Ermənilərin "genosid" ənənələri - Təhlil

12:12 / 24.04.2014

 Müasir dünya xalqlarının heç birini ümumbəşəri dəyərlərdən kənar təsəvvür etmək mümkün deyil. Onlar arasındakı qarşılıqlı əlaqələr və maraqlar bu xalqların malik olduğu dəyərlərin daha da zənginləşməsinə və genişlənməsinə yol açır. Ona görə də müxtəlif xalqların ümummilli dəyərlərində bir oxşarlıq və ya yaxınlıq tapmaq mümkündür. Bununla belə, hər bir xalqın yalnız özünə məxsus dəyərlərinin də olduğunu istisna etmək olmaz. Bu dəyələr həmin xalqın dili, dini, ictimai yaşam normaları, ailə ənənələri və digər amillərlə bağlıdır. Heç şübhəsiz ki, ermənilərdə də bir xalq olaraq belə dəyərlər mövcuddur. Məsələn, elə erməni dili, dini inanclar, ictimai baxışlar, saxta tarixə bağlılıq və s. Amma diqqət yetirdikdə müşahidə etmək mümkündür ki, dinlə, dil ilə, bağlı dəyərlər, mədəni dəyərlər bütün ermənilər üçün vahid olan dəyərlər deyildirlər. Məlumdur ki, kilsə ermənilərin həyatında mühüm rol oynayıbdır və bəzən bütün erməniliyin erməni kilsəsi tərəfindən idarə edildiyi bildirilir. Çünki indi dünyaya səpələnmiş ermənilər arasında qriqorian məzhəbi də var, katolik, protestant məzhəbi də var, hətta onların arasında müsəlmanlığı qəbul edənlər də az deyil. Erməni dili də ermənilərin hamısı üçün müştərək bir dəyər deyil. Ermənilər özləri də bunu etiraf edirlər və erməni dilini qorumaq üçün dünyanın hər yerində erməni məktəbləri açmağı özlərinin başlıca vəzifələrindən biri hesab edirlər.

Qəribə də olsa bu gün ermənilik üçün vahid olan və onları dinindən, dilindən, mədəni durumundan asılı olmayaraq birləşdirən dəyər "erməni genosidi" uydurmasıdır. Bu baxımdan ermənilik dünya xalqları arasında istisnalıq təşkil edə bilər. Ermənilər öz aralarında bu uydurmanı bir tabuya çevirə bilmişlər və bu məsələyə tənqidi yanaşmaq cəhdi ermənilər arasında qətiyyətlə rədd edilir. Bir çox dünya xalqları ictimai, mədəni, ümumbəşəri sahədəki nailiyyətləri ilə dünya birliyində özlərinə yer qazanmaq istəyirlərsə, ermənilər də məhz "genosidçiliyi" əllərində bayrağa çevirməklə dünyanın diqqətində qalmağa çalışırlar. Onlara qarşı diqqət azalanda isə yeni bir "genosidi" yaratmağı da yaddan çıxarmırlar. Erməniliyin son yüz illik tarixini izləməklə bunun şahidi olmaq mümkündür.

Nə üçün ermənilər "genosidçiliyi" hər zaman canlı saxlamağa çalışırlar? Çünki bu mövzu erməni təbliğatının aparılması üçün daha təsirli bir mövzu hesab edilir, bu mövzunu qabartmaqla erməniliyin məzlumluğu haqqında daha geniş səs-küy yaratmaq və bununla dünya birliyini erməni iddialarının həyata keçməsinə səfərbər etmək olar. Ona görə erməni "genosidçiliyi" ermənilər tərəfindən ssenariləşdirilmiş millətçilik fəaliyyətlərinin ifadə formalarından biridir.

Məsələn, Amerikalı alimlər Castin Makkarti və Karolin Makkarti XIX əsrin sonlarında Osmanlı Türkiyəsi ərazisində baş verən erməni qırğınlarının tarixini araşdıraraq ermənilərin belə bir ssenariyə tez-tez əl atdıqlarını müəyyənləşdirmişdilər. Ermənilər anlayırdılar ki, avropalıların diqqətini özlərinə cəlb etmədən hər hansı bir nəticəyə nail ola bilməyəcəklər. Bunun üçün isə erməni millətçiləri ilkin olaraq erməni əhalisinin azlıq təşkil etdiyi məntəqələri seçir və həmin məntəqələrdə müsəlman əhalinin üzərinə hücum çəkir və çoxlu fəlakətlər törədirdilər. Bu zaman erməni millətçiləri bilirdilər ki, qəzəblənən yerli əhali qonşuluğunda olan ermənilərdən qisas almağa çalışacaq və azlıqda olan erməni əhali bu qisasın qarşısını almağa gücü çatmayacaqdı. Nəticədə yerli ermənilər itki verməli olacaqdı ki, erməni millətçilərinə də elə bu lazım idi. Bununla da erməni əhalisinə qarşı milli qırğınlar törədilməsi, ermənilərin təcavüzə məruz qalması, köməksiz ermənilərin qırılması və müsəlmanların vəhşilikləri haqqında informasiya təbliğat kampaniyası başlanırdı (1).

Ermənilərin bu dəsti-xəttə malik olmasını digər müəlliflər də təsdiq edirlər. Məsələn, bildirilir ki, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən həyata keçirilən qırğınlar zamanı erməni silahlıları bu və ya digər yaşayış məntəqəsinə daxil olaraq bombalar partladır, silahlarını işə salır, müsəlman əhalinin nümayəndələrini qətlə yetirir, sonra da aradan çıxırdılar. Erməni qiyamçılarının bu vəhşiliklərinin cəzasını isə yerli erməni əhalisi çəkməli olurdu. Qeyd olunurdu ki, oxşar dəst-xətt Zaqafqaziyada da təkrar olunurdu (2).

İngilis jurnalisti Skotland Liddel də qeyd edirdi ki, müsəlmanlar üzərinə hücum edən ermənilər onların qisas ilə rastlaşırdılar və sonra da təbliğat kampaniyasına başlamaqla "məzlum" ermənilərə dəstək və rəğbət qazanılmasına cəhd göstərirdilər (3).

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində Qarabağda milli zəmində qırğınların başlanması üçün də ermənilər bu metoddan istifadə etmişdilər. Məlumdur ki, 1905-ci ilin avqust ayının 16-da bir dəstə erməni silahlısı Şuşanın İrəvan darvazası həndəvərində bir ermənini qətlə yetirdilər. Sonra da onun meyitini erməni məhəlləsinə sürüyərək böyük hay-küy qaldırdılar, dad-fəryad qopararaq ermənilərə qarşı kütləvi hücumların başlandığını öz soydaşlarının beyninə yeritməyə başladılar. Bununla erməni millətçiləri Şuşanın erməni məhəlləsində aləmi bir-birinə vurdular və müsəlman əhaliyə qarşı qırğınlara başladılar (4)

Şuşa şəhərində erməni millətçiləri tərəfindən başlanan qırğınların ikinci mərhələsi 1906-cı ilin iyul ayına təsadüf edir. Yeni qırğınların başlanması üçün ermənilər hərtərəfli hazırlıq görsələr də, bəhanə kimi yenə sınanmış metoda əl atdılar. Bu dəfə də onlar bir ermənini qətlə yetirərək meyidini azərbaycanlılar yaşayan məhəlləyə atdılar. Sonra da məlum ssenari üzrə erməni təbliğatı, hay-küyü geniş vüsət aldı və azərbaycanlıların qırılması üçün ictimai-psixoloji fon yaradıldı (5 )

Erməni millətçiləri öz klassik metodu ilə başladıqları milli qırğınları arzusunda olduqları nəticələrlə başa vurmadıqda belə, ondan məharətlə öz təbliğatları üçün istifadə edirdilər. İngilis jurnalisti S.Liddel haqlı olaraq qeyd edirdi ki, bu zaman ermənilər bir tərəfdən, ümumiyyətlə bir etnik toplum kimi təzyiqlərə, təqiblərə məruz qaldıqları haqqında hay-küy qaldırır, bir tərəfdən də öz millətçiliklərinin qurbanı olan erməni itkilərindən təbliğat kampaniyasının aparılmasında istifadə edirdilər. S.Liddel çox dəqiqliklə müşahidə edə bilmişdi ki, öldürülmüş erməni millətçi erməni təbliğatı üçün  çox qiymətli təbliğat materialıdır. O əlavə edirdi ki, məsələyə lazım olan kimi yanaşıldığı təqdirdə erməni ölüsü erməni təbliğatının aparılmasına çox böyük fayda verə bilər. Onun bu qənaətini Qafqaz İslam Ordusunun komandanı olmuş Nuru paşa da bölüşürdü. Nuru paşa da qeyd edirdi ki, müxtəlif şəraitdə dünyasını dəyişmiş olan ermənidən az qala təzyiqlər nəticəsində öldürülmüş erməni kimi istifadə olunurdu (6).

1988-ci ilin fevral ayının sonlarında Sumqayıtda yaradılmış iğtişaşlar da yuxarıda haqqında danışılan klassik erməni dəst-xəttinin təzahürüdür. Dağlıq Qarabağın Azərbaycandan qoparılması istiqamətində dünya ictimaiyyətinin, Avropa və Amerika  siyasi qüvvələrinin diqqətini və dəstəyini cəlb etmək üçün erməni millətçiləri belə bir təxribata və ardınca da geniş antiazərbaycan təbliğatına əl atdılar.

Dağlıq Qarabağ münaqişəsinin başlanğıc mərhələsində erməni millətçilərinin liderlərindən biri olan Aşot Manıçarov açıq şəkildə bəyan edirdi ki, "bizə atəş açmağa məcbur edəcəyik". Dağlıq Qarabağ münaqişəsinin tarixini kifayət qədər araşdırmış rus jurnalisti Yuri Pompeyev erməni millətçisi A.Manuçarovun bu bəyanatını "planlaşdı­rılmış qantökmə" kimi qiymətləndirir və sonra da yazırdı ki, yalnız qan kütləvi qəzəb və intiqam hissi oyadır və bu zaman günahkar Azərbaycan olacaqdı. Onda milli mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bil­məyən bu "inzibati bölgünün" ( yəni Dağlıq Qarabağın) ləğvini tələb etmək olardı (7).

Çirkin niyyətlərinə nail olmaq üçün erməni millətçiləri azərbaycanlılar arasında  yaşayan öz soydaşlarını qurban verməkdən çəkinmədilər. Milləyətcə erməni olan Eduard Qriqoryan Sumqayıtda həyata keçirilən qarışıqlıqlar zamanı şəxsən 5 ermənini qətlə yetirmiş, bir-neçə erməni xanımını isə kütlə qarşısında zorlamışdı (8).

 Sumqayıt hadisələrinin baş verməsi ilə Azərbaycana qarşı total şəkildə informasiya-təbliğat müharibəsi başladı. Erməni millətçiləri, erməni kilsəsi və erməni diasporu bütün potensialını antiazərbaycan təbliğatının genişləndirilməsinə istiqamətləndirdi. Bu təbliğatın əsas məzmununu da "əzabkeş" ermənilərin Azərbaycanda qırğınlara məruz qalması, ermənilərin azərbaycanlılarla birgə yaşayışının mümkün olmaması, Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının zəruriliyi, Dağlıq Qarabağda erməni milli-azadlıq hərəkatının boğulması və s. kimi cəfəng fikirlər təşkil edirdilər Başqa sözlə böyük təbliğat kampaniyasına bəhanə əldə etmək üçün öz soydaşlarını qırğına vermək ənənəsi müasir dövrdə də erməni millətçilərinin güvəndiyi etibarlı metodlardan biri oldu. Erməniliyin ideologiyası iflasa uğradıqca ermənilərin yenidən "genosid" təcrübəsinə əl atacağı heç də istisna deyil. Çünki elə son zamanlar Suriyanın Kasaba yaşayış məntəqəsindən baş verənlərə erməniliyin reaksiyası da "genosidçiliyin" ermənilərin gündəliyindən çıxmadığını nümayiş etdirir.

 

 

1. Маккарти Джастин, Маккарти Каролин. Тюрки и армяне. Баку,1996, с.56

2. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990, s.156

3. Скотланд Лиддел. Война с мусульманами. Армяне опять нападают.

http://karabakh-doc.azerall.info/ru/arxdoc/ad023.htm

4. Fəna M.R. 1905-ci il hadisəsi. Bakı, 2009, s.13

5. Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993, s.28

6. Скотланд Лиддел. Война с мусульманами . Армяне опять нападают. http://karabakh-doc.azerall.info/ru/arxdoc/ad023.htm

7. PompeyevY. Qarabağ qaniçində.

Ebooks.preslib.az/pdfbooks/azbooks/pompeyev_xoc.pdf , s.24

8. Sumqayıt hadisələri.

http://az.wikipedia.org/wiki/Sumqay%C4%B1t_hadis%C9%99l%C9%99ri_(1988)

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM