Milli Birliyimiz - Bəşəri gərəkliyimiz

12:02 / 27.12.2013

İşıqlı ATALI

Mütləqə İnam Ocağının Yükümlüsü

Xalq necə var olur? Onu özünə yaxınlaşdıran, var edən nədir? Neləyək ki, bu amansız çağda millət, dövlət kimi var ola, ayaqda qala bilək? Çıxış yolu ilk növbədə xalq olmağın qaçılmazlığına yetməkdən ibarətdir. 

Xalq - yetkin fərdlərin şəxsində təsdiqini tapır. Özünü yaradan, var edən xalqını da yaradır, var edir.

***

Çox zaman həmrəylik söz olaraq qalır, gerçəkləşmir, çünki ömürləşmir. Ömürləşməyən - yaşamır, yaşamayan var olmur. 
Xəlqi səviyyədə birliyimizin yaranması üçün zamandan üstün həmrəylik gərəkdir. Əslində gerçək səviyyədə həmrəylik - milli həmrəylik yaratmır. Böyük istəklərimizə özümüzdən keçməklə yetə bilərik. Böyük istəklər də tez gerçəkləşmir. Ona görə də qətiyyən ruhdan düşmək olmaz. Balaca uğurlardan isə arxayınlaşmaq yolverilməzdir.

***

Xalq nəyin əsasında doğruçu həmrəy ola bilər? Yalnız milli dünyabaxış, milli inam əsasında. Çünki milli inam qədər xalqı quran ikinci bir yol, amal yoxdur. Milli dünyabaxış milli birliyimizi yaratmağa, qorumağa qadirdir. Xalqın var olmaq qaçılmazlığı hər birimizin ağlında, ömründə nə dərəcədə yer tutur? 
Təəssüf ki, fərdlərimizin çoxu hələ bu qaçılmazlığın dərkinə yetməyiblər. 
Xalq - Bəşəriliyin təsdiqidir. Milli birliyimiz isə bəşəri gərəkliyimizdir.

***

Xəlqi birlik ömürlərdə ağac kimi bitməlidir. Soydaşlarımızı bu müqəddəsliyə yetirmək gərəkdir. 
Bu anlamda milli duyğuların müqəddəsliyinə, insansevərliyinə yönəlilk işlər görmək gərəkdir. Özünü bu əsaslar üzərində quran, dəyərləndirən insan dövlətinin də təəssübünü daha ciddi şəkildə çəkər.

***

31 Dekabr dünya Azərbaycan türklərinin, yoxsa dünya azərbaycanlılarının (türklərlə yanaşı türk olmayanların da) bayramıdır?! Aydın bilinir ki, burada başlıca və birbaşa söhbət türklərdən gedir. Ümumiyyətlə isə yurdumuzdakı azərbaycanlıların - müxtəlif millətlərin nümayəndələrinin ölkəmizə sayğı və sevgisinə uca yanaşırıq. 
Azərbaycanın milli dəyərləri insançılığı tam ifadə edir. Milli dəyərlərimiz bəşəriliyi tam ifadə etdiyinə görə hər bir azərbaycanlının (türklərin və qeyri-türklərin) öz milli ölçüsüylə yanaşı, bu əsasda da Azərbaycana yanaşması, onu sevməsi həmrəylik üçün daha ciddi əsaslar yarada bilər.

***

Bu gün özümüzü həmrəy saya bilərikmi? O zaman nədən 50 milyonluq türk xalqımız problemlərini çözə bilmir? Nədən həmrəyliyimizi Türk Dünyasına örnək olaraq göstərə bilmirik? Çünki Milli İnam əsasında birliyimizi təsdiq edə bilməmişik. 
Nədən Türk Dünyası gerçəkdən həmrəyliyə nail ola bilmir? Çünki qatıldığı, qapıldığı müxtəlif yönlü dini, ictimai-siyasi baxışlar onu var edə, birləşdirə bilmir. 
Bəs bu həmrəyliyi, əslində mənəvi birliyi kim yaratmalıdır? Özündən keçən, millətə, yurda bağlı İnsanlar.

***

Azərbaycan türkləri olaraq həmrəyliyimizi (birliyimizi) istəyiriksə, gərək yurdumuzda bir-birimizə doğmalığımız tam bilinsin, görünsün. Gərək onda milli dəyərlərimiz əsasında yaşayaq. Milli dəyər ölçümüz isə çağımızda yoxa çıxmaqdadır. 
Milli dəyərlərimiz Zərdüştlüyümüzlə, Babəkliyimizlə, Dədə Qorqudluğumuzla, Hürufiliyimizlə, Füzululiyimizlə, Muğamlığımızla, Sazlığımızla sıx bağlıdır. 
Ruhumuzdan yaranmayan ruhumuzu yarada, milli birliyimizi təsdiq edə bilməz.

***

Həmrəylik bu gün yalnız rəy birliyini ifadə edir, möhtəşəm xəlqi birliyi, varlığı ifadə və təsdiq etmir. Çünki hələ Milli İnam əsasında birlik baş tutmayıb. Birlik - fərdin içindən başlayır. Çıxış yolu Xalq olmağımızdır. Bu, necə baş verməlidir? Mənsub olduğumuz xalqın mahiyyəti üstə yaşamalıyıq. Milli dəyərlərimizin sistemli şəkildə tədrisi, ömürləşməsi gərəkdir. İnsanı da, Xalqı da var edən milli ruhdur. İnsan da, (ulus) xalq da ruhani hadisədir. Yoxsa Zərdüştləri, Babəkləri, Dədə Qorqudları, Füzuliləri özümüzdən saymazdıq, ruhumuzun doğması bilməzdik, ruhumuzun mayasını onlardan tutmazdıq, xəlqi təsdiqimizi onlarda tapmazdıq, görməzdik. 
Xalq üçün elə bir əbədi ideya tapmaq gərəkdir ki, o əsasda var ola bilsin. 
Milli birliyimizi yaradan amillərdən ən əsası özümüzə məxsus inamımızın, dünyabaxışımızın olmasıyla bağlıdır.
Dünyabaxış xalqın var olmasında elə bir məqamdır ki, bunsuz irəliyə getməyimiz mahiyyətcə mümkün olmayacaq. 
Bu müqəddəs əhvalı artıq 35 ildir Azərbaycanımızda qalanmış Asif Ata Ocağı böyük bir ləyaqətlə yaşamaqda, yaşatmaqdadır.

***

Soydaşlarımızın Güney Azərbaycan məsələsinə münasibəti daha aydın və ardıcıl olmalıdır. 
Ümumiyyətlə, təkcə Güney Azərbaycanla yox, tarixən itirilmiş yurd yerlərimizlə bağlı hər bir soydaşımız dərindən düşünməlidir. Bütöv Azərbaycan idealını gerçəkləşdirmək hər birimizdən ilk növbədə güclü idrak tələb edir. Soydaşlarımız yalnız ruhən bir olduğu dərəcədə Bütöv Azərbaycan idealı gerçəkləşə bilər.

***

Dövlətin işi ilk növbədə xalqı qorumaqdır. Bu müqəddəs görəvini yerinə yetirməsi üçün dövlətin özünün varlığının qorunması yönündə hər bir insanımız təəssübkeş olmalıdır. Dövlətin necə ali bir nemət olduğunu sübut etməyə isə gərək yoxdur.

***

Azadlıq duyğusu həm də yetkin fərdlərin ana dilinə sayğısı ilə ölçülür. Əslində parçalanmış Azərbaycanın ağlımızda, ürəyimizdə birliyini daha güclü yaratmaq, milli birliyi istəyiriksə, ilk növbədə Türk dilimizin qoruyucusu olmalıyıq. Güney Azərbaycanda ən böyük zərbə 200 ildir elə Türk dilimizə dəyir. Ancaq dilimiz ən çətin anlarımızda xalqlığımızı təsdiq edib. Biz dilimizi təəssübkeşliklə yaşatmamışıq. Bu, o deməkdir ki, milli ruhumuzu qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə qalmaqdadır.

***

31 Dekabrın bayramlaşması tarixi bir günlə bağlıdır. Ancaq bu günün xristian Yeni ilinin cazibəsi, dəbdəbəsi içərisində itməsi faciəsi də var. İnsanların içində, küçədə, park və meydanlarda mütləq şəkildə Yeni il duyğusu hakimdir, həmrəylik və birlik əhvalı yox! Üstəlik, Yeni il əhvalı bir ay öncə başlayır, bir ay sonra bitir. Bizim həmrəylik duyğumuz isə bu yad, yabançı, ancaq cazibəli əhval içində əslində yada düşmür, yaşanılmır...
***
Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə Türk Dünyasının da qurtuluşu olmayacaq. Türk xaqları bunu gözəl anlamalıdırlar. İçlər aydınlığa çıxmasa, böyük anlamda xalq yaranmasa, yəni imtinaçı, fərdi gərəkliyi vicdan ölçüsü səviyyəsində anlayan, özünəməxsus, müstəqil düşüncəli fərdlər yetişməsə, fəlakətlərimizin ölçüsünü dərk edə bilməyəcəyik.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM