TERRORÇULUQ - XXI ƏSRİN MÜHARİBƏSİ

12:03 / 16.07.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

Dünya demokratik qüvvələri, terrorçulara qarşı birləşin!

 

XXI əsrin ən təhlükəli və mürəkkəb hadisəsi kimi terrorçuluğun vahimə və qorxu miqyası genişlənməkdədir.

Onun əhatə dairəsinin artımı mülkiyyət hüququnun müəyyən edilməsində bərabərsizliklərin olması, hakimiyyət uğrunda etnik qrup və milli maraqlar arasında ziddiyətlərin antoqonist həddə çatması ilə sıx bağlıdır. Sosial hadisələrin qarşısını almağa yönələn profilaktikanın səmərəsizliyi, hüquqi, maddi və texniki təminatın olmaması, normativ hüquqi bazanın qeyri təkmil olması – hüquqi nihilizm halları terrorrorçuluğun miqyasının genişlənməsinə təsir edir. Vahimə və qorxu ilə müşayət edilən xüsusilə təhlükəli əməlin dinc əhalinin qırğınına, maddi və dini dəyərlərin dağılmasına, sosial və milli qruplar arasında düşmənçiliyin, ədavətin yaranmasına səbəb olması illər ərzində dinamik həyatın səmtini normal məcraya yönəltməyə mane olur. Onun amansızlığı və müstəsna vahiməsi insanları çaşqın vəziyyətdə qoyur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsində Terrorçuluq cinayətləri ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəsilinə aiddir. Məqsəd ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərməkdən, sağlamlığa əhəmiyyətli ziyanın vurulmasından ibarətdir. 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum olma ilə cəzalandırılır.

Bütün bunlar müəyyən regionda əhalinin təhlükəsizliyinin təmin oluna bilməməsi qənaətini yaradır. Terrorrorçuluq özünü insanların yaddaşlarında “təsdiqlədiyindən”, onun ağrıları uzun müddət unudulmur. Son illər dünyada baş verən hadisələri televiziya vasitəsilə izlədikdə dəhşətə gəlməmək olmur.

Terrorrorçuluğun müxtəlif forma və növdə törədilməsi, miqyası, intensivliyi və amansızlığı qlobal əhəmiyyət kəsb etdiyindən onunla mübarizə dövrün tələbinə çevrilmişdir.

Terrorrorçuluq artıq milli çərçivədən çıxaraq beynəlxalq xarakter aldığından, onunla mübarizə beynəlxalq səviyyəli bir qurumun yaradılmasını reallaşdırır. Terrorizm zorakılıqla müşayət edilən xüsusilə ağır mütəşəkkil cinayətlərə aid edilir. Bu əməl nəticəsində günahsız insanlar həlak olur, dağıntılar, partlayışlar baş verir, yanğınlar ətrafı iflic vəziyyətdə qoyur, insanlar qurbana çevrilir.

Terrorun özünə xas cəhəti dinc əhali arasında, hakimiyyət nümayəndələrinə, siyasi sistemə qarşı ifrat qorxu yaratmaq və zorakılığı həyata keçirməkdir. Bu əməlin qurbanlarının terrorçulara heç bir aidiyyatı, onlarla heç bir bağlılığı olmur. Terrorçular həmişə katostrofik nəticələrin nümayiş etdirilməsində israrlı olurlar. Sentyabr 2001-ci ildə Amerikada dünya ticarət mərkəzinin partlayışını, bu vahimənin və dəhşətin davamı və dərəcəsini 2016-cı ilin iyun ayında Türkiyənin İstambul şəhərinin Atatürk Hava Limanında baş verən dəhşəti və Fransanın Nitse şəhərindəki geniş miqyaslı hadisələri bura aid etmək olar. Bu gün, terrorrorçuluq artıq qlobal problem kimi diqqət mərkəzindədir və geniş tədqiqata malikdir. Müasir dövrdə terrorrorçuluğun yalnız ayrı- -ayrı elementləri, cinayət hüquqi xarakteri tədqiq olunur.

Partlayışların, yanğınların və digər ağır hadisələrin törədilməsi məqsədli olur, Allahın yaratdığı “şüurlu varlıqlar” nə etdiklərini çox yaxşı anlayırlar və ona şüurlu sürətdə yol verirlər. Amma, terrorrorçuların əməlləri daha çox hakimiyyət strukturlarına təzyiqlərin və maraqlarına uyğun qərarların qəbuluna məcbur etməyə səmtlənir.

Terrorçuluq müasir həyatın mürəkkəb sosial hadisəsi kimi minillik tarixə malikdir. Terror sözü – siyasi leksikonda XIV əsrdə Avropada meydana gəlmişdir. Müxtəlif tarixi mərhələlərdə onun mənası müxtəlif cür işlədilib. 1796-cı ildə Fransada nəşr edilən lüğətdə “terrorist” sözü yaxşı mənada verilib. Bir çox inqilab rəhbərləri qətiyyətlərini “ədalətli inqilab” adı altında həyata keçirənləri “terrorçular” adlandırırdılar.

Zaman-zaman hakimiyyət çevrilişlərində “ədalətli inqilab” metodlarından istifadə edilmişdir.

Tarix, terrorçuluğu Rusiyada oktyabr inqilabına qədər olan dövrü ilə, dünya tarixində xüsusi iz qoymuş hadisələrlə bağlayır. 4 aprel 1862-ci ildə Karakozovanın güllələnməsi ilə terrorun mərhələsi başlayır. O vaxtdan etibarən qərbdə və Rusiyada yaranan münaqişələrin və problemlərin praktik həllində mənəvi dəyərlərə və təfəkkürə sığmayan tərzdə, “diplomatik” incəsənətin qaydalarına uyğun terror hadisələrinə normal reaksiya verilmişdir. Rusiya üçün onilliklər ərzində dağıdıcı təəssürat bağışlayan bolşevik terrorlarının həyata keçirilməsi məqbul sayılmışdır. Stalin illərindən sonra terrorun miqyası bir qədər zəifləsə də, sovet rəhbərlərinin gücü ilə başqa ölkələrə transfer olundu və indi bumeranq olaraq acı nəticələrlə geri qayıdır. XIX əsrin ortalarında və XX əsrdə baş verən terrorlar arasında aşağıdakı fərqli cəhətləri var:

 

1. Hakimiyyət tərəfindən cəmiyyətə qarşı zorakılıqlar barədə əhaliyə müsbət təsəvvürlər təqdim etmək;

2. İnqilabçıların “ağ-qara” düşüncələrinin dünyaya xarakterik–zidd cəhətlərinin olması;

3. Cəmiyyətdə qarşılıqlı münasibətlərin tanınmaması, ictimai münasibətlərin primitivləşməsi;

4. Hüquq institutlarının və hüquqların absurd sayılması, ümumilikdə onların inkarı və rədd edilməsi,

5. Hakim siniflərə qarşı terrorçuluğun mənəvi dəyərlərə uyğun olmasının təqdiri;

 

Bu yolla münaqişələrin həlli problemi adi universial vasitələrlə həyata keçirilməsi məqbul sayılırdı. Terrorçuluğun müasir xüsusiyyətləri faktiki olaraq (İtalyada onlar “qırmızı briqadalar” adlandırılırdı) sol ekstremist qruplar və bolşeviklərdən miras qalmış, dövlətlərin əksəriyyəti, daha çox Rusiya, Avropa ölkələri terror aktlarından ağlasığmaz dərəcədə ziyan çəkmiş və çəkirlər. Zamanında terroru törədənlərə (nüfuzlu, ictimai və siyasi xadimlərin qətllərinə görə) bəraət qazandırırdılar. Mənasız və ictimai şüura zidd ideyaları həyat qayəsi hesab edən inqilabçılar (terrorrorçular) acı hərəkətlərinin və əməllərinin qurbanına çevrilənlərin həyatına peşimançılıq hissi keçirmirdilər.

XIX əsrin 2-ci yarısında və XX əsrin başlanğıcında Stalin dövrünün “dövlət səviyyəsində terrorçuları” və “inqilabçı terrorçular” əməllərini ədalətin və bərabərliyin

təminatı, repressiyanı ali məqsəd kimi qəbul edirdilər. XIX əsrin sonunda rus ziyalılarına görə “yalnız terror formasında öz hüquqlarını və demokratiyanı müdafiə etmək mümkündür” ideyası irəli sürüldü və bunu taleyin ironiyası olaraq qəbul edirdilər. Rus inqilabçılarının bütün tarixi dövründə 300-dən çox terror aktları baş vermişdir.

XXI əsrin terrorçuluğunu isə müasir dövrün ən təhlükəli və mürəkkəb proqnozlaşdırılan, hədə miqyası daha geniş və müxtəlif olan hadisəsidir. Beynəlxalq ekspertlərin statistikasına görə bu gün dünyada 500-ə yaxın terror təşkilatları fəaliyyət göstərir, müxtəlif ekstremist qruplar var. Beynəlxalq aləmdə sabitliyin öz oxundan çıxmasına, dünya əhalisinin qorxu, həyəcan və gərginlikdə saxlanılması üçün bu qüvvələr yetər. Amma təəssüf doğuran hal ondan ibarətdir ki, terrorizmlə mübarizənin prinsipiallığı koordinasiya olunmur. Son 10 il ərzində qeyd etdiyim ekstremist təşkilat və radikal qruplar tərəfindən 6500 beynəlxalq terrorizm aktları törədilmiş, 5000 adam həlak olmuş, 11.5-min adam ziyan çəkmiş, müxtəlif dərəcəli xəsarətlər almışlar.

2001-ci il sentyabrın 11-də ABŞ da baş verən terror aktı miqyasına görə son dövrün ən təhlükəli hadisəsi kimi tədqiqatçıları və ictimaiyyəti düşündürməyə vadar etdi. Belə nəticəyə və qənaətə gəlmək olar ki, bu qanlı terrordan sonra terror təşkilatlarının da tərkibində və fəaliyyətində əhəmiyyətli dəyişikliklər, qruplar arasında müvafiq transferlər, məlumatların mübadiləsi, terrorizmin miqyasında kəmiyyət dəyişiklikləri baş vermişdir. Bir sıra analitiklər hesab edirlər ki, belə ağır hadisələrdən sonra “super terrorizm” vəzifəsi gündəlikdə durur. Son hadisələr bunu təsdiqləyir.

Yəni, müasir sivilizasiyanın subyekti olan super dövlətlərə psixoloji təzyiqlər göstərmək məqsədi ilə ağlasığmaz hadisələrin törədilməsi, miqyası geniş aksiyalarla yadda qalan aktlar çox şeydən xəbər verir.

Son hadisələr göstərir ki, əməl artıq“hərəkət radiusunun məhdudluğu” prinsipindən, ümumi terror adətlərindən, niyyətindən kənara çıxır. Terror aktlarına hazırlıq zamanı, beynəlxalq terror təşkilatları güclü dövlətlərin maliyyə imkanından və texniki vasitələrindən geniş faydalanır, zəhərləyici sursatlardan, bəzən kütləvi qırğına səbəb olan silah növlərindən istifadə edirlər. Terrorçuların narkobiznes və silah alverçiləri ilə sıx əlaqələri olur.

Tədqiqatçıların məlumatlarına görə XXI əsrdə terror liderlərinin təhsil və intellekt səviyyəsi əhəmiyyətli dərəcədə artmış, dəhşətli olaylar primitiv üsullarla deyil, düşünülmüş, nəzəri və praktik taktikalara uyğun törədilir, əməllərin ağırlıq dərəcələri, onun coğrafiyasını öncədən xəritələrində əks etdirərək icraçılara həvalə edilir. Leqal və qeyri leqal fəaliyyət göstərən terror təşkilatları öz maraqları naminə dini radikalizm, ekstremizm və millətçilik dəstələri ilə əlaqəli olduğundan siyasi terror cinayət terroru ilə çulğalaşır;

Terror aktları böyük insan qırğını və qurbanların sayı ilə yadda qalır. Maddi və mənəvi dəyərlər bərpaolunmaz həddə dağılır, dövlətlə sosial və milli qruplar arasında ədavət toxumu səpilir, düşmənçilik yaranır. Bəzən, bu ədavəti aradan qaldırmağa yönələn ideoloji işin səmərəsi olmur.

Terrorçuluq mahiyyəti və xarakterinə görə, beynəlxalq miqyasda, siyasi, iqtisadi və sosial ziddiyyətlərin məhsulu kimi ortaya çıxır. Bu gün, bəşəriyyət terrorrorçuluğun unikal - qeyri adi mərhələsindədir. Hər şey bu aktın qurbanına çevrilə bilər. Terrorçuluq heç vaxt bu dərəcədə qlobal təhlükə fenomeninə çevrilməmişdir. Bu

baxımdan, onunla mübarizə də kəmiyyət və keyfiyyətinə, təhlükəlilik dərəcəsinə görə həyata keçirilməli, mübarizə mərkəzləşmiş qaydada beynəlxalq səviyyədə koordinasiya olunmalıdır.

Terrorçuluq həmişə “bətnində” zorakılığı və hədəni bəsləyən, xüsusi amansızlıqlarla yadda qalan ictimai təhlükəsizliyi pozan, bəşəriyyətə vahimə yaradan ağlasığmaz aktdır. Terrorçuluq dövlət terroru, siyasi terror və genosidlə vəhdət təşkil edir. Bəzi tədqiqatçılar onu rəsmi hakimiyyətə qarşı müxalif qüvvələrin xisləti ilə də əlaqələndirirlər. Təfəkkürə sığır. Bu gün, dünyanın demokratik millətlərinə müxalifətdə olan güclü terrorçu qruplar var. Demokratik dövlətlər belə qruplarla mübarizədə prinsipallıq nümayiş etdirə bilmirlər.

Terror və terrorizm subyektiv əlamətlərinə görə fərqlidirlər. Terror- həqiqətən sosial-siyasi faktordur, terrorizm - cinayət hüququna xas hadisədir. Zənnimcə terror da terrorizm də mahiyyətinə və əhəmiyyətinə görə cəmiyyət üçün (bəşəriyyətə fəlakətlər gətirən) bərabər nəticə doğuran hadisələrdir. Mübarizə əlahiddə şəkildə deyil, birgə və məqsədyönlü aparılmalıdır.

Terrorizmin məqsədi demokratik və mütərəqqi sosial dəyişikliklərin təşkilatların, müəssisələrin və şəxslərin mülkiyyətlərinə yönələn, irqi, faşizm, ideologiyası, anarxist, hərbi-bürokratik xislətlə müşayət edilən, dövlətlər arasında siyasi və diplomatik münasibətlərə dağıdıcı ziyan vurmaqdan ibarətdir. Bir sıra dövlətlərin cinayət qanunvericiliyində terrorçuluğa aşağıdakı əlamətlər xasdır. Terrorçuluq – ümumi təhlükəli əməlin baş verməsi nəticəsində yaddaşlardan silinməyən xüsusi ilə təhlükəli əməldir (və yaxud hədə ilə). Təhlükə real olmalı, qeyri müəyyən dairəni əhatə etməlidir.

Terrorun digər cəhəti onun ictimai xarakter dasıması, zorakılığın, dəhşətin, vahimənin mübahisəsiz forması olaraq geniş kütləyə istiqamətlənməsidir. Terrorrorçuluğun digər diqqət çəkən ümumtəhlükəli cəhəti onun (bilərəkdən) qəsdən əhali kütləsinə qorxulu şərait yaratmaq və ictimaiyyəti gərginlikdə saxlamaqla uzun müddət dəhşətləri törətməkdə şərtlənir. Əsas cəhət isə yenə əhali arasında vahimə yaratmaqdır.

 

 

Terrorçuluğa qarşı mübarizənin aktuallığı.

 

Terrorçuluq müasir cəmiyyətin gündəlik həyat tərzinə hakim olan, hər bir ölkənin milli təhlükəsizliyinə real təhdid və hədədir.

Terrorçuluqla mübarizəyə mane olan əhəmiyyətli faktorlardan biri də Beynəlxalq hüququn subyektləri olan dövlətlərin koordinasion qaydada işi qura bilməməsidir. Belə yanaşma terrorçuluğun regionlar arası (transmilli) iqtisadi, dini, bioloji və sosial növlərinin eskalasiyasına zəmin yaradır.

Kriminoloqlar və hüquq sahələrinin ekspertlərinin rəyinə görə terrrorçuluq mütəşəkkil cinayətkarlığın bütün növləri ilə vəhdətdə olduğu üçün transmilli cinayətlərlə mübarizədə çətinlik yaranır. Bu, terrorçuluğun zahirən sezilməyən cəhətlərindəndir. Cinayətin iştirakçıları, təşkilatçıları hərəkətləri ilə ictimaiyyəti psixoloji gərginlikdə və asılı vəziyyətdə qoymaq, onu “idarə etməyə”çalışırlar. Başlanğıcda qabaqlayıcı təsirli tədbirlərlə qarşılaşmayan terrorçular, xəritəsini genişləndirərək siyasi hakimiyyətə diktələr edə bilir. Terrorçuluğun müasir dövrdə daha

çox hədəfə götürdüyü kurs demokratik islahatların və sosial tərəqqinin təşkilinə mane olmaqda ifadə olunur.

Beləliklə, beynəlxalq aləmdə terrorçuluğun artımla müşahidə olunması dünyada qloballaşma prosesinə əngəldir. Qloballaşmanı iqtisadi terminologiya kimi qəbul etsək, o sürətlə dünya məişətinə inteqrasiya olunur.

1980-1990-cı illərdə ortaya qoyulmuş qloballaşmanın (qlobus-kürə, qlobal-ümumi mənalarını verir) fundamental proseslərinə aid, Azərbaycanda ilk monoqrafiya “Azərbaycan: Qloballaşma dövrünün tələbləri”mövzusunda akademik Ramiz Mehdiyev tərəfindən yazılmışdır. Lakin qloballaşmanın genişlənməsi nəticəsində beynəlxalq aləmdə qlobal cinayətlərin –narkomaniya, dünya miqyasında mütəşəkkil cinayətkarlığın həyata keçirilməsi, mafiyaların, beynəlxalq aləmdə terrorçuluğun hərəkətə gəlməsi üçün şərait yaradılır.

Sivilizasiyanın həddi, qloballaşma ilə əlaqədar tapşırıqların həyata keçirilməsi, geopolitik layihələrlə antoqonist ziddiyyət təşkil edən mübarizə üsullarından asılı olur. Son illərin şəraitini təhlil edən beynəlxalq ekspertlər belə nəticəyə gəlirlər ki, XXI yüz il özünə xas hadisələrlə yadda qalır. Bəşəriyyət müharibənin yeni təhlükəli bir tipi, dini-millətçilik rəngi ilə tündləşərək xüsusi diqqət çəkdi. Beynəlxalq ictimaiyyət əvvəllər də terrorçuluğun bu növünə məruz qalmışdı. Lakin XXI yüz ilə qədər bu dərəcədə aydın, beynəlxalq xarakter almamış, bu dərəcədə amansızlıqla və qan tökməklə ifadə olunmamışdı. Amerika, İraq, Türkiyə, Rusiya, Fransa və digər ölkələrdəki terror hadisələrini buna misal göstərmək olar.

Ona görə də, terror xarakterli cinayətlərlə mübarizə son dərəcə problemlidir. Hüquq mühafizə orqanları az sayda cinayətkarları ifşa etməklə əsas təşkilatçılar kənarda qalır. Şəraitin öyrənilməsi zamanı məlum olur ki, terrorçular daha çox əhalinin sıx, kompakt toplaşdığı ictimai yerlərdə insanlığa zidd beynəlxalq cinayətləri törətməkdə çətinlik çəkmirlər. “Kamikadze” ruhunda, (kamukadze yapon sözüdür –“kamu” ilahi, “kadze” –külək mənasını verir. Anlamı “Allahın küləyi” deməkdir. Tayfun adı ilə bağlıdır. 1274-1281-ci illərdə yapon sahillərinə yaxın Monqol xanı Hubilyanın gəmisinin məhv edilməsi, sonralar, Yaponlarda Kamikadze “könüllü ölümə gedənlər” mənasını daşıdı.) köklənmiş insanlar son dərəcə radikal tərzdə sosial-siyasi ekstremizm niyyətini həyata keçirməklə guya “qəhrəmanlıq” göstərərək həlak olurlar.

Mübarizə metodlarının öyrənilməsi nəticəsində belə qənaət hasil olur ki, terrorçular çox zaman əməllərini heç bir maneə olmadan icra etmək üçün təhlükəsiz şərait axtarır, distant üsullardan və texniki vasitələrdən yararlanırlar. Təəssüflə qeyd etmək lazımdır ki, hüquq-mühafizə orqanlarında bu qanlı olayların qarşısını almaq və subyektlərin zərərsizləşdirilməsi üçün təhlükənin miqyasına cavab verən texniki qurğular və vasitələr adekvat deyil, onlara belə qrupları zərərsizləşdirmək üçün tam sərbəstlik verilmir. Sərt, müstəsna cəza tədbirinin –ölüm hökmünün tətbiqi reallaşır, qaçılmaz olur.

MDB ölkələrində fəaliyyət göstərən terrorçu qruplarla beynəlxalq səviyyəli terrorçular arasında təşkilatı və ideoloji əlaqələrin olması da artıq sübut olunmuşdur. Ona görə də, beynəlxalq aləmdə terrorla mübarizəni təmin etmək üçün işlək normativ bazanın yaradılmasına zərurət var.

ABŞ Dövlət Departamenti “terrorizmlə mübarizə” üzrə proqram qəbul etmişdir. Həmin ölkədə il ərzində terrorizmə həsr olunmuş 2000 akademik nəşrlər işıq üzü

görmüşdür. Əsas məqsəd terrorizmlə mübarizədə polisin güc və bacarığını artırmağa təsir edən şəraitin yaradılmasından ibarət olmuşdur. BMT-nin və Millətlər Liqasının konvensiyaların hazırlanması və ona zamanın tələbinə uyğun dəyişikliklərin edilməsi dövlətlərə qarşı olan hadisələrin qarşısını almağa kömək edə bilər.

İngiltərənin politoloqu Uilken Niksona görə terrorçuluqla mübarizənin beynəlxalq hüququn tələblərinə zidd aşağı səviyyədə olması ona görədir ki, bəzi dövlətlər terrorizmin “istehsalı” ilə məşğul olur, ona dəstək verirlər. Lakin, elə dövlətlər də var ki, təkbaşına - regionda terrorizmə qarşı sədd çəkə bilir və beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir. Müəyyən sayda dövlətlər də var ki, bir araya gəlib bu sahədə birlik nümayiş etdirə bilirlər. Lakin, dövlətlərin beynəlxalq səviyyədə əməkdaşlığı hələ ki, səmərə vermir. Avropada əməkdaşlıq və təhlükəsizlik şurasında terrorizmlə mübarizə məsələsi siyasi müzakirənin predmetinə çevrilsə də səmərə yoxdur. Deməli, mübarizənin taktikasında ciddi qüsurlar var.

Azərbaycan dövlətinin dünyada terrorçuluqla mübarizədə dəstəyi və regionda prinsipal fəaliyyəti beynəlxalq hesabatlarda təqdir olunur. Bu istiqamətdə DİN-nin barışmaz mövqeyi yetərincədir.

Terrorçuluğa qarşı əməkdaşlığın bariz nümunəsi kimi 1976-cı ildə terrorizmə, ekstremizmə və beynəlxalq zorakılıqlara aid avropada təhlükəsizliyin koordinasiya edilməsi məqsədi ilə yaradılan orqan əhəmiyyət kəsb edir. Orqana Ədliyyə və Daxili İşlər Nazirləri, üzv dövlətlərin maraq doğuran orqan (təşkilat) rəhbərləri daxildirlər. Xüsusi xidmət orqanları hüquqşünaslar mübarizənin məkan və rolunu müəyyən etmək üçün terrorçuluğun daha çox yayılmış növlərini təsnifatlandırırlar:

1. Bura maddi və maliyyə imkanlarını artırmaq məqsədi ilə planlaşdırılan və istifadə edilən terror-kriminal terror.

2. Zorakılığın psixoloji aktı –dini fanatiklər tərəfindən siyasi inam, mif təəssüratını yaradan terror, ekstremizmdən, radikalizmdən doğan ağlasığmaz hadisələr.

3. Hərbi terror –düşməni gərginlikdə saxlamaq və qorxutmaq məqsədi ilə hərbi münaqişənin bütün imkan və vasitələrlə həyata keçirilməsi;

4. Siyasi məqsədlərə çatmaq və onu əldə etmək məqsədi ilə zorakılıqlardan sistematik istifadə edilən siyasi terroru aid etmək olar.

Lakin təcrübə göstərir ki, terroristlər çox zaman ümumi niyyətlərdən kənara çıxaraq (terrorçunun ekstsessi) insanları oğurlamaq, girov götürmək, məktub-bomba göndərmək, yandırmaq, partlayışlar törətmək, silahlı basqınlar etmək, hava gəmisini girov götürmək, qətllər törətmək, snayperlərdən istifadə və s. Hallarına rast gəlinir. Bu siyahı mütləq deyil. Terrorçuluğun hədəfi yuxarıda qeyd etdiyim kimi, bir qayda olaraq ağlasığmaz hadisələrin törədilməsidir. Bu, onların xislətinə uyğundur. Bəzi xarici ölkələrdə insan həyatı üçün təhlükəli olan əməllər də terror aktları kimi qəbul edilir. ABŞ-nın 1984-cü ildə qəbul etdiyi “Cinayətkarlığa nəzarət haqqında” qanunun tələbinə görə insan həyatı üçün xüsusi təhlükə yaradan zorakılıq hadisələrinin törədilməsi terror aktlarına aid edilir və belə əməllərin tövsifi terroru əhatə edən cinayət qanunvericiliyi ilə həyata keçirilir. Əməl mülki əhalini vahimə ilə hədələməyə və ya hakimiyyətin siyasi kursunun dəyişdirilməsinə istiqamətlənən təsir vasitəsi olduğuna görə, terrorçuluq kimi qəbul edilir. Avropanın hər bir regionunda terrorizmə qarşı mübarizə haqqında qanunlar var.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyi terrora beynəlxalq normalara uyğun anlayış verir.

Azərbaycan Respublikası CM-nin 214- 216-cı maddələrində və terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu terrorçuluğa dəqiq anlayışlar verir, mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, terrorçuluq əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.

Terrorizm cinayətlərinin yüksək, ictimai təhlükəlilik dərəcəsi sosial funksiyanın pozulması ilə şərtlənir. Zorakılığa pərəstiş etməklə ictimaiyyət arasında qorxu və narahatlıq mühiti formalaşır.

Bu cinayətlərin obyekti bütövlükdə regionda (ölkədə) ictimai təhlükəsizlik, bir az da geniş ifadə etsəm cəmiyyətin normal həyat tərzi, müəssisə və təşkilatların fəaliyyəti və dövlətin siyasi sistemi üçün real təhlükəni ehtiva edir, əlavə obyekti kimi isə vətəndaşların həyat və sağlamlıqları, mülkiyyətin qorunması və idarəçilik qaydaları təşkil edir. Terror aktlarının hədəsi bir qayda olaraq gələcəyə hesablanır.

İctimai təhlükəsizlik, dövlətin siyasi sistemi, əlavə və mütləq obyekt kimi dövlət və ictimai xadimlərin həyatı təşkil edir.

Bu cinayətlərin bilavasitə obyekti isə cəmiyyətin firavan həyatının təhlükəsizliyini tənzimləyən ictimai münasibətlərin məcmusudur.

Subyektiv cəhətdən terrorun hərəkətlə, qəsdən, nəticəsini arzulamaq və ona hazırlığın görülməsi ilə bağlıdır. Məhkəmə təcrübəsinin təhlilindən məlum olur ki, əksər terrorlar partlayışla, sonra yanğınlarla və s. ağır hərəkətlərlə törədilir.

Terrorun obyektiv cəhətinə şəxslərin bu cinayətləri torətməsi, cəlb və sövq etməsi, iştirakçıları təlimatlandırma və silah-sursat vasitələri ilə təmin etməsi, maliyyələşdirməsi daxildir. Cinayətlərin motivi altında mövcud quruluşa qarşı düşmənçilik münasibəti, dini və milli nifrət hissi başa düşülür. Motiv cinayətin tövsifinə təsir etməsə də, cəzanın təyini zamanı nəzərə alınır.

 

Terrorizmlə mübarizənin səmərəliliyi və onun xəbərdarlığı.

 

ABŞ və Qərbi Avropanın siyasi rəhbərliyi ilk növbədə terrorçuluğa qarşı prinsipal mübarizə üçün hüquqi bazanın olması və onun təkmilləşdirilməsi üzərində dayanırlar. Yəni, orqanlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi və terrorizmlə mübarizə üçün xüsusi hissələrin formalaşdırılması, həmin hissələrin texniki vəziyyətin yaxşılaşdırılması və s;

Mübarizənin səmərəliyinə təsir edən tendensiyalardan biri və mən deyərdim ki, mühümü terror təşkilatlarına, qrup üzvlərinə heç bir mərhəmət göstərmədən onların sifariş və tələblərini rədd etmək, onları maliyyələşdirən dövlətlərə qarşı da barışmaz mövqedə durmaq və diplomatik qınaq nümayiş etdirməkdir.

* Mübarizə zamanı ikili standartlardan uzaq durmaq, terrorizmdən dövlətlərin daxili və xarici siyasətinin dəyişdirilməsinə istifadə etməmək, terrorizmi milli azadlıq hərəkatlarının və ya dini özünütəsdiq forması kimi qəbul etmək olmaz.

 

Terrorizmə qarşı mübarizənin istiqamətləri.

 

Mübarizənin istiqamətləri aşağıdakılardır:

Dünya ictimaiyyətinin beynəlxalq terror şəbəkələrinin və təşkilatların fəaliyyətinə ciddi nəzarətin həyata keçirilməsi:

* Dünya ictimaiyyətinin terrorçuluq ideyalarına qarşı birləşməsi nəticəsində bunun qarşısı alına bilər. Bu istiqamətdə məlumat bazasını artırmaqla əhalini maarifləndirmək lazımdır.

* Terroru maliyələşdirən təşkilatların fəaliyyətini nəzarət altına almaq;

* Antiterror fəaliyyətinin koordinasiyasını gücləndirmək; müəyyən vaxtlarda mübarizə mexanizmini dəyişmək məqsədə uyğundur.

Daha vacib məsələ BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə üçün müasir reallığa cavab verən konsepsiyanın hazırlanmasından ibarətdir. Konsepsiya beynəlxalq normativ sənəd kimi elmi sistemə əsaslanmalı, danışan alətə çevrilməməlidir. BMT təşəkkül tapdığı dövrdən bu günə qədər terrorizmlə bağlı çox iş görsə də, reallıqda və qəbul etdiyi sənədlərdə beynəlxalq terrorizmin anlayışına aydınlıq gətirilməmiş, tərifi verilməmiş, onun hüquqi təbiəti və məsuliyyət dərəcəsinə aid vahid universal razılaşması yoxdur. Beynəlxalq terrorçuluq üzrə aktların vahid siyahısı hələ də müəyyənləşməmişdir. Məsələn: Diplomatik korpusların, beynəlxalq təşkilatların, nümayəndəliklərin mənzil qərargahlarının partladılması, küçələrdə, vağzallarda və aerolimanlarda təxribat xarakterli aktlar, partlayıcı maddələrdən bilə-bilə istifadə etmə, ictimai binalarda təxribat aktlarının törədilməsi məsələlərinin xüsusi hüquqi təbiəti aydın deyil. Terrorrorçuluğun müasir eskalasiyası hər bir dövlətin terrorçuluqla mübarizəni (tənzimləyən) koordinasiya edən bir sistemin yaradılmasına zərurət yaradır.

Terror və terrorizm yeni hadisələr deyil. Lakin, birinci minilliklər ərzində onun müxtəlif növləri olmuş, yeni növlər də cücərməkdədir.

Son illərdə dünya ictimaiyyəti kompyuter və bioloji terrorçuluqla da qarşılaşır, kosmik terrorizmin də olacağına heç bir şübhə qalmır. Elmi-texniki tərəqqinin sürətlə inkişafı bu növ terrorizmə zəmin yaradır. Ona görə, terrorçuluq çox şaxəlidir. Ətraf mühitin dəyişilməsinə ciddi təsir göstərir. Müasir həyatda terrorçuluq təkcə ayrı-ayrı dövlətlərə deyil, bütövlükdə bəşəriyyətə böyük təhlükə mənbəyidir.

 

Biblioqrafik siyahı.

 

1. Azərbaycan Respublikasının Konstitusiyası;

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası;

3. BMT “Bombalı terrorizmə qarşı mübarizə haqqında” 15 dekabr 1997-ci il Beynəlxalq Konvensiyası;

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

5. Maltsev V. Otvetstvennost za terrorizm. Rossiyskaya Yustitsiya 1994 qod. N-11. Str. 13.

6. Maltsev V. Otvetstvennost za orqanizatsiyu nezakonnoqo voorujennoqo formiravoniya ili uçastiya v nem. Moskva 2000 qod.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM