SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri

15:21 / 21.07.2017

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

İctimai həyatın elə bir sahəsi yoxdur ki, Heydər Əliyev öz fəaliyyəti dövründə o sahədə öz sözünü deməmiş olsun. O, Sovet hakimiyyəti illərində Azərbaycanda yetişmiş görkəmli ictimai – siyasi xadim olmaqla çoxşaxəli fəaliyyət göstərirdi. Qeyd olunduğu kimi karyerasını dövlət təhlükəsizlik orqanlarında başlayan bu böyük şəxsiyyət ictimai həyatın bütün sahələrində öz sanballı sözünü demiş, mükəmməl və təkrarolunmaz dövlət başçısı, incə diplomat, cəmiyyətin bütün cəhətlərini professional səviyyəsində bilən və zəngin fəaliyyət praktikasına malik bir dövlət xadimi kimi özünü təsdiq etmişdir.
Heydər Əliyev çalışdığı bütün vəzifələrdə gözəl bir diplomat olduğunu əyani şəkildə sübut etmişdir. Hələ təhlükəsizlik orqanlarında işlədiyi zaman o, incə diplomat qabiliyyətini dəfələrlə göstərmiş, dövlərlərarası bir sıra məsələlərin uğuru həlli üçün öz töhfəsini vermişdir. Həmin illərdə sənədlərdən göründüyü kimi xarici dilləri öyrənmiş, bütövlükdə həmin sahədə Şərq ölkələrinin spesefik xüsusiyyətlərini bilən bir mütəxəssis kimi proseslərə cəlb olunmuşdur.
70-ci illərin ortalarından şərq və müsəlman olkələri üzrə məsələlərdə SSRİ ali hakimiyyət orqanlarına, hətta Sov.İKP MK-nin Baş Katibi L.İ.Brejnevə məsləhətçi kimi köməkliyini göstərmişdir. Azərbaycan SSR-ə rəhbərlik etdiyi müddətdə dəfələrlə dövlət nümayəndəliklərinin tərkibində xarici səfərlərdə olmuş, dövləti təmsil etmiş, danışıqlar aparmışdır. Bununla yanaşı SSRİ-yə gələn xarici nümayəndə heyətləri də Bakıya gələrkən onlarla yüksək səviyyədə danışıqlar aparmış və onların təsəvvüründə özü haqqında, Azərbaycan haqqında xoş təəssürat yarada bilmiş, onlardan konkret olaraq Azərbaycan üçün, onun məxsusi problemləri üçün istifadə edə bilmişdir. Onun xarici siyasətlə bağlı fəaliyyəti çoxşaxəli olmuş, Azərbaycanın dünyada tanınması, onun səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, mədəniyyət və incəsənətinin təbliği, respublikanın xariclə iqtisadi əlaqələrinin qurulması, mütəxəssis mübadiləsinin təmin edilməsi, diplomat kadrlarının hazırlanması və onların SSRİ miqyasında diplomat kimi fəaliyyət göstərmələrinə nail olunması, xaricdə yaşayan həmvətənlərlə əlaqələrin yaradılması və möhkəmləndirilməsi bu gərgin fəaliyyətin tam olmayan siyahısı idi. [1, s.391-411]
Heydər Əliyev ictimai-siyasi fəaliyyətinin erkən dövrlərindən Azərbaycanın gələcəyinə istiqamətlənmiş addımlar atmış, onun gələsəkdə müstəqil təmələ malik olmasını hazırlamışdır. Həmin vaxt Azərbaycan SSR Sovetlər İttifaqının tərkib hissəsi olaraq beynəlxalq aləmdə müstəqil fəaliyyət imkanlarına malik deyildi. Lakin Heydər Əliyev bu məsələyə daha qlobal şəkildə yanaşır və belə bir şəraitdə onu dünyaya tanıtmaq, mədəniyyətini dünyada təbliğ etmək, onun dünyaya bu və ya digər məsələlərə inteqrasiya etmək istiqamətində işlər görürdü. Həmin işlərin görüldüyü vaxt onun əhəmiyyəti o qədər də dərindən hiss edilməyə bilərdi. Lakin uzun illərdən sonra Azərbaycanın müstəqilliyi zamanında qabarıq şəkildə özünü göstərir.
1970-80-ci illərdə respublika rəhbərliyinin fəaliyyəti bir neçə istiqamətdə aparılırdı. O vaxt SSRİ-yə gələn nümayəndələrinin Azərbaycana da gəlməsinə nail olunur, burada ümumittifaq əhəmiyyətli elmi, mədəni, siyasi tədbirlər keçirilirdi. [1, s.608] Bu sahədə digər bir istiqamətlərdən biri xarici vətəndaşların Azərbaycanın ali məktəblərinə, elm müəssisələrinə, birgə elmi tədqiqatlara cəlb edilməsi idi. Əgər 1961-1970-ci illərdə respublikanın ali təhsil müəssisələrində 300 əcnəbi tələbə təhsil almışdısa, 1970-ci ildə onların sayı 43 ölkədən 943- tələbəyə çatdırılmışdı. 1981-ci ildə respublika ali təhsil məktəblərində artıq 72 ölkədən 3 min tələbə təhsil alırdı. [2]
Eyni zamanda 1970-ci illərdə Azərbaycanlı tələbələr ADR, Polşa, Çexoslavakiya, Macarıstan və Yuqoslaviyanın ali məktəblərinə göndərilmişdilər. 1979-cu ildə Azərbaycandan həmin ölkələrin ali məktəblərinə 122 tələbə göndərilmişdi. (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi [3, v. 55]
Xarici dövlətlərin ali təhsil müəssisələrinə, elm müəssisələrinə azərbaycanlı alimlərin və mütəxəssislərin ezam edilməsi və onların həmin ölkələrdə çalışması Azərbaycanın dünya ölkələrinə inteqrasiyasına təkan verirdi. Bu işin coğrafiyası kifayət qədər geniş idi. Respublikadan göndərilən mütəxəssislərin çalışdığı ölkələrin sırasına Şərqi Avropanın sosialist ölkələri, Asiya və Afrikanın müstəmləkədən azad olmuş ölkələri, hətta latın Amerikasının inkişaf etməkdə olan dövlətləri daxil idi. [4, v.66]
Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə önəm verdiyi məsələlərdən biri də respublikanın xarici ölkələrlə mədəni əlaqələrinin gücləndirilməsi, onun mədəniyyətinin və incəsənətinin dünyada təbliğ edilməsi, dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərlə əlaqələrin gücləndirilməsi idi. Mədəni əlaqələrin gücləndirilməsi və qoyulan məqsədlərə çatılması üçün müxtəlif formalardan istifadə olunurdu: ayrı-ayrı ölkələrdə mədəniyyət günləri keçirilir, kitab sərgiləri, mədəniyyət və incəsənət xadimlərinin qastrolları təşkil edilir, yazıçılar, şairlər, incəsənət xadimlərinin əlaqələri gücləndirilirdi. 1970-ci illərdə Azərbaycan SSR-in 120 ölkənin 860 təşkilatı ilə mədəni əlaqəsi var idi. [5, с. 126]
1982-ci ildən Heydər Əliyevin diplomatik fəaliyyətinin yeni mərhələsi Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrə təsadüf edir.
Heydər Əliyevin diplomatik fəaliyyətində bir sıra regionlar üstünlük təşkil edirdi. Rusiya dövlət arxivlərinin tədqiqatçılar üçün açıq olan məhdud informasiyalı sənədlərindən bu fəaliyyəti incəliklərinə qədər araşdırmaq, fərdi baxışlar və konkret mövqelər haqqında ətraflı fikirlər söyləmək, nəticələr çıxarmaq çətin olsa da, mövcud olan məhdud informasiya müəyyən təsəvvür yaratmağa imkan verir.
H.Əliyevin azərbaycanlı-müsəlman olması amili onun fəaliyyətinin istiqamətində müəyyən rol oynamışdır. O, tez-tez şərq və müsəlman ölkələrində səfərlərdə olaraq bütövlükdə SSRİ-ni təmsil etmiş, həmin ölkələrlə əlverişli münasibətlərin yaranması və inkişaf etdirilməsinə oz töhfəsini vermişdir.
Xarici müəlliflərin kənardan müşahidəsi bu cəhətdən böyük maraq kəsb edir. Z.Medvedevin Nyu Yorkda nəşr olunmuş kitabında qeyd olunur ki, Moskva Heydər Əliyevin müsəlman dünyasında malik olduğu nüfuzundan istifadə etməyə və bununla da bu ölkələrdə zəifləmiş təsirini bərpa etməyə çalışırdı. “Əliyev orta Şərqin marksist dairələrində məşhurdur” - bu faktı xüsusi olaraq vurğulayırdı. [6, s. 118]
Yaxın Şərqin müsəlman ölkələri ilə olan problemlərin həllində, onların istiqamətləndirilməsində Əliyevin imkanları və diplomaik bacarıqları əhəmiyyətli rol oynayırdı. 15 avqust 1983-cü ildə SSRİ də səfərdə olan Suriya Ərəb Respublikasının Xalq Şurasının sədri Mahmud Zuabini və səhiyyə naziri M.Kababanı qəbul etmiş, ikitərəfli münasibətlər müzakirə edilmişdi.
1984-cü ilin mart ayının 10-da onun Suriyaya səfəri zamanı həmin ölkə üçün, habelə digər qonşu müsəlman dünyası üçün vacib olan problemləri nizama qoymuşdu. Böyük tərkibdə buraya səfər edən Sovet nümayəndəliyinin başçısı H.Əliyev Suriya hakimiyyətində yaranmış münaqişəni həll etməklə yanaşı Livanın kommunist partiyasının Baş katibi J.Xayi ilə görüşür və region üçün vacib problemlərin həllinə kömək edir. [7] . Mərkəzi mətbuatda dərc olunmuş Sovet-Suriya kommünikesində BMT Təhlükəsizlik Şurasının İsrail qoşunlarının ləngimədən və qeyd şərtsiz olaraq Livandan çıxarılması haqqında qətnaməsi dəstəklənir. Yaxın Şərqdə sülh uğrunda Fələstin amilinin vacbliyi və Fələstin müqavimət hərəkatının saxlanmasının zəruriliyi haqqında danışılır, hər iki ölkənin bütün sahələrdə əlaqələrini möhkəmlətmək cəhdi qeyd olundu. [8]
SSRİ-nin rəhbərlərindən biri olaraq Heydər Əliyev dövlətin xarici siyasət kursunu özünəməxsus prinsipiallıqla və ardıcıllıqla aparırdı. Rəhbərlik etdiyi xarici səfərlərdə, apardığı danışıqlarda öz missiyasını peşəkar bir diplomat və dövlət xadimi kimi yüksək səviytyədə həyata keçirirdi. Xarici səfərlərində də özünəməxsus iş stili, həssaslığı, situasiyanı ələ almaq, insanların rəğbətini qazanmaq bacarığı onu fərqləndirirdi. Hətta protokol qaydasında etdiyi çıxışları, həyata keçirdiyi görüşləri, apardığı danışıqları hər dəfə qarşı tərəfin yaddaşında dərin iz qoyurdu.
Heydər Əliyevin SSRİ-nin beynəlxalq münasibətlər sistemində fəaliyyət sahəsi kifayət qədər geniş olmuşdur. Çox zaman mətbuatda və arxiv materiallarında quru və həddən artıq rəsmiyyətli informasiyanın arxasında görkəmli dövlət xadiminin gərgin əməyi dayanırdı. Belə görüşlərin və aparılan danışıqların gedişi haqqında məlumat az olsa da, əldə olunmuş nəticələr məhsuldar işdən xəbər verirdi.
1983-cü ilin yayında H.Əliyev ABŞ-ın Kənd təsərrüfatı naziri C. Blokla apardığı danışıqda sovet-amerikan münasibətlərinə dair məsələlər müzakirə olunur, taxıl alınması barəsində yeni müqavilə imzalanır. 8 sentyabr 1983-cü ildə Sov.İKP MK Siyasi Büronun iclasında H.Əliyevin ABŞ nümayəndəliyinin başçısı, ABŞ kənd təsərrüfatı naziri C.Blokla apardığı danışıq haqqında hesabatı dinlənilir. Bu görüşün nəticələri və bağlanmış müqavilə yüksək qiymətləndirilir. Orada K.U.Çernenko Blokun Amerikaya qayıdandan sonra bu görüş haqqında müsbət təəssüratları haqqında dediklərini diqqətə çatdırır. [9, л.2]
Heydər Əliyev Asiya və Afrikanın müsəlman olkələri ilə münasibətlərin qurulması və yüksək səviyyədə saxlanılmasında müstəsna rol oynamışdır. O, həmin ölkələrdə olmuş, Kremldə onların nümayəndələrini qəbul etmiş, bu olkələrlə işgüzar münasibətlərin saxlanmasına, dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini vermişdir.
31 may 1983-cü ildə Bolqarıstan XR-nın dövlət Şurasının sədri Todor Jivkov sovet rəhbərlərini, o cümlədən Əliyevi “Georgi Dimitrovun anadan olmasının 100 ili” medalı ilə təltif edir. 26 dekabr 1984-cü ildə Əliyev Bolqarıstan XR Nazirlər Sovetinin sədri Bojinovu qəbul edir. İqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur.
27 iyun 1986-cı ildə Əliyev Yuqoslaviyanın kommunistlər ittifaqının XIII qurultayında iştirak edir. 20 iyulda Simon Bolivarın 200 illik yubileyində iştirak edir. 2 avqustda meksikalıları qəbul edir. Onlar həm də Azərbaycanda oldular. Mərkəzi Amerikada vəziyyətin tənzimlənməsi məsələsi müzakirə olundu. 18 iyun 1984-cü ildə Əliyev Nikaraqua lideri D.Orteqo ilə ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir.
Heydər Əliyevin xarici siyasətlə bağlı fəaliyyətində sosia­list ölkələri ilə münasibətlərin tənzimlənməsi mühüm istiqamətlərdən birini təşkil edir.
Müxtəlif vaxtlarda Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Çexoslovakiya, Nikaraqua, Kuba dövlətlərinin rəsmi şəxsləri ilə danışıqlarda yaxından iştirak etmiş, onlarla əldə olunmuz iş birliyinə öz töhfəsini vermişdir.
Onun Vyetnam, Koreya Xalq Demokratik respublikası, Laos və Kampuçiya ilə əlaqələri həmin ölkələrlə ideya siyasi, ictimai-iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə, onların mövqelərinin güclənməsinə və təhlükəsizliklərinin təmin edilməsinə xidmət edirdi. 26 oktyabr 1983-cü ildə Heydər Əliyev sovet nümayəndəliyinin rəhbəri kimi Vyetnama səfər edir. Partiya və dövlət rəhbərləri ilə görüşlərdə hər iki dövləti narahat edən mühüm məsələlər müzakirə olunur. Nümayəndə heyəti böyük təsərrüfat obyektlərinə baş çəkərək bu sahədə əməkdaşlığın perspektivlərin nəzərdən keçirdirlər.
Danışıqlarda Cənubi-Şərqi Asiyada Hindçinin üç olkəsinin – Vyetnam, Laos və Kampuçiyanın siyasi ittifaqının möhkəmləndirilməsinin vacibliyi xüsusi vurğulanır. Bundan əlavə həmin ölkələrə, xüsusən Vyetnama iqtisadi yardım və elmi-texniki kömək göstərilməsi məsələləri danışıqlar predmeti oldu. Yekunda sovet-vyetnam birgə bəyanatı qəbul edilmişdi. Bu səfər çərçivəsində keçirilən görüşlər, aparılan danişiqlar, qəbul edilən sənədlər bu regionda Sovet dövlətinin mövqelərinin daha da möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli idi. Bu zaman rəsmi standartlarla yanaşı Heydər Əliyevin fərdi keyfiyyətləri, onun insanlarla işləmək, məsələlərə yanaşma xüsusiyyətləri aşkar şəkildə özünü büruzə verir və həyata keçirilən fəaliyyətin uğurunu bilavasitə təmin edirdi. [10]
Əliyev sovet xarici siyasət məsələləri ilə bağlı geniş bəyanatla çıxış etmişdi. Səfərin nəticələri Siyasi Büroda bəyənildi və iki dövlət arasında birliyin möhkəmlənməsinin yeni mərhələsi kimi qiymətləndirildi.
12 avqust 1985-ci ildə Əliyevin başçılığı altında nümayəndə heyəti Koreya Xalq Demokratik Respublikasının 40 illik yubileyini qeyd etmək üçün bu ölkəyə gedir və Əliyev böyük nitq ilə çıxış edir. [11]
12 noyabr 1986-cı ildə Heydər Əliyevin başçılğı altında nümayəndə heyəti Laosa gedir. O, qurultayda çıxış edir və sovet-Laos əməkdaşlığından, SSRİ-də ictimai siyasi vəziyyət, müasir beynəlxalq vəziyyətin, xüsusən Asiya-Sakit okean regionunda xüsusiyyətlərinə toxundu. Orada Kampuçiya partiya və dövlət nümayəndələri ilə də görüşmüşdür. [12]
Heydər Əliyevin diplomatik karyerasında Yaponiya xüsusi yer tuturdu. O, Yaponiyanın sol partiyalarının nümayəndələri ilə dəfələrlə görüşərək danışıqlar aparmış, 19 noyabr 1983-cü ildə Əliyev Demokratik Sosializm Partiyasının sədri R.Sasakinin başçılığı altında Yaponiyanın 4 siyasi partiyasının nümayəndəsini qəbul etmişdi, onların Sovet dövləti ilə olan münasibətlərinin istiqamətləndirilməsində mühüm rol oynamışdır. [13, л.40; 14, л.67-68
Afrika ölkələrindən Efiopiya, Anqola, Mozambiklə təmasda olmuş, bu ölkələrlə münasibətlərdə öz xidmətini göstərmişdir. 24 mart 1984-cü ildə Əliyev Sovet-Efiopiya danışıqlarında iştirak edir. Mart ayının 30-da o, Menqistu Xayle Mariamla görüşərək, onunla ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
25 oktyabr 1986-ci ildə Mozambik prezidenti S.Maşelin dəfnində iştirak etmək üçün yola düşür. Yolda Yəmən XDRdayanır, Yəmənin partiya və dövlət xadimləri ilə görüşür. Maputuda dəfndə iştirak edən Əliyev orada Nikaraquanın vitse prezidenti Ramireslə, Anqolanın prezidenti J.E. duş Santuş, ADR Nazirlər Sovetinin sədri V.Krolikovski, Efiopiyanın nümayəndəsi Voderess, Kuba nümayəndəsi Vaqldeslə danışıqlar aparır. Həmin görüşlərdə Heydər Əliyev Sovet dövlətinin Xarici siyasət xəttini yüksək səviyyədə təmsil edir. [15, л.20,26]
Heydər Əliyevin SSRİ ali hakimiyyətində rəhbərlik etdiyi dövrlərdə bütün istiqamətlərdə nümayiş etdirdiyi peşəkarlıq, əldə etdiyi uğurlar heç də həmişə layiqincə qiymətləndirilmir. Xüsusən M.Qorbaçovun hakimiyyəti dövründə onun uğurları qısqanclıqla qarşılanır. Buna görə də 1985-1987-ci illərdə onun diplomatik münasibətlər sahəsində fəaliyyətinin qəsdən məhdudlaşdırıldığı müşahidə olunurdu.
Heydər Əliyevin diplomatik səriştəsi və zəngin təcrübəsi özünü daha parlaq nəticələrini Müstəqil Azərbaycanın quruculuğu dövründə göstərdi. Onun Sovet dövlətini təmsil etdiyi dövrdə beynəlxalq münasibətlər sistemində qazandığı nüfuz, qırılmaz əlaqələr Müstəqillik dövründə Azərbaycanın xarici siyasətinin qurulmasında, onun beynəlxalq imicinin formalaşmasında və dünya miqyasında təsdiqində əvəzsiz rol oynamışdır.


Ədəbİyyat
1. M.Qasımlı. heydər Əliyev – istiqlala gedən yol.(1969-1987-ci illər), Bakı, Bakı Universiteti nəşriyyatı,2006.
2. Kommunist qəzeti, 1981, 28 1yul
3. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi yanında Siyasi sənədlər Arxivi (ARPİİSSA)f.1, siy.67,iş.177,
4. Azərbaycan SSR Ali və orta İxtisas Nazirliyinin Arxivi (AOİTNA): f.1, siy.9, iş.164
5. Саядов С.А. Азербайджан: Международные связи и взаимопонимание. Баку,Азернешр, 1991
6. Medvedev Zh. Andropov. Neü York, London, W.W. Norton and Company, 1983
7. Pravda 1984, 12 mart, )
8. Газ. «Правда» от 14 марта 1983 года
9. Российский Государственный Архив Новейшей Истории (РГАНИ), ф.89, оп.42, д.54
10. Газ. «Правда» от 1 ноября 1983 года
11. Газ. «Правда» от 15 августа 1983 года
12. Газ. «Правда» от 13ноября 1986 года
13. Государственный Архив Российской Федерации(ГАРФ), ф. 5446, оп.152,д.9, л.40
14. ГАРФ, ф. 5446, оп.152,д.13
15. ГАРФ, ф. 5446, оп.152,д.17

Açar sözzlər: Heydər Əliyev; diplomatik fəaliyyət; Şərq ölkələri, SSRİ, Azərbaycan Respublikası
Ключевые слова: Гейдар Алиев; дипломатическая деятельность; Восточные страны, СССР; Азербайджанская Республика
Key words: Heydar Aliyev; Diplomatic activities; Eastern countries, the USSR; The Republic of Azerbaijan

РЕЗЮМЕ
Ибрагим Алиев
Заслуги Гейдара Алиева в области международных отношений Советского Союза
В статье исследуются роль и заслуги занимавшегося различные должности в высшей власти партии и государства страны Гейдара Алиева в сфере международной жизни Советского Союза. Здесь также освещены его деятельность в период руководства им Азербайджанской ССР по продвижению культуры, историю, достижений республики в мировом масштабе. Особое внимание уделяется в статье его деятельности в дипломатической сфере, когда он был одним из членов политбюро ЦК КПСС и Первый заместитель Председателя Совета Министров СССР. Отмечается, что его богатый опыт в этой сфере сыграли незаменимую роль в становлении и ведении внешнеполитического курса независимой Азербайджанской Республики.

SUMMARY
Ibrahim Aliyev
Heydar Aliyev’s merits in the field of international relations of the Soviet Union
The article examines the role and merits of Heydar Aliyev in the sphere of the international life of the Soviet Union. It also highlights his activities during the period when he led the Azerbaijan SSR to promote culture, history, achievements of the republic in the world. Particular attention is given in the article of its activity in the diplomatic sphere, when he was a member of the Politburo of the Central Committee of CPSU and First Deputy of the Chairman of the USSR Council of Ministers.
It is noted that his rich experience in this field played an irreplaceable role in the formation and conduct of the foreign policy course of the independent Azerbaijan Republic.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May- İyun 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM