Bu sözlərin müəllifi N.Ayrumyan adlı bir erməni müəllifidir (http://www.lragir.am/index/rus/0/comments/view/35242). Tərcüməsi mahiyyətini itirmiş, lazımsız, artıq bir şeyə çevrilmiş mənasındadır. Ermənistan dövlətçiliyinin mahiyyətinə erməni müəllifi tərəfindən verilmiş bu qiymətlə razılaşmaq olarmı?. Əlbətdə ki, olar. Müəllif Ermənistan dövlətinin düşdüyü bugünkü vəziyyətə hələ bir qədər yumşaq qiymət verib. Əslində isə, erməni siyasətçilərinin və millətçilərinin günahı üzündən Ermənistan dövlətinin bu günkü vəziyyəti daha acınacaqlıdır. Ermənistanın bu gün hətta müstəqil dövlət adlandırılması özü də real vəziyyətin qeyri-real qiymətləndirilməsi olardı.
Ermənistan dövlətinin bu günkü vəziyyətini Novruz şənliklərində çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev daha dəqiqliklə qiymətləndirdi. Bu çıxışda Ermənistan dövləti törətdiyi əməllərər görə faşist dövləti kimi qiymətləndirildi, erməni xalqının öz müstəqilliyindən istifadə edə bilməməsinə təəssüf ifadə olundu. Doğrudan da Ermənistanı müstəqil adlandırmağa indfi elə erməni müəlliflərinin də dili gəlmir. Baxmayaraq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin prinsipial çıxışı erməni müəllifləri tərəfindən böyük hay-küylə qarşılanıb. Erməni saytları və xüsusilə də erməniləşmiş və normal düşüncə qabiliyyətini itirmiş “Regnum” saytında erməni müəllifləri bir birinin ardınca Azərbaycan Respublikaslı Prezidentinın çıxışına öz erməni şərhlərini verirlər. Bu da aydındır. Başqa cür də ola bilməzdi. Amma bu erməni müəlliflərinin heç biri nədən Ermənistan dövlətinin indiki duruma düşməsini qiymətləndirməyə cəsarətləri çatmır. Belə müəlliflərin hər çürə uydurmalarına baxmayaraq, Ermənistanın vəziyəti heç də düzəlmir, əksinə elə Azərbaycan rəhbərliyinin verdiyi proqnozlara uyğun olaraq günü-gündənə pisləşir. Yəni, həyat Ermənistanla bağlı onların dediyinin yox, məhz Azərbaycan rəhbərliyinin proqnozlarının doğruluğunu nümayiş etdirir: Ermənistan “izqoy” dövlətə çevrilməkdədir.
Yuxarıda adı çəkilən erməni müəllifi bu ifadəni işlədir, amma bəzi siyasətçilərin Ermənistanın başqa dövlətlərin əlində vasitə olması haqqında dedidkləri ilə razı olmadığını da bəyan edir, hətta Ermənistan dövlətinin vəziyyətinə belə qiymət verilməsinə etirazını da bildirir. Amma Ermənistan dövlətinin tarixinə ötəri baxış ermənilərin doğrudan da hər zaman güclülərin əlində oyuncaq olduğunu deməyə əsas verir. Məlum Rus-İran müharibəsi dövrünün mənbələrində ermənilər hər zaman başqa dövltlərə casusluq edən, satın, xəyanətkar bir toplum kimi qələmə verilir. İrəvan vilayəti ərazisində Erməni vilayəti yaradılanda erməni keşişi İ.Arqutinski bu vilayəti idarə edəcək şuranın tərkibinə daxil edildi. Amma məlum olanda ki, bu keşişin Erməni vilayətinin idarə edilıməsində öz maraqları var, yəni rus hərbçilərinin əlində vasitə olmaqdan daha çox iddiası var, onda o, hətta Rusiyadan da kənara sürgün edildi.
Birinci Dünya müharibəsi illərində erməniləri Osmanlı ərazisində böyük dövlətlərin əlində oyuncaq deyildimi? Və ya XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin boğulmasında ermənilər bolşeviklərin əlində oyuncaq deyildimi? Osmanlı ərazisində oynadıqları rola görə ermənilər heç nə əldə edə bilmədilər. Azərbaycan ərazisində oynadıqları rola görə isə Göyçəni, Zəngəzuru əldə edə bildilər.
Bu gün də ermənilər və bütünlükdə Ermənistan dövləti başqalarının əlində oyuncaq və ya “forpostdur” Onlar bu rolu üzərlərinə götürməklə indi də Qarabağı əldə etmək istəyirlər. Onlar müvəqqəti olaraq ğzlərini Qarabağı əldə etmiş hesab edə bilərlər. Əvəzində isə Ermənistanı itirməkdədirlər. Elə Qarabağın da öz sahiblərinə qaytarılacağı gün uzaqda deyil.
Ermənilərin törətdikləri əməllərə cavab olaraq 1909-cu ildə Rusiya Dumasında xüsusi olaraq erməni məsələsi müzakirə edildi və bu müzakirələrdə çıxış edən Duma üzvlərindən biri bildirdi ki, Rusiyaya ermənilər yox, Ermənistan lazımdır. Çünki bu ərazidə yerləşməklə imperiyapərəst siyasəti yeritmək mümkün olardı. Bununla bu günkü erməni millətçilərinin əcdadlarına malik ola biləcəkləri səlahiyyət çərçivəsi göstərildi. Xeyli vaxt ötsə də ermənilər üçün bu səlahiyyət çərçivəsi heç də dəyişməyib. Bunun əksini təsdiq edəcək tutarlı bir faktı heç ermənilərin özləri də gətirə bilməzlər.
Bu gün də ermənilər öz siyasətləri ilə belə bir nəticəyə yol açırlar. Ermənilər indi özləri haqqında yüksək fikirlər gündəmə gtirməyə çalışsalar da, əslində forpost olduğu ölkəyə onlar və ya onların dövlətçiliyi yox, onların yaşadığı ərazi lazımdır. Əgər ermənilər Azərbaycan rəhbərliyinin irəli sürdüyü təklifləri doğru dyərləndirə bilməsələr, yəni işğaldan əl çəkib qonşuları ilə əməkdaşlıq yolunu tuta bilməsələr doğrudan da elə özlərinin dediyi kimi “izqoy” dövlətə çevriləcək, forposru olduqları ölkənin ərazi əlavəsini təşkil edəcəklər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM