Məlum olduğu kimi, bu ilin mart ayının ortalarında Türkiyədə Azərbaycanın, Türkiyənin və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi və həmin görüşdə bu üç ölkə arasında əlaqələrin genişləndirilməsinin aktual məsələləri müzakirə olundu. Üç ölkə nazirinin toxunduğu məsələlər arasında maraq doğuran məsələlərdən biri də İran-Naxçıvan-Türkiyə dəmir yolu xəttinin işə salınmasının məqsədəuyğunluğu məsələsi idi.
Naxçıvanın Türkiyə dəmir yolu xəttinə birləşdirilməsi əslində çoxdandır ki, Azərbaycan hökumətinin gündəmindədir. Çünki Naxçıvanın dəmir yolu vasitəsilə Türkiyədən keçəcək Bakı-Tibilisi-Qars dəmir yolu xəttinə birləşdirilməsi Ermənistan tərəfindən bu muxtar respublikanın mühasirəsini müəyyən qədər neytrallaşdırmış olar. Bu günlərdə Azərbaycan Dəmir Yolları Aksioner Cəmiyyətinin məsul şəxslərinin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədən də aydın olur ki, Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin çəkilib başa çatması ilə, yəni 2015-ci ilin ortalarından Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi kifayət qədər aktuallaşacaqdır. Ortada olan plana görə, Qarsdan Naxçıvana yeni dəmir yolu xətti çəkilməli, Naxçıvan daxilindəki dəmir yolu xətti isə yenilənməlidir.
Naxçıvan-Türkiyə dəmir yolunun birləşdirilməsi ilə əslində İran-Naxçıvan-Türkiyə dəmir yolu xətti birləşdirilmiş olur. Çünki İranla Naxçıvan arasında dəmir yolu xətti artıq mövcuddur və bu yol hələ sovet vaxtında çəkilmişdi. İran-Naxçıvan-Türkiyə dəmir yolu xəttinin birləşdirilməsi isə yeni bir ideyadır bu məsələyə üç ölkənin xarici işlər nazirlərinin görüşündə toxunuldu.
Son zamanlar daha çox İran-Ermənistan dəmir yolu xəttinin çəkilməsi haqqında söz-söhbətlər aparılmaqda idi. Ermənilərə görə bu dəmir yolunun çəkilməsi ilə Ermənistanın blokadasına son qoyulmaqla yanaşı, Ermənistan həm də tranzit ölkəyə çevrilə bilərdi. Bunun üçün İran ərazisində Culfadan Mehriyə kimi dəmir yolu xətti çəkilməli və sonra da bu xəttin tikintisi Ermənistan ərazisində davam etdirilməli idi. Ermənilər bu sərfəsiz layihənin həyata keçirilməsi üçün hətta İranın müəyyən dairələrini də maraqlandırmağa çalışırdılar ki, guya bu yolun çəkilməsi ilə İran Avropa ölkələrinə birbaşa əlaqə tapacaqdır. Amma bu əlaqənin necə davamlı və işlək bir vəziyyətdə olacağını heç ermənilər özləri də təsəvvür edə bilmirlər. Buna baxmayaraq ermənilər İran-Ermənistan dəmir yolu xətti ətrafında spekulyasiyalarını davam etdirməkdədirlər.
Yaxşı haldır ki, İranın siyasi dairələrində də İran-Ermnistan dəmir yolu xəttinin qeyri-reallığını obyektiv qiymətləndirənlər vardır və İran-Naxçıvan-Türkiyə dəmir yolu xətti təşəbbüsünün ortaya atılması da elə bunun nümayişidir.
Naxçıvan-Qars dəmir yolu xəttinin çəkilməsi ilə İran əslində heç bir sərmayə qoyuluşu etmədən Avropaya çıxış əldə etmiş olur. İran tərəfi istəsə bu dəmir yolu xətti ilə bir başa Avropa ölkələri ilə, ya da Qara dəniz sahillərindəki limanlarla əlaqə saxlaya bilər. Belə bir imkanın yarandığı halda onda İrana iqtisadi cəhətdən sərfəsiz olan İran-Ermənistan dəmir yolu xəttinə sərmayə itirməyə və illərlə bu xəttin tikintisinin başa çatmasını gözləməyə ehtiyac qalmaz.
İranın bu bölgəsinin beynəlxalq dəmir yollarına birləşdirilməsi bu ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki məlumdur ki, Araz çayı yaxınlığında İranın azad iqtisadi zonası vardır. Beynəlxalq dəmir yollarına çıxış olmadan bu azad zonanın inkişafı da lazımi sürətlə gedə bilməz.
Kütləvi informasiya vasitələrində olan məlumatlara görə, bu günlərdə İran prezidenti ölkə iqtisadçılarının qarşısında çıxış edərkən bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin yaxınlarda İrana gözlənilən səfəri zamanı İran dəmir yolunun Naxçıvandan və Ermənistandan keçən dəmir yoluna birləşdirilməsi məsələsi haqqında müzakirə aparacaqdır. Təqdirəlayiq haldır ki, İran prezidenti də İran dəmir yolu xəttinin Naxçıvan dəmir yoluna birləşdirilməsinə müsbət yanaşmışdır. Amma Ermənistan dəmir yolu xətti ilə əlaqə yaradılmasına gəlincə isə, heç şübhəsiz ki, Azərbaycan hökuməti belə bir varianta razı olmaz. Dəfələrlə rəsmi şəkildə bəyan edilib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməsə bu iki respublika arasında heç bir əməkdaşlıq ola bilməz. Ona görə əgər İran və Azərbaycan prezidentlərinin görüşündə bu məsələ ətrafında müzakirə aparılarsa, sözsüz ki, Azərbaycan tərəfinin mövqeyi İran rəsmilərinin nəzərinə çatdırılacaqdır.
Əslində isə, Avropaya çıxış əldə etmək üçün İran dəmir yolu xəttinin Ermənistan dəmir yolu xəttinə birləşdirilməsinə heç ehtiyac yoxdur. Yuxarıda deyildiyi kimi, Qarsdan keçən dəmir yolu vasitəsilə İran Türkiyədən Avropaya gedən dəmir yolu xəttinə, ya da Qara dəniz limanlarına çıxa bilər. İran-Ermənistan dəmir yolu xətti tikildiyi təqdirdə isə İran yaxşı halda Qara dəniz limanlarına çıxa bilərdi.
Ona görə, Naxçıvan-Qars dəmir yolu xəttinin tikilməsi həm Azərbaycanın bu bölgəsinin İran və Türkiyə ilə əlaqələrini gücləndirər, həm də İran-Ermənistan dəmir yolu xəttinin tikilməsini mənasız edərdi. Bununla Ermənistanın siyasi dairələri bir daha anlamış olardı ki, xəyali layihələrə ümid bağlamaqdansa, işğalçılıq siyasətindən əl çəkmək bu respublikaya daha çox fayda gətirə bilər, digər tərəfdən də bölgədə Azərbaycanın geosiyasi mövqeləri daha da möhkəmlənmiş olardı.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM