İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNƏ ZAMANIN TƏLƏBİ

11:02 / 15.04.2014

  Müasir qloballaşan dünyanın həyatında baş verən ictimai-siyasi proseslərin idarə edilməsini informasiyasız təsəvvür etmək çətindir. Bu da bəşər aləmində informasiyanın rolunun artması ilə bağlıdır. Ünsiyyət texnologiyalarının müasir inkişaf səviyyəsi dünyanın özünü böyük bir informasiya mühitində birləşdirməkdədir. Ona görə də fərdi və ictimai həyatın tənzimlənməsində informasiyanın təsir imkanları artmaqdadır. Ətraf aləmdə baş verənlərin, cəmiyyətdə yer alan dəyişikliklərin öyrənilməsi və gündəlik və perspektiv fəaliyyətin isə bu dəyişikliklərə uyğunlaşdırılması insanın, toplumun və cəmiyyətin təbii ehtiyaclarından biridir. Hər bir ictimai, siyasi proses daxilində düzgün istiqamət seçməyin başlıca şərtlərindən biri də məhz həmin proses haqqında yetərli informasiyaya malik olmaqdır.

İstənilən məsələyə münasibət bildirməyin ilkin şərti, həmin məsələ haqqında informasiya əldə edilməsidir. Eyni zamanda istənilən məsələyə ictimai münasibətin öyrənilməsinin əsas şərtlərindən biri də həmin məsələ haqqında informasiyanın ictimaiyyətin istifadəsinə verilməsidir. İnsanların, toplumların və cəmiyyətin ictimai, siyasi, iqtisadi, mədəni, məişət maraqlarının öyrənilməsində də informasiyanın rolu artmaqdadır.

İnformasiya sadəcə məlumatlandırma və maarifləndirmə mənbəyi deyil. Onun qısa zamanda ictimai şüura təsir etmək, ictimai şüuru manipulyasiya etmək və nəhayət ictimai şüuru istiqamətləndirmək imkanı vardır. Məharətlə çatdırılmış informasiyanın maddi qüvvəyə çevrilməsi imkanı çox böyükdür. İctimai fikrin formalaşmasının və ya ictimai şüurun əks təsirlərdən qorunmasının başlıca mənbələrindən biri də düzgün çatdırılmış informasiyadır. Bu baxımdan informasiyanın böyük ictimai qüvvəsi də vardır. Məhz buna görədir ki, informasiyanın əldə edilməsi, onun istehsalı və yayılmasının çevikliyi dövlətin və ya müvafiq qurumların güc göstəricilərindən biri kimi tanınmaqdadır. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının hərbi doktrinasında informasiya dövlətin dörd güc mənbəyindən biri kimi xarakterizə olunur. Dövlətin digər güc mənbələri kimi isə diplomatiya, iqtisadiyyat və hərbi qüvvə göstərilir.

Əslində, dövlətin digər güc mənbələrinin formalaşması da onların ətrafında müvafiq informasiya fəaliyyətinin düzgün qurulmasından çox asılıdır. Yuxarıda qeyd olunan xüsusiyyətinə görə, informasiya cəmiyyət həyatının idarə edilməsinin əsas vasitələrindən birinə çevrilmişdir. İnformasiyanın daşıyıcıları olan kütləvi informasiya vasitələri hətta dördüncü hakimiyyət kimi də tanınır .

Kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılan informasiya axını ictimai şüurun istiqamətləndirilməsinin əsas mənbələrindən biri kimi qalmaqda davam edir. Bu baxımdan informasiya axını insanlara təsir üçün ənənəvi istifadə edilən bir sıra güc vasitələrini də əvəz etmək qabiliyyətinə malikdir. Məsələn, amerikalı mütəxəssislərin bildirdiyinə görə, kütlənin iradəsini polis və ordunun gücü ilə ələ almaq mümkün olmasa, bu işi informasiya-təsir vasitəsilə həyata keçirmək mümkündür .

Cəmiyyət həyatında baş verən ictimai proseslərin kütləviləşməsində də informasiyanın rolu böyükdür. Çoxlu sayda fərdlərin şüurlarının ictimailəşməsi, onlarda oxşar etnik təfəkkürün formalaşması və idarə edilməsi müvafiq informasiya siyasətinin mövcudluğu ilə bağlı ola bilər

 Bütün bu cəhətlərinə görə, hazırda informasiya fəaliyyətinin düzgün qurulması hər bir dövlətin təhlükəsizliyinin mühüm elementlərindən birini təşkil edir. Hətta konkret tarixi-siyasi şəraitdə informasiya fəaliyyəti dövlətin milli təhlükəsizliyinin aparıcı elementinə çevrilir və ona qarşı istiqamətlənmiş olan siyasi, iqtisadi, hərbi təhdidlərin düzgün qiymətləndirilməsi, bununla bağlı obyektiv ictimai rəyin formalaşdırılması və ictimaiyyətin həmin təhdidlərin aradan qaldırılmasına səfərbər edilməsində xüsusi rol oynayır. Və ya müvafiq informasiya fəaliyyətini tənzimləmədən dövlətin təhlükəsizliyini bütöv hesab etmək olmaz. Xüsusi ilə hazırkı şəraitdə ki, dünya qlobal informasiya məkanında yaşayır və ölkələr arasında informasiya sərhədi mövcud deyil.

İnformasiya təhlükəsizliyinin nə dərəcədə əhəmiyyətli olduğunu Azərbaycan xalqının yaşadığı sınaqlar, müstəqillik dövründə üzləşdiyi təzyiqlər, qarşılaşdığı problemlər də əyani şəkildə nümayiş etdirir. Ona görə də müstəqilliyin möhkəmləndirilməsinə və təhlükəsizliyin təmin edilməsinə istiqamətlənmiş informasiya siyasətinin hazırlanması və onun icrasının tənzimlənməsi Azərbaycan dövlətinin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Bu vəzifənin necə həyata keçirilməsi tarix elmləri doktoru, professor Əli Həsənovun "Strategiya.az" saytında çap olunan "AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA FƏALİYYƏTİ VƏ TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ" (http://www.strategiya.az/index.php?do=xeber&id=6148) məqaləsində əhatəli şəkildə təhlil olunmuşdur. Məqalədən də göründüyü kimi, Azərbaycanın informasiya təhlükəsizliyi məsələsi kifayət qədər aktualdır və zaman keçdikcə bu məsələnin aktuallığı daha da artacaqdır. Bu isə informasiyanın cəmiyyət həyatında artan rolundan irəli gəlir. İnformasiya texnologiyalarının inkişafı nəticəsində insanların hətta məişətinin idarə edilməsində də informasiyaların rolu artmaqdadır. Gizli deyil ki, hətta məişət xarakterli informasiyaların hansı şəkildə çatdırılmasından asılı olaraq insanların əhval-ruhiyyəsinə bu və ya digər şəkildə təsir etmək mümkündür.

İnformasiya təhlükəsizliyi anlayışı kifayət qədər qlobal bir anlayışdır və cəmiyyətin bütün sferaları bu fəaliyyət sahəsinin obyektləridir. Amma gizli deyil ki, hazırda Dağlıq Qarabağ münaqişəsi və bütünlükdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı informasiya təhlükəsizliyi Azərbaycan ictimaiyyətin daha çox diqqətində olan bir məsələdir. Bu münaqişənin təcrübəsi bir daha göstərdi ki, etnik münaqişə ətrafında qurulan informasiya fəaliyyətinin xarakterindən və məzmunundan asılı olaraq münaqişənin qabaqlanmasına və ya onun qızışdırılmasına, münaqişə ilə bağlı geniş ictimai fikir formalaşdırılmasına, münaqişənin lokallaşdırılmasına və ya onun beynəlxalq müstəviyə çıxarılmasına, münaqişənin dinc həllinə və ya hərbi müstəviyə keçirilməsinə nail olmaq olar.

Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan informasiya fəaliyyətinin aktuallığına hörmətli Əli Həsənovun məqaləsində də xüsusi yer ayrılıb və müəllif məqalədə bu məsələ ilə bağlı dövlət rəhbəri cənab İlham Əliyevin fikirlərini də bölüşür. Cənab İlham Əliyev doğru olaraq bildirmişdir ki, hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc edilir. Təbii ki, bu, əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə ilk növbədə erməni lobbisinin fəallığını qeyd etmək lazımdır. Onlar mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, real inkişafını və həqiqətlərini inkar edərək, onu geridə qalmış, antidemokratik, antixristian ölkə kimi dünyaya təqdim etməyə çalışır.

Azərbaycan xalqının ümummilli lideri cənab Heydər Əliyevin çıxışlarında da, söhbətlərində erməni diasporunun və lobbisinin Azərbaycana qarşı informasiya-təbliğat fəaliyyətinin mahiyyəti geniş şəkildə təhlil edilmişdir. Dünya erməniliyinin Azərbaycana qarşı, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsi istiqamətində düşmən təbliğatı indinin özündə də böyük sürətlə və böyük qüvvələrin cəlb edilməsi ilə davam etməkdədir.

Yəni, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsi, Azərbaycana qarşı işğalçılıq siyasətinin pərdələnməsi üçün erməni millətçiləri Azərbaycana qarşı informasiya müharibəsinə çox böyük informasiya resursları, maliyyə ehtiyatları cəlb etmişlər və bunun nəticəsidir ki, dünya ictimaiyyətində Azərbaycana qarşı yanlış təsəvvürlərin yaradılmasında, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv rəyin formalaşdırılmasında erməni millətçiləri xeyli işlər görmüşlər. Doğrudur, professor Əli Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan həqiqətlərinin gizlədilməsi indi erməni informasiya məkanı üçün elə də asan deyil. Azərbaycan dövləti bu təbliğatı önləmək və neytrallaşdırmaq üçün əsaslandırılmış informasiya fəaliyyətini ortaya qoymaqdadır. Amma bununla belə, heç də ümid etmək olmaz ki, Azərbaycanın informasiya müqaviməti ilə qarşılaşan erməni ideoloqları Azərbaycana və türkçülüyə qarşı informasiya müharibəsindən geri çəkiləcəklər.

Erməni məntiqinə söykənən informasiya-təbliğat fəaliyyəti erməni millətçiliyinin mövcudluğunun əsas dayaqlarından biridir. Bu sahədə onlar həm böyük tarixi təcrübəyə və həm də zəngin ənənəyə malikdirlər. Lakin etiraf etmək lazımdır ki, erməniliyin Azərbaycana qarşı informasiya müharibəsinin dünya ictimai rəyinə bu və ya digər dərəcədə təsirinin səbəbi yalnız ermənilərin geniş informasiya resurslarına malik olması və bu sahə üçün böyük maliyyə ehtiyatları ayrılması deyil, həm də bu fəaliyyət sahəsinin elmi-nəzəri əsaslar üzərinə qoyulması ilə bağlıdır. Bu istiqamətdə Ermənistanda artıq müəyyən işlər görülməkdədir.

Əvvəla onu qeyd etmək lazımdır ki, informasiya təhlükəsizliyi anlayışının erməni anlamı ilə Azərbaycan anlamı başqa-başqadır. Erməni ideoloqları informasiya təhlükəsizliyi deyəndə Ermənistanın işğalçılıq, millətçilik, milli dözümsüzlük siyasətini, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsini, Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddialarını, dünya erməniliyinin türkçülüyə qarşı düşmənçiliyini pərdələyən, qondarma erməni soyqırımını qəbul etdirməyə istiqamətlənən informasiya fəaliyyətini nəzərdə tutur. Görmək çətin deyil ki, bu mövzuların hər biri mahiyyəti etibarilə qeyri-obyektivdir və bu qeyri-obyektivlik  üzərində qurulan informasiya-təbliğat fəaliyyəti də kəsərli ola bilməz. Bunu erməni ideoloqları da yaxşı bilirlər və ona görə erməni maraqlarına xidmət edən informasiya fəaliyyətinin təsirini artırmaq üçün onun nəzəriyyələşdirilməsi, elmi-təhlili qənaətlər üzərinə qoyulması, daha "səmərəli" təsir yollarının tapılması ilə ciddi məşğuldurlar. Həmin vəzifələrlə məşğul olacaq həm araşdırma mərkəzləri, həm də araşdırmaçılar korpusu formalaşdırılmışdır. Məsələn, Ermənistan hökuməti tərəfindən maliyyələşdirilən Noravank informasiya-təhlil mərkəzi (www.noravank.am) erməni informasiya ideoloqlarının ətrafında toplaşdığı əsas informasiya araşdırmaları mərkəzindəndir. Mərkəzin malik olduğu saytda çoxlu sayda nəzəri-praktiki məqalələr çap olunmaqla bərabər, mərkəz tərəfindən informasiya nəzəriyyəçiliyi, Azərbaycana və türkçülüyə qarşı informasiya müharibəsinin praktiki məsələlərinə dair çoxsaylı kitablar nəşri də həyata keçirilir. Vaxtaşırı bu mərkəz tərəfindən elmi-praktiki konfranslar da təşkil edilir və bu konfranslarda Azərbaycana qarşı informasiya müharibəsinin çox ciddi məsələləri müzakirə olunur. Müzakirə olunmuş məsələlər ya kitab şəklində, ya da mərkəzin saytının səhifələrində virtual informasiya məkanına çıxarılır.

Adı çəkilən mərkəzdən başqa "Ararat" strateji araşdırmalar mərkəzinin( www.ararat-center.org ) nəzdində də erməniliyin informasiya təhlükəsizliyi ilə bağlı xüsusi araşdırmalar aparılır və bu araşdırmalar da virtual səhifələrdə yerləşdirilməklə informasiya məkanına çıxarılır.

Bu informasiya araşdırmaları mərkəzləri Ermənistanda yerləşsə də, onların damı altında toplaşan erməni ideoloqları bütünlükdə erməni informasiya məkanı və fəaliyyəti üçün elmi qənaətlər, təkliflər, təlimatlar hazırlayırlar. Erməni informasiya məkanı deyəndə isə erməni ideoloqları Ermənistanı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, Gürcüstanın Cavab bölgəsini və erməni diasporlarını nəzərdə tuturlar. Bu sadalanan bölgə və kontingenti onlar vahid erməni informasiya məkanı hesab edirlər və ilk növbədə bu informasiya məkanının erməni təfəkkürünün qorunub saxlanmasını informasiya təhlükəsizliyinin vacib məsələsi sayırlar.

Bu mərkəzlər tərəfindən Azərbaycanın informasiya fəaliyyəti diqqətlə öyrənilir və bu fəaliyyət vasitəsilə Ermənistanın millətçi-təcavüzkar siyasətinin mahiyyətinin açıqlanmasına mane olunmasının və saxta erməni təbliğatının təsirinin daha da artırılmasının yolları axtarılır. Ermənilər gizlətmirlər ki, Azərbaycanın informasiya siyasətinin təsirlərinin qarşısının alınmaması Ermənistanın mövcudluğu üçün bir təhlükədir. Buna yol verilməməsi üçün isə ermənilər millətçi informasiya-təbliğat siyasətinin daha da kəskinləşdirilməsini vacib bilirlər. Ermənilər öz informasiya fəaliyyətlərini ayrı-ayrı ideoloqların, təşkilatların təşəbbüskarlığı üzərində deyil, daha kütləvi və miqyaslı şəkildə qurulmasını zəruriliyini vurğulayırlar. Bunun üçün onlar təklif və təkid edirlər ki, daha çox təhlil mərkəzləri, ekspert komissiyaları yaradılsın və sonradan bu qurumlar erməni informasiya təhlükəsizliyi strukturlarına çevrilsin.

İnformasiya müharibəsində daha üstün mövqeni əllərində saxlamaq üçün erməni informasiya ideoloqları çalışırlar ki, hər şeydən əvvəl Dağlıq Qarabağ informasiya məkanını öz nəzarəti altında saxlasınlar, Dağlıq Qarabağ və Ermənistan informasiya məkanının bir birinə daha sıx inteqrasiya etsinlər. Güman edilir ki, bu inteqrasiya informasiya müharibəsində ermənilərin üstün mövqeyinin əldə edilməsi üçün aşağıdakı istiqamətlərdə iş aparılmasını şərtləndirməlidir:

  1. İnfogen təhdidləri təsnif etmək, Dağlıq Qarabağın separatçı qurumlarına qarşı informasiya əməliyyatını hazırlayan mərkəzlərin fəaliyyətini izləmək və onların neytrallaşdırılması üçün səmərəli və asimmetrik metodlar işləyib hazırlamaq;
  2. Hücum xarakterli qabaqlayıcı informasiya əməliyyatlarının aparılması metodlarını işləyib hazırlamaq.

Bu məqsədlərə nail olmaq üçün erməni informasiya-təbliğat ideoloqları Azərbaycanın dövlət rəhbərliyinin, məsul şəxslərinin, xaricdə akkreditə olunmuş orqanlarının fəaliyyətini, çıxışlarını, habelə Azərbaycan media məkanının daimi qiymətləndirilməsini aparır, Azərbaycanın informasiya fəaliyyətinin daha kəsərli istiqamətlərini müəyyənləşdirir, əks tədbirlərin ortaya qoyulması yollarını, metodlarının təhlilini aparırlar. Aparılan təhlillər və araşdırmalar nəticəsində Azərbaycana qarşı izlənəcək informasiya-təbliğat fəaliyyətinin sferaları qruplaşdırılır, bu sferalar daxilində mövzular müəyyənləşdirilir, həmin mövzularda hansı məqamlara diqqət gücləndirilməsi dəqiqləşdirilir, konkret tövsiyələr irəli sürülür. Bu məsələ özü ayrılıqda böyük bir araşdırmanı tələb edir. Yəni, deyilənləri ümumiləşdirməklə belə bir qənaətə gəlmək mümkündür ki, Azərbaycan həqiqətlərinin və o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsi üçün erməni informasiya-təbliğat fəaliyyətinin "təkmilləşdirilməsi" və gücləndirilməsi üçün ciddi elmi praktiki araşdırmalar aparılması erməni informasiya müharibəsinin aktual fəaliyyət sahəsinə çevrilmişdir. Göründüyü kimi, erməni millətçiləri hətta mövcud informasiya araşdırmaları mərkəzləri ilə kifayətlənmirlər və onların daha geniş şəbəkəsini yaratmaq üzərinə düşünürlər.

Güman ki, erməni informasiya ideoloqlarının bu niyyətləri Azərbaycanda da nəzərə alınmalıdır və bütünlükdə Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsi üçün peşəkar informasiya araşdırmaları mərkəzlərinin yaradılması və onların dövlətin himayəsi altına alınması gələcək informasiya təhdidlərindən qorunmaq üçün faydalı ola bilərdi. Belə mərkəzlərin yaradılması Azərbaycanın hücum xarakterli informasiya fəaliyyətinin kəsərini daha da artıra və bu fəaliyyətinin gələcək səmərəliliyi üçün aktual təkliflər, elmi-praktiki qənaətlər hazırlaya bilərdi.

 Hazırda informasiya fəaliyyətinin qurulması üçün Azərbaycanda həm zəruri qanunvericilik bazası, həm də işgüzar şərait mövcuddur. Bununla belə, Azərbaycanı informasiya təhlükəsindən və müdaxilələrindən qoruyacaq informasiya fəaliyyətinin tamamlandığını yəqin ki, iddia etmək olmaz. Azərbaycanın kütləvi-informasiya vasitələri tərəfindən görülən işlərin dəyərini azaltmamaqla belə bir  təsəvvür yaranır ki, Azərbaycanın informasiya siyasətinin hücum xarakteri daha çox Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli çıxışları, Heydər Əliyev fondunun səmərəli fəaliyyəti, Azərbaycanın dövlət mənsublarının əsaslandırılmış mövqeləri, xaricdə akkreditə olunmuş qurumların tədbirləri  vasitəsilə təmin olunur. Erməni informasiya məkanında isə əks meyl özünü göstərməkdədir. Yəni, erməni informasiya-təbliğat fəaliyyətinin əsas silahı erməni və ermənipərəst kütləvi informasiya vasitələridir. Azərbaycanın da kütləvi informasiya vasitələrinin kifayət qədər böyük potensialı vardır. Həmin potensialın hərəkətə gətirilməsi də  yaradıla biləcək araşdırmalar mərkəzlərinin tədqiqat obyektinə çevrilə bilər ki, bunlar da son nəticədə Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsinə yardımçı olar.

 

 

 

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM