“Polisə Dəstək” İB-nin sədri
Əvvəllər məhkum olunmuşlar tərəfindən təkrar cinayətlərin törədilməsi problemi mühüm və aktualdır. Cəza müddətini çəkmiş şəxslərin yenidən cinayət törətməsi ilə cəmiyyətin təhlükəsizliyinə fiziki və mənəvi ziyan dəyir.
Şəxsin müntəzəm cinayətkar fəaliyyəti vətəndaşların və daha çox gənclərin mənəvi həyat tərzinə ciddi təsir edir. Yeniyetmə və gənclərin təsəvvürlərində bəzən elə bir təəssürat yaranır ki, faydalı əməklə məşğul olmadan, cinayət törətməklə cəza hədəsindən yayınmaq və cəmiyyətin hesabına yaşamaq olar. Qısa statistikaya nəzər yetirdikdə məlum olur ki. 2013-cü ildə əvvəllər məhkum olmuş şəxslərin sayı 1708 nəfər olmuşdur,2014-cü il ərzində cinayət məsuliyyətinə cəlb olunmuş 15560 nəfərin 1986 nəfəri (15.7%) əvvəllər məhkum olunmuş şəxslərdir, onun 9945-i (78,9%) işləməyən və oxumayanlardır. 2015-ci il ərzində 16322 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onun 2432 nəfəri (18,2 %) əvvəllər məhkum olunmuş şəxslər, 10320 nəfər isə işləməyən və oxumayanlar olmuşdur. Ümumilikdə ötən il təxminən 23545 cinayət qeydə alınmışdır.
Qənaətimə görə təkrar cinayətlər törədən şəxslər cəmiyyət və dövlət üçün həmişə ehtiyatda olan təhlükə mənbəyidirlər. Belə cinayətlərin fəlsəfəsi, sosial və psixoloji cəhəti ondan ibarətdir ki, ilk dəfə törətdikləri cinayətlərə görə cəzalarını çəksələr də, düz yola yönəlmirlər, düşüncələrində xeyirxahlığa səmtlənən bir işlə məşğul olmaq niyyətləri olmur. Deməli, belə şəxslər islah olunmadığından təkrar cinayət törətməyə meyillidirlər və (residivliyə)
geriyə, cəmiyyətə zidd davranışlarına qayıtmağa üstünlük verirlər.
Azərbaycan Respublikası CM-nin 16-cı maddəsində təkrar cinayətlər qeyd olunan məcəllənin eyni bir maddəsi ilə iki dəfə və ya iki dəfədən çox törədilən cinayətlərə aid edilir. Məcəllənin 16,2 maddəsi başqa hal da diqqətə çatdırır. Bu cinayətlərin təhlükəliliyi onunla bağlıdır ki, şəxs əvvəlki cinayətinə görə məhkum olunsa da, təkrar, qəsdən törədilən cinayətlərə meyl edir. Digər təhlükəlilik miqyası əvvəlki cinayətlərinə görə məhkumluğun götürülməməsi və ödənilməməsi ilə bağlıdır. Məhkumluğun mövcudluğu və ödənilməməsi bu cinayətlərin mühüm əlaməti kimi, şəxsin hüquqi vəziyyəti ilə şərtlənir. Yəni törədilən ictimai-təhlükəli əmələ görə məhkəmələr tərəfindən cəzanın təyin olunması, hökmün qəbul edildiyi, qüvvəyə mindiyi gündən, qanunla müəyyən olunmuş müddətin bitdiyi günə qədər olan dövrü əhatə edir. Bu baxımdan, təkrar cinayət törədən şəxslərin əməlinə görə qanunvericilik daha ciddi cəzanın tətbiqini vacib sayır. Maddənin diqqət çəkən əsas cəhətlərindən biri də əvvəlki cinayətlər - ictimai münasibətlərə zidd
əməllərə görə tətbiq edilən cəza belə şəxslərə görk olmur, bəzən alkoqolizmin və narkotik maddələrin təsiri altında təkrar cinayətlərə yol verirlər. Təkrar cinayəti törədən şəxslərin fenomenini və şəxsi keyfiyyətlərini anlamaq üçün onların spesifik vərdişlərini və cinayətkar kimi şəxsiyyətlərinə diqqət çəkən cəhətlərini istintaq (istintaqdan sonra) zamanı tədqiq etmək, cinayətlərin törədilməsində səbəbli əlaqələri öyrənmək, və sonrakı davranışlarını proqnozlaşdırmaq lazımdır.
Beynəlxalq ekspertlərin araşdırmalarına görə il ərzində baş vermiş cinayətlərin statistikasına nəzər yetirdikdə məlum olur ki, istintaqı aparılmış cinayət işlərinin hər ikincisi əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilir. Məhkum olunmuş hər ikinci subyekt qəsdən törədilən cinayətlərə görə məhkumluğu olan şəxslərdir. Bəzi Rusiya alimlərinin nəzəri mülahizələrinə görə də ümumi cinayətlərin üçdə ikisi təkrar törədilən cinayətlərin payına düşür.
Şəxsi müşahidələrimə görə təkrar və qəsdən törədilən cinayətlərin əksər qismi təhsil səviyyəsinin aşağı olması, ümumi kütləyə nisbətdə savadsızlığ ilə ölçülür. Bu tərkibin əsas hissəsinin təxminən 72% orta təhsili olmayanlar, 30% 4-cü sinif təhsili olanlar, müəyyən hissəsi 5-7-ci sinifi bitirənlər təşkil edir. Məhz belə keyfiyyətlərə malik şəxslər davranışlarını idarə edə, dövlət hakimiyyət orqanlarına, cəmiyətə hörmət ruhunda davrana bilmirlər. Vətənə, xalqa və dövlətə sədaqət hissi orta məktəbdə, məktəbəqədər tərbiyə müəssisələrində formalaşdırılır, lakin gənclərin bəziləri bu mərhələdə iştirak edə bilmədiklərindən “küçə həyatına”, vaxtlarını harda gəldi, şən keçirtməyə üstünlük verirlər. Beləcə ilk məhkumluq dövrü başlanır, sonrakı tərbiyəni cəzaçəkmə yerlərində, təhsillərini isə türmə həyatında almalı olurlar. Belə şəxslərin həyat tərzinə bir az da bələd olanda məlum olur ki, adi həyatda jarqon (müəyyən sosial qrupun ümumi danışıq dilinə xas olan, leksikoloji və frazeoloji vasitə, Qrammatika və Fonetika sisteminə aid olmayan ifadələr. Müasir dövrdə daha çox gənclərin dilində işlədilir. Məsələn: çuvak, xata, krutoy və s. XVIII əsrin məhsuludur.) ifadələrlə danışma, “oğru mahnıların” populyarlığı diqqət çəkir, islah olunmalarına çalışmırlar, ictimai qaydalara riayət etməkdən qəsdən yayınma, yeni cinayət törətmək istəyinə daxili tələbatlar yaranır. Bu gün radio və televiziyalarda rep və meyxanaların bəziləri həmin mahnıları xatırladır, “oğru mahnılarına” oxşayır.
Təhlil xarakterli araşdırmalar göstərir ki, azadlıqdan məhrum olunmuş şəxslərin 1 aydan sonra təxminən 28%, cəzasını çəkib bitirdikdən 3 ay sonra isə 46% yeni cinayət törətməklə geri qayıdırlar. Kriminoloji tədqiqatın nəticələrinə görə cəza müddətini başa vurmuiş şəxslər arasında 6 ay və 1 ildən sonra geri qayıdanların sayı çoxluq təşkil edir. Təcrübə göstərir ki, belə şəxslər tərəfindən
ictimai münasibətlərə zidd hallar artır, vətəndaş cəmiyyətinin, hüquqi dövlətin prinsipləri onlara yad təəssürat bağışlayır. Cəzaçəkmə yerlərindən cəmiyyətə qayıdacaqları təqdirdə nəyi etmək, mədəni və vicdanlı davranışların qəlibə salınması barədə onlara bilgi verilməli, milli ideologiyanın lakonik təfərrüatları, qanunlara tabe olmaq və vətənpərvərlik cəhətləri aşılanmalıdır. Ona görə də azadlığa yenicə çıxmış belə şəxslər qayğılardan uzaq, işsizlik problemi, sosial çətinliklərə səbr etməyə və yoxsullluğa tab gətirməyə iradələri zəif olduğuna görə həyatdakı passivliyi aradan qaldırmaq üçün onlara yardım etməyə müəyyən vaxt tələb olunur. Lakin belələrinin sağlam cəmiyyətdə adaptasiya olmağa da bəzən iradəvi qabiliyyətləri çatmır.
Bəzən penitensiar xidmətindəki sərt rejim onları gələcəkdə nəyin bahasına olur-olsun qisas almağa sövq edir.
Nə etmək: Təkrar cinayətlərin qarşısını almaq üçün ilk dəfə cinayət törədən şəxsləri qanunlara hörmət, vətənə, insanlara və dövlətə sədaqət ruhunda tərbiyələndirilməsi üçün erkən yaşlarından tədbirlərin keçirilməsinə başlamaq;
* Çətin həyat şəraitində olan şəxslərin problemlərinə qayğı ilə yanaşmaq.
- Penitensiar xidmət sahələrində fərdlər arasındakı münaqişələrə dair məlumatlara məhəl qoyulmaması və yaxud faktın araşdırılması zamanı daha çox “nüfuzu” olana üstünlük vermə hallarını aradan qaldırmaq. (İncidilənin, təhqirə və zorakılığa məruz qalanın müdüriyyət tərəfindən müdafiə olunmaması aqressiyanı və amansızlığı formalaşdırır.)
- Sutka ərzində, ələlxüsus gecə saatlarında onların saxlanılma şəraitinə olan diqqətsizliyi və etinadsızlığı aradan qaldırılmaq;
Azadlıqdan məhrum etmə yerlərində məhkumlarla müntəzəm profilaktik tədbirlərinin həyata keçirilməsi gələcəkdə baş verə biləcək təkrar cinayətlərin qarşısını almağa atılan mühüm addımdır. Bu mənada cəmiyyətdə mənəvi dəyərlərin sağlamlaşdırılması aqressivliyin aradan qaldırılmasına təsir etdiyindən qəddarlıqla baş verən cinayətlərin də qarşısı alına bilər.
Penitensiar- azadlıqdan məhrum etmə yerlərində cinayətkarlığın səbəbi spesifik cəhətlərlə xarakterizə olunur. Bu müəssisələrdə eyni cinsdən olanların bir yerdə yaşaması və cəzalarını birlikdə cəkməsi, bir növ cəmiyyətin həddi aşa bilən üzvlərinə eybəcər, cəzalandırılmayan cinayətlərin törədilməsi üçün zəmin yaradır.
Həmin yerlərdə psixoloji gərginliklərin olması, istintaq təcridxanalarında və həbsxanalarda əxlaqın baltalanması, çətin və utanc (stadnıy) həyat şəraiti münaqişələrin ocağına imkan verir.
Həbs olunanlar arasında şəxsi münasibətlərin qanundan kənar həlli penitensiar düşərgələrində müxtəlif cinayətlərin törədilməsinə və daxili qaydaların pozulmasına, bəzən qiyamlara şərait yaradır. Şəxsi münaqişələr təxminən 25% cinayətlərlə qeydə alınır. Bu, daha çox ümumi rejimli koloniyalarda baş verir.
Ciddi və xüsusi Rejimli koloniyalarda isə cinayətlər az baş versə də, təsnifatına görə ağır cinayətlərdir. Ümumi və ciddi Rejimli yerlərdə fərdlər arasında baş verən münaqişələrin sonu uzanan və davam edən cinayətlərlə, bəzən yaşamaqdan məhrum edilməklə yadda qalır.
Penitensiar xidmət sahələrində cinayətlərin törədilməsi və yaxud cəzalarını çəkib qurtardıqdan sonra da yaşamaq “uğrunda mübarizə “ məqsədi ilə təkrar cinayətlərə meyl etmək nəzarətin, profilaktik tədbirlərin səthi keçirilməsi ilə də əlaqələndirmək olar.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM