Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı işğalçılıq siyasətinin mahiyyətinin gizlədilməsi və təcavüzkarlıq fəaliyyətinə haqq qazandırılması üçün erməni millətçilərinin əl atdığı sınanmış vasitələrdən biri total millətçi təbliğata rəvac verilməsidir. Bu istiqamətdə erməni millətçiləri çox böyük maliyyə ehtiyatları, lobbiçi dairələri səfərbərliyə almaqla bərabər, Azərbaycanla bağlı qeyri-obyektiv informasiyaların istehsalının artırılmasına da xüsusi diqqət yetirirlər. İstehsalı günü-gündən artan qeyri-obyektiv informasiyaların ictimailəşdirilməsi üçün isə ermənilər daim yeni imkan və fürsətlər axtarışındadırlar.
Erməni informasiya ideoloqlarının fikrincə, qlobal informasiya məkanında informasiya üstünlüyünün qorunub saxlanması üçün dünya erməniliyi informasiya-təbliğat imkanlarının heç 2 faizini də istifadə etmir. Ona görə ermənilər şübhə etmirlər ki, erməni millətçi informasiya fəaliyyətinin dünya miqyasında genişləndirilməsi üçün çox böyük ehtiyatları var və bu ehtiyatlardan istifadə edilməsi erməni işinin uğuruna yol aça bilər.
Yeni ehtiyatların səfərbər edilməsi deyəndə ilk növbədə yeni maliyyə ehtiyatları ayırmaqla Ermənistan və Dağlıq Qarabağda erməni millətçi baxışlarını təbliğ edən kütləvi informasiya vasitələrinin sayının artırılması nəzərdə tutulur. Bu istiqamətdə internet ehtiyatlarından daha geniş istifadə edilməsi də erməni millətçilərinin diqqət mərkəzindədir. Çünki elə erməni ideoloqlarının özlərinin də iddia etdiyi kimi, 1) internet şəbəkələrinə yerləşdirilmiş olan dezinformasiyalar çox böyük sürətlə yayılır və qısa zamandan sonra qlobal informasiya məkanında özünə yer tutur. 2) Digər tərəfdən şəbəkələrə yerləşdirilmiş dezinformasiyalar uzun müddət istifadəçilər üçün açıq qala bilər və həmin müddət ərzində yeni-yeni istifadəçilərin yanlış ictimai rəyinin formalaşmasına təsir edə bilər .
Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı təhrif olunmuş informasiyaların davamlı olaraq qlobal informasiya məkanına yerləşdirilməsi üçün erməni millətçiləri Ermənistanda, Dağlıq Qarabağda və xaricdə çox böyük fəallıqla saytlar yaratmaqda və mövcud tanınmış sosial şəbəkələrdən istifadə etməkdə davam edirlər. Çox təəssüf ki, belə sosial şəbəkələrə lazımi nəzarət mövcud deyil və erməni millətçiləri də bundan istifadə edərək həmin şəbəkələri Azərbaycana qarşı qeyri-obyektiv informasiyalarla doldururlar.
Mövcud olan statistika onu göstərir ki, hazırda istər dünya miqyasında, istərsə də Ermənistanda internet ehtiyatları əhali üçün televiziyadan sonra ikinci informasiya mənbəyidir. Nəzərə alınsa ki, internet vasitəsilə televiziya proqramlarını da izləmək mümkündür, onda gələcəkdə internetdən istifadə tendensiyası öz yerini qoruyub saxlaya biləcəkdir. Erməni ideoloqları bildirirlər ki, 2012-ci ilin fevral ayında erməni informasiya saytlarına hər gün 580-750 min istifadəçi müraciət edib ki, onlardan da yarısı Ermənistandan kənarda yaşayan istifadəçilərdir. Bütünlükdə isə Ermənistanda qeydiyyata alınmış saytlara gündə 1.25-1.35 milyon istifadəçi müraciət edib ki, onların da 42 faizi Ermənistandan kənar istifadəçilər olubdur. İnternet əlaqələrindən mobil telefonlar vasitəsilə mümkünlüyü internetə müraciətlərin sayını yəqin ki, heç də azaltmamışdır. Yəni, gün ərzində təxminən yarım milyon Ermənistandan kənar istifadəçi Dağlıq Qarabağla bağlı erməni baxışları ilə üzləşməli olur. Bir ay ərzində isə belə müraciətlərin sayı təxminən 30 milyona çatır və nəticədə erməni saytlarına müraciət edənlər gün ərzində sürətlə dəyişən erməni təhriflərinin hücumuna məruz qalır.
Erməni millətçi informasiyaların daha geniş auditoriyaya yayılması üçün qlobal sosial şəbəkələrin imkanlarından xüsusilə məharətlə istifadə olunur. Beynəlxalq agentliklərin apardığı araşdırmalara görə, Facebook.com və Youtube.com kimi sosial xarakterli şəbəkələr ermənilər tərəfindən daha çox istifadə edilir. Odnoklassniki.ru, google.ru, wikipedia.ru kimi axtarış və informasiya saytları ermənilər tərəfindən ən çox istifadə edilən internet ehtiyatlarıdır .
Məlumdur ki, Facebook.com və Youtube.com qlobal şəbəkələri daha çox istifadəçi auditoriyasına malikdir. 2012-ci ilin sonlarına yaxın Ermənistanda 700 min nəfər Facebook.com istifadəçisi qeydə alınmışdı. Bu rəqəm 2011-ci ilin müvafiq dövründən 100 min nəfər çoxdur. İstifadəçi sayı artmaqda olan bu şəbəkədə Dağlıq Qarabağla bağlı təhrif olunmuş informasiyaların paylaşması imkanı da genişlənməkdədir.
Youtube.com şəbəkəsi də Ermənistan daxili və xarici istifadəçilərin kifayət qədər fəal olduğu şəbəkələrdən biridir. Bu şəbəkədə yerləşdirilmiş olan video materiallar və onlara yazılan şərhlər istifadəçidə daha əyani rəy yaradılması baxımından təsirli vasitə hesab oluna bilər. 2013-cü il iyun ayının 29-da verilmiş axtarış nəticəsində "Nagorno Karabakh war" ifadəsi altında 7940 material üzə çıxmışdı. " Nagorno Karabakh conflict" ifadəsi altında 4780 material, "Нагорно Карабахский конфликт" ifadəsi altında isə 1390 material aşkarlanmışdı. Bu materiallardan bəzilərinin fərqli ifadələr altında təkrarlanması istisna deyil. Lakin zahiri müşahidədən də görünür ki, mövcud materialların mütləq əksəriyyəti ermənilər tərəfindən yerləşdirilmiş materiallardır və həmin materiallar da Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini tamamilə təhrif edir. Müqayisə üçün qeyd etmək lazımdır vaxt ötdükcə həm bu şəbəkədəki materialların sayı, həm də onlara müraciət edənlərin sayı artmaqdadır. Məsələn, 2014-cü il mart ayının 31-də aparılan axtarış zamanı "Nagorno Karabakh war" ifadəsi altında 10800 material, Nagorno Karabakh conflict" ifadəsi altında 10600 material və Нагорно Карабахский конфликт" ifadəsi altında isə 4720 material aşkarlandı.
Qeyd etmək lazımdır ki, bu ermənipərəst materiallara müraciət edənlərin sayı da xeyli çoxdur. Məsələn, 29 iyun 2013-cü il tarixinə kimi " Between hunger and life: power at the expense of lives" video materialına 365990 dəfə baxılmışdısa 31 mart 2014-cü il tarixinə kimi isə bu materiala 379174 dəfə baxılmışdı, "Карабахская война: реальные кадры" video materialına yuxarıda göstərilən birinci tarixə kimi 397874 dəfə, ikinci tarixi kimi isə 605908 dəfə, "Карабах готов к войне" video materialına göstərilən birinci tarixə kimi 177831 dəfə, ikinci tarixə kimi isə 312681 dəfə, ermənilərin lobbiçiliyini edən bolqar jurnalisti Svetana Paskalyovanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəllifi olduğu video filmə isə birinci tarixə kimi 61679 dəfə, ikinci tarixə kimi isə 79194 dəfə baxılmışdı. Bu rəqəmlərin gündəlik dəyişdiyini nəzərə alaraq qeyd etmək olar ki, erməni millətçi ideoloqları yalnız bu iki sosial şəbəkə ilə çox geniş auditoriyaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dezinformasiyalar sıramağa müvəffəq olurlar.
Beynəlxalq azad elektron wikipedia informasiya məkanında da erməni informasiya ideoloqları kifayət qədər fəaldırlar. Bu azad ensiklopediyanın həm ingiliscə olan en.wikipedia, həm də rusca olan ru.wikipedia variantında erməni informasiya ideoloqları kifayət qədər təhrif olunmuş məlumatlar yerləşdirmişlər. Ensiklopediyada informasiya yerləşdirmək azad olduğu üçün ermənilər bu imkandan geniş bəhrələnməyə çalışırlar. Ona görə də bu ensiklopediyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni millətçi mövqeyindən çoxlu sayda məqalələr vardır. Qeyd etmək lazımdır ki, ermənilərin məlumatına görə, 2012-ci ildə aparılmış səsverməyə (?) görə erməni millətçilərinin türkçülüyə qarşı hazırladıqları məqalə ru.wikipedia saytının ən yaxşı məqaləsi elan edilmişdi. Adı çəkilən saytın nəzarətsiz imkanlarından daha geniş istifadə edilməsi üçün erməni millətçi təbliğatçıları çox böyük fəallıq nümayiş etdirməkdədirlər. Erməni mənbələrinin verdiyi məlumata görə, erməni təbliğatçıları 2014-cü il mart ayının 27-nə kimi Wikipediya virtual ensiklopediyasında erməni dilində 114560 məqalə yerləşdirmişdirlər. Həmin tarixdə bu ensiklopediyada Azərbaycan dilində yerləşdirilmiş məqalələrin sayı 100 mindən bir qədər artıq olmuşdur. Nəzərə alınsa ki, dünya miqyasında azərbaycanlıların sayı 10 dəfəyə yaxın ermənilərin sayından çoxdur, onda ermənilərin bu ensiklopediyadakı fəallığı daha qabarıq nəzərə çarpa bilər.
Bununla da kifayətlənməyən erməni millətçiləri Wikipediya ensiklopediyasını erməni təfəkküründən doğan materiallarla doldurmaq üçün bütün erməniliyi səfərbərliyə almağa çalışırlar. Ona görə hazırda erməni millətçiləri Wikipediya ensiklopediyası üçün "Bir erməni-bir məqalə" təşəbbüsünü ortaya atıblar. Ermənilərin yazdığına görə, bu təşəbbüs erməni millətçiləri tərəfindən işgüzarlıqlar qarşılanıbdır və bu ilin mart ayının sonlarında təkcə 3 gün ərzində Wikipediya ensiklopediyasının erməni dilində olan kontent-saytına 360 məqalə daxil olmuşdur.
Elektron informasiya məkanında öz mövqelərini qoruyub saxlamaq üçün erməni millətçiləri bir neçə milli şəbəkə də yaratmışlar. Bunların arasında ru.hayazq.info erməni ensiklopediyası, hayland.am erməni sosial şəbəkəsi, druzya.am sosial şəbəkəsi, armenia-online.ru milli forumu, viparmenia.com forumunu göstərmək olar 2011-ci ilin məlumatlarına görə, təkcə hayland.am milli şəbəkəsinin 120 mindən artıq istifadəçisi var idi. Hər gün bu şəbəkəyə 11 min adam müraciət edirdi ki, onların da 54 faizi Ermənistandan kənar istifadəçilər idi .
Millətçi təbliğatın genişləndirilməsi və qeyri-obyektiv materialların ictimai rəyə sıranması üçün ermənilər Azərbaycanın, Dağlıq Qarabağın və münaqişə zonasının coğrafi adları ilə bağlı bir sıra domenləri də ələ keçirmişlər. İlk baxışdan istifadəçi üçün bu domenlər Azərbaycan domenləri və oradakı məlumatlar da Azərbaycan tərəfinin baxışlarını əks etdirən məlumatlar kimi qəbul oluna bilər. Həqiqətdə isə həmin domenlərdəki məlumatlar erməni millətçi ideoloqları tərəfindən yerləşdirilir və bununla da istifadəçidə yanlış rəy formalaşdırılmasına zəmin yaradılır. Bu domenlər arasında "azərbaijan", "karabakh", "fuzuli", "lachin", baku" və s. kimi domenlər vardır. Ermənilər belə bir informasiya təxribatına nəinki son qoymaq istəmirlər, əksinə bu domenlərin davamlı şəkildə erməni mülkiyyətində olmasını israr edirlər.
Hazırda Azərbaycan dövlətinin apardığı informasiya siyasəti sayəsində erməni informasiya-təbliğatı daha çox müdafiə mövqeyində olsa da dünya erməniliyinin ixtiyarında olan sonsuz sayda erməni və ermənipərəst kütləvi informasiya vasitələri Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərsiz olan dairələrin baxışlarının yanlış formalaşmasına hələ də öz təsirini itirməmişdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM