DOQQUZ GÜN ÖMRÜ OLAN ERMƏNİ YALANLARI

09:41 / 14.04.2014

Əslində burada təəccüblü bir şey yoxdur. Çünki erməni informasiya-təbliğat  fəaliyyətinin əsas məqsədi erməni xəstə təfəkkürünün məntiqsiz iddiaları ətrafında yanlış  təsəvvürlərin formalaşdırılmasıdır. Malik olduqları informasiya vasitələri, maliyyə ehtiyatları və təsir imkanları ilə erməni millətçiləri bu istiqamətdə kifayət qədər fəaldırlar və müəyyən hallarda onların iddiaları qəbul da olunur. Amma diqqətlə izlənilərsə çox qısa zamandan sonra ciddi araşdırmalar aparmadan belə, bu iddiaların qondarma olmasını görmək elə də çətin deyildir. Bu, erməni informasiya-təbliğat fəaliyyətinin xüsusiyyətlərindən biridir. Çünki, erməni təbliğatı obyektiv meyarlara əsaslanmadığı üçün tezliklə onun yalanları üzə çıxır. Bunun üçün informasiya məkanına buraxılmış erməni hay-küyünü müəyyən müddət izləmək kifayətdir.

Bu mənada Suriyadakı Kasab erməniləri ətrafında yaradılmış erməni isterikası da növbəti bir nümunədir. Kütləvi informasiya vasitələrini izləyən şəxslərə yaxşı məlumdur ki, son zamanlar bu mövzu erməni və ermənipərəst informasiya vasitələrinin, habelə erməni lobbiçilərinin diqqət mərkəzindədir. Erməni təbliğatı az qala Suriyanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən Kasab qəsəbəsində baş verənləri dünyanın bir nömrəli probleminə çevirmək xəyalına belə düşmüşdülər. Bununla ermənilər Türkiyəyə qarşı məntiqsiz təbliğat aparılması üçün də bir mövzu əldə etmiş oldular. Ermənilərə qarşı türklər tərəfindən yeni "soyqırımının" həyata keçirilməsi, Kasab ermənilərinin öz yaşayış yerindən didərgin düşməsinin Türkiyənin həmin ermənilərə qarşı düşünülmüş siyasəti olması və digər uydurmalar erməni təbliğat maşınının fəallığı sahəsində dünya informasiya məkanında az qala ayaq tutub yeriyirdi. Ermənilər Kasab əhalisinə yardım üçün fondlar yaradılması, hesablar açılması, bu əhaliyə kömək göndərilməsi barədə uydurmalara da geniş məkan açmışdılar.

Lakin elə erməni məlumatlarını izləmək göstərir ki, məsələ heç də belə deyil. Doğrudur, son illər ərzində Suriyada qanlı hadisələr baş verir, burada bəşəri fəlakət mövcuddur və bu fəlakətin qarşısının alınması üçün Türkiyə tərəfindən də ciddi humanitar yardımlar həyata keçirilir. Ermənilərin millətçi hay-küylərinə baxmayaraq elə Kasab ermənilərinə ilkin yardımlar da ermənilər tərəfindən deyil, məhz Türkiyə tərəfindən çatdırılmışdır. Türkiyə humanistlik göstərərək öz yaşayış yerlərini itirmiş bir çox Kasab erməniləri Türkiyəyə gətirilərək onlara bəşəri yardımlar göstərmişdir.

Millətçilik zəhərində qovrulan ermənilər isə bunu etiraf etmək əvəzinə, Kasab ermənilərinin aldadılaraq Türkiyəyə gətirildiyini bəyan edirlər. Onlar hətta Kasaba hücum edənlərin Türkiyə sərhədindən gəldiyini və türk dilində danışdığını, başqa sözlə türklər olduğunu da iddia edirlər. Ona görə də, onlar Kasabın Suriya hakimiyyətinə müxalifət qüvvələri tərəfindən tutulmasını Türkiyənin ermənilərə qarşı növbəti soyqırımı kimi qiymətləndirilər. Məsələn, aparıcı erməni saytlarından biri Kasab ermənilərinə istinadən yazır ki, "bizim evlərimizi talan edənlər dağıstanlılardan, çeçenlərdən, liviyalılardan, somalilərdən, sudanlılardan ibarət idi. Onlar ərəb, türk və ingilis dilində danışırdılar". (www.panarmenian.net/rus/news/177877/. Amma diqqət yetirilərsə, görmək çətin deyil ki, adları çəkilən millətlərin nümayəndələrinin türk dili ilə heç bir bağlılığı yoxdur.

Kasab hadisələrinin başlanması ilə Ermənistan parlamentinin Dağlıq Qarabağdan olan deputatı Vaan Bədəsyan adlı birisi də Türkiyəyə qarşı millətçi təbliğata qoşulmaq fürsətini əldən vermədi. Hətta belə bir bəyanat da verdi ki, Dağlıq Qarabağdan 150 erməni könüllüsü Kasab ermənilərini qorumağa yollanacaqdır. Erməni səxavəti ilə söylənilən bu sözlərin arxasında sadəcə təbliğat mahiyyəti dayandığını sezmək heç də çətin deyil. Çünki, Dağlıq Qarabağda  150 könüllü tapmaq olsaydı, onlar Azərbaycana qarşı qazılmış səngərlərə göndərilərdi. Son illər ərzində bu səngərlərdə öldürülənlər hamısı Ermənistan vətəndaşlarıdır. Onların arasında yerli ermənilərin adına rast gəlmək mümkün deyil. Bu da ondan irəli gəlir ki, Dağlıq Qarabağ ərazisindəki cavan ermənilərin çoxu artıq bu bölgəni tərk etmişlər.

Bir neçə gündən sonra isə daha böyük təəccübə səbəb olan bir məlumat informasiya məkanına çıxarıldı. Guya, Kasaba yollanmaq üçün Suriyanın Tartus portuna 1500 Qarabağ ermənisi gətirilmişdir. Bu məlumat "Sehirli xalat" filmindəki bir ifadəni yada salır. "Əgər gopçular arasında yarış keçirilsəydi" erməni təbliğatçıları yəqin ki, birinci yer tutardı. Qeyd etmək lazımdır ki, bu məlumat Azərbaycan informasiya məkanında da kifayət qədər əks-səda doğurdu. Lakin yenə soyuq yanaşma onu deməyə əsas verirdi ki, Dağlıq Qarabağda gün-güzəranını qoyub sərbəst yolçuluqlara düşəsi bu qədər insan ehtiyatı yoxdur.

Tezliklə məlum oldu ki, doğrudan da belədir. Erməni ideoloqları bildirdilər ki, söhbət heç də yalnız Qarabağdan Kasaba erməni könüllüsü göndərməkdən getmir. Ortada könüllülərin Ermənistandan, Livandan və Arsaxdan topalanması haqqında erməni xülyaları vardır. Az sonra isə məlum oldu ki, Kasaba heç bir könüllü göndərilməyib. (www.armtoday.info/printnewsitem.asp?Lang=_Ru&NewsID=108291 ) . Heç göndərilməyəcək də. Çünki ermənilərin məqsədi Türkiyəyə və türkçülüyə qarşı təbliğat aparılması üçün mövzu əldə edilməsi və dünya ictimaiyyətinin diqqətini bu mövzuya  cəlb edilməsidir. Erməni təbliğat ənənələrinə istinad edərək demək olar ki, ermənilər heç Kasab ermənilərinin məsələsinin həllinin sorağında da deyildirlər. Əks təqdirdə türkçülüyə qarşı təbliğat mövzularından biri əldən çıxmış olardı.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM