Nikah, boşanma və aliment

09:36 / 11.07.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

Xoşbəxt o adamdır ki,onun ailəsi var!

 

 

İnsan cəmiyyətini ailəsiz təsəvvür etmək qeyri mümkündür. Ailənin mövcudluğu tarixən bioloji və sosial səbəblərlə şərtlənmişdir. Ona görə də ailə istənilən ictimai sistemin mühüm elementi kimi qəbul edilmiş, dövlət ailə məsələlərinin hüquqi tənzimlənməsindən imtina edə bilməmişdir. Amma nə etmək ki, ailənin ömrü həmişə insanın ömründən qısa olmuşdur. Bəzən insanlar yaşadıqları həyatı dövründə bir, iki, üç və daha çox ailə münasibətlərinə daxil olsalar da, ailəni – kiçik dövləti idarə etməkdə bacarıq və qabiliyyətləri çatmır. Necə deyərlər, nikahın, ailənin məsuliyyətini anlamayan cütlüklər qısa müddətdən sonra məhkəmələrə üz tuturlar. “Utanmasan oynamağa nə var ki, ?” zərb məsəlinə rəğmən ailə qurmazdan öncə hər iki tərəf yüz ölçüb bir biçməlidir ki, gələcəkdə peşmançılıq olmasın.

Təbii, heç kim “daha bir yerdə yaşamaq mümkün deyil” situasiyasına düşməkdən sığortalanmayıb. Amma, ilk öncə nikahın pozulması təşəbbüsünə kişi bulunarsa düşünməlidir ki, bacısı var, qızı var. Hər xırda, sosial, həzm olunmayan çətinliklərə görə ailə deyilən kövrək ağacı qırıb atmaq birgə taleyə güllə atmaq kimidir. Dağıtmaq çox asan, ailəni qorumaq isə çox çətin. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrində ailə cəmiyyətin əsas özəyi, nikah könüllü razılıq kimi ehtiva edilir. Deməli cəmiyyət ailələrdən (ailənin üzvlərindən) ibarət olmaqla bütövlükdə xalqa – hakimiyyətin mənbəyinə, daha sonra isə dövlətin təməlini təşkil edən vahid yumruqda birləşməsidir. Bu vahidliyi də, dövlətin başçısı təcəssüm etdirir. Əgər, hər yeni ailə quran tərəflər bu konstitusion müddəanın anlamını başa düşsələr, şübhəm yoxdur ki, boşanma halları azalmağa meyl edəcək.

Ədliyyə Nazirliyinin məlumatına əsasən 2015-ci ildə 68 985 nikah ittifaqı, nikahın pozulması üzrə isə 12 886 fakt qeydə alınmışdır. Birgə ittifaqın pozulması səbəbləri sırasında “xasiyyətlərin uyğunsuzluğu” ilk yeri tutur. Ötən il bu səbəbdən 7318 nəfərin nikahı pozulmuş, ailə daxili zorakılıqlar nəticəsində 228, sonsuzluqla müşayət edilən səbəblərdən 609 boşanma faktı qeydə alınmışdır.

Ötən il ərzində ailə xəyanəti üzrə 413, spirtli içkilərə aludəçiliyə görə 369, narkomanlıqla bağlı 171, çətin maddi duruma görə 302, xəstəliklə bağlı boşanmaların sayı isə 224 fakt olmuşdur. Nikahın rəsmi pozulması daha çox 25-35 yaş arasında baş vermişdir.

Haşiyə çıxıram: Keçmiş Azərbaycan Sovet Sosialist Respublikası dövründə kommunist ideologiyası ailəyə çox mühüm önəm verərdi. Əgər kommunist partiyasının üzvü xidməti pilləkənində irəli çəkilirdisə anket məlumatlarında onun “ailə vəziyyəti” məsələni həm “həll”, həm də “rədd” edə bilərdi. Məs: hakim vəzifəsinə irəli çəkilən hüquqşünas subaydırsa büro “təyinata” yox deyərdi, boşanmışsa bir az da pis. Mənaca

əgər ailəsini qoruya bilməyən hakim sosial ədalətin bərpası üzrə məsələlərə baxmaqda mənəvi haqqı ola bilməzdi. Boşanma məsələlərinə çox həssas və ciddi yanaşılırdı. Hakimlər daha çox ailənin qorunmasına çalışmalıydılar. Kommunist partiyasının bu istiqamətdəki ideologiyası sosial ədalətin bərpasına sanki dəstək verirdi. Partiya üzvlərinin etik davranışları həmişə diqqətdə və nəzarətdə saxlanılırdı.

Müasir Azərbaycanın ailə qanunvericiliyində nikahın pozulması barədə ərizə məhkəməyə daxil olduqdan sonra tərəflər boşanmağa razılıq verərlərsə (əgər himayələrində azyaşlı uşaqları və əmlakın bölünməsi ilə bağlı və s. mübahisələr qalxmırsa) məsələ həllini tapır. Yox, əgər tərəflərdən biri nikahın pozulmasına razı olmursa, hakim 3 ay möhlət verir. Müddət bitdikdən sonra, barışıq olmamışdırsa hakim nikaha xitam verir. (Ailə qanunvericiliyində ata 1 yaşa qədər uşağı olan və hamiləlik dövründə arvadına qarşı nikahın pozulmasına dair iddia verə bilməz.) Nikahın bağlanması nə qədər sadə və adi hal kimi tez başa gəlirsə, bir o qədər də məhkəmə baxışı sadə və iyrəncdir. Toy ərəfəsində hər iki tərəfin şahidləri izdihamın gözü qarşısında “parıldayan” barmaqları ilə birgə təsərrüfata imza atırlar, şahidlər isə cütlüyün evliliyinə zamin dururlar. Amma boşanma prosesində hər iki tərəfin yalnız müdafiəçiləri – nümayəndələri iştirak edirlər. Bu qədər sadə və adi imiş ailə həyatı. Heyhat, yenə heyhat.

Yenə haşiyə çıxıram: Banklar da kredit verdikləri zaman zaminlik institutundan sui-istifadə edərək kredit alanın imkanlarına baxmadan, zamin varsa krediti verir. Sonra zamin duranı çəkirlər məhkəmələrə. Axı, zamin duranın nə günahı? Pulu alan qalır kənarda, düşürlər zaminin üstünə. Dərd burasıdır ki, Konstitusiya Məhkəməsi də buna aydınlıq gətirmir. Amma nikah bağlanan zaman şahidlik edənlərə qarşı belə tələb qoyulmur. Ailə banklardan azmı əhəmiyyət kəsb edir? Məsələ bununla bitmir. Nikah pozulduqdan sonra azyaşlı uşaqlara, keçmiş arvada (ərə) alimentin kəsilməsi və onun alınması da problemə çevrilir. Alimenti ödəməyənlərə qarşı ciddi mübarizə başlanır. Hüquqi məntiq isə boşanan ərə qarşı yox, boşanmanı doğuran səbəb və şəraitin qarşısını almağa qarşı mübarizənin gücləndirilməsinin tərəfindədir. Bu olmayanda, ikincinin ətrafında çəkilən zəhmət fayda verməz. Bəzən aylar və illlərlə keçmiş ərin (arvadın) doğmaları bir-birilərinə qarşı müxtəlif instansiyalara vaxt aparan vecsiz şikayətlər yazırlar. Deməli, ailə institutu hələ sivil deyil. Cütlüklər çox vaxt həyatın kal meyvəsi kimi tez dərildiyinə görə dəyəri olmur.

Boşanmağa təsir edən problemlərdən biri ərin (arvadın) valideyinlərinin, qohumlarının qonaq gəlməsinə, nəvələrlə ünsiyyət saxlanılmasına əngəllərin olmasıdır.

Boşanmadan sonra keçmiş ərin heç yerdə işləməməsi alimentin ödənilməsini dayandırmasa da, işləməyən (iş tapa bilməyən) aliment ödəyicillərinin bacarıq və peşəsinə uyğun işlə təmin olunmasının qayğısına qalmaq lazımdır. Alimenti ödəyə bilməyənləri inzibati qaydada həbs etmək və yaxud onun əmlakının aliment xətrinə

hərraca çıxarılması alimenti ödəməyənlərə qarşı mübarizə üsulu və vasitəsi deyil. Bu cür yanaşma narkoman vətəndaşın müalicəsi əvəzinə onu həbs etməyə bərabərdir.

Qənaətimə görə hökumətin alimentlə bağlı fondu olmalı, obyektiv səbəblərdən alimentə ehtiyacı olan ailələrin ehtiyacını bu fondan ödəməklə sivil, demokratik və hüquqi dövlətin ümumi prinsiplərinin canlı təcəssümü olardı.

Narkomanı həbsxanada saxlamaqla müalicə olunmadığı kimi, alimenti ödəməyəni də azadlıqdan və yaxınlarından, iş tapmaq imkanlarından məhrum etməklə alimenti alan arvada heç nə verilmir (heç nə qazanmır).

Digər problem, nikah pozulduqdan sonra ərin və yaxud arvadın uşaqlarla ünsiyyət saxlaya bilməməsidir. Qanun bu məsələni hüquqi baxımdan tənzimləsə də, tərəflərin həddini aşması, qanunlara arxa çevirməsi ədavəti qızışdırır. Uşağın atasız (anasız) böyüməsi orta məktəbdə, institutda “valideynsiz uşaq” təəssüratını bağışlayır. Belə hallar uşağın tərbiyəsinə hədsiz dərəcədə sarsıdıcı təsir edir. Yeniyetmə ətrafına qarşı laqeyd, qayğısız, mərhəmətsiz olur. Vətən sevgisi ona yad olur. Ana və ata tərəfdən olan xala, bibi, dayı, nənə və baba məhəbbətləri ona bayağı görünür.

Narahatlıq doğuran başqa hal da var. Gənc cütlüklər boşandıqdan sonra alimentin “davası” bitməmiş tərəflərdən biri, ər (arvad) yeni ailə həyatının qurması ilə yeni “dava” başlayır. İkinci ailə həyatından sonra ailə tərkibindəki artım və əhəmiyyətli dəyişikliklər əvvəlki arvadına verilən alimentin miqdarının azaldılmasını hüquqi baxımdan zəruri edir. Yenə məhkəmələr.... Faktiki olaraq başqa cür məsələnin həlli mümkün olmur.

Bir məlumatı da qeyd etmək yerinə düşərdi.

Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı statistikada artımla müşahidə edilir.

2015-ci il ərzində boşanmış ailələrdə aliment işləri ilə bağlı faktların sayı 60565-ə çatmışdır.

2015-ci ildə alimentin ödənilməsindən imtinaya görə inzibati məsuliyyətə cəlb edilənlərin sayı 2174 nəfər olmuş, alimentin ödənilməsindən yayınmaya görə cinayət məsuliyyətinə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrin icra olunmamasına görə) 233 nəfər cəlb edilmişdir.

Nikahın bağlanması təkcə ailə üçün deyil, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Nikahın hüquqi baxımdan rəsmiləşdirilməsi birgə təsərrüfatı fiksə edir, məhz nikah vasitəsilə cəmiyyət ailə-nikah münasibətlərinin inkişafına sosial nəzarəti həyata keçirir. Bəzi sosioloqların və hüquqşünasların təhlilinə görə son zamanlar nikah-ailə sosial institut kimi batan günəşi xatırladır.

Əksər ölkələrin sosioloji təhlili belə deməyə əsas verir ki, qeyri-rəsmi yaşayan cütlüklərin uşaqları dünyaya gəldikdən sonra rəsmi nikaha daxil olsalar da, belə ittifaq uzun sürmür. Böyük Britaniya və ABŞ-da sosioloji tədqiqatların nəticəsinə görə qeyri

rəsmi yaşayan cütlüklər hüquqi cəhətdən nikah ittifaqını təsdiqlədikdən sonra birgə müşayət edilən ailə həyatı, ilk dəfə ailə quran cütlüklərdən o qədər də fərqli olmur.

Boşanma hallarının, alimentlə bağlı müraciətlərin artımı nikahların azalmasına təsirsiz ötüşmür. Belə hallar ailə institutunda böhranın və durğunluğun olmasını təsdiqləyir. Boşanmaların əksəriyyəti yeni nikahlarla davam etsə də, belə ailələrdə qarşılıqlı anlaşma nadir hallarda olur.

Dövlətin və hüququn mövcud olduğu cəmiyyətlərdə nikahın pozulması problemi həmişə və bütün dövlətlərdə olmuş, alimlər məsələnin həlli ilə bağlı həmişə izahlar axtarmış, nikah ittifaqının möhkəmlənməsinə çalışmışlar. Müxtəlif zamanlarda cəmiyyətlərdə boşanma problemləri müxtəlif cür həll edilmişdir. Millətlərin birində boşanma ər və arvadın iradəsindən asılı olurdusa, digərlərində belə halların qarşısını almağa kompleks xəbərdarlıq tədbirlər sistemi həyata keçirilirdi. Lakin, elə xalqlar da olub ki, ailə qadınla kişinin ömürlük ittifaqına çevrilmişdir. Ərlə arvadın qəbir evinə qədər olan ömrü onların bir-birilərinə qarşı səbr nümayiş etdirməsi, ailənin qorunmasına dayaq olurdu. Böyük Britaniyada 1857-ci illərdə nikahın pozulması yalnız parlamentin qərarı ilə mümkün idi. Boşanmalarda üstünlük hüququ uzun müddət özünü ər-arvad ittifaqında xoşbəxt hiss etməyən kişilərə verilirdi. Buna rəğmən XX əsrin ortalarında İngiltərədə boşanmaların sayı 10 dəfə artmışdı.

1947-ci ildən başalyaraq İngiltərədə boşanmalarda daha çox favoritlik edən qadınlar idi. Qanunvericiliyə görə nikah bağlanandan 1 il sonra onun pozulmasına dair cütlüklərdən biri müraciət edə bilərdi.

ABŞ-da XIX əsrdən başlayaraq boşanma məhkəmə qaydasında pozula bilərdi. Əgər kişinin günahı daha çox sübuta yetirilirdisə o, uşaqları tərbiyə etmək vəzifəsindən məhrum oluna bilərdi.

Keçmiş SSRİ qanunvericiliyinə görə (1966-cı il) boşanma sadələşmiş prosedurda həyata keçirilirdi. Belə ki, himayəsində azyaşlı uşaqları olmayan ailələrin və hər iki tərəfin (ər və ya arvadın) razılığı nəticəsində nikahların pozulması faktları iki dəfə artdı. SSRİ ABŞ-dan sonra bu sırada ikinci yerdə dururdu.

Hazırda boşanma hallarının qarşısını almaq məqsədilə ABŞ-da – 23 ştatda ər- -arvadın qarşılıqlı xəyanətini qadağan edən qanunlar var. Belə qanunlar əhalinin müəyyən qisminin rəğbətindən kənar olsa da, nikahın mühafizəsinə yönəldilmişdir.

İslam hüququ mülki nikahı (kəbinsiz, müasir anlamda qeydiyyatsız) haram edir, hər iki tərəf üçün zinakarlıq hesab edir, doğulan uşaqları isə “vələdə zina” –zinadan əmələ gələn övlad(oğul) kimi dəyərləndirir və belə uşaqların gələcək həyatlarında idarəçiliyi şeytan həyata keçirir.

Boşanma halları faktiki olaraq bütün inkişaf etmiş ölkələrdə baş verir. Avropada nikaha daxil olanların 30%-i boşanma ilə sona çatır, ayrı-ayrı ölkələrdə bu faiz daha çoxdur. Məs: 23 iyun 2016-cı il tarixdə Aİ-dən çıxmağa qərar vermiş Birləşmiş Krallığın əhalisi arasında, İsveçdə, Belçikada bağlanan hər ikinci, Almaniyada hər

üçüncü nikah xitamla nəticələnir. Boşanmaların intensiv xarakter daşıması bağlanan nikahların davamlı olmasını ciddi şəkildə əngəlləyir. Ümumilikdə Avropada nikah müddəti cütlük üçün 4 ilə qədər dövrü əhatə edir.

RF-nın statistikasına görə 1999-2002-ci illər ərzində nikaha daxil olmuş cütlüklərin 60%-i birgə təsərrüfata və ittifaqa xitam vermişlər. Tədqiqatçılar bunu ölkədəki iqtisadi şəraitlə, defolt, doğum ətrafında mövcud siyasətlə bağlayırlar.

XX əsrin ortalarından başlayaraq əhalinin boşanmaya olan münasibəti dəyişir. Əksər insanlar ər-arvad arasında münasibətlərin pozulmasına faciəvi, ləyaqətin və şəxsiyyətin alçaldılması, baş aşağılıq gətirən hal kimi baxmırdılar. Amerika əhalisinin artıq 37%-i boşanmanı adiləşdirib, Avstraliyalılar bu mövzunun müzakirəyə çıxarılmasının ümumiyyətlə əleyhinədirlər (əgər uşaqları yoxdursa).

Etiraf etməliyik ki, boşanmanın əleyhinə olanlar da çoxdur. Əgər Amerikalıların 37%-i boşanmanı adi hal kimi qəbul edirsə, 42%-i boşanmanı rədd və bunu hər iki tərəf üçün “damğa” (kleymo) hesab edirlər. Amma uşaqlara olan qayğı və məhəbbətin simvolu olaraq nikahda olan 31%, qadın və kişilərin 28%-i “uşaqların maraqları naminə ailəni qorumaq lazımdır” fikrinə üstünlük vermişlər. Daha maraqlı fikirlər də var:

Rusiyalıların 71% qadınları və 64% kişiləri boşanmanı vəziyyətdən çıxış yolu hesab edirlər. Ailənin sonrakı inkişafı mümkün deyilsə, uşaqların tərbiyəsi ilə iki nəfərin məşğul olmasına ehtiyac varsa belə, bir nəfər də bu işin öhdəsindən gələ bilər – qənaətinə gəlirlər. Britaniyalıların 63%-i bununla razılaşırlar.

Nəticə etibarı ilə sosioloq və hüquqşünaslar boşanmanı sosial institutun yoxa çıxması və nikahın böhranı adlandırmışlar. Boşanma ailə-nikah münasibətlərinin ayrılmaz atributudur. Digər tərəfdən boşanma müasir ailə-nikah sisteminin mühüm elementi kimi, real, bərabər hüquq və azadlıqlara malik cütlüyün (iki cinsin) xarakterindən, iradə zəifliyindən irəli gələn sosial bəladır.

Qənaətimə görə boşanma hallarından qaçmaq da mümkündür. Buna təsir edən faktorlar cəmiyyətin mikro və makro səviyyəsinin fəal tendensiyalarının məhsuludur.

Şəhər əhalisinin yüksələn xətlə artımını bu faktorların sırasına daxil etmək olar. Tədqiqatlara görə kəndlərdə yaşayanların 50%-i şəhərlərdə həyat sürürlər. Necə deyərlər şəhərdə yaşayanların 50%-ni kəndlərdən gələnlər təşkil edir. Amma qaydalara görə bu tərkib 10-15%-dən artıq olmamalıdır. Şəhər həyatının sakinləri qonaqlardan ibarət artdıqca sosial nəzarətin dairəsi daralır. Şəhər həyat tərzinə sahib olma cəmiyyətdə bəzən normaların məcrasından çıxmasına, dəyişilməsinə, dəyərlərin itməsinə gətirib çıxarır. Bu, şəxsiyyətə və cəmiyyətə təsirsiz ötüşmür. Zənnimcə böyük şəhərlər cəmiyyət üçün bəlalar gətirir. Boşanma və cinayətkarlıq belə bəlalardandır. Bu səbəbdən kənd yerlərindəki boşanmaların sayı şəhərdə baş verənlərlə müqayisə oluna bilməz. Şəhərdə boşanma həyat norması kimi artıq qəbul olunur. Bu hal, şəhər həyatının 50%-ə qədərini təşkil edən kəndlilərə təsir edir, ictimai nəzarət və qınaq əhəmiyyətini itirir, qonşunun, qohumun qızı ilə nikaha daxil olanlar üçün şəhərdəki

həyat tərzindən sonra boşanmaya adi hal kimi baxılır, onu özünə ar bilmir, heç kimə əhəmiyyət vermədən həyatını yaşayır. “Mən azad və müstəqiləm” deyir. Bu baxımdan boşanma həyatın normasına çevrilir (çeviririk). Qadınların iqtisadi və sosial baxımdan kişidən asılı vəziyyətdə qalması boşanmaya imkan verən problemlərdəndir. Təhsil səviyyəsinə görə fərq, qadınların işə az cəlb olunması, məşğulluq məsələsinin həllində yubanmalar da səbəblərdəndir. Cütlüklərdə emosional vəziyyət, təhsilin səviyyəsi, iqtisadi ehtiyatların olmaması boşanmalara təsir edir.

Bəzi alimlərin araşdırmaları belə qənaətə gəlməyə əsas verir ki, 20-30 yaşda bağlanan nikah o qədər də stabil olmur. 20 yaşa qədər bağlanılan nikah ittifaqı sosial baxımdan “kal meyvə” kimi, məsuliyyət hissi aşağı olduğuna görə o qədər də uğurlu olmur.

Digər tədqiqatçı alimlərin nəzərinə görə 30 yaş və 30-dan yuxarı yaşda bağlanılan nikahlar şəxsiyyətin formalaşdığı, həyatı, ailəni anlaya bilən şəxslər arasında bağlandığından uğurlu olur.

Cütlüyün ailə həyatını qohumların, yaxınların məsləhətləri əsasında bağladıqları müqavilələr də bəzən ailə həyatını davamlı etmir. Ər (arvad) bəzən bədii ədəbiyyatlar əsasında ailə modelini qururlar, modelə müxtəlif yanaşmalar ziddiyətli davranışlarla davam edir. Bəzən də yeni ailə modeli valideynlərin artıq əhəmiyyətini itirmiş ailə modelinə uyğun qurulması uzun sürmür.....

Ailədəki büdcənin maddi tələbatın ödənilməsinə cavab verməməsi, aztəminatlı və gənc ailələrə sosial müavinətin ailənin bazar səbətinə uyğun ödənilməməsi qadınları bir və ya iki uşaqla boşanmasına zəmin yaradır. Məs: ABŞ-da, Böyük Britaniyada, İsraildə himayəsində azyaşlı uşaqları olan ailələrə ayrılan aylıq yardımın məbləği ailəni saxlamağa kifayət edir. Sosial yardımlar qadına tərəf müqabili ilə həyat yolunu davam etməyə imkan verir.

Ayrılmış cütlüyün müəyyən yaş həddinə çatmış uşaqları da əksər hallarda həyatını valideynlərinin həyatına bənzər qurur....

Boşanmaya təsir edən faktorlardan biri də cütlüyün nikaha qədər bir-birini qısa vaxt ərzində kifayət qədər tanımamasıdır. Nikahın ilk ayında gənclərdə belə bir fikir formalaşır ki, onların həyatı uzun sürməyəcək,lakin belə düşüncələrdən qurtulmağa qabiliyyət və bacarıqları yetərincə olmur.

Cütlüklərin birində və ya hər ikisində nəslin artırılması üçün fizioloji və bioloji imkanların tükənməsi və ailə xəyanəti boşanmanın təkzib olunmaz faktorlarındandır.

Yalan dünyada həqiqət daha güclü olmalıdır. İnsan özünə xas dəyərlərin qədrini, bu günün yeni və mütləq ideyaların lakomotivi olduğunu bilməlidir. Həyat hər an hər birimizi etibarsızlığa, etimadsızlığa və xəyanətə sürüklərkən özümüzdə güc toplayıb ona “yox” deməyi bacarmalıyıq. Özünütəsdiq yalnız bu proseslərə zidd olanlara qarşı durmağı bacarmaqdır. Çağa səsi gələn hər ocaq, dünya səadəti bəxş edən bir saraya bənzər. Onu qorumaqla ailənin davamlılığı təmin olunur.

Hər bir ailənin ssenarisi Aləmlərin Rəbbi tərəfindən yazılır. Səbr edək. Səbr ilə yetişən meyvənin dadı şəkər olur.

Hamınıza Allah səbr versin!!!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM