Ailə - məişət zorakılıqları

09:27 / 27.05.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

“Əgər özünüzü islah edib dava-dalaşdan, kobud rəftardan çəkinsəniz bu sizin öçün daha yaxşı olar.”

“Ən-Nisa surəsi 128, 129-cu ayələr”

 

 

Son illərdə “Ailə - məişət zorakılıqları” ilə bağlı baş verənləri cinayət adlandırmaq o qədər də çətin deyil. Amma, törədilən əməllər cinayətlərin anlayışı hüdudundan artıq kənara çıxır. Əgər, ailə - məişət zorakılıqları altında ancaq ictimai münasibətlərə zidd əməlin olduğu qənaətinə gəlsək, praktik olaraq problemin həllinə nail olmaq çətin olardı. Bu, həm də ailə tərbiyəsinə, milli mənsubiyyətə, ictimai şüura və ictimai mədəniyyətə sığmayan, insan əxlaqına, islama və iman əhlinə yaraşmayan hərəkət və hərəkətsizlikdir. Bu baxımdan, cəmiyyətə zidd davranışların formalaşmasının, determinoloji, müxtəlif səbəb və şəraitin öyrənilməsinə kompleks şəkildə yanaşmağa ehtiyac duyulur. Məsələ ilə dərindən maraqlananda zorakılıqların və amansızlıqların adi hala çevrildiyinin şahidi oluruq. Hər şeyin ailədən və məişətdən başlanıldığını görəndə dəhşətə gəlməmək olmur. Eyni hadisələri, eyni səbəbləri, eyni şəraiti, eyni mədəniyyəti və eyni səhnəni, tarixi görürsən: “görüşdük - tanış olduq - mübahisə etdik, təhqir etdi, vurdu, xəsarətlər yetirdi – -döydü və yaxud, ər arvadını öldürdü - onu həyətdəki quyusunda basdırdı. Arvad ərini mətbəx bıçağı ilə doğradı. Qardaş bacını, oğul atasını öldürdü, qız anasını boğdu - qardaş qardaşı öldürdü və s. və i. a.” Ağıla gəlməz üsullarla il ərzində müxtəlif növ ağır və xüsusilə ağır cinayətlər baş verir. Məsələnin kökündə dövlətin himayəsində olan ailənin cəmiyyətin əsas özəyi kimi formalaşmaması, “kiçik dövlət” statusunu qoruyub saxlaya bilməməsi, mədəni səviyyənin, düşüncənin heyvana xas tərzdə inkişafı, (hamıdan üzr istəyirəm, sanki barbarlıq dövrünün sakinləridi) son illərdə isə ictimai qınağın olmaması, kollektiv rolunun görünməməsi, yerli orqanların və bəzi qurumların bu işdə biganəliyi durur. Profilaktik və xəbərdarlıq tədbirlərinin təsiri burada azdır. Bəlkə də, buna heç vaxt itirməyə dəyməz. Ailədə baş verən ağır hadisələrdən sonra xəbərdarlıq tədbirlərinin nə faydası ola bilər? Çünki, baş verənlər barədə dövlət orqanlarına məlumat sızmadığından, bəzən qonşuların da xəbərsiz olması profilaktik və xəbərdarlıq tədbirlərini kənara qoyur.

Mən deyərdim ki, məişət, son illərdə fəlsəfi və psixoloji anlamda səmərəsiz, faydasız həyat fəaliyyəti təəssüratını bağışlayır. Bu sahə, şəxsiyyətin həyat fəaliyyətinin ayrılmaz tərkib hissəsi olsa da, ictimai həyatın əhəmiyyət kəsb edən formasıdır və məhz, burada insan formalaşır, tərbiyə alır, davranışlarını qəlibə salır, həyati vacib təlabatlarını ödəyə bilir. Buradan da, belə nəticəyə gəlmək olar ki, məişət özündə ailə - həyat (yaşayış – güzəran) münasibətlərini əks etdirən mədəni, nəzakətli, alturist davranışlar məcmusudur.

Kriminaloji nöqteyi nəzərdən “məişəti“ xarakterizə edən struktur elementlərin öyrənilməsi üçün iki əsas istiqamətə diqqət yönəlməlidir:

1. Şəxsiyyət - məişət; (ailə, qohumluq, dostluq, yoldaşlıq, qonşuluq münasibətləri)

2. İctimaiyyət - məişət; ( istehsalat və ictimai məişət,məişət xidmətləri,əxlaq və hüquq qaydaları və s).

Məişətdəki ünsiyyətin əsas forması ailədir. Ailədaxili əlaqələrin əsas elementi isə ailə - nikah münasibətlərinin hüquqi tənzimlənməsidir. Ona görə də, ictimai münasibətlərin bu sahədəki məcmusunu müəyyən edərkən yuxarıda qeyd etdiyim insanlar arasında (ailə üzləri, qonşular, dostlar, yoldaşlarla,iş kollektivi və s.) olan əlaqələri müəyyən etmək vacib şərtdir.

Məişət zorakılığı (- evdəki və yaxud ailədəki zorakılıqlar) daha çox latent cinayətlər sırasına daxildir. Bu, elə bir arzuolunmaz qaba hərəkətdir ki, ailə daxilində bir tərəfin (qohumun, ərin) başqa bir şəxs üzərində təkrar və zorakılıqlarla davam edən hərəkətləri anlaşılır. Qabalıq, fiziki, psixolojı, seksual və ekonomik zorakılıqlarla da ifadə oluna bilər.

Adətən, məişət zorakılıqlarının gender cəhəti kişilərin qadınlara qarşı törədilən psixi, fiziki, seksual və iqtisadi təhqirlərlə davam edən zorakılıqlar qəbul edilir.

Müxtəlif ölkələrin qanunvericiliyində məişət zorakılıqlarına görə cəzanın tətbiqi və ictimai səbrin dərəcəsi müxtəlif cürdür. Qərb ölkələrində və keçmiş SSRİ ərazilərindəki bəzi dövələtlərdə məişət zorakılıqları ayrı növ cinayətlər fəsli kimi qüvvədədir. Lakin, RF – da bu növ cinayətlər üzrə qanun hələlik olmadığından, qanun layihəsi bu yaxınlarda Dövlət Dumasında müzakirəyə çıxarılmışdır.

Nəzəri və praktik baxımdan ailədə baş verən zorakılıqları aşağıdakı növlərə bölmək olar: Fiziki zorakılıq: Qurbanın üzərində birbaşa və ya yanakı təsir vasitələri ilə davam edən müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi, qançırların olması, şapalaqlama, evdəki əşyaların tullaması və s. (Bədən xəsarətləri məişət zorakılıqlarınin formalarından biridir.) Fiziki zorakılıqlara ilkin tibbi yardımın çağırılmasına mane olma, həyatı vacib təlabatların ödənilməsinə imkan verməmə, qarşı tərəfi iradəsinə zidd spirtli və narkotik maddələrin qəbuluna məcbur etmə və s. daxildir. Psixoloji təsir vasitəsi kimi ailənin başqa üzvlərinə fiziki ziyanın yetirilməsi fiziki zorakılığın yanakı formasıdır.

* Seksual zorakılıq. (Bu nu şərh etməyə lüzum görmürəm)

* Emosional zorakılıq - (psixoloji zorakılıq) Alçatma, təhqir etmə, davranışa nəzarət, təcrid etmə, qurbanın (təmasda) yaxın münasibətdə olduğu dairə ilə əlaqənin məhdudlaşdlrması, sorğu-sual etmə, şərləmək (şantaj) xəsarətlərin yetirilməsi ilə hədələmə və s. aid etmək olar.

– İqtisadi zorakılıq - ailənin maliyə və digər imkanlarına nəzarət, qurbana yaşamaq üçün pulun az miqdarda ayrılması, fırıldağla pul almağa (qazanmağa) məcbur etmə. Bu növə təhsil almağa və işləməyə qadağa qoymaq, ailədə vəziyyətin gərginləşdirilməsinə şərait yaratmaq və s. daxildir.

Ümumiyyətlə zorakılıqların dövrü xarakter daşıması cəmiyyətin özünə xas cəhətlərindən biridir. Qənaətimə gorə ailədəki vəziyyət, mürəkkəb yaşam şəraitin müəyyən dövr(mütəmadi xarakter daşıması) ərzində davam etməsi, konseptual olaraq özündə bir neçə mərhələni ehtiva edir.

* İlkin olaraq ailədə gərginliyin artımla davam etməsi; Ailə üzvləri arasındakı münasibətlər, bir – birilərinə qarşı davranış tərzinin pozulması, narahatlıqlar və narazılıqların artaraq,bəzən nəzarətdən çıxması,mövcud vəziyyəti məcrasına qaytarmaq imkanlarının tükənməsi və yaxud tərəflərin buna ehtiyac duymaması...

* Zorakılıqla müşayət edilən insidentlərin baş verməsi. Danışıq tərzi amansız, emosional və ya fiziki gücün tətbiqi ilə xarakterizə olunur. Mübahisələr, qarşılıqlı ittihamlar, hədələr, qorxutmalar əsəbi həddə çatdırılır.Şərait nəzarətdən çıxır...

* Barışıq: - ər və yaxud arvad (ailənin başqa üzvü) amansızlıqla davam edən hərəkətin səbəblərini bir-birilərinə izah edir, üzr istəyir. Gərginliyin azalması müşahidə edilir.

Zəif cinsin (bəzən ailənin digər üzvünə qarşı) hadisələri həddindən artıq şişirdilməsi ilə qınanılması “ Milçəkdən fil düzəldirsən” – deyir və s.

* Münasibətlərdə sakit dövr ( “Bal ayı” ) Zorakılıqla davam edən insidentlər unudulur. Qurban zorakılıq edəni bağışlayır, hərəkətlərindən peşmançılıq hissi keçirir, (daxilən-keçmiş olsun-deyir.,) özünə təsəlli verir. Bu, qara “bal ayı”da adlandırılır. Tərəflər arasında münasibətlər əvvəlki məcrasına yönəlir, bərpa olur. Belə münasibətlər dövrü ilkin mərhələni təkrarlasa da, uzun çəkmir.

Müddət ötdükcə mərhələ qısalır, amansızlığın yeni qığılcımlar radiusu genişlənir, ziyanın həcimi böyüyür. Belə mərhələdə qurban situasiyanı sərbəst tənzimləyə bilmir, özünü itirir...

Sual yaranır:

* Məişət zorakılıqlarından müdafiə olunmaq üçün nə etmək lazımdır?

Bir sıra ölkələrdə ailələrdəki zorakılıqların (şəraitin) aradan qaldırılması üçün hüquqi və psixoloji yardımlar təklif edən “krizis mərkəzləri”, qaynar, pulsuz telefon xidmətləri fəaliyyət göstərir. Dünya təcrübəsində problemin, ailə zorakılıqlarının qarşısını almağa istiqamətlənən iki əsas yanaşma var: Restorativ (köməkçi vasitələr) yanaşma – ailənin qorunub saxlanılması və münaqişənin tənzimlənməsinə yönəlmiş tədbirlər, məcburi tibbi və psixoloji proqramların həyata keçirilməsi, ictimai qınaq və s...

Digəri cəzalandırma metodudur.

 

Bu mərhələdə zorakılıqlara,habelə tərəflər arasında olan münasibətlərə xitam verilməsi üçün həyata keçirilən proqramlara start verilir. Cəzalandırma metodu bir çox ölkələrdə əsas tədbir vasitəsidir. Qanunvericilik bazası belə cinayətlərə görə məsuliyyətin dərəcələrini özündə əks etdiir.

Bəzi dövlətlərin qanunvericiliyində isə ailədəki zorakılıqların qarşısını almağa xüsusu normativ hüquqi aktlar qüvvədədir.

Ailədəki zorakılıqlara və bu problemə qarşı ictimayyətin səbr nümayiş etdirməsini, qınağın olmamasını, milli mədəniyyətin xüsusiyyətlərindən irəli gələ və hakimiyyət strukturlarnda bu sahəyə cavabdeh quramların səthi yanaşması ilə də izah oluna bilər və s.

Fransa yeganə dövlətdir ki, onun cinayət qanunvericiliyində ailə üzvlərini, hətta sözlə təhqir etməyə görə məsuliyyət nəzərdə tutulur. Qırğızıstan və Ukrayna dövlətlərində qanunvericilik bazası artıq qəbul edilmişdir. Amma, o qədər də işlək mexanizimə malik deyil. Qazaxıstan Respublikasında isə ailə zorakılıqlarınin profilaktikası ilə bağlı 2009 – cu ildə qanun qəbil edilmişdir. Belorusiyada 16 aprel 2014

– cü ildə qəbul edilən qanunun tələbinə görə, qaba hərəkətləri ilə ailə üzvlərini incidən və zərər yetirən şəxslərin mənzildən müvəqqəti – 3 gündən 30 günə qədər çıxarılmasına imkan verir. Qanunun qəbulundan sonra ailə zorakılıqlarının sayında azalma müşahidə olunmuşdur. Məs: 2013 – cü il ərzində 1005 belə cinayətlər qeydə alınmışdırsa, qanunun qəbulundan sonra, – 2015 - ci ildə bu rəqəm 842 fakta enmişdir.

RF – da dövlət daxili qanunvericilik bazası qeyd etdiyim kimi hələlik yoxdur. Federasiya 1948 – ci il “Ümumdünya insan hüquqları bəyannaməsi” və 1992 – ci il “Qadınlara qarşı bütün diskriminasiyanın - ayrı seçkilik hallarının qarşısının alınması” ilə bağlı beynəlxal konvensiyanı rəhbər tutur. Rusiya qanunvericiliyi ailədə zorakılıq hallarının baş verməsi haqda məlumatın rəsmi daxil olmasına qədər şəxsi və ailə həyatına müdaxiləni yolverilməz hesab edir. Baş vermiş insidentlər üzrə cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun, yəni qəsdən vətəndaşların həyat və sağlamlıqları, onların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə görə məsuliyyət yaranır.

Təcrübə göstərir ki ailədəki zorakılıqlar bütün dünyada baş verir, ailənin maddi və sosial vəziyyətindən asılı olmayaraq mövcud müxtəlif mədəniyyətlərin səviyyəsinə xas yaranır. Ekspertlərin qənaətinə görə ailədəki zorakılıqlara aid statistik rəqəmlər fraqmentar və (yarımçıq, natamam) çətin aşkar olunandır. Bəzən də gizli qalır. Rusiya Fedarasiyası DİN – nin statistik məlumatına görə hər il 14 min qadın həyat yoldaşlarının və yaxud yaxınlarının hərəkətlərindən dünyasını dəyişirlər. Məs: 2008 – ci ildə ailədəki zorakılıqların nəticəsi olaraq 11 min qadın və 35 min kişi qətlə yetirilmişlər. Analitiklərin mülahizələrinə görə, zorakılıqla müşayət edilən cinayətlərin təxminən 40 % ailələrdə baş verir.

Azərbaycan Respublikasında 2015 – ci il ərzində məişət zorakılığı ilə əlaqədar 2839 cinayət baş vermişdir. Bu rəqəm, əvvəlki ( 2014 – cü il) illərlə müqayisədə 1238 fakt azdır. Hər halda, azalma müşahidə olunsa da, faktların coxluğu narahatlığa əsas verir. Düşünürəm ki, mədəniyyət və davranışları, düşüncələri və bilik səviyyələri fərqli olan cütlüklərdə, (belə ailələrdə) cinayyətin baş verməsi üçün zəmin yaranır. Bunu öncədən bilib adekvat, qabaqlayıcı tədbirlərin görülməsi çətindir. Bu baxımdan, ailədə baş verən zorakılıqlar barədə məlumatlar ailənin tərkibindən (məcburi olaraq) sızdıqdan və yaxud rəsmi məlumatın daxil olmasından sonra araşdırmalara imkan yaranır. Bəzən isə belə araşdırmalar artıq gec olur, profilaktik və xəbərdarlıq tədbirləri əhəmiyyətini itirmiş olur.

Ümumiyyətlə, ailədəki zorakılıqlara məruz qalanların səhhətində psixi pozğunluqlar, özünü köməksiz vəziyyətdə hiss etmə, qurbanın anatomik səthində və daxilində zədəli stress halları müşahidə olunur. Belə şəxslərdə qidanın qəbulundan imtina etmək halları, alkoqolizimə, narkomanlığa və avaraçılığa meyl artmağa başlayır.

Cəmiyyət üçün insan həyatının itirilməsi, cəmiyyətin istehsalatda çalışan (çalışa bilən) üzvlərinin itkisi, dövlətin öz vətəndaşlarinın - zərərçəkənlərin(qurbanların) reabilitasiya olunması, istintaq tədbirlərinin, məhkəmələrin keçirilməsinə və belə şəxslərin müalicəsinə - reabilitasiyasına büdcədən vəsaitin sərf edilməsi ilə nəticələnir.

Zorakılıqlar nəticəsində qısa müddətli fiziki xəsarətlər, həyacanlı vəziyyət, qorxu (vahimə), depresiyada - ruhi sıxıntı vəziyyətində olmaq, seksual həyatın pozulması, uşaqlarda böyüklərə qarşı nifrət hissi yaşanır, təkrar ailə həyatı qurmaqdan yayınmaq, qadınlara qarşı (kişilərə qarşı) nifrət, psixi xəstəliklərə duçar olma, yaxınlarla

münasibətdən vaz keçmək, yüksək riskli kriminal davranışlara meyl, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən istifadə etmək halları baş verir.

Zənnimcə Azərbaycan Respublikası CM – də şəxsiyyət əleyhinə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəsilində sanksiyaları sərtləşdirməyə ehtiyac var.

İstifadə olunan ədəbiyyatlar.

 

1.Azərbaycan Respublikasının Konstitusiyası

2.“Domaşneye nasiliya kak problema sovremennoqo obşestva.”

Pozuxina S.V.Fokin İ.V.Tulşkiy institut Upravleniya i biznesa. 14 maya 2010 qod.

3.Məişət zorakılığı haqqında AR qanunu. Bakı 2010 – cu il.

4.Zaqorodnikov N.İ. sovetskaya uqolovnaya politika i deyatelnosti orqanov vnutrennix del.

Moskva 1979.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM