Erməni millətçilərinə ibrət olacaq bir məktub haqqında

12:48 / 22.05.2014

   Məlumdur ki, erməni millətçi təbliğatının özünəməxsus ənənələri vardır və artıq neçə onilliklərdir ki, bu təbliğatdan erməniliyin təfəkkürünün korlaşmasında, erməniliyin millətçi hisslərinin qızışdırılmasında, qonşu xalqlara və o cümlədən də türkçülüyə qarşı ümummilli nifrət və psixozun formalaşdırılmasında məqsədyönlü şəkildə istifadə edilir. Hətta SSRİ-nin sərt ideoloji tələbləri dövründə belə kommunist cildində olan ermənilər onların milli mənsubiyyətinin mahiyyətindən irəli gələn millətçi təbliğatı, öz ardıcıllarının vətəndaşı olduğu dövlətin ideoloji normaları ilə zidd olan millətçilik ruhunda tərbiyələndirilməsini ciddi maneəyə rast gəlmədən davam etdirirdilər. Doğrudur, ermənilərin millətçi təbliğat yolunu tutmaları müəyyən vaxtlarda Azərbaycanın ictimai-siyasi dairələri tərəfindən etirazla qarşılanırdı. Amma mərkəzdə kök salmış havadarlarının açıq və ya gizli dəstəyi ilə ermənilər bu istiqamətdəki fəaliyyətlərindən heç də əl çəkmirdilər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin çoxsaylı qiymətli sənədləri arasında sovet dövrünün erməni millətçiliyinin ifşasına həsr olunmuş maraqlı bir məktub saxlanmaqdadır (Fond 1, siyahı 23, iş 713, vərəq 1-4). Bu məktub RəmziYüzbaşov adlı Bakı sakini tərəfindən 14 mart 1972-ci il tarixində yazılaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə göndərilmişdir. Məktub erməni müəllifi Con Kirokosyanın 1971-ci ildə rus dilində çap olunmuş "Qərbi Ermənistan I Dünya müharibəsi illərində" kitabında özünə yer almış millətçi baxışların təhlilinə həsr edilmişdir.

Qeyd etmək lazımdır ki, Con Kirokosyan demək olar ki, bütün həyatını Ermənistanda partiya və dövlət vəzifələrində keçirmiş, Ermənistan KP Mk-da məsul işçi, şöbə müdiri, Ermənistan Radio və Televiziya Komitəsinin sədri və Ermənistan Xarici İşlər naziri olmuş, beş dəfə Ermənistan Ali Sovetinə deputat seçilmişdi. Bununla belə, o, xidmətində olduğu dövlətin ideologiyasını deyil, erməniliyin tərkib hissəsi olan millətçiliyi özünə əqidə seçmişdi. Bir neçə kitab müəllifidir. Onun məktubda adı çəkilən kitabdan başqa "Gənctürklər tarixin məhkəməsi qarşısında (1989) adlı kitabı da türkçülüyə qarşı çox açıq şəkildə acı nifrət aşılayan təbliğat materialıdır və sovet dövründə bu kitabların təkrar-təkrar necə çap edilməsi təəccüb doğurur.

Məktub müəllifi olan Rəmzi Yüzbaşov C.Kirokosyanın millətçi əsərinə qarşı yazdığı məktubun mətbuatda çap olunmayacağını görünür özü də hiss edirmiş. Ona görə məktubu ünvanladığı Azərbaycan KP MK-nın əməkdaşlarından xahiş edirdi ki, tanışlıqdan sonra onun məktubu arxivə verilsin.

Bu məktub sovet dövründə yazılmış bir məktubdur. Ona görə sözsüz ki, məktubda dövrün tələblərindən irəli gələn ifadələr, baxışlar mövcuddur. Bununla belə, həmin məktub erməni millətçiliyinin ifşa olunması, Azərbaycan ziyalılarının bu millətçiliyə münasibətinin aydınlaşdırılması baxımından maraq kəsb edə bilər. Aşağıda bu məktubun tam mətni verilmişdir.

 

"Hörmətli Con Saakoviç!

Mən Sizin "Qərbi Ermənistan I Dünya müharibəsi illərində" kitabınızı diqqətlə oxudum. Onu oxuyandan sonra Sizin əsərinizin indiki nəslin erməni gəncliyinə faydası haqqında çox düşündüm.

Güman edək ki, mən erməniyəm. Sizin kitabınızı oxumaqla məndə Türkiyə ölkəsinə və türkdilli xalqlara qarşı nifrət və antipatiya yaranır.

İndi sultanlar yoxdur, tələtlər, ənvərlər, erməni xatisovlar və başqa burjua rəhbərləri yoxdur. Zəhmətkeş erməni və türk xalqları mövcuddur. Çar siyasəti yoxdur, sülhsevər sovet siyasəti- xalqlar dostluğu siyasəti mövcuddur.

Belə bir şəraitdə Siz elə kitab yazırsınız ki, orada ciddi-cəhdlə oxuculardan "erməni faciəsini" törədən tarixi səhvləri gizlədirsiniz.

Məntiqi səbəb olmadan oxucuların gözləri qarşısında dəhşətli səhnələri təsvir edirsiniz, harada ki, vəhşi türklər hər yerdə və hər zaman amansızcasına heç nədə günahı olmayan silahsız dinc erməniləri  öldürürlər, onları harasa cəhənnəmə doğru qovurlar. Oxucuya aydın deyil ki, nə baş verib, nə üçün belə qəddarlıq. Siz ötəri şəkildə bunu onunla izah edirsiniz ki, Türkiyə "ermənilərin əsrlər boyu düşmənidir".

Məgər bu belədirmi?

Sizə tarixi mən öyrətməli deyiləm. Siz yaxşı bilirsiniz ki, XVIII əsrdə Türkiyədə ermənilərin təqib olunması baş verməmişdi. Ermənilər Osmanlı Türkiyəsinin hakimiyyəti altında olan ərəblərdən, kürdlərdən, yunanlardan və digərlərindən xeyli çox hörmətli əhali idi. Türkiyədə yüksək dövlət vəzifələrində və orduda xidmət edən ermənilər az deyildi. Bu onu deyir ki, onlar böyük nüfuz və etimada malik idilər.

XVIII əsrdən Türkiyənin böhranı başlayır.

Güclü dövlətlər onu ayrı-ayrı ərazilərə bölərək orada öz hakimiyyətlərini qurmağa hazırlaşırdılar. Türkiyə xalqı üçün belə ölümcül böhranlı anda ermənilərin burjua fəalları türk xalqının düşmənləri ilə birləşdilər. Bu da erməni xalqının faciəsini törədən səbəbə çevrildi.

Əzizim Con Saakoviç! Bu məsələni cürətlə etiraf etmək lazım idi. Siz isə bunu etiraf etməmişsiniz. Sizdə od tüstüsüz alışıb ki, təbiətdə belə şeylər olur.

İndi isə mənə qulaq asın.

Mənim 66 yaşım var, Şamaxı şəhərindənəm. 1918-ci ilin martı baş verdi. Bakıdan Şamaxıya Stepan Lalayanın dəstəsi gəldi. Onlar cinsinə və yaşına baxmadan bütün müsəlmanları qırırdılar. Elə dəhşətləri törətdilər ki, dünyada görünməmişdi. Uşaqları süngülərə keçirirdilər, qalanları isə qılıncdan. İnsanları məscidə doldurdular, kerosin töküb odladılar. Hər bir evi talan etdilər, bütün şəhəri yandırdılar. Millətçi burjua ermənilərinin nümayəndələri oxşar mənzərəli Azərbaycanın digər yerlərində də yaratdılar.

Məgər mən deyə bilərəm ki, ermənilər bizim əsrlik düşmənlərimizdir?  Biz əsrlərlə ermənilərlə dostluqda yaşamışıq, Gələcəkdə də belə yaşamalıyıq.

Bizim tarixçilərimiz də belə fikirləşirlər. Azərbaycan mətbuatında heç olmasa bir sətir göstərin ki, bu faciəli hadisələri xatırlatmış olsun. Yoxdur və olmayacaqdır da. Dağıntılar törədən, günahsız insanları öldürən müxtəlif burjua partiyalarının fəalları bizim ümumi düşmənlərimizdir.

Yetişməkdə olan nəslə yazığınız gəlsin, onları millətçilik, şovinizm və revanşizm zəhəri ilə zəhərləməyin.

Tezliklə biz də olmayacağıq. Qoy bizim uşaqlarımız bir-birinə etibar şəraitində və xoşbəxt yaşasınlar. Onlarda başqa xalqlara qarşı nifrət hisslərini qızışdırmayın. Axı biz bərabərlik zamanında yaşayırıq və bizim düşüncələrimiz də təmiz və aydın olmalıdır. Bizim ideyalarımız da eynidir. Dünyada pis xalqlar yoxdur. K.Marksın sözlərini yadınıza salın: " Biz qətiyyətli şəkildə türklərin tərəfində dayanırıq...Çünki biz türk kəndlisini, türk kütlələrini öyrənmişik və onların şəxsində şübhəsiz ki, Avropa kəndlilərinin daha işgüzar və mənəviyyatlı nümayəndələrindən birini görürük".(Письмо К.Маркса к К.Либлхнету, 4.11.1878. Архив К.Маркса и Эньгелса, т. 6, стр.380, Партиздат, Москва, 1932)

 

Əllərinizi möhkəm sıxıram.

Rəmzi Yüzbaşov.

Bakı-33, Ağa Nemətulla küçəsi 36, mən.13

  

Ереванскому Государственному Университету. Автору книги "Западная Армения в годы первой мировой войны" (Ереван, 1971).

 

Уважаемый Джон Саакович!

Я внимательно прочел вашу книгу "Западной Армении в годы первой мировой войны".

Прочитав ее, я долго думал о пользе вашего труда для армянской молодежи нынешного поколения. Предположим что я армянин. Читал Вашу книгу, у меня зарождается отврашение и антипатия к соседней стране – Турции и туркоязычным народам.

Теперь нет султанов, нет Талатов, Энверов, армянских Хатисовых и др. буржуазных вожаков. Сушествует трудовой армянский и турецкий народ. Нет царской политики, сушествует мирная советская политика – политика дружбы народов.

В такой ситуации  Вы пишите книгу, где от читателей старательно скрываете исторические причины, порождавшие "армянскую трагедию". Без логических причин перед глазами читателей вырисовывается зловешие картины, где палачи-звери турки везде и всюду беспощадно убивают ни в чем не повинных, безоружных, мирных жителей и угоняют их куда-то в ад. Читателю непонятно, что случилось, почему такая жестокость. Вы мимоходом объясняете это тем, что турки "вековые враги армян". Разве это так?

Не мне Вас учить истории. Сами хорошо знаете, что до XVIII века в Турции не было случаев избиения армян. Армяне были горазде более уважаемым населением, чем арабы, курды, греки и другие подвластные народы Оттоманской Турции. В Турции в высших государственных постах и армии служили немало армян. Это говорит о том, что они пользовались большим авторитетом и доверием.

С XVIII века начинается упадок Турции.

Сильные государства готовились разделить ее на отдельные владения и установить там свое господства. В такой смертельно-критический момент для турецкого народа, буржуазные деятели армян присоединились к врагам турецкого народа. Это и явилось причиной породившей трагедию армянского народа.

 Надо было в этом смело признаться, дорогой мой Джон Саакович! Но Вы этого не сделали. У Вас получилось дым без огня, что и бывает в природе.

Теперь выслушайте меня!

Мне 66 лет. Я из города Шемахи. Был март 1918 года. В Шемаху из Баку прибыл вооруженный отряд Степана Лалаяна. Они убивали всех мусульман, не разбирая пола и возраста. Совершали такой кошмар, что миру не видат. Детей в штыки, а остальных шашками. Людей загнали в мечет, залили керосином и подожгли. Ограбили каждый дом. Сжегли весь город. Подобные картины представители армянской национальной буржуазии устроили в других местах Азербайджана.

Разве я могу сказать, что "армяне  наш вековой враг"?. Мы с армянами веками жили в братстве. Так долтжны жить и в дальнейшем.

Так и поступают наши историки. Укажите хоть одну строку в Азербайджанской печати, упоминающих об этих печальных событиях. Их нет, и не дольжно быть.

Деятели различных буржуазных партий, которые устраивали погромы, убивали безвинных людей – наш общий враг. Пожалейте подрастающее поколение, не натравляйте их ядом национализма, шовинизма и реваншизма.

Рас скоро не будет. Пусть наши дети живут в дружбе, доверии друг к другу и счастливо. Не возбуждайте в них чувства ненависти к другим нациям. Ведь мы живем в эпоху равноправия и мысли у нас должны быть чистыми, ясными. Идеи у нас едины. В мире нет плохих народов. Вспомните слова К.Маркса: Мы самым решительным становимся на сторону турок... потому что мы изучили турецкий крестянин – следовательно, турецкую народную массу – и видим в его лице безусловно одного из наиболее дельных и нравственных представителей крестянства в Европе ( Письмо К.Маркса к К.Либлхнету, 4.11.1878. Архив К.Маркса и Эньгелса, т. 6, стр.380, Партиздат, Москва, 1932)

Жму крепко Руку.

Рамзи Юзбашов.

Баку-33, ул. Ага Нематулла 36, кв.13

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM