“Polisə Dəstək” İB-nin sədri
Narkomaniya cəmiyyət üçün ağır sosial bəlaya səbəb olan zərərli haldır. Narkotiklərin qəbulu insanın bütün orqanlarına-ürək damar, böyrək, qaraciyər, mədə-bağırsaq sistemlərinə, həyat əhəmiyyətli sistemlərə ciddi əks təsir göstərir, sonsuzluğa imkan yaradır. Nəticədə insan ömrü 10-15 il qısalır. İnsanda psixi çatışmazlıqlar, adamsevməzlik, hər şeyə nifrət oyadan, qəmgin, kinli (qəzəbli), qıcıqlandırıcı, şübhəli, mərhəmətsiz - daş ürəkli, yaşamağa həvəsi olmayan, səbəbsiz vahimə və qorxu müşahidə edilən hallar yaranır. Şəxsiyyətin formalaşmasında tənəzzülləşmə dövrü baş verir, intellekt sürətlə aşağı düşür, maraqlar primitivləşir, yaddaş zəifləyir, həyata marağ itir, doğmaları və dostları ondan uzaqlaşır - üz döndərir və s.
Narkomanlıq nəslin də inkişafına neqativ təsir edir. Uşaqlar kəmağıl, eybəcər və ciddi psixi qusurlarla doğulurlar. Bütün bunlar zaman keçdikcə nəsildən-nəsilə ötürülür. Narkomanlar üçün əxlaq və etik normaları mövcud olmur. Narkomaniyadan asılılıq nəticəsində şəxs özünə, cəmiyyətə və əhatəsində olanlara qarşı istənilən təhlükəli əməli, narkotik maddələri əldə etmək məqsədilə istənilən cinayəti törətməyə qadirdir. Bəzən dozanın dərəcəsindən asılı olaraq ölüm və yaxud, intihar halları da baş verə bilir.
Narkotik maddələri qəbul edən şəxslərə adətən 3 əlamət xas olur.
1) Narkotik maddələr tərkibli preparatlara güclü aludəçilik
2) Narkotikadan sərxoşluq vəziyyəti
3) Abstinent sindrom ( Narkotik vasitələrin qəbul edilməsindən imtina, özünü saxlama, çəkinmə, pəhriz).
Bəzən bu maddəni bircə dəfə qəbul etməklə də narkomanlığa qurşanma mümkün olur. Gün ərzində həmin şəxsin şüurunda bihuşedici vəziyyətlər kök salır. Şəraitin qarşısını almaq və ya onu düzəltmək imkanı isə çətin olur. Bir az “təcrübəli” narkoman qeyd olunan keyfiyyətləri ətrafından gizlədə bilsə də, naşılar ağlını və hərəkətlərini azdıran halları gizlətmək əvəzinə, onun yedəyində gedir. Belə halları kənardan sezmək çətin olmur.
Abstinent sindrom tibbi termin kimi naxoşluq vəziyyətidir. Bu, narkomanın birdən - birə narkotik vasitələrin qəbulunu dayandırdıqda baş verir. Vəziyyət isə yalnız narkotikanı qəbul etdikdən sonra dayanır və müəyyən andan sonra yüngülləşir.
Narkotik maddələrin asılılığında olan şəxslər daha çox danışmağa üstünlük verirlər, işləmək qabiliyyətləri olmur, ətrafdakılara qarşı narazılıq ,orqanizmdə qıclaşma, fiziki və əqli əməkdən yorulma halları yaranır.
Narkotikadan sərxoşluq narkomanlığın bütün növlərində (xaş-xaşdan hazırlanmış preparatlardan başqa) alkoqolluğu xatırladlr. Amma ağızdan alkoqol qoxusu gəlmir. Bu da, yalnız narkotikaya xas olan spesifik bir cəhətdir.
Narkomanın bütün növlərinə aid olan: eyforiya, daha doğrusu yüksək əhvalı xoşluq, sakit və məmnunluq hissi ilə yaşamaq kimi ümumisərxoşluq əlamətləri də var. Lakin belə əhval-ruhiyyə qəflətən narazılıq halları ilə dəyişilə bilər. Stabil emosiya, qeyri stabil və ya qeyri əxlaqi əməllə əvəz oluna bilər.
Narkomana xas cəhətlərdən biri də fəaliyyətində əlaqələrin itməsi, qeyri-dəqiq hərəkətlərə yol verməsi,əl barmaqlarının əsməsi və s. xarakterik əlamətlərdir. Xəttin (yazı üslubun) pozulması, yerişində səndirləmə halları, bir tərəfdən digər tərəfə əyilmə, qəfil istiqamətini itirmə, bir mövzudan digərinə rahat keçmə, ağız boşluğunda köpüklənmə müşahidə oluna bilər. Narkomanın işığa qarşı reaksiyaları süst və ətalətli (key) olur. Belə vəziyyətdə nəbzin qırıq-qırıq olması, üzün qızarması və ağarması diqqəti cəlb edir.
Bütün hallarda belə şəxslər həkim müayinəsinə məruz qalmalı, narkotik vasitələrin saxlandığı yerlər diqqətlə yoxlanılmalı, mənbə müəyyənləşdirilməli və narkotik maddələrin gətirilmə yollarının müəyyən edilməsi ətrafında təxirəsalınmaz işlər görülməlidir. Tərbiyəvi və maarifləndirici tədbirlərə çox vaxt ayrılmalı, nəzarət gücləndirilməlidir.
Azərbaycan Respublikası cinayət qanunvericiliyi bu cinayətlərlə bağlı cəza tədbirlərini müəyyən edir.Lakin təcrübə narkomanlığın və narkotizmin profilaktikasına daha çox vaxt sərf etməyi diqtə edir.Zənnimcə İnzibati və cinayət hüququ üzrə cəza və tənbeh tədbirlərinin tətbiqi ilə problemi həll edə bilmək sadəlöhvlük olardı.
Həyata keçirilən tədbirlərin bəhrəsini görmək üçün ilk növbədə səhiyyə orqanları ilə inzibati orqanlar birgə tədbirlər həyata keçirməlidirlər. Məlum haldır ki, narkomanlar müalicə olunduqları xəstəxanalardan azad olunduqdan sonra dispanserlərdə qediyyatda olsalar da, davranışları həmişə nəzarətdə olmur. Daha çox nəzarət və məsuliyyət valideyinlərin üzərinə düşür.
“2013-cü ilin 6 ayı ərzində Respublika DİO-nun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsindən 400 kq-a yaxın narkotik vasitə götürülmüş, onun 33 kq-ı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilərkən aşkar edilmişdir. Narkotiklərlə bağlı cinayətlərə görə 6 ay ərzində 1183 nəfər məsuliyyətə cəlb olunmuşdur. Sırada 1068 nəfəri işləməyən və təhsil almayan şəxslər təşkil edir.
Təəssüf hissi ilə qey edirəm ki, 32 qadın və 8 nəfər yetkinlik yaşına çatmayanlar da məsuliyyətə cəlb olunanların sırasında özünə yer alıb. Bu sitiqamətdə Milli Təhlükəsizlik Nazirliyinin rezonans doğuran tədbirləri də az olmamışdır. Təkcə 2012-ci il ərzində milli təhlükəsizlik əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq ilə bağlı 386 kq-dan çox vasitə aşkar edib götürmüş, faktla bağlı 31 cinayət işi başlanmış, 91 nəfər saxlanılmışdır.
İnteraktiv sorğuya cəlb olunanların 70%-i belə qənaətdədirlər ki, əhalinin narkotikaya meyilli olub-olmamasını çevik öyrənmək və ona reaksiya vermək üçün “ekspressdiaqnostikaya” üstünlük verilməlidir.Əks təqdirdə yenicə narkomanlığa qurşananların müalicəsi unudular, vətəndaşların həyat və sağlamlıqlarına yönələn müəyyən növ cinayətlərin qarşısını vaxtında almağa imkan darala bilər.
Təcrübə göstərir ki, narkomanlığın müalicəsi üçün xəstələrdən ciddi iradə tələb edilir. Narkomanların özləri müalicə üçün həkimə nadir hallarda müraciət edirlər. Daha çox narkomanın ailəsi həkimi axtarır və müalicəsi üçün çalışırlar. Müalicə həm ambulator, həm də stasionar qaydada keçirilə bilər. Müalicə ərəfəsində həkimdə xəstənin bir daha bu bəlaya mübtəla olmaması barədə inam yaranmalıdır. Lakin, həkim narkomanı müalicə edərkən ilkin mərhələdə ciddi çətinliklərlə üzləşir.Fizioterapiyadan, psixoterapiyadan və bədən tərbiyəsindən həmişə ehtiyac olduğu qədər istifadə edilmir.
Narkomaniyanın kapitalist ölkələrindəki inkişaf mərhələlərinə də diqqətin yetirilməsini vacib sayıram.
Burjua ideoloqlarının etirafına görə narkomaniya bütün dünya üzrə mühüm problemə çevrilib. ABŞ və Almaniyada morfinin, heroinin, həşişin qəbulu və satışı geniş yayılmışdır. ABŞ-nın rəsmi statistikasına görə ölkədə 30 mln narkoman qeydiyyatdadır. (Azərbaycanda 26 min)
ABŞ narkomaniyanın yayılması üzrə mübarizə idarəsinin əməkdaşlarının məlumatına görə son 7 il ərzində götürülmüş kakainin miqdarı 20 dəfə artmışdır. Məhz bu səbəbdən ABŞ prezidenti narkomaniyanı ölkə üçün,“kütləvi bədbəxtlik” adlandırmışdır. Kommersiya qanunları ilə bu bəlanın tənzimlənməsi artıq səmərə vermir. Tələb təklifə ehtiyac yaradır. Amerikada narkomaniya ilə məşğul olanlar Latın Amerikasından gətirilən narkotiklərlə artıq kifayətlənmirlər, onlar bu maddəni öz yaşadıqları ərazidə (evlərində) istehsal etməyə başlayıblar. Təkcə Koliforniya ştatında sintetik narkotikanın istehsalı ilə bağlı 3 mindən çox laboratoriya aşkar edilmişdir. Sintetik kakain təbiidən 10 dəfə ucuz olduğundan ona maraq da çoxdur. Kənafın da ev şəraitində yetişdirilməsi artımla müşahidə edilir. Narkotik mənşəli bitkinin ev şəraitində yetişdirilməsi üçün xüsusi lampalardan istifadə olunur. Latın-Amerikan hökumətləri bu istiqamətdəki mübarizəyə çoxlu vəsait sərf etsələr də,gözlənilən nəticə hasil olmur. ABŞ-da narkomaniyanın miqyası daralmır, əhalinin 22%-i heç olmasa 1 dəfə narkotikadan istifadə edənlərdir.
Meksikada ötən il (2012-ci ildə) federal polis 17 təyyarə, 16 dəniz kateri,1474 avtomat və digər qundağlı silah, narkotika istehsal olunan 13 gizli laboratoriyaları aşkar edərək məhv etmişdir.
Rusiya Federasiyasının gömrük xidməti də 30 milyon dollarlıq Avropaya gedən narkotika yükünü müsadirə etmişlər.
Avropa ölkələrində vəziyyət nisbətən yaxşıdır. Məsələn: Fransada 1 mln narkoman, BMT-nin məlumatına görə isə dünyada 48 mln narkoman var.(30 mln təkcə ABŞ-dadır.) Bu cinayətlərin ümumsosial baxımından zərəri böyükdür. Müəyyən qrup əmək qabiliyytli insanlar narkoman şəxslərin təsirinə düşür və ictimai sağlamlığa zərər vururlar.
Azadlıqdan məhrum etmə yerlərində cəzasını çəkən narkomanlar da problem yaradır,həm azadlıqdakı cəmiyyət, həm də qapalı rejim üçün barıt çəlləyi qədər təhlükə mənbəyidirlər. Acı təəssüf doğuran hal ondan ibarətdir ki, sırada qadınlar və gənclər də var.Belə şəxslərin tərbiyə olunması prosesi zaman tələb etdiyindən tətbiq edilən cəzanın məqsədinin təsir dairəsi bəzən əhəmiyyətini itirir.
Narkomanlıq geniş və planlı problemdir. Yeniyetmələrin bu işə cəlb edilməsi və onların ağır cinayətlərə sövq olunması isə narahatlığın digər tərəfidir.
Bəzən narkotik vasitələrin satışı ilə məşğul olan valideynlər məhz elə narkoman yeniyetmələrdən istifadə etməklə möhtəkirliyini həyata keçirir, əvəzində cüzi“haqq ödəməklə” onları ələ alırlar. Ona görə də, bu bəla ilə mübarizədə hamı iştirak etməlidir.
Strategiya.az
Kibernetika əleyhinə olan cinayətkarlıq. (Kompyuter cinayətkarlığı)
Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM