krişna; 2-si bəhai icmalarıdır. Əvvəllər qeydiyyatdan keçən qeyri-islam dini icmalarını da buraya əlavə etsək, ümumilikdə onların sayı 30-dan çoxdur.http(4) (//scwra.gov.az/pages/181/).
Qeyd edək ki, sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. Son məlumatlara görə, hazırda ölkə ərazisində 2054 məscid mövcuddur, onlardan 135-i Bakı şəhərində yerləşir. Ölkə ərazisində 13 kilsə, 7 sinaqoq, 748 pir və (4) (//scwra.gov.az/pages/181/).
Azərbaycan Respublikası bir müsəlman dövləti kimi daim İslam dəyərlərinə yüksək önəm verilmişdir. Azərbaycanda hələ Rusiya imperiyası və sovetlər dövründən Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi fəaliyyət göstərir. Bu idarəyə müsəlmanların bütün ibadət yerləri və dini topluluqları tabe olunmuşdur. Bu qurumda şiə və sünnü dini icmaları birləşdirilmişdir. (5) (http://scwra.gov.az/pages/95/).Xüsusən Ümummili lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərinə qəti olaraq aydınlıq gətirilmiş, uzun illər insanların dini hisslərinə münasibətdə yeridilən yabançı kommunist yanaşmasına son qoyulmuşdur. Müstəqillik dövründə məsçidlər, müqəddəs ziyarətgahlar, kilsələr, sinaqoqlar, digər dini obyektlər dindarların istifadəsinə qaytarılmışdır. Bu dini obyektlər bərpa edilmiş, abadlaşdırılmış, yeniləri tikilmişdir. Dindarların dini ayinləri icra etməsi üçün bütün məhdudiyyətlər aradan qaldırılmışdır.
Müstəqillik illərində 814 məscid inşa olunmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar istisna olmaqla Azərbaycanda 1834 məscid fəaliyyət göstərir. Həmin məsçidlərdən 306-sı dövlət tərəfindən tarixi abidə kimi qorunur.
1993-2003-cü illər ərzində ölkədə 517 yeni məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur. Dövlət vəsaiti hesabına Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən qurulmışdur.
2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur. (6) (//http://scwra.gov.az/pages/191/).
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində,Gəncə şəhər İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılmışdır.
Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunmuşdur.(6) (//http://scwra.gov.az/pages/191/).
Azərbaycan Respublikasının din sahəsində həyata keçirdiyi siyasi xətt ölkə sərhədləri ilə məhdudlaşmamışdır. Hələ 1991-ci ilin dekabrından İslam Konfransı Təşkilatına üzv olmaqla özünün İslam dünyasına mənsubluğunu bəyan edən Azərbaycan, müstəqillik dövründə əyani şəkildə özünün bütün dinlərin ümumbəşəri dəyərlərinə sadiqliyini sübut etmiş, bu ideyaların təbliğində öndə gedən ölkələrdən biri olduğunu nümayiş etdirmişdir. Xüsusən də sonuncu onilliklərdə Azərbaycan xalqların, sivilizasiyaların və dinlərin yaxınlaşması və onlar arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Ölkə daxilində müxtəlif dinlərin bərabərhüquqluğunu və sərbəst fəaliyyətini təmin etməklə yanaşı regionda dinlərarası münasibətlərin tənzimlənməsində böyük işlər həyata keçirmişdir. Azərbaycan, onun paytaxtı Bakı şəhəri həmin məsələlərin müzakirə edildiyi mərkəzə çevrilmişdir. Burada “Bakı prosesi” adını almış böyük bir dialoq tədbirlərinin əsası qoyulmuşdur. Ölkədə keçirilən Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada gedən neqativ proseslərin və münaqişələrin fonunda ümid işığı verən prosesləri təcəssüm etdirir. Butun bunlar Prezident İlham Əliyevin Birinci Bakı Forumunda qeyd etdiyi kimi “ölkədə mövcud ictimai-siyasi sabitlik,vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdəm bəhrələnən milli siyasətin məntiqi nəticəsidir” (7). ( İlham Əliyev. Azəebaycan tolerantlıq örnəyidir. (çıxışlar, nitqlər, görüşlər, tədbirlər) ), Bakı, “Elm və Təhsil”, 2015, s.423).
Müasir Azərbaycanda dini sferada problem məsələlərdən biri din pərdəsi altında Azərbaycana nüfuz edən və konkret məqsədlərə xidmət edən radikal və ekstre-mist cərəyanların dağıdıcı fəaliyyətidir. Bəlkə də dünyanın heç bir yerində ola bilməyən dini cərəyanlar postsovet məkanında, o cümlədən Azərbaycanda sərbəst fəaliyyət göstərir, burada öz dayaqlarını yaratmağa çalışırdılar. Dini cərəyanların sərbəst fəaliyyəti bu ölkəyə edilən təcavüzlərdən biri idi. O, Azərbaycana edilən digər təcavüz və təzyiqlərdən heç də az təhlükəli de-yildi. O, daha uzunmüddətli planların reallaşmasına yönəlmişdi. Bu cəhdlərin əksəriyyəti huma-nist ideyalar, demokratiyaya dəstək , maddi və mənəvi kömək pərdəsi altında həyata keçirilirdi. Kənar, yabançı, məkrli məqsədlərin ört- basdır edilməsi, Azərbaycan cəmiyyətində kok salmaq üçün istifadə olunan populyar və təhlükəli vasitələrdən biri din pərdəsi altında edilən nüfuzetmələr idi. Onların vaxtında nəzarət altına alınması, bu sahədə hüquqi-normariv bazanın formalaşdırılması, qərəzli dini təbliğatın mahiyyətinin aşkar edilərək ifşa edilməsi dövlətin qarşısında duran vacib məsələlərdən biri idi.
Azərbaycanda fəaliyyət göstərən radikal dini cərəyanlar içərisində ən təhlükəliləri və uzunömürlüləri islam yönümlü olanlardır. Ölkə əhalisinin böyük əksəriyyətinin müsəlman olması burada təxribatçı qüvvələrin islam yönümlü təbliğata üstünlük vermələrinə səbəb olmuşdur. Ümumiyyətlə, müsəlman dünyasında son dövrlərdə yeridilən dağıdıcı siyasət, törədilən fitnələr, alovlandırılan müharibə oçaqlarının eyni mənbədən, eyni məqsədlərlə həyata keçirildiyi şübhə döğurmur. Onun istiqamətlərindən biri də postsovet ölkələrində, o cümlədən Azərbaycanda, aparılan təxribatlardır. Son dövrdə Azərbaycanın müxtəlif regionlarında baş vermiş terror, qarışıqlıq hadisələrinin başlıca məqsədi ölkədə sabitliyi pozmaq, Azərbaycanın beynəlxalq aləmdə formalaşmış nüfuzuna zərbə vurmaq, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə kölgə salmaqla ona təzyiq vasitələrini gücləndirmək olmuşdur. Lakin hadisələr göstərdi ki, onların əvvəlcədən ələ aldıqları azsaylı insanlardan başqa heç kim bu avanturanı dəstəkləmədi və onların cəhdləri iflasa uğradı.
Müstəqil Azərbaycan Respublikasında din sahəsində başlıca vəzifə təkcə orientasiyaların dəqiqləşdirilməsi, dövlətin həmin sahədə olan məsələlərə prinsipial mövqeyinin müəyyənləşdirilməsi deyildi. Əlbəttə, bu məsələlər dövlətin strategiyası və taktikasını formalaşdırmaq üçün vacib idi. Lakin real vəziyyətdə təsir edən amillər kifayət qədər çox idi. Buna görə də hər bir amilin nəzərə alınması, konkret situasiyalara uyğun addımların atılması tələb olunurdu.
Böyük diqqət tələb edən məqamlardan biri ölkənin dinlə bağlı olan problemlərinə müxtəlif daxili və xarici qüvvələrin təsir etmək, ondan öz məqsədləri üçün istifadə etmək cəhdləri olmuşdur. Qeyd olunduğu kimi hələ sovet rejiminin dağıldığı dövrdən dini müssionerlər ölkəmizə gəlməyə başlamışdılar. Həmin dövrdə yaranmış ideoloji boşluqlar, günbəgün dərinləşən ictimai-siyasi böhran, social-iqtisadi çətinliklər missionerlərin fəaliyyəti üçün münbit şərait yaradırdı.
Bu missioner cərəyanlar müxtəlif ölkələrdən gəldiyi kimi, məqsədləri, fəaliyyət formaları da müxtəlif idi. Onları İslam, Xristian, Yəhudi və Krişna yönümlü istiqamətlərə müvafiq qruplaşdırmaq olar. Düzdür, intensiv fəaliyyət göstərmələrinə baxmayaraq onların çoxu Azərbaycan mühitində özlərinə dayaq yarada bilmədilər. Lakin bəziləri müəyyən qədər fəaliyyətlərini genişləndirə bildilər və bu günə qədər vaxtaşırı bu və ya digər formada özlərini büruzə verirlər. Əgər İudaizm və Krişna ilə bağlı cərəyanlar elə bir ciddi nəticələr əldə edə bilməsələr də, Xristian mənşəli cərəyanlar daha uzunmüddətli təsirə malik ola bilmişdilər.
Ümumiyyətlə, müxtəlif missioner təşkilatları və cərəyanları ilə daha effektiv və ardıcıl mübarizə aparmaq üçün Azərbaycanda dinlərin və onun ayrı-ayrı qanadlarının icmalarda birləşməsinə və qeydiyyata götürülməsinə üstünlük verilir. 2001-ci ildən əsası qoyulmuş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması və onun dövlətlə dini qurumlar arasında əlaqə yaratmaq, münasibətləri tənzimləmək funksiyasını həyata keçirməsi öz müsbət nəticələrini verməkdədir. Bu gün bu komitənin qeydiyyatından keçmiş qeyri-islam dini icmalarının sayı 30-dan çoxdur və Azərbaycan hökuməti onlarla səmərəli iş qurur və ölkədə həmrəylik, tolerantlıq mühitinin yaradılması və dəstəklənməsi işində onlarla əməkdaşlıq edir. Hazırda Azərbaycanda pravoslav kilsəsi Bakı və Azərbaycan Yeparxiyası ilə təmsil olunur. Ondan başqa Katolik və Lüteran kilsələri, Alban-Udin xristian kilsəsi, gürcü pravoslav kilsəsi öz icmaları ilə təmsil olunurlar. (8) (//http://scwra.gov.az/pages/96/).
Azərbaycanın maraqlarına zidd fəaliyyət yolunu tutmuş xristian yönümlü missoner təşkiatların əksəriyyəti müstəqqilliyin ilk illərinin qarışıqlıq dövründə gəlmiş missionerlər olmuşdur. İlk illərdə bu missionerlər əhali arasında dəstək ala bilirdilərsə, sonradan onların əsl məqsədləri aşkarlandıqca, habelə ölkədə mövcud problemlər aradan qaxdıqca bu dəstəkdən məhrum olurlar. Hazırda onların fəaliyyəti və təsir dairələri son dərəcə kiçilmışdir və Azərbaycan cəmiyyəti üçün elə bir ciddi təhlükə yarada bilmir.
Müstəqil Azərbaycan dövlətinin tarixi əyani şəkildə onun dövlət –din münasibətləri sahəsində zamanın tələblərinə, xalqın demokratik və humanist ruhuna uyğun düzgün xətt yerit-diyini sübut edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunundakı çıxışında qeyd etmişdi: “Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir”(7, s. 319).( İlham Əliyev. Azəebaycan tolerantlıq örnəyidir. (çıxışlar, nitqlər, görüşlər, tədbirlər) ), Bakı, “Elm və Təhsil”, 2015, sə319). Azərbaycanda multikulturalizmin bütün dünyaya nümunə ola biləcək özünəməxsus şəkildə təzahürü, başqa dinlərə, milli mədəniyyətlərə münasibətdə mövcud olan tolerantlıq mühiti bu xəttin dönməz olmasının göstəricisidir.
1. Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər. Bakı, “Elm və təhsil”, 2015
2. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, Qanun nəşriyyatı, 2009
3. http://scwra.gov.az/pages/125/
4. http://scwra.gov.az/pages/181/
5. http://scwra.gov.az/pages/95/
6. http://scwra.gov.az/pages/191/
7. İlham Əliyev. Azəebaycan tolerantlıq örnəyidir. (çıxışlar, nitqlər, görüşlər, tədbirlər) , Bakı, “Elm və Təhsil”, 2015,
8. http://scwra.gov.az/pages/96/
Geostrategiya" jurnalı № 06 (30) NOYABR-DEKABR 2015
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM