DİNİ RADİKALİZMƏ QARŞI BİRLƏŞƏK!

09:32 / 15.11.2016

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

Dini radikalizm XIX əsrdə mövcud quruluşun kökündən dəyişdirilməsini tələb edən siyasi cərəyan, siyasi məsələlərin həllində qeyri hüquqi, radikal üsul və metodlardan istifadə etməklə müəyyən dini adətlər üzərində yaranmış ideologiyadır. Antihumanist ideyaları özündə əks etdirən belə dini baxışlar cəmiyyətə zidd davranışlarla müşayət edilir, dini liderin xarizmasına dəstək, ona pərəstiş etmək  radikalizmi səciyyələndirən əlamətlərdəndir. 1970 – ci ildə “İisus (İsa) hərəkatı” adı altında yaranmışdır.

Dini radikalizmin xüsusi, etnik və siyasi tipləri vardır.

Xüsusi dini radikalizm kiçik lokal qruplarda özünü göstərir. Dini lider ətrafında pərəstiş ideologiyasını inkişaf etdirmək, məqsədlərinə çatmaq və sosial-dini layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür. Bu tip hərəkatların dini liderləri əksər hallarda cəmiyyətdəki innovativ islahatların və inkişafın dairəsini gözdən salmaq, “dünyanın sonudur” – deyə kənara çəkilərək təxribatlara, əhalini qorxu, vahimə içində saxlamağa istiqamətlənən dağıdıcı faktorlara start verirlər. Cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərləri gözdən salmağa, sosial-dini fanatizmə meyl edirlər. Belə şəxslərin bəziləri ailədən imtina, Allah evləri ilə münasibəti kəsmək, təhsildən, tibbi müayinə və müalicədən vaz keçmək, bəzən istehsal olunan ləvazimatlardan imtina etməyə üstünlük verirlər. Bu cür qruplara təsərrüfat fəaliyyətinin primitiv formaları, ailədə patriarxal ideyaları bərqərar etmə və yaxud dini lideri ilahiləşdirmək kimi hərəkətlər xasdır. Bu ideyalar özündə  bəzən ailə-nikah münasibətlərini rədd etməyi də birləşdirir.

Qeyd etmək yerinə düşərdi ki,  bu sahədə Azərbaycanda ciddi və təkmil normativ huquqi baza vardır. Ölkə konstitusiyasında ehtiva edilən “vicdan azadlığı” hər bir vətəndaşa istənilən dinə etiqad etmək və yaxud dinini dəyişmək azadlığı verir. Lakin dini etiqad və əqidə azadlığı hüquq pozuntusuna bəraət qazandırmır.

“Dini etiqad azadlığı haqqında” qanunun qüvvəyə minməsi ilə Azərbaycan multikultural dəyərlərin qorunmasında digər ölkələrə görk ola bilər.

Cəhalətpərəst və maarifçiliyin əleyhinə olanlara qarşı təsirli tədbirlərin görülməsində Azərbaycan Zaqafqaziyada, habelə beynəlxalq aləmdə nümunə olacaq siyasi iradə nümayiş etdirir.

Dini etnik radikalizm; konservativ – adətlərə uyğun ideyaların və etnik dinlərin təşəkkülü, təmiz etnik dini cəmiyyətin və teokratik dövlətin mövcudluğuna meyl etməkdir.

Onun sosial əsasını təşkil edən utopik layihələr  siyasi və iqtisadi qloballaşmadan imtina etməyə xidmət edir, etnososializm  nəzəriyyəsi cəmiyyətdə sosial dəyərlərin qorunmasına qarşı qoyulur, sosium üzərində hökmranlıq etmək niyyətini daşıyır. Postsovet dövründə Rusiyada, Ukraynada, Polşada, Latviyada dini-etnik-radikalizm hərəkatları var idi. Məs:  Belarusiyada slavyanları super etnik birliklər kimi qəbul etmək, xalqın mədəni-siyasi icması kimi önə çəkmək ideyası irəli sürülürdü.

Adını gec eşitdiyimiz vəhabilik, cəfərilik, sonradan nurçuluq bir qrup insanların şüurunu başqa səmtə, bizə sərf etməyən tərəfə yönəltməyə xidmət edib. Suriyada, ən nəhayət qardaş Türkiyədə baş verənlər bizi ayıltmalı və sayıq olmağı məcbur edir.

Dini motivli siyasi radikalizm. Burada etnik mərkəziyyətin təbliği, dünya dinlərini inkar etmək, cəmiyyətdə ekstremizm hallarını doğura biləcək dini etnik radikalizmin, təhlükəli ideologiyanın yaranması diqqət çəkir. Bu tip radikal dini qrupların məqsədi güc yolu ilə dövlət quruluşunu dəyişməkdən, silahlı yolla hakimiyyəti zəbt etməkdən, digər dövlətin suverenliyini pozmaq, qanunsuz silahlı birləşmələri yaratmaq, formalaşdırmaq, etnik, dini ədavəti qızışdırmaqdan ibarətdir.

 Azərbaycan dövlətinin bu istiqamətdəki siyasi kursuna istinad etmək yerinə düşərdi. Radikallaşma prosesi zorakılığı nümayiş etdirən və terror aktları ilə müşayət edilən ekstremizm hallarına zəmin yaratdığından ölkədə bu problem yaşanmır, həyata keçirilən lokal tədbirlər buna imkan vermir.

Qeyd etdiyim kimi, dini radikalizm məzmun və mahiyyəti üzrə xarizmatik liderin şəxsiyyətinə pərəstiş etməyə xidmət edir, dövlət quruluşunu dəyişmək, silahlı yolla hakimiyyəti zəbt etmək, başqa dövlətin suverenliyini pozmaq, qanunsuz silahlı birləşmələri yaratmaq və onları yaymaq, etnik və dini düşmənçiliyi qızışdarmaqla cəmiyyət üçün daha təhlükəli bir ideologiyanın - ekstremizm ideologiyasının əsası qoyulur. Ekstremizm isə qadağan olunan üsulların son həddində olmaq, qanuna zidd gücün və zorakılığın tətbiqi, vətəndaşların konstitusion hüquqlarına qəsd etməsində ifadə olunur.

Ekstremizmin motiv və niyyəti müxtəlifdir. Lakin maddi, ideoloji, real situasiya ilə barışmamaq, insanlar üzərində hökmranlıq, “qəhrəmanlıq”, gənclik romantikası əsas motiv kimi dəyərləndirilir.

Ona görə də dini radikalizm və ekstremizmə qarşı mübarizədən öncə onun profilaktikası ilə məşğul olmalıyıq. Bu, təkcə dövlət orqanlarının  işi deyil, daha çox vətəndaş cəmiyyətinin nümayəndələrinin işidir – desəm yanılmaram.

İctimai təhlükəsizliyin qarantı da cəmiyyətin birgə fəaliyyətindən asılı olduğundan birləşməliyik. Azərbaycan xalqı bir yerdə, bir bayraq altında birləşəndə daha güclüdür.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM