Cənubi Qafqaz Avropanın və Asiyanın kəsişməsində yerləşməsi ilə böyük geostrateji əhəmiyyət kəsb edir. Bu bölgə hələ XVIII-XIX əsrlərdən etibarən həmin dövrün böyük dövlətlərinin mübarizə mərkəzinə çevrilmişdi. Bir tərəfdən Rusiya, bir tərəfdən Osmanlı dövləti və bir tərəfdən də İran bu bölgədə möhkəmlənməklə həm işğalçılıq planlarını həyata keçirməyə çalışır, həm də bölgənin iqtisadi imkanlarını, xüsusilə də təbii sərvətlərini nəzarət altına keçirmək istəyirdilər. Qarşıya qoyulan məqsədə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə olunurdu. I Pyotrun hakimiyyətə gəlməsi ilə kifayət qədər möhkəmlənən və dövlətin sərhədlərini xeyli genişləndirməyə nail olan Rusiya hərbi qüvvələrə arxalanmaqla bərabər, Cənubi Qafqazda olan ermənilərdən də bəhrələnməyə çalışırdı. Azərbaycan ərazisinə səpələnmiş olan erməniləri öz tərəfinə çəkməyə çalışmaqla Rusiya Cənubi Qafqazda özünün dayaq nöqtəsini yaratmaq istəyirdi.
Ermənilər isə Rusiyanın bölgəyə işğalçılıq məqsədi ilə olan yürüşlərini həvəslə dəstəkləyirdilər. Çünki Asiyanın bir sıra ölkələrinə səpələnmiş olan ermənilər ümid edirdilər ki, Rusiyanın köməyi ilə özlərinə bir vətən yarada biləcəklər. Sayca azlıqda olmalarına və səpələnmiş şəkildə yaşamalarına baxmayaraq Cənubi Qafqazda erməni dövlətinin yaradılması onlar üçün daha inandırıcı görünürdü. Osmanlı dövlətinin və Səfəvi dövlətinin tərkibində ermənilərin nisbətən toplu şəkildə yaşadıqları ərazilərdə erməni dövləti yaratmaq mümkün deyildi. Kifayət qədər gücə malik olan Osmanlı dövləti və Səfəvi dövləti buna imkan verməzdi. Cənubi Qafqazda isə erməni dövləti yaratmaq ideyası daha real görünürdü. Bir tərəfdən bu ərazilər həm Osmanlı dövləti, həm də Səfəvi dövləti uçun ucqar ərazilər olmaqla nəzarətdən çox uzaq idi və orada istənilən qədər hərbi qüvvə saxlamaq çətin idi. Ermənilər burada daha sərbəst fəaliyyət göstərə bilərdilər. Digər tərəfdən də Rusiya Cənubi Qafqaza gəlməklə erməniləri müdafiə edə bilərdi.
1722-23-cü illərdə rus qoşunları Dərbənddən Bakıya qədər olan Xəzəryanı əraziləri işğal edəndə Azərbaycan ərazisinə səpələnmiş ermənilər bundan sevinib öz silahlı dəstələrini təşkil etdilər və onlar Şamaxıda rus qoşunları ilə birləşmək istəyirdilər (1, s.65). Osmanlı qoşunlarının təzyiqi ilə üzləşən rus qoşunları Şamaxıya, Gəncəyə və Qarabağa tərəf hərəkət edə bilmədi. Onda Rusiya dövləti ermənilərə təklif etdi ki, Xəzəryanı ərazilərə köçsünlər. Onlara vəd olunurdu ki, burada onlar üçün ən yaxşı şərait yaradılacaq, torpaqlar veriləcəkdir, yerli əhali buna narazı olduğu halda öz yerlərindən köçürülməli və onların evləri ermənilərə verilməli idi. Bu məsələ ilə bağlı Rusiya çarının xüsusi fərmanı da imzalanmışdı (2, s.143).
Amma rus qoşunları tezliklə geri çəkildilər və Rusiyanın erməniləri Xəzərsahili ərazilərə köçürmək planı baş tutmadı.
XVIII əsrin ortalarından etibarən indiki Azərbaycanda müstəqil xanlıqlar (kiçik dövlətlər) yarandı. Bu dövlətlərin hər biri 70-80 il mövcud oldu. XIX əsrin əvvəllərindən Rusiya yenidən Cənubi Qafqazı işğal etməyə başladı. Bu işğalçılıq planlarının həyata keçirilməsində yenə də ermənilər Rusiyaya yaxından kömək etdilər. Rusiya ermənilərə söz verdi ki, Cənubi Qafqazı işğal edəndən sonra onlara xüsusi qayğı göstəriləcəkdir. Ermənilər isə istəyirdilər ki, ruslara göstərdikləri kömək əvəzində İrəvan vilayətinin (xanlığının) ərazisində Erməni dövləti yaradılsın. Bu dövlət Rusiyanın tərkibində mövcud olmalı idi (3,s.73).
Rusiya 30 ilə yaxın İrəvan xanlığının işğal edilməsi uğrunda mübarizə apardı. İrəvan xanlığı 1827-ci ildə işğal edildi. Erməni tarixçilərinin çoxu o zaman vilayət əhalisinin əksəriyyətinin azərbaycanlı olmasını gizlədirlər. Amma bəziləri etiraf edirlər ki, o zaman vilayət əhalisinin yalnız 33,8 faizi ermənilər idi (4, s.27-28). Fransız səyahətçisi Jak Şardenin verdiyi məlumata görə isə İrəvan qalası daxilində heç bir nəfər də olsa erməni yaşamırdı (5, s.25).
Ermənilər güman edirdilər ki, İrəvan Azərbaycan vilayəti ərazisində özlərinə dövlət yarada biləcəklər. Amma Rusiya onlara belə şans vermədi. Çünki əmin idilər ki, ermənilərə müstəqil dövlət verilsə, onlar rusların da nəzarəti altından çıxacaqlar. Ona görə əvvəlcə İrəvan vilayəti ərazisində Müvəqqəti İdarəetmə Komitəsi yaradıldı . Bu Komitənin üç üzvündən biri erməni yepiskopu Nerses idi. Rus generalları tezliklə onun Rusiya maraqlarına cavab verən bir şəxs olmadığını görəndə onu vəzifədən azad etdilər və Bessarabiyaya sürgün etdilər (6, s.265).
1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi imzalanandan sonra isə İrəvan vilayəti ərazisində Erməni vilayəti yaradıldı və tamamilə rusların hakimiyyəti altına verildi. Lakin ruslar İranla və Türkiyə ilə sərhəddə azərbaycanlıların sayının çox olmasından ehtiyat edirdi. Ona görə də Cənubi Qafqazın İranla və Osmanlı dövləti ilə sərhəd xətti boyunca xristian erməniləri yerləşdirməklə Rusiya özünə təhlükəsizlik zonası yaratmağa başladı. 1828-ci ilin fevralında İranla imzalanmış Türkmənçay müqaviləsinə və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə imzalanmış müqaviləyə əsasən İran və Osmanlı ərazisində yaşayan ermənilərin Cənubi Qafqaza, azərbaycanlılar yaşayan ərazilərə köçürülməsinə nail oldu. Türkmənçay müqaviləsinin XIV maddəsinə əsasən İran ərazisində yaşayan ermənilər Azərbaycanın Qarabağ, İrəvan və Naxçıvan xanlıqları ərazisinə köçürülməli idi (7, s. 325).
Ermənilərin İrandan Azərbaycan torpaqlarına köçürülməsi üçün Rusiya tərəfindən xüsusi komitə yaradıldı və milliyyətcə erməni olan rus qoşunları polkovniki Lazarev bu komitənin rəhbəri təyin edildi. Qısa müddət ərzində ermənilərin İrandan köçürülməsinə başlandı. Türkmənçay müqaviləsindən sonra İran ərazisindən 6976 ailə və ya 35560 nəfər erməni Azərbaycan ərazisinə köçürüldü. Onlardan 2557 ailə Naxçıvan ərazisində, 1395 ailə İrəvan xanlığı ərazisində, 3000 ailə və ya 15 min nəfər isə Qarabağda yerləşdirildi (8, s.106).
Osmanlı ərazisindən köçürülənlərlə birlikdə iki il ərzində Erməni vilayətində yaşayan ermənilər 22500 nəfərdən 64450 nəfərə çatdırıldılar. Naxçıvanda olan 2150 nəfər erməninin sayı 13771 nəfərə çatdırıldı (8, s.230).
Erməni tarixçiləri isə etiraf edirlər ki, təkcə İran ərazisindən 8249 erməni ailəsi və ya 45 min erməni İrəvan, Naxçıvan və Qarabağ ərazisinə köçürüldü (4, s.27-28).
Osmanlı dövlətindən köçürülənlər də nəzərə alınmaqla 1828-1830-cu illər ərzində Qarabağa isə 40 min erməni İrandan, 90 min erməni isə Osmanlıdan köçürüldü (7, s.34). Halbuki erməni tarixçiləri də etiraf edirlər ki, Türkmənçay müqaviləsindən əvvəl Qarabağda yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Daha doğrusu orada 48512 nəfər azərbaycanlı, 21740 nəfər erməni yaşayırdı (9,s.156).
Özlərinə vətən axtarışında olan ermənilərin azərbaycanlılar yaşayan ərazilərdə sayları artandan sonra məhz həmin ərazilərdə vətən yaratmaq arzuları gücləndi. Xüsusilə XİX əsrin ortalarında və sonlarında Osmanlı ərazisində muxtariyyət almaq planları baş tutmayanda ermənilər bütün diqqətlərini Cənubi Qafqaza çevirdilər. Çünki ermənilərin toplu şəkildə yaşadıqları yer Qarabağ və İrəvan vilayəti idi.
1890-cı ildə vətən axtarışında olan erməni millətçiləri “Daşnaksütyun” adlı daha bir siyasi təşkilatı yaratdıqlarını elan etdilər. Bu təşkilat rəsmən elan etdi ki, ermənilər qarşılarına qoyduqları məqsədə çatmaq üçün silahlı vasitələrdən istifadə etməli, özünün silahlı dəstələrini yaratmalıdır. Partiyanın 1892-ci ildə keçirilən ilk qurultayında zinvorlardan (əsgərlərdən) ibarət erməni silahlı dəstələrinin yaradılması haqqında qərar qəbul etdi (11, s.10). Bu silahlı dəstələr erməni planlarının həyata keçirilməsi üçün həm Osmanlı Türkiyəsi ərazisində, həm də Cənubi Qafqazda terror aksiyaları həyata keçirməli idi. Elə XIX əsrin sonlarında Daşnaksütyun partiyasının terror etmək üçün kifayət qədər böyük imkanları var idi və bu yolla bu partiya Osmanlı Türkiyəsi ərazisində öz məqsədlərinə nail olmaq istəyirdi (10). Bunun üçün ermənilər “xumba” adlanan xüsusi erməni dəstələri də təşkil etmişdilər. Daşnaksütyun partiyasının qərargahı Cənubi Qafqaz da yerləşdiyi üçün bu partiyanın rəhbərliyi altında ilk terror təşkilatı da Cənubi Qafqazda təşkil edildi. Belə xumbalardan birinə Kukucanyan rəhbərlik edirdi və bu dəstə terrorların təşkil edilməsi üçün Türkiyə ərazisinə keçdi. Sonradan bu dəstə ruslar tərəfindən tərksilah edildi. Başqa bir erməni xumbası isə İran ərazisindən Türkiyəyə keçdi və orada terrorlar törətməyə başladı (11, s.10).
Terror qruplarının yaradılması üçün partiya üzvləri çox fəal iş aparırdılar. Onlar xüsusilə Cənubi Qafqaz ərazisində məskunlaşmış erməni gənclərini terror dəstələrinə cəlb etməyə çalışırdılar.
Daşnaksütyun partiyasının rəhbərliyi altında Cənubi Qafqazda iki müstəqil terror şəbəkəsi yaradılırdı. Bu şəbəkələrdən biri partiyanın silahlı dəstələri idi. Həmin dəstələr qeyri-qanuni şəkildə, gizli olaraq yaradılır və gizli yolla əldə edilmiş silahlarla silahlandırılırdılar. Həmin dəstələrin (xumbaların) üzvlərinin sayı böyük ola bilərdi və bu dəstələr daha böyük qırğınların, silahlı basqınların həyata keçirilməsi üçün istifadə edilirdi.
İkinci erməni terror şəbəkəsi isə Daşnaksütyun partiyasının Mərkəzi komitələrinin nəzdində yaradılırdı. Bu şəbəkə peşəkar terrorçulardan ibarət şəbəkə idi. Daşnaksütyun partiyasının iki mərkəzi ofisi vardı. Onlardan biri Avropada yerləşirdi və Qərb bürosu adlanırdı. Digəri isə Tiflisdə yerləşirdi və Şərq bürosu adlanırdı. Cənubi Qafqazda Daşnaksütyun partiyasının bütün fəaliyyətinə Şərq bürosu rəhbərlik edirdi. Cənubi Qafqazın böyük şəhərlərində isə Daşnaksütyun partiyasının mərkəzi komitələri yaradılmışdı. Tək Azərbaycan ərazisində bu partiyanın dörd mərkəzi komitəsi vardı və onlar Bakıda, Şuşada, Gəncədə və Naxçıvanda yerləşirdilər (12). Daşnaksütyun partiyasının hər bir mərkəzi komitəsi özünün terrorçu dəstəsini yaratmalı idi. Yəni, təkcə Azərbaycan ərazisində ermənilərin dörd peşəkar terrorist dəstəsi var idi. Mərkəzi komitələrin şöbələrinin isə terror dəstələri yaratmaq səlahiyyəti yox idi. Şöbələr çalışıb mərkəzi komitələrin terror dəstələrinin yaradılmasına kömək etməli idilər.
Mərkəzi komitələrin nəzdində olan terror dəstələrinə adətən 40-100 nəfər daxil olurdu. Cənubi Qafqazdakı ən böyük erməni terrorçu dəstəsi Tiflisdəki Mərkəzi komitənin nəzdində yaradılmışdı. Bu dəstənin üzvlərinin sayı 150 nəfər idi. Tiflisdə şəhərin özündə fəaliyyətə məsuliyyət daşıyan mərkəzi komitə var idi, bir də bütün Cənubi Qafqazdakı mərkəzi komitələrə rəhbərlik edən Şərq bürosu var idi. Şərq bürosunun nəzdində də ayrıca bir terror dəstəsi yaradılmışdı. Bu dəstənin üzvləri Şərq bürosunun qərarı ilə Cənubi Qafqazın müxtəlif məntəqələrinə yollanır və orada terror aktları törədirdilər.
1904-cü ildə Daşnaksütyun partiyasının hərbi nizamnaməsi çap olundu. Bu nizamnamə (instruktion) terrorçulara rəhbərlik üçün sənəd idi. Orada zinvorların həm terror tapşırıqlarının icrası zamanı, həm də dinc vaxtlarda vəzifələri öz əksini tapmışdı (13).
1905-07-ci illərdə Rusiyada fəhlə inqilabı baş verəndə erməni millətçiləri də Cənubi Qafqazda güclərini yoxlamağı qərara gəldilər. Bu vaxt Cənubi Qafqazda həm terror dəstləri yaradılmışdı, həm də kütləvi qırğınlar aparmaq üçün silahlı dəstələr yaradılmışdı. Daşnaksütyun partiyası Cənubi Qafqazda İsveçrədəki kantonların oxşarı olan muxtariyyətə nail olmaq istəyirdi (14). Bu muxtariyyət (kanton) sonradan ermənilərin vətəninə çevrilməli idi. Silahlı dəstələr vasitəsilə çox böyük ərazilərdə azərbaycanlı əhali qırılmalı, təmizlənməli və ermənilərin nəzarəti altına alınmalı idi. Buna onlar asanlıqla nail olurdular. Çünki, azərbaycanlıların erməni silahlı dəstələrinə cavab verəcək dəstələri yox idi (11, s.19).
1905-09-cu illər ərzində erməni terror dəstələri tərəfindən isə Cənubi Qafqaz ərazisində 200-dən artıq terror aktı yerinə yetirildi (15). Erməni terrorçuları hətta onların fikirləri ilə razılaşmayan ermənilərin özlərinə qarşı da terrorlar təşkil edirdilər (16, s.23)
Qanunsuz erməni silahlı dəstələrinə rəhbərlik etmək üçün daşnak partiyasının xüsusi proqramı var idi. Bununla əlaqədar Bolqarıstanda erməni zabitləri hazırlayan kurs yaradıldı. 1907-ci ildə həmin kursu 53 erməni zabiti bitirdi və onlar hamısı Cənubi Qafqaza göndərildi. Qanunsuz erməni silahlı dəstələrinin sayı artanda Baş Hərbi Şura yaradıldı. Bu Şuranın tərkibinə keçmiş hərbçilər daxil idilər. Şuranın nəzdində Baş Qərargah (genaral staff) da yaradılmışdı. Baş Qərargah və Baş Hərbi Şura mərkəzi komitələrin nəzdində yaradılmış hərbi şuraların işinə rəhbərlik edirdi. Bu şuralara isə yüz nəfərlik dəstələrin komandirləri daxil idilər (17). Daşnak hərbi qüvvələri yalnız öz partiyasının əmrlərini yerinə yetirirdi. Bu partiyanın Cənubi Qafqazdakı əsas fəaliyyəti isə azərbaycanlılara qarşı istiqamətlənmişdi. Çünki onlar əsasən azərbaycanlılar yaşayan əraziləri təmizləyib orada erməni dövləti yaratmaq istəyirdilər.
Daşnak partiyası topladığı pul hesabına çoxlu sayda silah və sursat da alırdı. 1905-07-ci illər fəhlə inqilabının baş verdiyi illərdə çar polisi təkcə Bakı və Gəncədə apardığı axtarışlar zamanı daşnak partiyasının silah anbarlarından 10 min ədəd tüfəng, 1 milyondan artıq güllə, 1000-dən artıq bomba və çoxlu revolver ələ keçirmişdi (17). Bir daha qeyd etmək lazımdır ki, ermənilər Cənubi Qafqazda dövlətə qarşı müharibə aparmırdılar, gürcülərlə də münasibətləri elə də kəskin deyildi. Bu silahlar və silahlı dəstələr bütünlüklə azərbaycanlılara qarşı çevrilmişdi. Yeri düşəndə onlardan Türkiyəyə qarşı da istifadə edilirdi.
Bütün bunların nəticəsi idi ki, 1905-ci il qırğınlarında minlərlə azərbaycanlı qətlə yetirildi.
Birinci dünya müharibəsinin başlanması ermənilərə yenidən ümid verdi ki, böyük dövlətlərin köməyi ilə Türkiyə ərazisində erməni dövləti yarada biləcəklər. Bunun üçün onlar yenidən fəaliyyətə başladılar. Daşnak partiyası və digər partiyalar həm Türkiyə ərazisindəki erməniləri, həm də Cənubi Qafqazdakı erməniləri bu müharibəyə cəlb etdilər. Mövcud olan məlumatlara görə, Türkiyə ərazisində 60 min erməni Osmanlı ordusu tərkibində idi (13, s.23). Rus ordusunun tərkibində isə 300 minə qədər erməni var idi (19, s.296). Onların da əksəriyyəti Qafqaz cəbhəsində türklərə qarşı vuruşurdu. Məlumdur ki, Türkiyə ordusunda olan ermənilər türk ordusuna qarşı təxribatlar həyata keçirirdilər. Onlar arxadan türklərə zərbə endirir, türk kəndlərini yandırıb talayır. Qarşı tərəfdən də rus qoşunları tərkibində olan ermənilər türk əhalisini qırırdı.
Türkiyə ordusundan qaçan ermənilər də ayrıca dəstələr yaradıb onlar da türkləri qırmağa başladılar. Belə bir şəraitdə Osmanlı Türkiyəsi cəbhə xətti boyunca yerləşən erməniləri ölkənin cənubuna köçürməyi qərara aldı (20, s.26).
Rus ordusunda olan ermənilərdən başqa ermənilər I Dünya Müharibəsi dövründə özlərinin müstəqil silahlı dəstələrini (drujinalarını) yaratmışdılar. Dörd belə dəstə yaradılmışdı və onların hər birinin tərkibində 985 nəfər silahlı var idi (19, s.296). Sonradan bu dəstələrin sayı 9-a çatdırıldı. Bu dəstələrdən birinə Andronik Ozanyan rəhbərlik edirdi. Həmin dəstələr əvvəlcə Türkiyə ərazisində fəaliyyətə başladılar. Oradan qovulandan sonra isə onlar Zəngəzur və Qarabağda azərbaycanlıları qırmağa başladılar.
1915-ci il mart ayının 18-də Rusiya, Fransa və İngiltərə arasında Konstantinopol müqaviləsi bağlandı və bu müqaviləyə əsasən I Dünya müharibəsində qələbədən sonra Türkiyə ərazisi bu dövlətlər arasında bölüşdürülməli idi (11, s.30). Böyük dövlətlər ermənilərə söz versələr də bu müqavilədə Türkiyə ərazisində onlara muxtariyyət verilməsi nəzərdə tutulmurdu. Ermənilər anlayanda ki, Türkiyə ərazisində dövlət qurmağa nail olmayacaqlar, onda bütün güclərini Cənubi Qafqaza topladılar və bundan sonra azərbaycanlı əhaliyə qarşı qırğınlar daha da artdı.
1917-ci ildə Rusiyada fevral inqilabı baş verəndən sonra Cənubi Qafqazda milli hərəkatlar gücləndi. Bu dövrdə Cənubi Qafqazın Moskvadan asılılığı kəsildi və Cənubi Qafqazın idarə edilməsi üçün əvvəlcə Xüsusi Komitə, sonra da Zaqafqaziya Komissarlığı yarandı. 1918-ci ilin yanvar ayının 5-də bolşeviklər Moskvada Müəssislər Məclisini (Bolşeviklərin ilk parlamenti) dağıdandan sonra onun Cənubi Qafqazdan olan deputatları Zaqafqaziya seymini yaratdılar. 1918-ci ilin may ayının 26-28-də Zaqafqaziya seyminin gürcü deputatları Gürcüstanı, azərbaycanlı deputatları Azərbaycanı müstəqil etdilər. Erməni deputatlar da özlərinin müstəqil dövlətlərini yaratdıqlarını elan etdilər. Azərbaycanlılar və gürcülər üçün müstəqil dövlətin hansı ərazilərdə yaradacaqları məlum idisə, ermənilər bilmirdilər ki, öz dövlətlərini hansı ərazidə formalaşdırsınlar. Onda erməni deputatlar azərbaycanlı deputatlara müraciət etdilər ki, Azərbaycan tərəfi İrəvanın erməni dövlətinin paytaxtı elan edilməsinə icazə versinlər. Azərbaycanın Milli Şurası 29 may 1918-ci il tarixli iclasında bölgədə sülhün əldə edilməsi və dinc qonşuluq şəraitində yaşamaq xatirinə İrəvənın ermənilərə güzəştə gedilməsinə razılıq verdi. Azərbaycan Nazirlər Şurasının sədri Fətəli xan Xoyskli bununla əlaqədar yazırdı ki, biz İrəvanı ermənilərə güzəştə getdik. Bununla müharibəyə son qoyulacaq (21).
Milli respublikalar yaradılandan sonra milli orduların da yaradılmasına başlandı. Ermənilər və gürcülər bunu asanlıqla etdilər. Qafqazdakı rus ordusu tərkibində çoxlu erməni var idi. Rusiyanın Qafqaz ordusu ləğv ediləndə ermənilər erməni ordusunun tərkibinə keçdilər. Bundan başqa daşnak partiyasının özünün dəstələri var idi. Rusiya çarizmi müsəlman olduqları üçün azərbaycanlıları orduya qəbul etmirdi. Ona görə Azərbaycan üçün yeni ordu yaratmaq çox çətin oldu.
İrəvan ermənilərə güzəştə gedilsə də ermənilər müharibəni dayandırmadılar. Çünki onlar yalnız İrəvan ətrafında onlara verilmiş ərazilərlə razı deyildilər. Onlar Zəngəzuru, Naxçıvanı və Qarabağı da Azərbaycandan qoparmaq istəyirdilər. Bunun üçün də erməni ordusu və erməni terror dəstələri birləşərək Zəngəzurda, Naxçıvanda və Qarabağda azərbaycanlı əhalini qırmağa başladı. Bakı şəhərində əsasını ermənilər təşkil edən Sovet hakimiyyəti qüvvələri ilə erməni daşnak silahlı dəstələri birləşərək Bakıda, Şamaxıda, Qubada kütləvi qırğınlar həyata keçirdilər. Təkcə Bakıda 15 min azərbaycanlı qətlə yetirildi (22, s.4,8). Quba şəhərində çoxlu sayda azərbaycanlı qətlə yetirilib bir quyuya atıldı. Həmin quyu bu günlərdə aşkar edilib və indi onun üzərində qazıntı işləri aparılır. İndiyə kimi oradan 200 nəfərə yaxın adamın sümükləri çıxarılıb.
Azərbaycanda erməni qırğınlarının qarşısını almaq çətin olanda Azərbaycan dövləti Osmanlı Türkiyəsinə müraciət edib hərbi yardım istədi. Türkiyə hərbi qüvvələrinin yardımı ilə bu qırğınların qabağını saxlamaq və Bakı şəhərini sovet-daşnak qüvvələrindən azad etmək mümkün oldu. Birinci Dünya müharibəsinin nəticələrinə görə Türkiyə hərbi qüvvələri Azərbaycanı tərk etdi və Cənub Qafqaza ingilis hərbi qüvvələri daxil oldu.
Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlı əhaliyə qarşı davam edən erməni qırğınlarının qarşısını saxlamaq mümkün olmadı. Naxçıvanda azərbaycanlıların qırılması elə bir miqyas aldı ki, Türkiyə hərbi qüvvələri bir daha azərbaycanlıların yardımına gəldi və Naxçıvan əhalisini məhv olmaqdan xilas etdi. Bolşeviklərin birbaşa müdaxiləsi ilə ermənilər Zəngəzuru da Azərbaycandan ayıra bildilər. Dağlıq Qarabağa isə 1923-cü ildə muxtariyyət statusu verildi. Amma ermənilər bununla da razılaşmadılar və onun nəticəsidir ki, burada müharibə bu gün də davam edir.
Mənbə və ədəbİyyat
1. Лысцов В.П. Персидский поход Петра 1 . Москва, 1951
2. Мустафазаде Т.Т. Азербайджан и Русско-турецкие отношения в первой трети XVIII в. Баку, 1993
3. Парсамян В.А. История Армянского народа. Книга 1, Ереван, 1972
4. Присоединение Восточной Армении к Росии и его исторические значение. Ереван, 1978
5. Süleymanov M. İrəvanxanlığınınRusiyayabirləşdirilməsitarixindən. Bakı, 1997
6. Акты Кавказской Археологической Комисии. Том 8, Тифлис, 1866
7. Garabagh. Baku, 2005
8. Вердиева Х.Ю. Переселенческая политика Российской империи в Северном Азербайджане ( Х1Х- начале ХХ в.) Баку, 1999
9. Галоян Г. Россия и народы Закавказья. М., 1976
10. FiruzKazemzadeh. The struggle for Transcaucasiya. NevvYork. 1951
11. AzərbaycanRespublikasıSiyasiPartiyalarvəİctimaiHərəkatlarArxivi (AR SPİHA), fond 276, siyahı 8, qovluq, vərəq 31
12. AR SPİHA, fond 276, siyahı, 8, qovluq 276, v.98-99
13. AR SPİHA, fond 276, siyahı 8 qovluq 256, v.9
14. AR SPİHA, fond 276, siyahı 9 qovluq 66, v.151
15. AR SPİHA, fond 276, siyahı 9 qovluq 66, v.152
16. Christofer J. Walker. Armenia and Karabakh. London, 1991
17. AR SPİHA, fond 276, siyahı 8 qovluq 259, v.31-32
18. AR SPİHA, fond 276, siyahı 8 qovluq 263, v. 38, 60, 70
19. Арутунян А.О. Кавказский фронт 1914-1917. Ереван, 1971
20. Гурко-Кряжин. Армянский вопрос. Баку, 1990
21. AzərbaycanRespublikasıDövlətArxivi(ARDA), fond 970, siyahı 1, qovluq 4, v.12
22. MuradzadəMəhəmməd Mart hadiseyi-əliməsiBakı, 1996
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM