Ermənilər dünyanın nadir xalqlarındandır ki, onlar öz milli birliklərini qoruyub saxlamaq üçün çıxış yolunu xəyali mövzuları milli dəyərlərə çevirməkdə və erməniliyi də bu "dəyərlər" ətrafında birləşdirməyə çalışmaqda görürlər. Məsələn, "Böyük Ermənistan", "erməni soyqırımı", "erməni istisnalığı" və s. Bura bəzi digər "dəyərləri" də əlavə etmək olar. Amma sadalanan "dəyərlər" ermənilər üçün baza "dəyərləridir" və onlar bir növ ermənilər üçün tabuya çevrilmişdir. Ermənilər bu həqiqətdən uzaq mövzular ətrafında o qədər təbliğat aparmışlar ki, indi artıq özləri də öz yalanlarını həqiqət kimi qəbul edir, bu yalanları toxunulmaz hesab edir və həmin yalanlar ətrafında birləşməklə erməni toplumunun milli kimliyini qoruyub saxlamağa çalışırlar.
Erməniliyin mahiyyətinə az-çox bələd olanlar bilirlər ki, yuxarıda sadalanan erməni "dəyərləri" qəlp dəyərlərdir və onların arxasında ciddi elmi-tarixi əsaslar dayanmır. Ermənilər arasında da bunu bilməyən yox deyil. Erməni millətçiləri gizlətməyə çalışsa da, həqiqətlərin qarşısını almaq da asan deyil. Məsələn, bu günlərdə erməni millətçiliyinin patriarxı sayılan və törətdiyi cinayətlərlə Azərbaycan xalqına yaxşı tanış olan Anastas Mikoyanın erməni dəyərlərinə rişxənd edən bir tezisi erməni mediasında işıq üzü gördü. " Qafqaz məsələsinə dair" adlanan bu tezis 1919-cu ildə A.Mikoyan tərəfindən hazırlanaraq V.İ.Leninə göndərilmişdir (http://www.lragir.am/print/rus/0society/print/36005). Bu tezislər erməni millətçiləri tərəfindən çox böyük qəzəblə qarşılandı və nəticədə indi Ermənistanda A.Mikoyanın şəxsiyyətinə qarşı ciddi müxalifətçilik formalaşmışdır. Elə bunun nəticəsidir ki, erməni millətçiləri İrəvan şəhərində A.Mikoyana abidə qoyulmasına qarşı çıxdılar və son nəticədə hazırlanan abidə də emalatxanadan naməlum şəkildə oğurlandı.
A.Mikoyan öz tezislərində "Böyük Ermənistan" mövzusunun imperialist təxribatı olduğunu və qərb dövlətlərinin öz maraqları naminə erməni şovinistlərinə sırandığını əsaslandırırdı. Məsələn, A.Mikoyan yazır ki, erməni şovinistləri imperialist müttəfiqlərin və general Denikin qaragüruhçularının köməyinə arxalanaraq "Böyük Ermənistan" xülyasına ümid bəsləyirlər. Onun fikrincə, bu xülyanın heç bir əsası yoxdur və bu xülyanı imperialist silahını gücü, çoxlu qan tökülməklə və müsəlman əhalini "erməni vilayətlərindən" təmizləməklə həyata keçirmək olardı. A.Mikoyan yazırdı ki, imperialist ölkələri bu dəhşətli planı həyata keçirməyə çalışmaqla ermənilərin şəxsində ən yaxşı, ən bacarıqlı və ən sadiq agentlər əldə etmək istəyirlər.
A.Mikoyan "Böyük Ermənistan" ideyasını dəstəkləyənləri erməni şovinistləri adlandırır və qeyd edirdi ki, Kommunist Partiyası istər "Böyük Ermənistan", istərsə də "Kiçik Ermənistan" ideyasını dəstəkləməməlidir. O öz fikrini də belə əsaslandırır ki, muxtariyyət hüququ tarixi iddialara görə deyil, real vəziyyətə uyun olaraq əldə edilməlidir.
A.Mikoyan tezislərinin bir neçə yerində "Böyük Ermənistan" iddialarını ortaya atmaqla kütləvi qırğınlara səbəb olan erməniləri "şovinistlər", "Antantanın agentləri" adlandırmışdır. O, hətta Türkiyə Ermənistanının müstəqilliyini tanıyan 1917-ci ilin dekabr dekretini də Sovet Rusiyasının çox böyük səhvi kimi dəyərləndirirdi. Qeyd edilirdi ki, bu dekretlə Sovet hakimiyyəti ermənilərin iddialarını qanuniləşdirməklə, müsəlmanların qanuni hüquqlarını ayaq altına almışdır. Bununla Sovet hakimiyyəti erməni şovinistlərinə dəstək verməklə müsəlman əhalini özündən uzaqlaşdırmışdır.
Erməni şovinistlərinin fəaliyyətini və bu fəaliyyətin bolşeviklər tərəfindən dəstəklənməsini dəyərləndirdikdən sonra A.Mikoyan aşağıdakı nəticəyə gəlirdi:
a) Erməni milli hərəkatı öz dialektik inkişafı nəticəsində azadlıq hərəkatından əks hərəkata – təcavüzkar, gülməli olsa da işğalçı (imperialist) hərəkata çevrilmişdir;
b) Türkiyə Ermənistanı və ümumiyyətlə "Böyük, Vahid və Müstəqil Ermənistan" ideyası ziyanlı, cinayətkar və təcavüzkar xülyaya çevrilmişdir ki, bizim partiya buna qarşı mübarizə aparmalıdır.
Göründüyü kimi, A.Mikoyan bir tərəfdən bu gün erməniliyi birləşdirən "dəyərlərdən" biri olan "Böyük Ermənistan" ideyasının qərb mənafeləri naminə erməniliyə kənardan sırandığını əsaslandırır, digər tərəfdən də dolayısı yolla elə "erməni soyqırımının" da imperialist və erməni şovinist əməllərin nəticəsi olduğunu ortaya qoyur. A.Mikoyanın bu qənaətini doğru saymaq olar. Erməniləri isə məlumdur ki, doğru qənaətlər qane etmir və ona görə də bu gün erməni mətbuatında A.Mikoyanın özünə qarşı da təbliğat müharibəsi elan edilmişdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM