Narkomaniya və HİV-lə mübarizəyə tarixi baxış

09:24 / 13.05.2014

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İB-nin sədri

  Narkomaniyanın tarixi şumer  sivilizasiyasına və Şamanlara (Şaman - XIII əsrdə  Uyğurlarda, Qırğızlarda, Altay vilayətlərində, mənası  ruhlarla əlaqəsi olan,atəşə hakim və ruhlarla danışmaq üçün yerə, yeraltına enən  və bunlara sahib çıxan şəxs-kişidir.) təsadüf edilir.  Eramızdan əvvəl - 5 min illərin tədqiqatları belə deməyə əsas verir ki, oniumun  hazırlanması  və qəbulu ilə əlaqədar-yazılı və arxeoloji mənbələr də  olmuşdur.  Həmin dövrdə  opiumu “şənlik” mənasını  verən  “gil” adlandırmışlar.

III minillikdə Çin imperatoru  Şen-Nun həşişin ”fikir dağınıqlığı, unutqanlığı, huşsuzluğu, öskürəyi aradan qaldırmaq məqsədilə dərman kimi qəbul edilməsinə icazə vermişdi.Qədim Afinalılarda və Rumlularda da insanın əhvalını dəyişən  şey-əşya kimi  istifadə olunurdu.Afina mədəniyyətinə görə xaş-xaşın qurumuş  baş hissəsində “opio”-opium sözünün işarəsi var və bitkilərin, qaranquşotunun süd şirəsindən hazırlanan şirə  mənasını verir.

Eramızın I əsrində  Romalılar opiumdan istifadəyə pozitiv yanaşaraq ondan  müxtəlif xəstəliklərin müalicəsində tətbiq edilməyə başlanıldı. İlk minillikdə  Romada məşhur həkim Klavdiya Qalena (129-201-ci illər) opiumdan istifadəyə müsbət rəy vermişdi. Lakin Roma hərbi sərkərdələrdən biri  Pliniya  Romaya (Qərbi Alamniyada Trir qalasının komendantı olarkən)  məktub yazır: “Əsgərlərin “ bitki şirələrinin” qəbulundan sonra hərəkətləri  dəyişir, huşsuz  və  ağılsız vəziyyətdə  gəzirlər, onların döyüş  ruhu aşağı düşür və s ...”  Həmin maddənin qəbuluna qadağanın  qoyulmasını istəyirdi. Söhbət “yovşan arağından”-(cecə arağı kimi anlaşıla bilər) Absentdən gedirdi. Bu cür içki XIX əsrdə Fransada da artıq dəbdə  olmuşdu.

Bəşəriyyət tarixinin    müəyyən  mərhələsində  Böyük Britaniya  Çini Koloniyasına  çevirməyə cəhd etdiyi bir vaxtda, külli miqdarda narkotikanın  Çinə göndərilməsini  təchiz edir, əvəzində  qızıl və xəz daşıyırdı. Məqsəd Çin ordusunu  parçalamaq, onların döyüş əzmini qırmaq,  dövlətin gələcək inkişafını dayandırmaq və  Çində  opiumdan istifadəyə geniş şərait yaratmaqdan ibarət idi.

1839-cu ildə Çin Böyük Britaniyanın  pozucu  təsirinin  qarşısını almaq və opium  ehtiyatlarını məhv etmək üçün  geniş  əməliyyatlara başladı. İngilislərin  narkotik maddələrlə yüklənən gəmilərini dənizdə batırdı.  Buna cavab olaraq ingilislər öz gəmilərini  müdafiə etmək məqsədilə  Çinə böyük  hərbi dəstələr göndərdi.  Tarixdə  Böyük Britaniya ilə Çin  arasında gedən bu müharibə (1856-1860-cı illər) opium müharibəsi kimi yadda qaldı. Amma Çin ordusu bu müharibədə hərbi  müvazinətini saxlaya  bilmədi və demək olar ki,  məğlub oldu. Lakin təzyiqlər1858-ci ildə Çini opiumun ölkəsinə import edilməsinə böyük gömrük  rüsumu  alınmaqla razılıq verməyə məcbur etdi.  Kral ailəsinin özəl maraqları təmin olundu, bu  razılığın  nəticəsi olaraq ailəyə böyük gəlirlər gətirdi.

Bütün bunlara baxmayaraq 1905-ci ildən başlayaraq mərhələlər üzrə Çin  opiumun ləğvi istiqamətində10 il ərzində  ciddi islahatlar apardı. Narkotiklərlə mübarizə  dövlət siyasətinin  prioritet təşkil edən  məsələsi kimi bu gün də gündəmdədir.

Tarixçilərin tədqiqatına görə Avropada narkotiklərdən  istifadə və qəbulunun geniş  vüsət alması İngiltərədə (1840-cı il)   antialkoqol qanunlarının  qəbul edilməsi  ilə bağlı olmuşdur. Məhz  elə həmin dövrlərdə  alkoqollu içkilərin  satışının məhdudlaşdırılması  nəticəsində İngiltərənin  fəhlə təbəqələri alkoqol  içkilərinin əvəzinə  opiumun qəbuluna başladılar.  Bu dövrdə istehsalı və  satışı vüsət almış opium həblərinə daha çox üstünlük verilirdi. Təkcə  1859-cu ildə İngiltərədə 61 min funtsterlinq məbləğində opium qəbul olunurdu. Bu, təxminən ildə 28 tona yaxın opiumdan istifadə deməkdir.  Müxtəlif mənbələrə istinad etsək  il ərzində İngiltərə əhalisinin  təxminən 5% opium istifadəçiləri sayılırdı.  İngiltərə hökuməti  bu sosial bəlanın qarşısını almaq məqsədilə 1893-cü ildə opiumun qəbulu məsələləri ilə bağlı  kral istintaq komisiyasının yaradılması barədə təklif verdi.  Komisiyyanın  1859-cu ildə  hesabatı mətbuatda dərc edildi.

Lakin Komissiya,  ingilis koloniyası olan ölkələrdə narkotiklərin qadağan olunmasını  və ya məhv edilməsini  arzuolunmaz hesab etdi. Bəzi həkimlər də  belə bir rəyə üstünlük verirdilər ki,  bir qism insanlar bunu “kayf-ləzzət”  almaq üçün, digər qruplar isə bunu  gündəlik həyat fəaliyyətinin  əsası kimi qəbul etdiyindən məsələnin həllinə yumşaq mövqedən yanaşılırdı.

Həmin illərdə Fransada  həşişin - xaş-xaşın qəbulu genişlənmişdi. Daha çox istifadə edənlər ədəbiyyatçılar sayılırdı. Hətta 1830-1840-cı  illərdə “Həvəskar həşiş bədii özfəaliyyət klubu” da yaradılmışdı. Həmin dövrdə - 1848-ci ildə küçələrdə iğtişaş  və qarışıqlıq salan Paris hərəkatının  (tətilin) iştirakçıları, tələbələr  küçələrdə qışqıraraq  xaş- xaşın azad satışını tələb edən şüarlar səsləndirirdilər.

Həşişdən sonra Fransada  “absent” bitki şirəsinə meyl artmağa başladı. Bu adı  fransız həkim - Pyer Ordiner  kəşf etmişdi. Pyer Fransa inqilabının  iştirakçısı kimi İsveçrədə  emiqrant həyatı yaşayırdı. Nəticədə bu içkiyə maraq artmağa başladı və tədricən Fransa ordusuna yol tapdı. Yeganə  Belçika dövləti bunun təhlükəliliyini anlayıb 1905-ci ildən başlayaraq ona qadağalar qoydu.

1909-cu ildən başlayaraq Avropa  və  ABŞ-da antinarkotik hərəkatları meydana gəldi.  Həmin vaxt ABŞ prezidenti  Ruzveltin 1909-cu il  Şanxaydakı “opiumun qadağan olunması”  konfransında çıxışından sonra, konqress  tələsik olaraq opiumun qadağan olunmasına  dair qanunu müzakirəyə çıxartdı,  ondan istifadəyə və ölkəyə gətirilməsinə  embarqo qoyuldu. 

Şanxay konfransının  nümayəndələri Rusiya, Fransa, Avstriya,  Britaniya,  Çin Hollandiya,  İran, Portuqaliya və digər ölkələr dünya ölkələrinin  hökumətlərinə  tədricən opiumdan öz ərazilərində hətta siqar kimi çəkməyi  belə qadağan, tədarükünü  və istehsalını təbabətdən  kənar istifadə etmək, onu  ciddi nəzarətə götürmək  barədə tövsiyə imzaladılar.

Amma bir müddət sonra opium başqa bir bəla ilə əvəz olundu. ABŞ-da morfi deyilən maddədən istifadə  (XIX əsrin sonunda)  opiumu sosial ətrafdan sıxışdırdı. 1910-cu ildə  isə morfini heroin əvəz etdi. Narahatlıq doğuran hal ondan ibarət idi ki, həmin dövrdə nə morfi, nə də heroindən istifadə hələ qadağan olunmamışdı.

1969-cu ildə ABŞ-ın digər prezidenti  Riçard Nikson  narkotik probleminə qarşı  özünün radikal mövqeyi ilə seçildi və hakim komandaya məsələ ətrafında  yumşaq  mövqe  tutduqlarına görə ciddi  irad tutdu. Onun narahatlığına əsas var idi. Vyetnam müharibəsində  Amerika hərbçiləri məhz  narkotik vasitələrdən istifadə nəticəsində döyüş əzmi nümayiş etdirə bilməmişdilər ( məğlub olmuşdular..).

Bu mənada Niksonun  idarəçiliyi dövründə amerikalılar üçün  narkotik vasitələrin  qanunsuz dövriyyəsi ilə  bağlı sanksiyanın sərtləşdirilməsinə  zəmin yarandı. Lakin bu ərəfədə marixuananın qəbulu  əhali arasında artıq yayılmışdı. Beləliklə, Çindən sonra ABŞ  dünyada uzun müddət  antinarkotika mübarizəsində  lokomotiv rolunu oynadı.

1979-cu ildə ABŞ-ın növbəti prezidenti Cimmi Karter Sovet İttifaqını sarsıtmaq, dağıtmaq və dünyanın siyasi xəritəsindən silmək üçün  narkotikanın təsiri vasitəsilə Əfqanıstan  mücahidlərindən siyasi məqsəd üçün, hiyləgər diplomatiya sayaq istifadə etdi.  Əfqanıstanda opiumun satışından əldə edilən kapitalla geniş, müasir silah-sursatla (MKİ-nin burda xüsusi köməyi oldu) mücahidləri silahlandırırdı. Təkcə onu qeyd etmək kifayətdir ki, 1980-ci ildə Amerikada olan heroinin 60%-i Əfqan mənşəlinə aid edilirdi.

Sonrakı mərhələdə prezident Ronald Reyqan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı dövlətin siyasi kursunu gücləndirdi.  Ümummilli kompaniya Reyqanın  arvadı Nensi tərəfindən “Sadəcə yox de”  ingilis dilində  “Just Say No”  eqidası altında  həyata keçirilməyə başlanıldı və səmərəsi də oldu.

Həmin illərdə (1985-ci ildə)  narkobaronlara  qarşı “ölüm cəzasının”  tətbiq edilməsi təklifi də səslənmişdi. Bu təklifi narkotiklər üzrə Federal Büronun  rəhbəri  Karlton  Terner irəli sürmüşdü.

Niksondan sonra  bu istiqamətdə mübarizə səngidi və SSRİ-yə  qarşı soyuq  müharibə  kursu ilə əvəz olundu. Bu siyasət 1991-ci ildə bəhrəsini verdi, sovet divarı - səddi dağıldı.

Digər təhlükəli  narkotik vasitə  1803-cü ildə morfinin kəşfi idi. Morfin opiumun təkrar emalı nəticəsində alınırdı. Morfinin opiumdan fərqli olaraq qəbulu daha  sadə idi və inyeksion  yol (iynə vasitəsilə)  ilə birbaşa qana  (mədəyə ötürülmədən)  yeritmək mümkün idi.  Morfin müharibə vaxtı  əsgərlərin – yaralıların  əməliyyatı zamanı  ağrıkəsici pereparat kimi də əhəmiyyət kəsb etdiyindən, onun ləğvinə o qədər də cəhd göstərilmirdi.

Elə həmin ərəfədə Avropada kokain hasil edildi. 1911-ci ilə yaxın bir vaxtda İngiltərədə  kokainin istehsalı ictimai bir hadisə kimi qəbul edildi və  1915-ci ildə  kokain  inkişaf edən tələbat problemi kimi özünü təsdiqləmiş oldu  və  cəmiyyətdə müəyyən təbəqənin atributuna çevrildi. Lakin I Dünya müharibəsinin başlanması ilə kokainin əhatə dairəsi daraldı. Hərbi rəislər bu maddənin  döyüş ruhunu sarsıdan, ağlı çaşdıran bir hal kimi qəbul etdilər və onun qadağan olunmasına ciddi tədbirlər görməyə başladılar.

Narkotik maddələrin digər inkişaf mərhələsi Meksika  kaktusundan  1896-cı ildə alınan  meskalin tarixin yaddaşında özünə yer aldı. 1919-cu ildə meskalin kimyəvi yolla -  sintezin  köməyi ilə  alınırdı. Bu maddənin təsiri nəticəsində ağılın illyuziya vəziyyətini öyrənmək mümkün olurdu.

Tarixdə belə bir fakt da diqqət çəkir. 1940 –cı ildə İngiltərə üzərində alman təyyarəsi vurulur. Hadisə yerinin  və təyyarənin müayinəsi zamanı təyyarənin pilotunda bir neçə kiçik qənd parçaları tapılır. Həmin tikələrdə aşkar edilən maye ləkələri kokaini sıxışdıran amfetamin adlanırdı. Məlum olur ki, amfetamin tərkibində yorğunluğu aradan qaldıran, iş qabiliyyətini artıran  xassəyə malikdir. Bir neçə damcı qəndin üzərinə damcılamaqla  pilot əməliyyatlarda daha cəsarətlə iştirak edə bilir. Vyetnam müharibəsində Amerika hərbiçiləri amfetamindən  istifadə etmişlər.

1930-cu illərdə amerika cəmiyyətində amfetamin və benzedrin maddələrindən yük avtomobillərinin sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün “bəhrələniblər”. Nəhayət amfetaminin böhran vaxtında onun tapılması çətinləşdi, yaranmış defisit tədricən həmin maddənin  qiymətinin  qalxmasına təsir etdi  və təbii hal kimi tələbatın ödənilməsi bəziləri üçün əlçatmaz oldu. Pul əldə etmək və amfetamini almağa yollar axtarıldı, tədriən müxtəlif cinayətlərə meyl artdı. Beləliklə, narkotik vasitələrin  dövriyyəsi və mübarizəsi ilə bağlı  bürolar təsis edilməyə başlanıldı.

Müasir dünyada  narkotik problemə aid  başqa baxışlar da var. İnkişaf etmiş sivil ölkələrdə  belə cinayətə qarşı  düşünülmüş mübarizə kursu həyata keçirilir. Faktiki olaraq Niderlandda qara bazar yoxdur. Ölkədə təkmil qanunvericilik bazası var. Bu gün Niderlandda 1500 lisenziyalaşmış müəssisələr fəaliyyət göstərdiyindən narkomanların sayı da azalmağa doğru gedir.

2013-cü ilin yanvar ayında  Böyük Britaniyanın lordlar palatasının partiyalararası qrupu 31 ekspertin  rəyinə əsaslanaraq narkotiklərdən  sui-istifadə  məsələləri üzrə polis rəhbərlərindən ibarət assosiasiyanın yaradılması haqda təklif verildi. Təklif nəticəsində narkotik maddələrin  saxlanılması və qəbulu kriminallıqdan çıxarılmalı, həyat və sağlamlıq üçün daha təhlükəli  narkotik pereparatlarının satılmasına  dair xüsusi lisenziyanın verilməsinə icazə verildi..

Beləliklə, narkomaniya - narkotik vasitələrdən  fiziki və psixioloji cəhətdən  asılı olmaq və tədricən orqanizmin  məhv olması başa düşülür. Asılılıq,  bihuşluq və ağılsızlıq da bundan yaranır.

Bu gün  narkomanların  siyahısı dünyada artımla müşahidə edilir. Bu prosesin əyləci  dünyada  yeni epidemiya - SPİD  yaranandan sonra qismən dayanıb və yerini  yeni növ bəlaya verib.

1980-ci illərdə  İspaniyanın gecə klublarının birində müsiqi ilə başlayan və davam edən “ekstazi”  tabletkalarının – həblərininqəbulu aşkar olundu. Onu qəbul edənlər gümrahlıq əldə edir və yorulmadan səhərə qədər rəqs edə bilirlər. Alimlər belə qənaətə gəlirlər ki,  səslənən musiqi həbi qəbul edənin  beyninə təsir edir və o təxminən 2 saatdan 8 saata qədər yorulmadan hərəkətdə olur. Amma “ekstazi”dən (bu da narkotiklərin təhlükəli növü sayılır) hər il  yüzlərlə cavanlar dünyasını dəyişirlər. Əksər dövlətlərdə bu həb qadağan olunmuşdur.  Həbi qəbul edənlərin böyrək və ciyərində ciddi dəyişikliklər əmələ gəlir..

Bu gün, Dünyada (2009-cu il BMT-nin hesabatı) 200 milyondan çox adam  narkomanlıqdan əziyyət çəkir. Hər il 200 mindən çox narkoman xəstələr dünyasnı dəyişir. Təcrübə pöstərir ki, narkomaniyadan inyeksiya yolu ilə  istifadə zamanı  HİV=in yayılması sağlamlıq üçün daha təhlükəli xəstəliklərdəndir.

Azərbaycanda narkoloji dispanserin statistik məlumatına görə  27 min 900 nəfər narkoman   rəsmi qeydiyyatdadır. Bunun müəyyən qisminin tibbi müayinə zamanı HİV-nin daşıyıcıları olması şübhə doğurmur.

Tarixi tədqiqatlar belə deməyə əsas verir ki, HİV infeksiyasının daşıyıcısı olan ilk pasiyent 1981-ci ildə ABŞ-da qeydə alınmış, 1982-ci ildə bu xəstəliyin ağır formasına  “Qazanılmış immunçatışmazlığı sindromu” adı verilmiş, 1983-cü ildə isə Fransada  və sonra Amerikada kəşf edilmişdir. Ötən illərdən bəri yəni, 25 il ərzində dünyada  63 milyon insan HİV xəstəliyinə yoluxmuş, onların 25 milyon nəfərinin həyatlarının xilas edilməsi mümkün olmamışdır. Xəstəliyin qurbanlarından təxminən 90 %-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.Yoluxan şəxslərin 70%-ni  15-39 yaşda olanlar, 43%-ni qadınlar təşkil edir.

Hazırda Azərbaycanda müayinə olunaraq HİV diaqnozu təsdiq edilmiş  xəstələrin sayı 2.224 nəfərdir.

Bu məqsədlə insanların immunçatışmazlığı  virusunun, B və C hepatitlərinin yayılmasının, HİV-ə yoluxmuş şəxslərin inyeksion narkotik vasitələrindən  istifadənin qarşısını almaq, onların sosial reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək, habelə digər məqsədlərlə inyeksion narkotik istifadəçiləri arasında könüllülük əsasında əvəzedici müalicə proqramlarının həyata keçirilməsi çox vacibdir. 

HİV mənaca Human (insan) immunçatışmazlığı virusu, narkomaniya  bihuşluq, asılılıq, ağılsızlıq və yuxulama mənasını verir. QİÇS isə qazanılmış immunçatışmazlığı sindromu (İnsanın immun sisteminin  ciddi zədələnməsi nəticəsində yaranan bir mərəzdir.) kimi qəbul edilir. Ona görə də  xəstəliyin qarşısını almağa təsir edən faktorlardan biri də  narkomaniya ilə mübarizənin  gücləndirilməsidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM