Hakimiyyət və müxalifət

14:48 / 17.06.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

“Hər bir xalqın qazandığı

hakimiyyəti var.”

 

Politologiyaya görə hakimiyyət - ona qarşı müqavimətlərin olmasına baxmayaraq, insanların faliyyətinə həlledici təsir göstərməkdə imkan və bacarığını, iradəsini uyğunlaşdırmaq və yaxud, insanların bir qismini digərinin iradə və qüvvəsinə tabe edən münasibətlər sistemidir. İctimai elmlər ayrı - ayrı partiya və insan quruplarının əldə etdiyi hakimiyyət səlahiyyətlərinin aşağıdakı istiqamətlərini müəyyən edir:

* Demokratik metod: seçkidə qanunlara və konstitusiyaya uyğun şəkildə seçicilərin mandatını və etimadını qazanmış prezident, mer və ya deputatlar.

* Avtoritar metod: ölkədə hakimiyyətin qanunsuz olaraq zəbt edilməsi. Məs: V.İ.Leninin rəhbərliyi ilə bolşeviklərin (inqilabçıların)Çar Rusiyasınin devrilməsindən sonra hakimiyyətə gəlməsi, F.Kastronun Kubada, 1949 – cu ildə Çin KP, sonra İraq və Liviyada, Əfqanstanda xarici hərbi qüvvələrinin köməyi ilə müxalifətin hakimiyyəti mənimsəməsini və s. bu metoda aid etmək olar. Hazırda Nigeriyada, Suriyada, Yəməndə, Çadda, Konqoda və digər ölkələrdə vətəndaş müharibəsi iki qütb; iqtidar-müxalifət arasında davam edir.

Hakimiyyət dövlət üçün mütləq və vacib bir mexanizimdir. Dövlət bilavasitə hakimiyyətin bölgüsü əsasında daxili və xarici siyasətini həyata keçirir. Əks təqdirdə cəmiyyət təhlükəli vəziyyətlə qarşılaşa, insanlar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində özbaşnalıqlar ola bilər, cinayətkarlıq artacaq, istehsalın gücünün aşağı düşməsi nəticəsində dövlətin müstəqilliyi üçün də təhlükə yaranacaq.

Nəzəri baxımdan hakimiyyətin qorunması mənbəyi üçün aşağıdakı keyfiyyətlər vacib sayılmışdır:

1. İlk növbədə liderlərin xarizmatik cəhətə, ailə və ya sosial əlaqələrə, ekspert biliyinə malik olması;

2. Silah və fiziki güc tətdiq etmək, mütəşəkkil və peşəkar komanda yaratmaq bacarığının olması;

3. Hüquqa – adət, səlahiyyət və şəraitə, ənənəyə uyğun ehtiyatlar üzərində nəzarəti həyata keçirmək bacarığının olması;

Müxalifət isə siyasətdə - dövlət başçısının, hökumətin və parlamentin müəyyən etdiyi kursa qarşı çıxış edən siyasi gücdür. ( latın dilindən – oppositio əks çıxış edən, etiraz edən mənasını daşıyır.)

Müxalifətin təşkilatı forması çox əhatəlidir. Bu, siyasi partiya, ictimai hərəkat, həmkarlar, habelə ayrı - ayrı siyasi qurupların və yaxud siyasi partiyaların birləşməsi formasında ola bilər. Müxalifətin məqsədi (prezident, parlament, bələdiyyə seçkilərində) yalnız demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək, mövcud hakim komandanı ədalətli qaydada tənqid etmək, çatışmazlıqların aradan qaldırılmasına mülahizə və təkliflərlə çıxış etməkdən ibarət olmalıdır. Daxildə, əhali arasında mövcud siyasi kursa

zidd, yanlış siyasətlə çaşqınlıq yaratmaq, kənar dövlətlərə dosyelər ötürmək, ən azı vətəndaşlığa xəyanət kimi dəyərləndirilməlidir.

Totalitar dövlətlərdə müxalifətin hakimiyyətə gəlişi yalnız güc tətbiq etmək, çevriliş yolu ilə mümkün olmuşdur. Keçmiş tarixi varaqlasaq :

1917 – ci ilin oktyabr inqilabından sonra Rusiyada bolşevik inqilabınin qələbəsi nəticəsində müxalifət hakimiyyətə gəldi;

27 aprel 1920 – ci ildə Bolşevik Rusiyasının 11 – ci ordusu bakıda Xalq Cumhuriyyətinin rəhbərliyinə hakimiyyətin təhvil verilməsi barədə ultimatum verdi. Axşam saat 23:45 – də kommunistlər hakimiyyəti ələ keçirdilər. Cumhuriyyətin dövlət xadimlərinə qarşı təqiblərə yol verməmək barədə vəd verilsə də, şərtlərə əməl olunmadı.

1 yanvar 1959–cu ildə Kubada F. Kastronun rəhbərlik etdiyi ordu hakimiyyətə gəldi və bu günə qədər Qərb ölkələrinin əksəriyyəti Kubaya qarşı siyasi və iqtisadi blokadanı saxlayırlar.

1989–cu ildə zorakılığı, qəddarlığı ilə seçilən Rumıniya müxalifəti inqilab nəticəsində Nikolay Çauşeskinin rejimini devirdi.

2005–ci ilin mart ayında Qırğızıstanda “tülpan” inqilabı nəticəsində hakimiyyət çevrilişi baş verdi.

Rəngli inqilablar Gürcüstan, Ukrayna və Qırğızıstanda müşayət edilən zorakılıqlarla hakimiyyətin devrilməsinə gətirib çıxartdı. Əskər Akayev yerini Qurbanbek Bakiyevə versə də, hakimiyyət dəyişikliyində 84 nəfər qətlə yetirildi, 520 nəfər yaralandı.

2011-ci ilin yanvar – fevral aylarında Misirdəki müxalifət inqilabı əvvəlcə hökümətin, sonra isə piramidalar ölkəsinin birinci şəxsinin Hüsnü Mübarəkin istefasına nail oldu. Zorakı inqilab nəticəsində 846 nəfər qətlə yetirildi, Hüsnü Mübarək isə həbs edildi. Ssenari hər birimizə bəllidir, sonu hələ ki, yoxdur.

2011–ci ilin fevral – oktyabr aylarında Liviya müxalifətinə İtaliya, Fransa və Böyük Britaniyanın hərbi dəstəyi nəticəsində dövlət başçısı, polkovnik Muammar Kaddafi vəzifəsindən devrildi. Amansızcasına qətlə yetirilmiş polkovnikin cəsədi də müxalif qüvvələri tərəfindən “təhqirlərə” məruz qaldı...

1956–cı ildə Macarıstanda ABŞ tərəfindən hazırlanmış inqilab nəticəsində müxalifətə dəstək verilsə də (Qiyam da adlandırmaq olardı.) hakimiyyətə gəlmək müyəssər olmadı. Sovet ittifaqının və Varşava müqaviləsi ölkələrinin müdaxiləsi nəticəsində inqilab yatırıldı.

1968–ci ildə NATO tərəfindən hazırlanan Çexoslaviyadakı inqilab da müxalifətə dayaq ola bilmədi. Yenə SSRİ, Polşa və ADR-in koalisiya qoşunları tərəfindən inqilab (qiyam) yatırıldı.

Radikal müxalifətin olduğu ölkələrdən fərqli olaraq ABŞ–da Demokratlar və Respublikaçılar partiyası növbə ilə və yalnız demokratik seçkilər yolu ilə hakimiyyətə gəlirlər.

Göründüyü kimi hakimiyyətin zorla dəyişdirilməsinin siyasi ssenarisi iri dövlətlər tərəfindən hazırlanır, idarəçilik müxalifət adlandırılan səriştəsiz komandaya verilir. Belə təcrübə hələ ki, özünü doğrultmur. Sadə xalq məhrumiyyətlərə məruz qalır.

Oxucuların diqqətini bir az da keçmişə cəlb etmək istərdim.

70 il 15 müttəfiq Respublikaların yedəyində getdiyi SSRİ faktiki olaraq əhalinin müəyyən hissəsini, cəmiyyəti boş vədlərlə aldada (inandıra) bilmişdi.

İlk mərhələdə Rusiya Sosial Fəhlə partiyasının yaradılması ilə bağlı ciddi siyasi fikir ayrılıqları ortaya çıxmışdı.

Əsas məsələlər ətrafında zidd fikirlər səslənsə də, bolşeviklər hakimiyyəti zəbt etməkdə birləşə bildilər və bütün ölkədə idarəçiliyi ələ keçirməklə dünya inqilablarınının ideoloquna çevrildilər. Keçmiş Rusiya imperiyası əhalinin aktual məsələlərini təxirə salınmadan həll edəcəklərini bəyan etməklə, fəhlə partiyası xalq kütlələrinin dəstəyini və dayağını qazana bildi. Amma bolşeviklər yaxşı anlayırdılar ki, kəndlilərin şəxsi istifadəsinə torpağın verilməsi kapitalizmə imkan yaradacaq. Beləliklə, xalq kütlələrini əmin etməklə fəhlə partiyası faktiki olaraq dövlət idarəçiliyində xalqa qarşı müxalifətə çevrildi. Xalqın dəstəyindən istifadə edib hakimiyyətə gəlsələr də, vədlərinə xilaf çıxdılar.

Bütün bunlara baxmayaraq bolşeviklərin dövlət idarəçiliyi sistemi siyasi müxalifət qismində həyata keçirilirdi, bir partiyalı diktatura rejimi kimi dövlətə (özünə) qarşı yox, kütləyə qarşı siyasi güc idi, idarəçilik inzibati amirlik – komanda metodu ilə həyata keçirilirdi. Bu metod iqtisadiyyatı hakimiyyətin avtoritar rejiminə xas tərzdə idarə edirdi. V.İ.Leninin siyasi opponentlərinə qarşı açıq mübarizəsi, onlara təhqiredici “damğaların - adların” yapışdırılması, siyasi rəqiblərinə qarşı ultimativ xarakterli tələbləri qəbul edilir, narazılar, əks mövqedə duranlar tutduqları postlarla vidalaşmaları olurdular.V.İ.Lenin hər bir sahəyə müdaxilə edir, ictimai – siyasi ,sosial – iqtisadi, mədəni, hərbi, incəsənət sahələrinə - hər yerə aid göstərişlər verirdi. Avtoritar bir rejim- “təkbaşına” idarəçilik üsulu ilə davam edirdi.

“Hakimiyyət dünyada ən şirin sərvətdir” – deyə onu ələ keçirmək uğrunda zaman – zaman döyüşlər gedib.

Hakimiyyət Ali, icra, qanunvericilik, siyasi, məhkəmə, idarəçilik, ictimai, simvolik hakimiyyət və s. bölgüdə fərqləndirilir.

Ali hakimiyyət - dövlətdə qeyri məhdud hakimiyyət (məhdudlaşdırılmayan) kimi müəyyən kriteriyalara malikdir, məhdudlaşdırılmır, tamdır. Dövlət daxilində ona nəzarət edən hakimiyyətin başqa növü yoxdur, daimi və fasiləsizdir. Ali hakimiyyət orqanının yoxluğu, dövlətin yoxluğuna bərabərdir. Tarixdə Ali hakimiyyətin dəyişdirilməsi evolyusiya yolu ilə deyil, inqilabi yolla mümkün olmuşdur. Belə hakimiyyət Baş komandana müharibə vaxtı verilə bilərdi. Məs: 1941- -1945–ci illərdə Stalinə Baş komandan kimi ali hakimiyyət etibar edilmişdi.

* Qanunvericilik hakimiyyəti – demokratik dövlətlərdə parlament (ABŞ – da konqress) Rusiya Dövlət Duması (Federal yığıncaq) Ukraynada Ali Rada, Azərbaycanda Milli Məclis və s.

* İcra hakimiyyəti - Hökümət ( nazirlər kabineti Nazirlər və Prezident ölkənin idarə olunmasında iştirak edirlər. (Parlamentin qəbul etdiyi qanunlarla)

* Məhkəmələr – məhkəmə hakimiyyətinin müstəqil, müdaxilə olunmadan həyata keçirilməsi sosial və hüquq qaydalarına dəstək verilməsi ilə izah olunur. Məhkəmə hakimiyyəti dövlət tərəfindən bu qaydaların qorunmasına təminatın verilməsi ilə şərtlənir.

KİV - 4 - cü hakimiyyət budağı kimi qəbul edilir. Dövlət haqqında ictimai rəy formalaşdırır, qərəzsiz, mötəbər mənbələrdən əldə etdiyi və hakimiyyət budaqlarındakı sui – istifadələri ilə bağlı həqiqəti əks etdirən məlumatları yayır və s.

* İnternet hakimiyyət,Elektron hakimiyyət – hakimiyyətin yeni forması. Dünyanın əksər hissəsinin internetə daxil olması,elektron əlaqələr, korrupsiya hüquqpozmalarının qarşısının alınması məqsədilə məmurların vətəndaşlarla tamasda olmasını məhdudlaşdırmaq və s.

* Siyasi hakimiyyət – Bu, şəxslərdən ibarət qrupun və ya bir nəfərin dövlət və milli tapşırıqlardan irəli gələn cəmiyyətin və vətəndaşların davranışlarına nəzarət edə bilmək qabiliyyəti kimi şərh edilir.

* Siyasi hakimiyyət inteqrasiya oluna bilən, idarəçilik, mobillik, motivasiyalı və nəzarətedici funksiyalara xasdır.

Əhaliyə təsir imkanlarını həyata keçirmək üçün siyasi hakimiyyət xüsusi aparat və vasitələrdən istifadə edir.

Dövlət, dövlət orqanlarının sistemi, siyasi hakimiyyətin ən güclü elementidir. İctimai münasibətləri tənzimləmək üçün xüsusi aparata və hakim mövqeyə malikdir. Təşkilati cəhətdən rəsmiləşdirilmiş siyasi hakimiyyətin həyata keçirilməsi üçün ənənəvi metodlardan istifadə edir.

Dünya ölkələrinin əksəriyyətində müxalifət qüvvələri siyasi kursunu milli ideologiyaya uyğun qura bilmədiyindən situasiya nəzarətdən çıxır. Hakim komanda ilə bir araya gəlməyi arzulamır, hakimiyyətə gəlməyin yolunu tarazlamağı bacarmır. Yaranmış vəziyyətdən çıxış yolunu tapa bilməyəndə “imkanlı” dövlətlər tərəfindən ələ alınır, dövlətə xəyanət ruhunda davranmağa üstünlük verirlər. Bəla ondan ibarətdir ki, cəmiyyətdə partiyaların çoxluğu, fərqli, zidd düşüncə çoxluğu deməkdir. Partiya ideoloqları bir – birlərini həzm edə bilmir, ümumi maraqlar xatirinə birləşə, vahid siyasi kursla hərəkət etməyə razılaşmırlar. “Leninlərin” şinelindən çıxmış siyasilər bir – birlərinin qəniminə çevrilirlər. Nəticədə sadə xalq əzab çəkir. Bir bayraq ətrafında birləşmək, vahid ideologiya uğrunda çalışmaq əsil qəhrəmanlıqdır. Hakimiyyət və müxalifət bir gəminin sərnişinləri, avar çəkənləridir. Kapitanı isə bir nəfərdir...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM