Tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının müstəqillik yolunda ən qanlı maneələrdən biri Qarabağda separatçılıq zəminində münaqişəsinin alovlandırılması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Məlum olduğu kimi onun əsası hələ müstəqilliyin bərpasından xeyli əvvəl – 1988-ci ildə qoyulmuş, məqsədyönlü şəkildə aparılmışdır. Başlandığı gündən konkret məqəsədə istiqamətlənmiş bu münaqişə qanlı toqquşmalarla müşayiət olunmuş, ardıcıl olaraq bir neçə mərhələdən keçmişdir. İlk vaxtlar millətlərin öz müqəddəratını təyin etməyə cəhd pərdəsi altında kütləvi çıxışlar şəklində başlanan bu münaqişə zaman – zaman qanlı fitnələr vasitəsi ilə kəskinləşdirilmiş, bir dövlətin digərinin ərazilərini zəbt etməsi ilə nəticələnmiş, müharibə səviyyəsinə gəlib çıxmışdır. Nəticədə Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistan qoşunları tərəfindən işğal olunmuş, bir milyondan artıq əhali öz evlərindən didərgin düşmüş, xeyli əhali öldürülmüş, şikəst edilmişdir. Həmin dövrdə Qarabağın işğal olunan yaşayış məntəqələrində dinc əhaliyə qarşı soyqırımı törədilmişdir. Beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulmuş, təcavüzkara törətdiyi cinayətlərə görə heç bir tədbir görülməmişdir. BMT-nin onların işğalçılıq əməllərinə qarşı qəbul etmiş olduğu qətnamələrə məhəl qoyulmamış, onun Ermənistan tərəfindən nümayişkəranə şəkildə yerinə yetirilməməsinə dünyanın böyük dövlətləri və beynəlxalq təşkilatları göz yummuşlar.
1994-cü ildə atəşkəs haqqında müqavilə imzalandıqdan sonra münaqişənin “nə sülh, nə müharibə” xarakterli uzun bir dövrü başlanmışdir. Həmin dövrdə Azərbaycan öz öhdəliklərinə əməl edərək problemin dinc yolla həllinə öz töhfəsini versə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən razılığa gəlmək mümkün olmamış, məsələnin qeyri-müəyyən vaxta qədər üzanması təhlükəsi yaranmışdı ki, bu yolla işğalçı Ermənistan öz niyyətinə çatmağa çalışmışdır. Məsələnin mürəkkəbliyi onda idi ki, problemin həlli funksiyasını öz üzərinə götürən beynəlxalq təşkilarlar və onların ayrı-ayrı qurumları, xüsusən də ATƏT-in bu münaqişənin həlli üçün yaradılmış Minsk Qrupu həmişə birtərəfli mövqe tutmuş, məsələnin həllinə çalışmaq əvəzinə Ermənistanın marağına uyğun olaraq mövcud vəziyyəti dondurmağa, status-kvonun saxlanmasına kömək etmiş, danışıqlar imitasiyası yaratmaqdan uzağa getməmişlər. Azərbaycan daim ikili standartla yanaşma reallığı ilə üzləşmiş, daim onun aradan qaldırılması, problemin ədalətli həlli üçün düzgün məcraya yonəldilməsinə çalışmışdır.
Münaqişənin tarixinə bütöv bir nəzər salsaq, Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən bu günə qədərki dövr ərzində ictimai həyatın bütün sahələrində problemlərin aradan qaldırılması, quruculuq işlərinin həyata keçirilməsi fonunda münaqişənin fəsadlarının aradan qaldırılması və həlli yolunda dövlətimizin addım-addım yeni-yeni mövqeləri əldə etməsini və irəliləməsini müşahidə etmək olar. Münaqişənin başlanğıcında tam köməksiz, informasiya blokadasına alınmış, cürbəcür təzyiqlərə, terror aktlarına, soyqırıma məruz qalan Azərbaycan öz səyi, iradəsi sayəsində situasiyanı müsbət məcraya yönəldə, özünün haqqını dünyada təsdiq etmək istiqamətində nəticələr qazanır. Xüsusən 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdandan sonra görülən işlərin düzgün məcraya yönəldilməsi gələcək üğur üçün zəmin yaradır. Hər addımında maneələrlə, qərəzli mövqe ilə üzləşsə də, zərrə-zərrə əldə olunmuş pozitiv nəticələr öz məntiqi nəticəsinə aparırdı.
Qarabağda son günlərdə baş vermiş hadisələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində dönüş nöqtəsi oldu. Uzun illər formalaşmış stereotiplərə sarsıdıcı zərbə vurulmuş oldu. Onun fasiləsiz olaraq bir vəziyyətdə qalacağına ümid edənlərin təsəvvürləri alt-üst oldu. Ermənilərin özləri haqqında yaratdıqları mif, onların məğlubedilməzliyi, arxalı olmaları, başqalarının hesabına regionda istədiklərini edə bilmələri, cəzadan immunitetlərinin olması haqqında təsəvvürlər iflasa uğradı ki, bu da onların avanturasının tezliklə ifşa olunmasından xəbər verir.
Digər tərəfdən bu vaxta qədər haqqı tapdalanmış, torpaqları işğal olunmuş Azərbaycanın uzun illər göstərdiyi dözümün, özünəinamın təsdiqi gəldi. Son hadisələr zamanı Azərbaycan və erməni cəmiyyətlərinin fərqli reaksiyaları hər bir tərəfin xarakterini əyani şəkildə göstərdi.
Dəyişən məqamlardan biri dünya dövlətlərinin münaqişəyə münasibətdə tutduqları mövqedə olan dəyişikliklərdir. Əgər bu vaxta qədər hər kəs üçün açıq-aşkar olan həqiqətlər təhrif edilir, ermənilərin təcavüzkar hərəkətlərinə göz yumulurdusa, bu hadisələr zamanı və ondan sonra etmənilərin birmənalı şəkildə işğalçı olduğu təsdiq edilir, onların qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələbi dəstəklənir.
Son hadisələrin yekunu kimi əldə edilən dəyişiklikləri aşağıdakı kimi ümumiləşdirmək olar:
- Ermənistanın birmənalı olaraq əksər dünya dövlətləri tərəfindən işğalçı dövlət kimi tanınması və onun öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarılmasını zəruri hesab etməsi
- “Dağlıq Qarabağ Respublikasının” qondarma bir qurum olduğunun təsdiqlənməsi
- Qarabağda mövcud status-kvoya zərbə vurulması və onun dəyişməsinə start verilməsi. Bütün dövlətlərin status-kvonun dəyişməsinin labüd olduğunu qəbul etməsi
- Döyüş nəticəsində qarşıduran Azərbaycanın və Ermənistanın gücünün fərqinin aşkar şəkildə nümayişi
- Ermənistanın törətdiyi əməllərə - işğala görə, cəzasız qalmaq ümidlərinin puça çıxması. Onun toxunulmazlığı və beynəlxalq güclər tərəfindən daim müdafiə ediləcəyinə olan inamın sarsılması
- Ermənistan cəmiyyətinin özünün hakimiyyətinin cinayətkar siyasətinə müxalifətin güclənməsi. Hakimiyyətin yalanlarının ifşa olunması
- Düşmənin Azərbaycanın təcavüzkara qarşı güc tətbiq edəcəyinə şübhələrin aradan qalxması.
- Məcburən Qarabağda yerləşdirilən erməni əhalisinin hakimiyyətin yalanlarına inanmayaraq buradan köçüb getməyə başlaması.
- Ermənistanın Qarabağ münaqişəsini istədikləri vəziyyətdə başa çatdırmaq ümidinin sarsılması
- Azərbaycanın mübariz əzminin düşmənə və bütün dünyaya nümayiş etdirilməsi. Azərbaycan əhalisində qələbəyə inamın və döyüşkən əhval-ruhiyyəsinin möhkəmlənməsi.
- Bir sıra vacib hərbi mövqelərin ələ keçirilməsi ilə Azərbaycan qoşunlarının əlverişli hərbi mövqedə möhkəmlənməsi, taktiki üstünlüyün təmin edilməsi.
Bütün bu deyilən məsələlər ermənistan hakimiyyətinin həm işğal etdiyi ərazilərdə, həm də öz olkəsi daxilində söykəndiyi dayaqlar idi. Həmin sütunların iflası faktiki olaraq hakimiyyətin dayaqlarını sarsıtmış olur ki, bu da onun bütövlükdə iflasını şərtləndirir. Məhz bu səbəbdən reallığın labüdlüyünü başa düşsə də, Ermənistan hakimiyyəti bu reallığı qəbul etmək istəmir. Yaranmış situasiyada hadisə və proseslərin ümumi yekununun Ermənistanın istədiyi kimi olmayacağı şübhəsizdir. Lakin onun birmənalı şəkildə görünən nəticələrə gətirib çıxaracağını da demək olmaz. Bu məsələdə həddən artıq maraqların olması, müxtəlif amillərin təsiri məsələyə real yanaşmağı və hər bir dönüşə hazır olmağı tələb edir.
Qarabağ münaqişəsi konkret məqsədlər üçün “təşkil olunmuş” bir münaqişə kimi konkret funksiyaları yerinə yetirir. Onun iştirakçılarının və burada maraqları olan tərəflərin məqsədləri artıq sirr deyildir. Ümumdünya xarakterli qlobal bir prosesin tərkib hissəsi olan bu münaqişənin müasir vəziyyətini də həmin nəzər nöqtəsindən dəyərləndirməsi məsələnin əsl mahiyyətinin ortaya qoyulmasına və ola bilər ki, müəyyən qədər məsələnin həllinə kömək edə bilər. Ermənilərin hüquqlarının müdafiəsi, onların öz müqəddəratlarının təyin etməsi hüququnun təmin edilməsi pərdəsi altında aparılan siyasətin bu region ölkələrini təsir dairəsində saxlanması, onlara təzyiq vasitəsi kimi istifadə edilməsi heç də öz aktuallığını itirməyib. Əksinə, zaman keçdikcə onun təsir mexanizmlərinin daha intensiv şəkildə istifadəsi göz qabağındadır. Qarabağ probleminin ədalətli həlli, bəlkə də ümumiyyətlə kiminsə xeyrinə həlli qeyri realdır. Məsələyə son qoyulması və münaqişənin dayandırılması ondan təsir vasitəsi kimi istifadə imkanını sıfıra endirir. Bu da həmin münaqişəni böyük “səylər”, “ağır zəhmət” hesabına “təşkil etmiş” qüvvələr üçün yolverilməzdir. Öz qonşularına qarşı etdiyi xəyanət və törətdiyi cinayətlərin müqabilində mükafat olaraq Qarabağı özününküləşdirmək xülyası ilə yaşayan Ermənistan da münaqişənin bitməsini istəmir. Onlar məsələni uzatmaq, status-kvonu mümkün qədər daha çox saxlanmasına nail olmaq yolu ilə öz məqsədinə çatmaq istəyirlər. Lakin son hadisələr onların da ümidlərinə zərbə vurdu. Rusiyadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə, habelə Avrasiya İqtisadi Birliyi üzvü olaraq hərbi dəstək ala bilməmələri erməniləri şok vəziyyətinə saldı. Ermənistanda mövcud rejimin yeritdiyi siyasətə və Rusiyaya qarşı başlanmış etiraz çıxışları bu əhvali-ruhiyyənin göstəricisi idi.
Ermənilər üçün Qərb dövlətlərinin də mövqeyi gözlənilməz idi. Uzun müddət beyhəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirən və Qərbin onun özbşınalığına göz yummasına adət edən, onlardan açıq və ya gizli şəkildə dəstək alan Ermənistan onun siyasətinə verilən qiymətləri gözləmirdi. Birdən birə onun işğalçılıq siyasətinin faktlarla təsdiq edilməsi, nüfuzlu beynəlxalq təşkilatlardan, dövlətlərdən, ayrı-ayrı dövlət xadimlərindən və ekspertlərdən onun təcavüzkar fəaliyyətinin öz adı ilə adlandırılması bu münaqişəyə münasibətdə olan dönüşü göstərirdi.
Bu gün birdən birə regionda formalaşmış fərqli duruma münasibətin səbəbi nədir.
Şübhəsiz, qəflətən dünya güclərinin bizə məhəbbətinin yaranması inandırıcı deyil. Dünyada gedən geosiyasi olunlarda yaranmış qüvvələr nisbəti aktorların mövqeyində dəyişiklikyə səbəb olur. Başlıca meyar isə həmişəki kimi dövlətlərin maraqlarıdır.
Qarabağ münaqişəsi bir alət olaraq rusların əlindədir. Başqa dövlətlər – Amerika və Avropa ermənilərə rəğbətlidilərsə də, bu amil hələ ki, onların maraqlarına işləmir. Bu mənada regiona yol tapmağa can atan Qərbin dini, etnik amilə görə dövlətlər fərq qoymasına meyl də rol oynamaya bilər.
Rusiya isə regionda möhkəmlənmək üçün tərəfdaşlarını götür-qoy edə və mövqeyini müəyyən qədər dəyişə bilər. Azərbaycanın qeosiyasi dəyərinin artması bir çox amillərlə bağlı ola bilər. Yaxın şərq regionunda hazırkı dövrdə gedən münaqişələr, həmin regionda və şərqi Avropada Pusiya ilə Qərbin maraqlarının toqquşması zamanı beynəlxalq güclərin, qarşıduran tərəflərin etdikləri gedişlər konkret münaqişələrə münasibətdə də əhəmiyyətli dönüşlərə səbəb olur. Qarabağ münaqişəsinə münasibətdə də açıq-aşkar müşahidə olunan mövqe dəyişikliyi bir tərəfdən tarixi inkişafın öz məntiqindən irəli gəlirsə, digər tərəfdən Azərbaycanın uzun illərdən bəri apardığı gərgin diplomatik fəaliyyətin nəticəsidir.
Son hadisələr dövründə Ermənistanda Rusiyaya münasibət son dərəcə kəskinləşmişdir. Rusiyaya qarşı Ermənistan iqtidarından səslənən narazılıq notları, ona qarşı əhalinin kütləvi etiraz çıxışları ciddi mövqe dəyişikliyindən xəbər verir. Rusiya Ermənistanı itirmək fikrində ola bilməz. Çox güman ki, Rusiya Ermənistanı real hissə qaytarmaq, onlara yerini göstərmək üçün bu hadisələrdə tutduğu mövqeni nümayiş etdirir. Digər tətəfdən hər iki tərəfə silah satacağını açıq şəkildə bəyan etməsi onların proseslərə nəzarət etmək iddialarını göstərir. Deməli münaqişənin hələ uzun müddət davam edəcəyi, tərəflərin rus silahının alıcıları olaraq qalması gündəlikdə olan məsələdir və onun dəyişmək etimalı azdır.
Buna görə də hazırkı məqamda Qarabağ münaqişəsinin ədalətli həllinə, onun hansısa bir nəticə ilə başa çatdırılmasına etimal azdır. Ən yaxşı halda söhbət münaqişənin tam həll olunmadan gizli hala keçirilməsindən gedə bilər. Ən yaxşı halda münaqişənin indiki vəziyyətində ən kəskin cəhətləri aradan qaldırılır, köhnə müxtariyyətə daxil olmayan rayonların əraziləri bir sıra istisnalarla geri qaytarılır, azərbaycan əhalisi geri qaytarılır, sülhməramlı qüvvələr adı altında rus qoşunları regiona yerləşdirilir və Dağlıq Qarabağın statusu məsələsi açı bağırsaq kimi gündəmdə saxlanılaraq uzadılır. Bu vəziyyətdə təhlükəsizliyin qarantı kimi çıxış edən Rusiya isə münaqişə tərəflərinə təsir vasitəsini öz əlində saxlamaqla öz maraqlarını regionda təmin edir.
Ermənistan hakimiyyətinin bir birinə zidd olan bəyanatları və hərəkətləri onun bu vaxta qədər arxasında gizlətdiyi məqsəd və niyyətlərini tam çılpaqlığı ilə ortaya qoyur. Hansı “xidmətləri” göstərdikləri və onun müqabilində nəyi əldə etmək istədikləri açıq şəkildə görünür. Ümidləri puça çıxdıqda isə açıq avantüradan, niyyətlərini açıq ifədə etməkdən çəkinmirlər. Heç bir real əsası olmayan şərtlərin irəli sürülməsi, arxa hesab etdiyi dövlətlərə qarşı ittihamları bu dövləti gülünc vəziyyətə qoyur, onun yaxınlaşmaqda olan məğlubiyyətindən xəbər verir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətə gəlib yetişməsinin əsasında dayanan məsələlrdən biri Azərbaycan əhalisinin üzləşdiyi bütün çətinliklərə baxmayaraq dönməz mövqe, dözümlülük və qələbə iradəsi münayiş etdirməsi, məqsədinə doğru hər an irəliləməsi olmuşdur. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların onun pozulmuş hüququna, tapdanmış haqqına münasibətdə göstərdiyi biganəlik, ikili standart mövqeyindən yanaşması bu iradəni qıra bilmədi.
Həmin əhvali ruhiyyənin təməlində Azərbaycan hökumətinin yeritdiyi daxili və xarici siyasət bu gün konturları görünməyə başlayan uğuru təmin etdi. İctimai həyatın bütün sahələrində gündəlik gərgin əməyin və məqsədyönlü fəaliyyətin nəticəsi başlanan dönüşün əsasında dayanır.
Münaqişə hələ həll olunmayıb. Onun nə qədər davam edəcəyini, hansı problemlərlə üzləşəcəyini demək çətindir. Lakin son hadisələr bu münaqişənin yeni axarını müəyyənləşdirərək onun ədalətli həllinə şərait yaradır. Azərbaycan Respublikasının qəti mövqeyi, qələbə iradəsi onun uğurla nəticələnməsi üçün tutarlı əsas yaradır.
Geostrategiya" jurnalı № 02 (32) Mart-Aprel 2016
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM