QARDAŞ XALQIN CƏSARƏTİ ÖLÜM HÖKMÜNÜ DİQTƏ EDİR

13:01 / 22.07.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

 

Mən, bir neçə gün bundan öncə “Terrorizm –XXI əsrin müharibəsi” ilə bağlı geniş yazımda qeyd etmişdim ki, “Terrorçuluğun vahiməsi və miqyası genişlənməkdədir. Terrorçulara və terrorçuluğa qarşı mübarizədə vahid güc nümayiş etdirmək üçün birləşməliyik. Dünya ictimaiyyəti dirəniş göstərməli, bəşəriyyətə qənim kəsilən belə şəxsləri maliyələşdirən dövlətlərə BMT və NATO tərəfindən ciddi qınaq olmalı, sanksiyalar sərtləşməlidir və.s”

Heç kim, heç bir dövlət qardaş Türkiyədəki tragedik siyasi ovqat bəxş edən, bir qrup satılmışların və yaxud ələ alınan hərbiçilərin hərbi çevriliş cəhdinə, antikonstitusion hərəkətlərinə sevinməsin. Çünki, terrorizmin eskalasiyası artıq sərhədləri maneəsiz (dəstək verən də var) aşa bildiyindən hər bir ölkədə baş verə bilər. Digər tərəfdən, bəzi siyasilərin özəl fərziyələrlə çıxış edib diqqət çəkməsi də, cəmiyyət üçün zərərlidir. Hər halda istintaq araşdırmaları başlayıb, fakt ciddi araşdırılır, hər bir dövlətin, personanın bu ağır transmilli cinayətdə iştirakına zərgər incəliyi həddində aydınlıq gətiriləcək. Tələsməyə zərurət yoxdur.

Jrinovski sayaq -“Ərdoğan niyə havada ikən vurulmadı” fikirlərə qapılmaq da terrorçuluğu yanakı yolla dəstəkləməkdir. Zənnimcə havada Ərdoğanı müşayət edən mühafizə dəstəsinə atəş açılmadı, ona görə ki, hərbi çevriliş tərəfdarları ilə Ərdoğanı mühafizə edənlərin qarşılıqlı münasibətləri və bir-birilərini yaxından tanıması qarşı tərəfi terror aktını icra etməkdən çəkindirib. Bu mənim qənaətimdir. (Hər halda hər iki tərəf Türkiyə vətəndaşları və hərbiçiləri kimi birgə təlimlərdə çox olublar, sıx əlaqələri olub.)

Hadisələrin gərginliklə izlənilməsi hər birimizə şok yaratdı. Əslində, bir sıra dövlətlər Türkiyədəki hərbi çevriliş cəhdinə biganə qala bilmədi, Türkiyənin yanında olması barədə bəyanatlar verdilər. NATO-nun rəsmisinin Jens Stoltenberqin fikirləri daha ciddi idi. “Türk insan böyük bir cəsarət göstərdi... amma konstitusiya nizamı, hüquq nizamı və təməl azadlıqları zəmanət altına alınmalıdır” –söyləmişdir.

Dərc olunan məlumatlarda Türkiyədəki hərbi çevrilişə cəhdə dəstək olan bəzi dövlətlərin də adı hallanır. Bu da, hələ son qənaət deyil, ehtimallara söykənir, siyasi prezumpsiyadır, həqiqət sayıla bilməz. Görək istintaq nə deyir?!

Maraqlı cəhət Ərdoğanın dünya mətbuatına səslənməsidir: 11 sentyabr hadisələrindən sonra Bin Ladendən müsahibə ala bildinizmi, indi terrorçulara ideya verən şəxsdən müsahibələr alınır və nüfuzlu saytlarda bu barədə anonslar dərc olunur. (Daha çox rus jurnalistləri nəzərdə tutulur.) Belə bir məqamda və kritik durumda Türkiyə Cümhuriyyətinin başqanını qınamağa dəyməz. O, bacarıqlı diplomat və siyasi Personadır.

Yadıma 1994-cü ilin 4 oktyabrında Heydər Əliyevin xalqa müraciəti düşdü: “Mən Azərbaycanın hörmətli adamlarına, partiyalara, ictimai təşkilastlara, bütün Azərbaycan xalqına müraciət edirəm...

Həmin vaxt xarici qüvvələr ölkəmizdə, dövlət çevrilişi etməyə cəhd göstərdilər. Amma -Heydər Əliyevin diplomatik sayıqlığı buna imkan vermədi. Xalq öz böyük liderini tək qoymadı və iradəsi ilə Ulu Öndərin çağırışına dəstək oldu. Bu siyasi taktika tarixi həqiqət və siyasi-diplomatik gediş kimi Ərdoğana gərək oldu, bu təcrübədən istifadə etməklə xaos və təhlükə xalqın iradəsinin gücü ilə sovuşdu.

 

 

Ərdoğanın xalqa müraciət edərək ABŞ-ın bəzi ştatlarında, Çində, müsəlman ölkələrində müstəsna cəza tədbirinin –ölüm cəzasının olduğu halda, niyə xüsusilə ağır cinayətlərə və xalqa qarşı olan ağır əmələ görə ölüm cəzası olmasın?! -fikrinə Xalq “Hə” dedi. Cümhur Başqanı isə “Parlament qərar verərsə təsdiqləyəcəyəm” –cavabını verdi.

Buna rəğmən isə Avropa ittifaqının xanım rəsmisi kiçik, lakin, hədəli bir anons verdi: “Hansı ölkədə ölüm hökmü bərpa olunacaqsa, həmin ölkə Aİ-dən gözünü çəksin. “Deməli, bu xanım incə məxluqa aid edilsə də, özündən, hətta Avropadan da yekə bir mesaj verdi. Bəs terrorçuluqla məşğul olan, əhali arasında vahimə və qorxu yaradan belə şəxslərə qarşı Avropa İttifaqı hansı cəzanı təklif edir? -Hanı İraq, hanı Liviya, hanı Misir, Tunis, Yəmən nə yerdə? və s. İndi də NATO-nun üzvü olan böyük Türkiyəni o günə salmaq istəyirlər. Axı, əqrəb xislətli insanlara, onların ağlasığmaz cinayətlərinə qarşı dövlətin adekvat, ədalətli reaksiyası olmazsa, cinayətkarlar cəzasızlıq mühitindən azğınlaşıb sərhədlərini günişləndirə biləcəklər? Ona görə, ölüm hökmü bərpa olunarsa, belə hərəkərlərin qarşısı tam alınmasa da, təsirsiz olmayacaq.

Düşünürəm ki, Azərbaycanın Referenduma getdiyi bir ərəfədə bu məsələ həllini tapmalıdır. Konstitusiyamızın 27-ci maddəsinin III hissəsinə görə müstəsna cəza tədbiri kimi ölüm cəzası dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Biz hadisələri qabaqlaya bilərik. Bəzi Azərbaycan alimləri “Allahın verdiyi cana kimsə qıya bilməz” -deyənlər bu gün, Türkiyədə ölüm hökmünün bərpasının tərəfdarıdır. Səlis bir məntiq, hüquqi məntiq də var ki, dövlətə qarşı, insanlığa qarşı olan xüsusilə ağır cinayətlərə görə ölüm cəzasını imperativləşdirir. Cinayətkarların qətlə yetirdikləri yüzlərlə canları da Allah xəlq edib! Qurani Kərimdə “qətlə görə qətl” Rəbb kəlamı var. Digər tərəfdən qəsdən, xüsusi amansızlıqla ağır cinayətləri törədənlərə qarşı ölüm cəzasının tətbiqi ilə sosial ədalət bərpa oluna bilər.

Vətəndaşı həyatdan məhrum edən cinayətkarın yaşaması nə dərəcədə ədalətli sayıla bilər? Vətəndaş-zərərçəkən bilməlidir ki, dövlət onun övladını (atasını, doğmasını) qətlə yetirən digər vətəndaşına ölüm cəzası tətbiq etməklə qisas aldığından, daha onlara qisas almaq imkanı qoymadı. Bununla da, təkrar baş verəcək ağır cinayətlərin qarşısı alına bilər. Cəzanın fəlsəfəsi budur. Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsinə görə “Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət

göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququ kimi göstərilir. Amma, bu müddəa vətəndaşların hüququ kimi yox, konstitusiyanın IV fəslində ehtiva edilən “Vəıtəndaşların əsas vəzifələri” -ndə yer alsa daha ağlabatandır.

Təsəvvür edin dövlətə qarşı qiyam var (Türkiyədəki kimi) amma vətəndaşlar, hüququmdur -deyə istəsələr müqavimət göstərələr, istəməsələr yox. Bu “hüquq” vəzifələrin sırasında yer alarsa, dövlət çevrilişinə (“müstəqil” sözü çıxarmaqla) müqavimət göstərmək hər bir vətəndaşın vəzifəsinə çevriləcək, onları meydanlara səsləməyə ehtiyac qalmayacaq. “Dövlət rəmzləriunə hörmət etmək” , “Vətənə sədaqət”, “Vətəni müdafiə etmək” və s. vəzifələr kimi. “Dövlətə qarşı qiyama və dövlət çevrilişinə müqavimət göstərmək” vəzifəsi də hər bir vətəndaşı daxili düşmənlərə qarşı mübarizəyə mükəlləf edər. Türkiyə hadisələri bizim belə davranmağımızı məcbur edir.

Qeyd etdiklərim hər birimizi düşünməyə vadar edir.

Mən, Azəri Türkü kimi qardaş ölkədə demokratiya, hakimiyyət, onun bütövlüyü uğrunda canını fəda etmiş həmvətənlərimin ruhları qarşısında baş əyirəm, o dünyası cənnət olsun deyirəm, xalqa səbr diləyirəm.

Bir daha, Türkiyə Xalqının vahidliyini təcəssüm etdirən Cümhur Başqanına sadiq qalacaqlarına, dövlətin təməlini qoruyacaqlarına sədaqət nümayiş etdirdiyinə görə qürur duydum.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM