TƏQSİRSİZLİK PREZUMPSİYASINA PROSESUAL EHTİYAC VARMI?

10:24 / 13.05.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

  “Qoy on günahkar cəzadan yayınsın,

Amma bircə nəfər günahsız məsuliyyətə cəlb

 edilməsin, ziyan çəkməsin.”  

 

 

 

 Azərbaycan Respublikası  Konstitusiyası (63-cü maddəsində) hər kəsin təqsirsizlik prezumpsiyası hüququnu təsbit edir. Yəni, şəxsin hər hansı bir əməldə təqsirli olduğu ehtimallara söykənərsə, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası latın sözü olub – “praesumptio innocential” - təqsirin ehtimal olunması mənasını verir. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası - ittiham olunanın təqsiri sübuta yetirilməyibsə O, günahsızdır” - deməkdir.

Amma hüquqda başqa prezumpsiya da var, təqsirlilik prezumpsiyası. Bu, təqsirsizlik prezumpsiyasının əksi – antipodudur. Təqsirlilik prezumpsiyası hazırda mülki və inzibati hüquq sahələrində müəyyən şəraitlərdə hüquq norması kimi istifadə edilir. Mülki hüquq sahəsində təqsirlilik prezumpsiyası iki qəbul edilən – ehtimal olunanı birləşdirən ümumi anlayışdan ibarətdir. Cinayət mühakimə icraatında prezumpsiya - şəxsin günahı, təqsiri sübuta yetirilməyibsə təqsirli sayıla bilməz. İstənilən  şəxs (açıq və rəsmi olaraq müəyyən cinayət növlərinə  görə istintaq zamanı ittiham edilən, hətta bu ittihamla həbs edilənlər) qanuni qaydada  təqsiri sübuta yetirilməyirsə və həmin sübut məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə  təsdiq olunmamışsa o, mütləq günahsız sayılır. Şübhələndirilən  və yaxud təqsirləndirilən hər bir şəxsin ifadə vermək hüququ olsa da, öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İttiham olunan şəxs istənilən  ifadəni verə və ya ifadə verməkdən, habelə sualları cavablandırmaqdan imtina edə bilər. Bir qayda olaraq sübut etmək  vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür.

Təqsirlilik prezumpsiyası – şəxsin təqsiri hələlik sübuta yetirilməyibsə də o, təqsirli sayılır. İki prezumpsiya bir birindən çox fərqlənməsə də, müxtəlif hüquqi konsepsiyaya xasdırlar.  Bəzi xarici alimlər ABŞ-ın Stenford  Universitetinin professoru Herbert Pakker bunu  Cinayət  Hüququnun iki modeli adlandırmışlar. Onun bu ideyasını başqa bir professor Filipp Reyçel də davam etmişdir. Cinayət hüququnda prezumpsiyanın tətbiqi diskusiya doğuran prosedurdur. Beynəlxalq Konvensiyalar (İnsan Hüquqları Haqqında Avropa Konvensiyası ) və Milli Konstitusion Aktlar  (Amerikanın hüquqlar haqqında Bill və ya RF-də)  təqsirin prezumpsiyasının tətbiqini mümkün saymır.(Təqsiri ehtimal olunduğuna və  güman edildiyinə görə) Lakin de fakto belə qadağalar bəzi qanunların qəbulu ilə təqsirsizlik prezumpsiyasını məhdudlaşdıran qadağaları üstələyir. (məs. ABŞ-ın patriotik aktı şəxslərə ittiham elan olunmadan onların qeyri müəyyən müddətə tutulub saxlanılmasına imkan verir). Belə yanaşma təqsirlilik prezumpsiyasının həyata keçirilməsini bilavasitə reallaşdırır. Formal məntiq bir növ həm təqsirsizlik, həm də təqsirlilik prezumpsiyasının “geriyə” yolunu  göstərir; - şəxsin əməli sübuta yetirilməyibsə günahı yoxdur və ya günahı sübuta yetirilməyibsə də təqsiri var.

Məşhur Amerika hüquqşünas-komparativist (müqayisəli dilçi) Filipp Reyçel   əvvəlki alimlərlə həmfikir olur. Reyçelə görə təqsirsizlik prezumpsiyası hakimiyyət üçün formal alətdir, ədalət mühakiməsini həyata keçirmək üçün isə bir növ  doktrinal qadağadır.

“Ədalət mühakiməsi məhz belə qadağalarla bu və ya sair şəxslərin sübutlar təqdim edilmədən təqsirli sayılmasına və yaxud təqsirsizlik prezumpsiyasına aid qadağalara məhəl qoymadan şəxslərin təqsirli sayılmasına  cəmlənir.” Bu mülahizələr Reyçelin “Dünyanın  cinayət hüquq sisteminin müqayisəsi” kitabında əksini tapmışdır. Formal nöqteyi nəzərdən prezumpsiyaların ziddiyyət təşkil etməsi sübut etmə prosesi zamanı bəzən  üçüncü  imkanların  mövcudluğu ilə bağlı olur. Eyni zamanda subyektin “təqsirsizliyinin və  təqsirliyinin  sübutu”-na ehtiyac olmamalıdır.  Daha dəqiq desək, hüquqşünas alimlər hüquqi praktikada bundan istifadə etməyi məsləhət görmürlər.

Digər alimlər də var ki, ümumi fikirdən çıxış edir, təqsirsizlik prezumpsiyasını cəmiyyət və hakimiyyət orqanları tərəfindən xüsusi müdafiə tələb edən hüquq elminin  “isti kəşfi” (ixtirası) adlandırırlar. Siyasi sistemin demokratik rejimdən avtoritar rejimə transformasiyası zamanı bu reqressiv tendensiya xarakteri alır, təqsirlilik prezumpsiyası əhəmiyyətini itirir, insan hüquqlarına riayət olunması və təqsirsizlik prezumpsiyası unudulmuş bir hal  kimi yada düşür. Daha aydın ifadə etsək, təqsirlilik prezumpsiyası hakimiyyətin istənilən formasında və hakimiyyətsizlik  şəraitində sağalmaz bir  xəstəliyin pasiyentinə çevrilir, bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin simptomunu aradan qaldırmaq və müalicəsi üçün təqsirsizlik prezumpsiyasının tətbiqi dərman vasitəsi kimi çox vacibdir. “Dərman vasitəsindən” istifadə dayanan kimi, bu xəstəlik daha təhlükəli formada irəliləyəcək. Bu baxımdan, Folkner Universitetinin  dosenti Cozet Lester təqsirsizlik prezumpsiyasının bir mənalı şəkildə işlənməsinin tərəfdarı kimi çıxış edir. Əks təqdirdə onun yerini təqsirlilik prezumpsiyası tuta bilər – deyir.

Antik dövrlərdə də təqsirlilik  prezumpsiyasına yaxın tənqidi nəzəri mülahizələr səslənmişdir. İlk dəfə ingilis mütəffəkkiri Tomas  Qobbs təqsirlilik prezumpsiyası ilə bağlı fikirlər işlətmişdir. (Böyük Britaniyada bu prinsipə 1394-1480-ci illərdə istinad edilib.) O, bu prezumpsiyanı qəbul edilməz sayır və ədalət mühakiməsindən yayınanlara bunu aid etmək olmaz - deyirdi. Digər ingilis hüquqşünası (XVI-XVII) Edvard Kuk təqsirlilik prezumpsiyasını ittihamdan yayınan və sonradan bəraət almış şəxslərə  şamil etməyi məqsədə uyğun hesab etmirdi. Onun təqsirsizliyinə baxmayaraq daşınmaz və daşınan əmlakının müsadirəsinə, əmlak və qeyri-əmlak münasibətlərinə ittiham yönəlməlidir – deyə fikrini tamamlamışdır. Belə təcrübə uzun müddət ingilis məhkəmələri tərəfindən hüquq norması kimi qəbul olunmuşdur. Fəlsəfi – hüquqi konsepsiya kimi (qanunvericilikdə təsbit edilmiş hüquq norması kimi yox) XVIII əsrdə və XIX əsrin əvvəllərində təqsirlilik prezumpsiyası Britaniya hüquqşünaslarının əsərlərində təqsirsizlik prezumpsiyasının antipodu kimi qələmə alınır. Belə yanaşma, cinayət mühakimə icraatında qəbul olunmaz model olaraq rədd olunurdu. Tədricən Afrika və Latın Amerikasında təqsirsizlik prezumpsiyasının qəbul olunması ABŞ-da ciddi məsələ kimi diqqət çəkməyə başladı. Bu, daha çox vətəndaş müharibəsi bitdikdən sonra aktuallığa çevrildi. Amerika qara dərilərinin hüququnun müdafiəsinə, həmin əhalinin hüquqları uğrunda mübarizəyə qalxan Federik Duqlas 1883-cü ildə yazırdı:   

“Amerikada köləliyin ləğvindən sonra Amerika məhkəmə sisteminin ən mühüm prinsipi olan “məntiqli şübhə” (Reasonable doubt) yalnız ağ dərili müttəhimlərə şamil olunurdu, asiyalılar bu prinsipdən faydalana bilməzdilər. Barələrində həbs, qətimkan tədbiri seçilmiş şəxslərə təqsirsizlik prezumpsiyasından istifadəyə çətinlik yaranırdı. Müdafiəçi təqsirsizlik prezumpsiyasının müdafiəsi altında olan belə şəxslərin, azad olunmasına cəhd edə  bilməzdi.”   

Keçmiş SSRİ-də təqsirsizlik  prezumpsiyası prinsipi Sovet dövlət xadimi, diplomat və məşhur hüquqşünas Vlşinskiy Andrey Yanuaroviçin işlədiyi Stalin represiyası dövrünə təsadüf edir. Həmin illərdə A. Y. Vişinskiy “xalq düşmənlərinə qarşı” Stalin repressiyasına bəraət qazandırdı. Çünki o, bu işdə daha aktiv rol oynamışdır. Aşağıdakı tezis də ona məxsusdur: “Təqsirləndirilən şəxsə bəraət qazandıran şəraitin sübut olunma ağırlığını və yükünü özü daşımalıdır.” Yəni təqsirsizliyini özü sübut etməlidir. Müasir dövrün mülki hüququnda  təqsirsizlik prezumpsiyasının anlayışı altında prezumpsiyanın iki əsası önə çəkilir:

-  Yüksək təhlükə mənbəyi  ilə mülkiyyət sahibinə ziyanın yetirilməsinə aid təqsirlilik prezumpsiyası;

-  Öhdəliyin icra olunmamasına görə təqsirlilik prezumpsiyası. (yəni, öhdəliyin yerinə yetirilmədiyinə görə təqsirin olmaması başa düşülür.) Öhdəliyə cavabdeh olan şəxs bütün imkanları ilə çalışır ki, vəzifəsini icra etsin, amma iradəsindən asılı olmayan səbəblərə görə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, bunu sübut etməlidir. Daha doğrusu öhdəliyi lazımi qaydada yerinə yetirə və yaxud ümumiyyətlə icra edə bilməyən şəxslər bunun üçün məsuliyyət daşıyır.  Lakin, əgər onun təqsiri müəyyən səbəblərdən aradan qalxıbsa və bunu sübut edə bilərsə, bu halda təqsirsizdir.

Son illərdə cinayət hüquq normalarında təqsirin texniki prezumpsiyasına da rast gəlmək olur.  Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə, sübut növlərinin təhlilində və cinayət törədənlərin ifşa olunmasında  texniki imkanlardan - video–audio qurğularının quraşdırılması, yüksək texniki - təchizat nəticəsində mübarizənin uğurları özünü təsdiq edir. Audio və video müşahidə kameraların, texniki vasitələrin köməyi ilə şəxslərin səslərinin və digər əhəmiyyət kəsb edən halların tanınması təqsirin texniki prezumpsiyasının təcəssümü, təsdiqidir.

İttiham tərəfi  texniki vasitələrin köməyi ilə təqsirkarı fakt qarşısında qoyur, təqsirli tərəf isə özünün günahsızlığını sübut etməyə çalışsa da, ittiham tərəfi ilə arasında olan vizual əlaqə itir, ifşa olunan belə şəxslər “qara otaqlarda”  texniki vasitələrin – dinamiklərin gücü ilə prosesi izləyəcək və ittihamı dinləməli olacaqlar. Burada diqqət çəkən hal ondan ibarətdir ki, yalnız şahid ifadələri məhkəmələr üçün qane edəcək sübut növü  kimi qəbul olunur. Nanotexnikanın gücü çərçivəsində “həbs və axtarış” üçün kifayət qədər əsas verən şahid ifadələrinə artıq ehtiyac qalmayacaq - texniki vasitələrin əks etdiyi görüntülər axtarışa və həbsə orderin verilməsinə prosesual imkan verəcək. Müasir, sivil innovativ prioritetlər kimi  qəbul edilən nanoetik və nanotexnika (innonativ texnologiyanın etik tənzimlənməsi) qaydaları cəmiyyətin təhlükəsizliyinə yönələn yeni  vasitələrdir. Təqsirin prezumpsiyası, daha dəqiq ifadə etsək  təqsirlilik prezumpsiyası təkcə hüquq sahələrinin deyil, bəzən fantastik yazı müəllifləri üçün də əsas mövzuya  çevriləcək.

Əgər müdafiə tərəflərinin ilkin istintaq, hətta məhkəmə istintaqı zamanı müdafiə üçün  kifayət edilən vəsatətləri ortalığa çıxarsa, ittiham olunanın təqsirsizliyi üçün obyektiv hallar irəli sürülərsə,  təqdim olunan sübutların fövqündə sübut etmək vəzifəsi məhkəmənin və digər dövlət orqanlarının üzərinə düşür. Məs: Əgər təqsirləndirilən şəxsin müdafiə xarakterli “Alibi” nin olması irəli sürülərsə nə hakim, nə də ittiham tərəfi “Alibi”ni təkzibolunmaz sübutlar və həqiqətə uyğun olmayan hal kimi rədd edə bilməzlər. İctimai təhlükəli əməlin törədilməsində  təqsirkarın iştirakını istisna edən hal “Alibi” – başqa yerdə olma, şəxsin əməlini rədd edən obyektiv şəraitin olması mənasını verir. Eyni halı iqtisadi cinayətlərə də şamil etmək olar. Təqsirkar təqsirsizliyini sübut etmək üçün məhkəmə - mühasibat ekspertizasının keçirilməsini tələb edərsə, məhkəmə həmin vəsatəti təmin etməyə borcludur.

Qeyd olunan mülahizələrə söykənərək cinayət mühakimə icraatında qərar tutan və ölkə konstitusiyasında  təsbit olunan müddəalara əsaslanaraq, şəxsin təqsirli olduğuna yönələn bütün şübhələr (istintaq zamanı meydana çıxan yarımçıq sübutlar, qanunsuz yolla toplanan  sübutlar, sübutların toplanması qaydalarına zidd olan sübutlar) məhkəməyədək olan müddət ərzində müəyyən olunmuş qaydada aradan qalxmazsa, məhkəmə bu şübhəli əsaslarla toplanan sübutları sübut növü kimi qəbul etməməli, təqsirləndirilən məsuliyyətdən azad və onun təqsirsiz sayılması barədə məhkəmə aktı qəbul edilməlidir. Müxtəlif ölkələrin qanunvericiliyində  bu müddəa başqa cür yazılsa da, Azərbaycan Respublikasının Konstitusiyasında  bitkin müddəa kimi əks olunmuşdur.

Məhkəmənin ittiham hökmü ehtimallara, istintaqın və hakimin tapmaca xarakterli  düşüncələrinə əsasən qəbul edilə, şahidlərin mənbəyi bəlli olmayan ifadələrinə, söz yığnağından ibarət mülahizələrə uyğun da elan oluna bilməz. Dövlətin vəzifəsi məhkəmələrin müstəqilliyini təmin etməkdən ibarətdir. Məhkəmələr şəxslərin ittiham olunması üçün cinayət təqibi orqanına çevrilməməli, nə müdafiə, nə də ittiham tərəfində çıxış və onların funksiyalarını icra etməməlidir. (nə qismən, nə də tam) Məhkəmələr həmçinin prosesin bütün mərhələlərində müstəqilliyini, qərəzsizliyini, obyektivliyini, ittihamın hərtərəfli və qanuna əsaslanaraq baxılmasına səy göstərməli, qərar qəbul edərkən ittihamdan kənara çıxmamalıdır. Daha obrazlı ifadə etsək  məhkəmələrə yönələn tələb ondan ibarət olmalıdır ki, dövlətin adından çıxarılan qərar qanuni qüvvəsini alana və təqsirləndirilənin günahı sübut olunana qədər şəxsin müqəssir olmaması barədə proses iştirakçılarını təlimatlandırılmalı, onlara təqsirsizlik prezumpsiyasının mənası çatdırılmalıdır. Təbii, peşəkar hakimlər üçün prezumpsiya əhəmiyyət kəsb edir. Onlar peşəkar vəkillərin vəsatətlərini diqqətlə nəzərdən keçirir və prosesdə nəzərə alırlar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM