“Polisə Dəstək” İB-nin sədri
“Qanunlar olmayan cəmiyyətlərdə
cinayətlər də yoxdur”
Son illərdə cinayətkarlıqla mübarizənin təhlilindən məlum olur ki, xüsusi amansızlıqla törədilən faktlar ciddi narahatlıq doğurur. Bəzən soruşurlar: Nədir amansızlıq? Zənnimcə cavabım diqqət çəkər. Amansızlıq zəif şəxsin müəyyən vaxt ərzində yaranmış fürsət və şəraitdən istifadə etməklə (gecənin qaranlığından və yaxud üstündə gəzdirdiyi soyuq silahdan) həmin anda üstünlüyünü təstiq etməkdir.
Cinayətkarlara qarşı şüuraltı qənaətimə görə cinayəti yalnız öz hissləri ilə bacara, iradəsini, nəfsini cilovlaya bilməyən, ləyaqətini başqa üsullarla təsdiqləməyi bacarmayan, başqa - düz yollarla pul qazanmağı özünə sığışdırmayan insanlar törədə bilər. Qeyd etdiyim cəhətləri əldə etmək üçün bilik və qabiliyyətləri yetərli olmur, xarakterləri çatmır.
Cinayətkarlığa gedən yol səbirsizlikdən başlayır. Səbirsizlik, ehtiyac və nəfsinin quluna çevrilməsi anı cinayəti törətməklə təsdiqini tapır. Bu hal, cinayətə meyilli səbirsiz şəxslərin xarakterindən doğur. Onlar da, ləyaqətlərini cəmiyyətə zidd davranışları ilə sübut edirlər. Gələcəkdə əldə edilməli olan, arzusunun gerçəkləşməsi üçün zamanın hələ yetişməməsini gözləməyən belə adamlar ehtiyac duyduğu “sərvəti” məhz həmin “o qaranlıq gecədə, əlindəki bıçaqla” əldə etməsini arzulayır və “həsrətlə” həmin cinayətə doğru gedir... Bu təhlükəli yolda dizləri qorxudan əssə də, nəfsinin, cılız hisslərinin qurbanına çevrilir.
2015 – ci il ərzində 2014 – cü il ilə müqayisədə quldurluq cinayətləri 51 fakt (31,9%), soyğunçuluqlar 97 fakt (40,2%), vətəndaşlardan hədə - qorxu ilə tələb etmə 24 fakt (42,9%) artmışdır. Faktların artımı təkcə sosial faktorlarla bağlamaq düzgün olmazdı. Burada ailə tərbiyəsi, sadaladığım şəxsi keyfiyyətlər rol oynayır. Daha çox təsir edən məhz elə fərdlərə xas spesifik cəhətlərdir. Göründüyü kimi DİN–nin apardığı mübarizə peşəkarlıq və əməliyyat çevikliyinin davamı kimi səmərə vermişdir.
Quldurun, soyğunçuluq edənin, insan alveri ilə məşqul olanın, terroristlərin anatomik quruluşlarına diqqət yetirsək, ümumi – oxşar cəhətlərin – cinayətkarlara xas spesitik cəhətlərin şahidi olarıq.
Bu mənada, Respublika DİN ötən ilin hesabat dövründə cinayətin mütəşəkkil növlərinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı korrupsiya ilə bağlı 34 fakt çox, insan alverinə qarşı 109 cinayət faktları aşkar edilmiş (+12) habelə 17 nəfərdən ibarət 8 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunmuş, 842 ağır və xususilə ağır cinayətlər törətmiş 2637 nəfəri birləşdirən 923 cinayətkar dəstə zərərsizləşdirilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində 169 nəfərdən ibarət 63 cinayətkar qrup yaxalanmışdır. Bu növ cinayəti törətmiş 2386 nəfər cinayət təqibinə məruz qalmışlar. Sırada əvvəllər məhkum olunmuşların (907 nəfər) və qadınların sayı (33 nəfər) narahatlıq doğurur. Subyektlərin tərkibini təhlil etdikdə hər şey aydın olur. Böyük psixiatr Lombrozonun mülahizələri ilə yanaşsaq belə şəxslərin anatomiyası fikirlərimizi təsdiqləyir. Antropoloji quruluşlarında cəm olunan əlamətlər zəifliyin, acizliyin və iradəsizliyin məhsulu kimi diqqəti cəlb edir.
Bütün bunlara baxmayaraq yenə özümə sual ünvanlayıram: məgər güclülər cinayətə meyl, cəhd etmirlər? Yəni onlar arzuladıqlarını əldə etmək istəmirlər? Müşahidələrim, gördüklərim və mülahizələrim məni belə cavab verməyə vadar edir: -
İradəsi güclü olanlar, istədiklərini vicdanla, təmiz yolla qazanırlar. Belələrini haqq yolundan azdırmaq, ələ almaq mümkün olmur. Ehtiyaclarını ödəyə bilməsələr də, cinayətə meyl etməzlər, dilənməyə razı olarlar, amma abrına qısılıb dilənməzlər, nə varsa ona qane olar, şükür edərlər və s.
Yox əgər özünü güclü adlandıran daha çox istəyirsə deməli, o da, zəifdir, nəfsinin köləsidir. Acgözlüyün özü də zəiflikdən doğur. Səki ilə gedən uşaq dükandakı oyuncaqları anasına aldıra bilməyəndə göz yaşlarını saxlaya bilmir. Yalnız şıltaq, ərköyün və “pozulmuş” uşaqlar bu sayaq hərəkət edərlər. Belə keyfiyyət böyüklərdə cəmlənəndə zəiflik əlamətidir, cəmiyyətin “xərçəngi”dir.
Bəs insanı cinayət törətməyə təhrik edən hansı səbəblərdir? Burada ailədəki tərbiyə və yaxud şəcərənin rolu təsirini göstərə bilirmi? Bilir! Məsələn: Məşhur psixiatr Çezare Lombrozo cinayətkarın şəxsiyyətini diqqətlə öyrənərək belə qənaətə gəlmişdir ki, insanın xarici görünüşü, antropoloji quruluşu – anatomiyası onun hansı cinayətlərə meyilli olmasını biruzə verir. Müşahidə edilən əlamətlər belə şəxslərdə cinayətlərin hansı növünün subyektinə çevrilə biləcəyini müəyyən etmək çətin olmur.
İnsanların cinayət törətməsi heç bir sinifli cəmiyyət üçün yenilik və yaxud möcüzə olmamışdır. Statistikada cinayətlərin və cinayətkarlığın vəziyyəti ilə bağlı (müəyyən dövr ərzində) məlumatın olmaması əlbəttə ki, möcüzə olardı. Bir sıra hüquqşünas müəlliflərin doktrinal mülahizələrinə görə “ictimai təhlükəli əməli törətmiş şəxsin düşüncəsində formalaşan və ictimai əhəmiyyət kəsb edən münasibətlər də cinayət hesab oluna bilər”. Lakin, “cinayətkarcasına düşünmək” qadağan olunmadığına görə kimisə ittiham etmək konstitusion hüquqlara zidd olardı. Fikrimcə, şəxsin cinayət qanunvericiliyi ilə qadağan olunmuş əməli təqsirli olaraq törətməsi cinayət sayıldığına görə sonrakı prosesual addımlar məsuliyyətin labüdlüyünə yonəlməlidir.Paralel olaraq belə hərəkətlərin şüurlarda formalaşmasının qarşısını almaq və düşüncələrdə dəyişikliyə nail olmaq üçün İdeoloji tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranır.
Cinayətin maddi əlamətləri onun ictimai təhlükəliliyində ifadə olunur. İctimai təhlükəlilik əməlin tərkibi elementinə xasdır,onun kriminallaşmasına xidmət edir.Öncədən sübyektin əməlinə olan psixi münasibəti və “səbəbli əlaqə” nəticəni doğurur. Baş verən cinayətləri digər hüquqpozmalardan fərqləndirən əsas cəhət də, məhz əlamət rolunda çıxış edən ictimai təhlükəlilik dərəcəsidir. Mülki və inzibati hüquqpozmalarda konkret şəxslərin hərəkəti cəmiyyət üçün zərərli olsa da, ictimai təhlükəli deyil. Əməlin ictimai təhlükəliliyi həm obyektiv cəhətin əlamətlərini (dəymiş ziyanın ölçüsü və xarakteri və s.) həm də sübyektiv əlamətləri ilə əks olunur, təqsirin formasını cinayət əməlinin motivini, məqsədini və s. ehtiva edir. Qəsdən adam öldürmənin ağırlıq dərəcəsi, ehtiyatsızlıqdan törədilən qətlə görə fərqlidir; qısqanclıqdan adam öldürmənin ictimai təhlükəliliyi xuliqanlıq niyyəti ilə adam öldürmədən azdır və s.
İslam hüququna görə cəmiyyətin və dövlətin təhlükəsizliyi üçün “cinayətkarlıq və cinayətdən” hicrət etmək, onun yarandığı, yetişdiyi (şəraiti) məkan və zamanı özəlləşdirmək mümkün olmadığından, qabaqlayıcı və davamlı xarakterli mübarizə, əmələ görə cəzanın sərtləşdirilməsi önəm kəsb etməli, cəzanın labüdlüyü və fərdiliyi prioritet təşkil etməlidir ki, günahı – təqsiri olan cəzadan yayınmasın, “təqsirə görə məsuliyyət” prinsipi hər bir cəmiyyətdə “Demokl qılıncını” xatırlatsın. Necə deyərlər - “Günahsıza cəza verilməsin, günahkar isə cəzasız qalmasın”.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM