Xalq rüsvayçılığa, bəşəriyyət isə müharibəyə yox deyir

15:24 / 06.04.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20%-i erməni qəsbkarlarının işğalı altındadır. Girovluqda saxlanılan, işkəncələrə və ləyaqəti alçaldan hərəkətlərə məruz qalan həmvətənlərimiz var. Hüquqi məntiq isə sual edir: “Ermənilərin fiziki və hərbi gücü Azərbaycan torpaqlarını işğal etmək üçün kifayət edirmi?” Əlbəttə yox!

Xalqın, Baş komandanın və əsgərlərimizin səbr limiti tükəndi artıq. Çox gec başladıq. Amma bu gecikmiş addımda bir xeyir var. Döyüş vaxtı çatdı, zaman möhürünü vurdu. Azərbaycan qısa müddət ərzində hərbi hazırlığını görk olaraq hamıya praktik sübut edə bidi. Qürur duyduq, ucaldıq. Döyüş əməliyyatları belə deməyə əsas verir. Allah ordumuzu bəd nəzərlərdən qorusun, əsgərlərimizin qollarına Hz. Əli və Hz. Hüseynin qüvvətini nəsib etsin.

Ermənistan bu gün beynəlxalq təşkilatların alətinə və girovuna çevrilib, qərar verə bilmir. Hər gün atəşkəsi pozmaqla bu cırtdan, iqtisadi inkişafı tənəzzülə uğrayan, dünyanın siyasi xəritəsində təsadüfdən yer tutan dövlət kimə arxayındır?...

Biz haqq yoldayıq, haqq uğrunda döyüşürük. Aləmlərin Rəbbi haqqın tərəfindədir. Xalq rüsvayçılığa, beynəlxalq təşkilatlar isə müharibəyə yox deyir. Hansını seçməliyik?Amma, sadə riyazi üsul rüsvayçılıqdan qurtulmaq üçün bir yol göstərir- -müharibə!

Qoy bizə baha başa gəlsin. Təki, o buxovdan qurtulaq. Bezikdik, şəhidlər xiyabanını utana-utana ziyarət etməyə. Bezikdik, hər bayram Şuşada qurban kəsməyə. Qarabağ şikəstəsini içimizdən yana-yana nə qədər dinləmək olar? Xocalı soyqırımını nə qədər yad etmək, “Ana Fəryadı”nı nə qədər ziyarət etmək, xəcalət tərini nə qədər silmək olar? 20 il öncə 10 yaşında əsir düşən qızlarımız biz kişiləri qarğıdılar. Biz papaqlıları gözləməkdən gözləri dörd oldu. Gedə bilmədik. Qoymadılar. Yolumuzu bağladılar. İndi yolumuz açıqdır. “ULEYLİ” oxuyanlar da cəbhə bölgələrinə yollanırlar. Bu da, biz kişilərə dərs olmalıdır.

Döyüşçülərimizdə təpər, hərbi borcunu yerinə yetirmək gücü olmasaydı, döyüşə başlanılmazdı. Diqqət çəkən ondan ibarətdir ki, Azərbaycan xalqı və bizə dayaq olan dövlətlər təşvişdə deyillər, narahatlığa da əsas yox, vəziyyət Baş komandanın və Təhlükəsizlik Şurasının tam nəzarətindədir.

Haqqdan gələn cihadımıza əngəl olsalar, baş verən döyüşlərin qığılcımları beynəlxalq aləmdə sülhün təhlükəsizliyinə təminatı poza bilər. Amma burada əsas günahkar qüvvə Ermənistan tərəfi və onun hər gün atəşkəsi yüz dəfələrlə pozduğu hərəkətlərinə adekvat tədbilər görməyən beynəlxalq təşkilatlardır.. Qənaətimə görə Ermənistan və ona dəstək verən qüvvələrin Azərbaycana vandalizmə, vəhşiliyə xas tərzdə vurduqları külli miqdarda ziyana görə təzminatın ödənilməsi barədə beynəlxalq hərbi məhkəmələrin vaxtında ədalətli qərarı olsaydı, belə

davranmağa cəsarətləri çatmazdı. Cəzasızlıq qarşı tərəfi şirnikləndirdi və harınlatdı.

Dünyada bir xaos yaşanır, hələ ki, qaydalara riayət olunmur. Diplomatlar Beynəlxalq hüququn prinsiplərinin və BMT-nin nizamnaməsinin hər gün pozulmasına ciddi yanaşmırlar.

Rüsvayçılıqdır. Perspektivi olmayan, yalan bəyanatlarla yaşayan bir dövlət Beynəlxalq hüququn 10 prinsipini, BMT-nin TŞ-nın qətnamələrinə səs verən böyük dövlətləri hər gün, bilə-bilə aşağılayır, ona hörmətsizlik gətirir, lakin “dur” deməyə gücləri yetərincə deyil. Niyəsini 1-ci Pyotorun qəbrindən soruşmaq lazımdır, ermənilərin “kumirindən”.

Ermənistan “qaynata” və “qaynana” ların hüzurunda çox rəqs etdi... İndi isə sifarişi Azərbaycan ordusu müəyyənləşdirəcək... vaxt, vədə çatdı. Axı, nə qədər “Qarşı tərəf cavab atəşi ilə susdurulub”- demək olar. Bezikdik, bu, bəsit və şit ifadədən.

Azərbaycan həmişə dünyada beynəlxalq qaydaların mövcudluğu üçün sakitliyin tərəfdarı olmuş, səbr nümayiş etdirmişdir.

Prinsipallıq müvəffəqiyyətin və möhkəm iradənin rəhnidir - desək, biz, uzun illərdir belə davranırıq.

Ermənistan zahirən özünü güclü göstərmək istəsə də, ruhən zəif, siyasi baxışları boş nağaranı xatırladır. Zəif ruhlu xislət daha çox evə pəncərədən və bacalardan daxil olan oğrulara xasdır. Onların əməlləri uzun çəkmir. Sifətlərindəki çirki təmizləyə bilsələr də, ürəklərindəki natəmizliyi silə bilmirlər.

Qədim Çin xalqının müdrik bir kəlamı var: “Dağa qalxmazdan öncə onun baş gicəllədən, insanı vahiməyə salan cığırlarından keçmək üçün kişiliyin və cəsarətin olmalıdır. Qar üzərində hərəkət edərkən, dar körpünün sürüşkən yerindən keçmək üçün yenə kişilik və iradə lazımdır. “Kişilik” sözündə dərin bir məna var. Əgər həyatın dolanbac, aşırımlı yollarında kişiliyin yetərincə deyilsə, qısa vaxt ərzində qurbana çevrilərsən. Ermənistanın indiki vəziyyəti ağılla, iradə və kişiliklə deyil, cılız, primitiv idarəçilik metodları ilə yadda qalır. Bunun sonu yoxdur. Taleləri sürüşkəndir.

Müdrik olmadan ciddi olmaq mümkünsə, ciddi olmadan müdrikliyə nail olmaq çətindir. Biz, uzun müddət siyasi müdrikliyimizi qoruya bildik. Azərbaycanın indiki durumu demokratik və hüquqi dövlətlərin prinsiplərinə xas bir durumdur. Belə dövlətlərin təməlini xalqların vahidliyi təşkil edir. Azərbaycan ordusunun Baş komandanı xalqımızın vahidliyini təcəssüm etdiyindən döyüşlə bağlı siyasi yolu haqq yoldur. Bizi, qınaya bilməzlər.

Beynəlxalq normaların əsas məqsədi hər bir dövlətin öncədən dövlətçiliyinə hörmət etməkdən, xalqının qayğısına qalmaqdan və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə hörmət ruhunda davranmaqdan ibarətdir.

Ermənistan dövlətinin son illər ərzindəki siyasi mövqeləri bunun əksini müstəsna həyasızlıqla hamıya nümayiş etdirdi.

İndi isə “Özü düşən ağlamaz!” zərb məsəlinə uyğun bir durumda olan dövlətin halına acımağa dəyməz.

Allah Türk Dünyasını haqsızlıqlardan hifz etsin, düşmənlərimizi əzabla yaxalasın. Azərbaycan xalqına səbr, döyüşçülərimizə isə zəfər arzulayıram!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM