Bu isterikaya səbəb Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı amerikalı həmsədr Ceyms Uorlikin may ayının 7-də ictimailəşdirdiyi bəyanatı olmuşdur. Adətən dünya erməniliyi may ayının ilk günlərini təsəlliverici bir əhval-ruhiyyə ilə qarşılayırdılar. Keçmiş sovet respublikaları və dünyanın bəzi ölkələrində may ayının 9-nu Qələbə günü kimi qeyd etdikləri bir vaxtda, ermənilər isə bu tarixi həm də Şuşanın "azad olunması" günü kimi təqdim etməyə çalışaraq bir təskinlik tapırdılar. Həmin gün Ermənistanın millətçi rəhbərlərindən əlavə dünya erməniliyinin nümayəndələri də Xankəndinə toplaşaraq özlərini qələbə sevincinə inandırmağa çalışırdılar. Əslində, bu il də Ermənistan rəhbərləri Xankəndinə səfər etdilər. Amma bu səfər daha çox çarəsizlik əlaməti, illərlə aldadılan ermənilərin son ümidlərinin bir qədər də uzadılması cəhdi idi. Çünki, may ayının 9-u ərəfəsində amerikalı həmsədrdən eşitdikləri bəyanat ermənilərdə bayram əhval-ruhiyyəsindən daha çox isterik çaşqınlıq durumu yaratdı. Ona görə də, Azərbaycan ərazilərində günahsız insanları qırıb-çatan "Arabo" adlı erməni terrorçu-separatçı dəstənin komandiri Manvel Yegizaryan may ayının 9-nu "Ermənistan sakinlərinə sevinc gətirməyən 9 may Qələbə günü " kimi dəyərləndirdi.
(www.armtoday.info/printnewsitem.asp?Lang=_Ru&NewsID=109848)
Krım hadisələrindən sonra Dağlıq Qarabağdakı separatçı qurumun tanıdılmasına ermənilərdə müəyyən bir ümid yaransa da, Ceyms Uorlikin bəyanatı ermənilərə öz yerini göstərmiş oldu. Erməni ideoloqları əvvəlcə Ceyms Uorlikin bəyanatında yeni bir şey olmadığını və bu bəyanatın əsaslarının Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin 2009-cu ildə l"Akvildə, 2010-cu ildə Muskokdakı bəyanatlarında səsləndirildiyini bildirdilər və güman etdilər ki, C.Uorlikin bəyanatı adi bir protokol bəyanatıdır. Amma bu bəyanatın ardınca Amerikanın İrəvandakı səfirliyinin bəyanatı erməni millətçiləri üçün bir şok təsiri bağışladı. Həmin bəyanatda deyilirdi: " Səfir Uorlikin çıxışını tənqid edənlər, bilin ki, danışıqlar yolu ilə münaqişələrin tənzimlənməsi hər iki tərəfdən kompromisi tələb edir. Vəziyyətdən çıxmağın üç yolu vardır: münaqişənin danışıqlar yolu ilə həlli, qəbul edilməsi mümkün olmayan status-kvonun uzadılması və müharibə. Seçin".
Məlumdur ki, ermənilər səsləndirilən bu üç variantdan status-kvonun uzadılmasına daha çox üstünlük verirlər. Amma Amerika tərəfi açıq-aydın şəkildə bildirdi ki, bu vəziyyətin uzadılması qəbul edilməzdir. Başqa sözlə, ermənilər ya danışıqlar yolunu seçib münaqişənin həlli təkliflərinə razı olmalı, ya da müharibə yolunu seçməlidirlər.
Bu bəyanatdan sonra ermənilər bildilər ki, bu xna artıq o xnadan deyil. Yəni, Amerika dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indi daha qətiyyətli və daha ciddi iradə göstərir. Mətbuatdan verilən xəbərlərə görə, hətta Amerika Birləşmiş Ştatlarının prezidentinin də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə fikir bildirəcəyi gözlənilir. Həmin fikrin məzmununun necə ola biləcəyi güman ki, artıq kimsəyə gizli deyil.
Amerikanın rəsmilərinin son bəyanatlarının praktiki fəaliyyətlə necə müşayiət olunacağını yaxın gələcək göstərəcəkdir. Amma hər halda bir ümid var ki, Amerikada da, qərbdə də Ermənistanın ərköyünlükləri, potensialına uyğun olmayan iddialara düşməsinin qıcıqları lazımınca qiymətləndirilməyə başlayıb. Doğrudur, ortada Rusiya faktoru vardır və onun mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rol oynaya bilər. Çünki, indi artıq erməniliyin daxilində də yaxşı başa düşürlər ki, Ermənistanın dövləti hər hansı bir xarici məsələdə ən adi bir iradəni nümayiş etdirməyə qadir deyildir. Bu iradə Rusiya tərəfindən nümayiş etdirilir və erməni mənsubları da onu yerinə yetirirlər. Amma müasir dünyanın reallıqları qarşısında Amerikanın və qərbin beynəlxalq hüquq normalarından irəli gələn iradə ortaya qoya biləcəyi gözləniləndir. Ona görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Amerika tərəfinin bəyanatının Fransa prezidentinin Cənubi Qafqaza səfəri ərəfəsində səsləndirilməsini də təsadüfi saymaq olmaz.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM