“Polisə Dəstək” İB-nin sədri
Keçmiş SSRİ məkanında Azərbaycan milisinin ictimai qaydanın və vətəndaşların təhlükəsizliyinin müdafiəsində, ictimai əmlakın mənimsənilməsinə qarşı mübarizədə danılmaz rolu olmuşdur. Cəmiyyətin üzvlərinin iştirakı ilə aparılan mübarizə, habelə daxil olmuş əməliyyat məlumatlarının peşəkarlıqla həyata keçirilməsi həmişə səmərəli nəticəsini vermişdir. Etiraf etməliyik ki, müasir polisin fəaliyyəti və peşəkarlığı keçmiş milisin cinayətkarlıqla mübarizə siyasətinin geniş təcrübəsi üzərində qurulduğundan həmin praktikadan bu gün də istifadə edilir. Amma, müasair polis70 il bundan öncəki milis deyil. Müasir Azərbaycan polisi cinayətkarlıqla mübarizənin təcrübəsindən faydalandıqca innovativ vasitələrdən də ustalıqla istifadə etməyi bacarır, təkmilləşir, bəzi növ cinayətlərin, ələlxüsus mütəşəkkil cinayətkarlığın növləri olan insan alveri və narkomaniya ilə mübarizədəki fəaliyyətləri beynəlxalq təşkilatların rəğbətinə layiq görülür, terrorizmlə mübarizədə isə inkişaf etmiş dövlətlərin beynəlxalq hesabatlarında layiqli sırada qərar tutur. Bunun məntiqli səbəbləri var. Əvvəla, Azərbaycan polisi dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında riyazi dəqiqliklə iştirakı var. İkincisi; Respublika Daxili İşlər Nazirliyinin kollegiya sədri, general- -polkovnik Ramil Usubov və kollegiya üzvləri bu mühüm işdə prinsipallıq nümayiş etdirir, tapşırılan sahəyə ciddi nəzarət, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, şəxsi heyətin içdikləri anda sədaqət var. Üçüncüsü; Müasir Azərbaycan Polisi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq normaların və konvensiyaların tələblərindən irəli gələn, Avropada təhlükəsizliyin təminatı ilə uzlaşan demokratik islahatların həyata keçirilməsini fəaliyyət istiqamətlərinin prioriteti kimi qəbul edir.
Müasir Azərbaycan polisi nüfuzunun yüksəlməsinə təsir edən, bəlkə də adi düşüncədən kənarda qalan, bəzən unudulan, sezilməyən əsas faktor demokratik, hüquqi dövlətin 70 ildən sonra, keçid dövründə daxildə cinayətkarlıqla, onun gözlənilməyən növləri - insan alveri, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə yanaşı doğma vətənin müdafiəsində tərəddüd etmədən iştirakı olmuşdur. Vətən savaşının qəhrəmanlıq salnaməsini barmaqlarını öz qanlarına batıraraq yazdılar. Müstəqil Azərbaycan tariximizin şanlı səhifələri zənginləşdi. Mən, bu faktı həmişə uca, lap uca tutmuşam, tutacağam və fəxr edirəm ki, nazirin əmri ilə mən də bu savaşın və 50 nəfərdən ibarət polis döyüşçülərinin komandiri olmuşam. Dünyasını dəyişənlərin ruhu şad olsun!
Azərbaycan polisi artıq 35 ildir ki, müstəqil ölkəmizdə daxili sabitliyinin qorunmasında şərəfli xidmətini, andına və xalqına sədaqəti nümayiş etdirməklə yorulmadan çalşır. Kriminogen durum nəzarətdə, ictimai münasibətlərə zidd davranışlar daimi müşahidədə, şəxsi heyətin xidməti isə etimada layiq davam edir.
Dövlətin polisə olan münasibətinin, son zamanlar diqqət çəkən əsas cəhətlərindən biri bu xidmətə olan layiqli qayğının davam edilməsidir. İctimaiyyət yəqin ki, bir müddət öncə ölkə Prezidenti İlham Əliyevin ictimai polisin yaradılması ilə bağlı
fərmanını xatırlayır. Fərmanın mahiyyəti və məramı cinayətkarlıqla mübarizədə ictimaiyyətin mümkün qədər kənarda seyrçi mövqedə dayanmasından və konstitusion vəzifələrə xas tərzdə polis orqanlarına dəstək olmasından ibarətdir. Bir növ, Azərbaycan dövlətinin konstitusiyanın 12-ci maddəsində ehtiva edilən – insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təminindən ibarət olan ali məqsədininin bariz nümunəsidir.
Tarixi mənbələrə görə “polis” təsis edilməyənə qədər Avropa ölkələrində ictimai qaydanın mühafizəsi missiyasını ayrı-ayrı qurumlar icra etmişlər. Məs. İngiltərədə polis təxminən 1822-ci illərdə təşəkkül tapmışdır.
Artıq 200 ilə yaxındır ki, ingilis polisi xalqa xidmət edir və bu işdə ictimaiyyət yetərincə dəstək olur. İngiltərə polisi bu gün həmin dövrlərdə Daxili İşlər naziri və baş nazir postunda çalışan Robert Pilin adı ilə yad edilir. O, 1809-1850-ci illər ərzində İngiltərə Parlamentinin üzvü, 1822-1827-ci illərdə Daxili İşlər Naziri, 1834-1835-ci və 1841-1846-cı illərdə iki dəfə ölkənin baş naziri olmuşdur. 1829-cu ildə isə Robert Pil (Bobbi) Londonda nizamlı polis qüvvələrini yaratdı və o vaxtdan polis onun adı ilə “Bobbi” (Robert sözünün qısaldılmış ləqəbi) adlandırmışlar. Güman etmək olar ki, yaradılan nizamlı polis bu gün də ictimaiyyət arasında Bobbilər (yəni Robertin yaratdığı polislər) adlandırırlar.
Müasir Azərbaycan polisinə də indi “ictimai polis” və yaxud “cəmiyyətin dəstəklədiyi polis dayaq olur. Bu, Prezident İlham Əliyevin məntiqli siyasətinin davamı kimi təşəbbüsə bulunan şəxslərin adı ilə həmişə yadda qalacaq, ictimaiyyət tərəfindən xatırlanacaq.
Məlum fərmanın qüvvəyə mindiyi günə qədər və sonra polisin ünvanına narazılıq ifadələri işlədilib, hələ işlədiləcək. Polisin fəaliyyətində nöqsanlar, əməkdaşların hərəkətlərində qeyri-etik davranışlar, korrektə edilməli olan, görünən və görünməyən hallar da təbii ki, var. Belə hallar həmişə, hər yerdə olub və olacaq. Lakin sosial şəbəkələrdə “milçəkdən fil” düzəldib manşetdə yerləşdirmək hər birimizə ziyandır. Mən bu sayaq publisistikanı və ekspert rəylərini puç adlandırıram. Polisin nöqsanlarına isə haqq qazandırmaqdan uzaqam. İl ərzində rəsmi qeydiyyata alınan 26 min cinayətlərin 82%-dən çoxunun açılması sağlam düşüncəli insanlar üçün çox şey açır. Ötən ildə insan alveri cinayətələrinin açılması isə 92% təşkil etmişdir.
Hər il polis əməkdaşlarının hərəkətlərinə, polisin etik davranış qaydalarına və yaxud bu qaydalara uyğun olmayan, bir araya sığmayan əməllərinə intizam, bəzən də cinayət məsuliyyətinə uyğun hüquqi qiymət verilir.
Nazir zahirən sərt görünsə də, daxilən humanist, ədalətli, mərhəmətli və qayğıkeşdir. Artıq, gənclərdən ibarət sağlam düşüncəli və gələcəkdə polis orqanlarında çalışmaq istəyən namizədlərin seçiminə start verilib. İşə götürülən gənclərin hər biri sivil test qaydalarına uyğun təyinat alırlar. Namizədlərin seçilməsinə Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov şəxsən nəzarət edir.
Şübhəm yoxdur ki, gələcək polis əməkdaşlarının xidmətindən ictimaiyyət qurur duyacaq və polisin artan nüfuzunda xidmətləri olacaq.
Bu yolda DİN-in çox minli şəxsi heyətinə şərəfli xidmətlərinin uğurla və yorulmadan həyata keçirilməsində Allahdan kömək istəyirəm. Tanrı onları qorusun!
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM